İNKİŞaf – MƏQSƏDİMİZDİr otuz iKİNCİ Kİtab



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə35/100
tarix19.07.2018
ölçüsü1,85 Mb.
#56767
1   ...   31   32   33   34   35   36   37   38   ...   100

 132 
mümkündür.  Digər  bölmələrdə  isə  ümummilli  liderin 
Azərbaycan xalqı qarşısında tarixi xidmətlərini, ötən əsrin 70–
80-ci  illərində  və  ölkəmizin  müstəqilliyi  dövründə  Cəlilabada 
səfərlərini əks etdirən fotoşəkillər toplanmışdır. 
Muzeyin ikinci  mərtəbəsində  kompyuter  və  inzibati  otaqlar, 
arxiv yerləşir. 
Prezident  İlham  Əliyev  muzeyin  Xatirə  kitabına  ürək 
sözlərini yazdı.  
 
          Heydər Əliyev seyrəngahı ilə tanışlıq  
 
Prezident  İlham  Əliyev  sentyabrın  7-də  Cəlilabad 
şəhərinin  mərkəzindəki  Heydər  Əliyev  seyrəngahı  ilə  tanış 
olmuşdur.  
Beş  hektar  sahədə  yerləşən  seyrəngahda  süni  göl,  fəvvarə, 
pilləli  şəlalə  yaradılmışdır,  uşaq-əyləncə  mərkəzi  və  beş  isti-
rahət kotteci  vardır. Burada üçmərtəbəli hotel, kafe, çayxana, 
yeməkxana fəaliyyət göstərir. Bu obyektlərdə 40 nəfər işlə təmin 
olunmuşdur. 
Dövlət  başçısı  seyrəngahda  şəhər  ictimaiyyətinin  nüma-
yəndələri ilə görüşdü.  
M i r a ğ a   S a l m a n o v (sakin): Cənab Prezident, Sizin 
keçən  gəlişinizdən  ötən  bir  ildə  Cəlilabad  simasını  o  qədər 
dəyişib  ki,  tanınmaz  olubdur.  Bunların  hamısını  bizə  Siz  bəxş 
etmisiniz. Sizin sayənizdə bunlara nail olmuşuq.  
Cəlilabadda  quruculuq  işləri  göz  qabağındadır.  Sizin 
keçənilki  tapşırığınıza  əsasən  Yardımlı–Cəlilabad  yolu 
çəkilibdir.  Bu  yolun  üstündə  60  kənd  var.  Cənab  Prezident, 
keçmişdən  belə  bir  adət  var,  deyirlər  ki,  yol  çəkənin  atasına 
rəhmət!  Allah  Sizin  atanıza  qəni-qəni  rəhmət  eləsin.  1998-ci 
ildə  mənə  ulu  öndərlə  görüşmək  nəsib  olmuşdur.  Bu  gün  də 
Sizin o nurlu simanızı görürəm. Vallah, mən səmimi adamam, 
hamı  başa  düşür,  həmin  nur  sizin  üzünüzdən  yağır.  Allah  Sizi 
uca etsin, bədnəzərdən qorusun.  


 
133 
Cənab  Prezident,  çox  sağ  olun,  bütün  cəlilabadlılar  Sizə 
minnətdarlıq  edir  ki,  indi  biz  həkim  müayinəsindən  keçməyə 
yüz  kilometrlərlə  yol  ölçüb  Bakıya  yox,  Lənkərana  gedirik. 
Amma  Sizin  sayənizdə  xəstəxana  yaradılıb,  biz  daha  heç 
Lənkərana da getməyəcək, elə Cəlilabadda müayinə olunacağıq.  
Cənab Prezident, bu gün Cəlilabadda gedən işləri saymaqla 
qurtarmaq olmaz. Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilən 
məktəblərimiz  var.  Bu  seyrəngahı  bizə  Siz  bəxş  etmisiniz. 
Vaxtilə bura zibillik idi. Siz özünüz də görmüşdünüz. Deyirəm 
ki,  Allah  bizə  bir  20  il  də  ömür  versin,  Sizin  bu  yaratdığınız 
cənnətdə biz də yaşayaq.  
İ l h a m   Ə l i y e v: Sağ olun. Bu inkişafı görəndə mən də 
çox sevinirəm. Yadımdadır ki, keçən il mən burada olarkən işlər 
hələ  tam  başa  çatmamışdı,  yarımçıq  idi.  Amma  görünürdü  ki, 
gözəl  bir  seyrəngah  olacaqdır.  Son  bir  il  ərzində  burada  çox 
güclü  işlər  görülüb.  Siz  burada  yaşayırsınız,  görürsünüz,  hiss 
edirsiniz.  Mən  də  vaxtaşırı  gəlirəm  və  görürəm,    yeni-yeni 
yollar  salınır,  işıq  dirəkləri  qoyulur,  binaların  xarici  görkəmi 
dəyişir. Gözəl park – Heydər parkı, Heydər Əliyev Muzeyi, bir 
neçə  məktəb  tikilib,  biz  açılışını  qeyd  elədik.  Bu  da  çox 
vacibdir.  Azərbaycanın  gələcək  inkişafı  üçün  mütləq  bilikli 
vətəndaşlar  olmalıdır.  Uşaqlar  yaxşı  şəraitdə  oxumalıdırlar. 
Müəllimlər  üçün  də  yaxşı  şərait  yaradılmalıdır.  İndi  olimpiya 
kompleksi  tikilir,  yəqin  ki,  gələn  il  onun  da  açılışında  iştirak 
edəcəyəm. 
Müalicə-Diaqnostika  Mərkəzi  tikilir.  Əvvəllər  biz  hər  bir 
bölgədə, hər bir regionda diaqnostika mərkəzinin tikintisinə nail 
olmuşduq,  amma  indi  bütün  rayonlarda  yaradılır.  Ən  yüksək 
tibbi  xidmət  göstəriləcəkdir,  yəni  bu,  insanların  rahatlığı 
üçündür. Bütün bu qoyulan investisiyalar – olimpiya kompleksi, 
məktəblər,  xəstəxana  –  bunlar  hamısı  kommersiya  xarakteri 
daşımır,  sadəcə  olaraq,  insanların  daha  da  yaxşı  yaşaması 
üçündür. Cəlilabad–Yardımlı yolunun tikintisinə də başlamışıq. 
O vaxt mənə müraciət olunmuşdu ki, belə bir layihə var və bu 
yola  böyük  ehtiyac  var.  Yol  tikilib  qurtarandan  sonra  əminəm 


