İNKİŞaf – MƏQSƏDİMİZDİr otuz iKİNCİ Kİtab



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə33/100
tarix19.07.2018
ölçüsü1,85 Mb.
#56767
1   ...   29   30   31   32   33   34   35   36   ...   100

 
125 
yəni  uşaqlar,  gənclər  burada  idman  bölmələrində  məşq 
eləsinlər,  öz  fiziki  hazırlıqlarını  daha  da  yüksək  səviyyəyə 
qaldırsınlar. 
Azərbaycanda  idman  çox  böyük  addımlarla  inkişaf  edir. 
Azərbaycan  idman  ölkəsidir,  idman  dövlətidir.  Bizim  bey-
nəlxalq  yarışlarda  gözəl  nəticələrimiz  var,  idmanın  kütləviliyi 
geniş  hal  alır  və  biz  bu  məsələyə  də  çox  böyük  diqqət 
göstərməliyik.  İdmanın  kütləviliyi  insanlarda  idmana  daha  da 
böyük  marağın  yaranmasına gətirib çıxaracaq, uşaqlar daha da 
sağlam  olacaqlar.  Fiziki  cəhətdən  sağlam  olan  insan  mənəvi 
cəhətdən də sağlam olur. Beləliklə, Azərbaycanda gənc nəsil  – 
uşaqlar, gənclər fiziki cəhətdən daha da güclü olacaqlar. 
Əlbəttə,  idmanın  kütləviliyi  hər  bir  ölkənin  inkişafının 
əlamətidir.  İnkişaf  etmiş  ölkələrdə  bu  daha  da  geniş  xarakter 
alır.  Azərbaycan  da  bu  yolu  seçibdir.  Bütün  istiqamətlərdə 
atılan  addımlar,  görülən  tədbirlər  ölkəmizin  hərtərəfli  inkişafı 
üçün şərait yaradır. Biz çox yüksək sürətlə inkişaf edirik. Sosial 
məsələlərin  həlli  –  idman  da  bu  istiqamətdə  çox  vacib  bir 
amildir  –  əlbəttə,  böyük  əhəmiyyət  daşıyır.  İdmanın 
kütləviliyini daha da böyük dərəcədə təmin etmək üçün, əlbəttə 
ki, bizim idman qələbələrimiz də olmalıdır və çox şadam ki, bu 
var.  İdmançılarımız  son  illər  ərzində  müxtəlif  beynəlxalq 
yarışlarda  böyük  nailiyyətlər,  uğurlar  qazanmışlar.  Bu  gün 
bizimlə bərabər burada Pekin Olimpiya oyunlarının qalibləri də 
iştirak  edirlər.  Həm  Pekin,  həm  Sidney,  həm  Afina,  həm  də 
Barselona  Olimpiya  oyunlarında  Azərbaycanı  təmsil  edən, 
bizim  idman  şöhrətimizi  yüksəklərə  qaldıran  insanlar, 
Azərbaycanın 
Dövlət 
bayrağını 
yüksəklərə 
qaldıran 
idmançılarımız  buradadırlar.  Onların  uğurlu  çıxışları,  o 
cümlədən  Pekin  Olimpiya  oyunlarında  böyük  qələbə 
qazanmaları,  əlbəttə  ki,  bizim  hamımızı  ruhlandırır  və  ilk 
növbədə,  uşaqları  idmanla  məşğul  olmağa  daha  da  çox  sövq 
edir. Mən əminəm ki, onların nümunəsi, qələbələri bütün gənc 
idmançılar üçün bir örnəkdir. Mən şübhə etmirəm ki, bu böyük 
qələbədən  sonra  idman  bölmələrinə  uşaqların  axını  daha  da 


 126 
sürətli  olacaqdır.  Biz  bunu  müşahidə  edirik.  Biz  görürdük  ki, 
əvvəlki  Olimpiya  oyunlarından  sonra,  qazanılmış  qələbələr 
nəticəsində  idman  bölmələrinə  uşaqların  axını  daha  da  sürətli 
olur.