 134 
ki, kəndlərdə yaşayan insanların həyat səviyyəsi xeyli dərəcədə 
yaxşılaşacaq,  mərkəzi  yollarla  əlaqə  yaxşılaşacaqdır.  Bu 
kəndlərə  daha  da  çox  insanlar  gedib  iş  görəcəklər.  Müxtəlif 
biznes imkanları yaranacaqdır. 
Yəni bütün bunlar ona görə edilir ki, insanlar daha da yaxşı 
yaşasınlar.  Cəlilabadda  həm  sənaye  potensialı  inkişaf  edir  – 
mənə  verilən  məlumata  görə,  son  dörd  ildə  sənaye  istehsalı, 
ümumi  daxili  məhsul  iki  dəfədən  çox  artıb,  bu,  böyük  nəticə, 
böyük  nailiyyətdir  –  həm  də  burada  işlər  böyük  zövqlə, səliqə 
ilə  aparılır.  Biz  görürük  ki,  bu  parklar,  burada  əkilən  ağaclar 
necə gözəldir. Bu, xüsusi diqqət tələb edir və mən çox şadam ki, 
burada  yerli  rəhbərlik  də  çox  fəal  işləyir.  Əslində  bizim 
uğurumuzun səbəbi bundadır. Biz düzgün qərarlar qəbul edirik, 
vəsait  ayırırıq,  büdcə  xərcləri  ildən-ilə  artır.  Yerlərdə  bütün 
fəallar,  bütün  vəzifəli  şəxslər,  ictimaiyyət  –  hərə  öz  yerində 
gərək səmərəli işləsin ki, inkişaf daha da sürətlə getsin. 
Mən çox şadam ki, Cəlilabadın simasında biz Azərbaycanda 
son illər ərzində gedən işlərin nəticələrini görürük. Siz də bunu 
görürsünüz.  Siz  burada  yaşayırsınız,  bəlkə  də  bu  yaxşı 
dəyişikliklərə tez öyrəşirsiniz, bu da çox yaxşıdır. Amma mən, 
misal  üçün,  keçən  il  gəlmişdim,  ondan  əvvəl  2005-ci  ildə 
gəlmişdim  və  hər  dəfə  gələndə  bu  dəyişiklikləri  görürəm  və 
sizinlə bərabər mən də  sevinirəm. 
M  i  r  a  ğ  a      S  a  l  m  a  n  o  v:  Hamımız  gördük  ki,  çətin 
vəziyyətlərdə  necə  təmkinli  qərarlar  qəbul  etdiniz.  Xalq  bunu 
görür, hamı duyur, hamı danışır.  
İ  l  h  a  m      Ə  l  i  y  e  v:  Biz  ölkəmizi  qorumalıyıq,  Azər-
baycanın  müstəqilliyini  qorumalıyıq,  möhkəmləndirməliyik, 
ölkəmizin  milli  maraqlarının  təmin  olunması  üçün  nə  lazım-
dırsa,  onu  da  edəcəyik  və  edirik.  Hər  bir  atılan  addım  istər 
daxildə,  istərsə  də  bölgədə  Azərbaycanı  gücləndirir.  Bizim 
bölgədə mövqelərimiz böyük dərəcədə möhkəmlənibdir. 
Son  illər,  aylar  ərzində  bölgədə  Azərbaycanın  nüfuzu, 
Azərbaycanın çəkisi, regionda aparıcı ölkə kimi dünya birliyinə 
özünü təqdim etməsi – bütün bunlar reallıqlardır. Bütün dünya 


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə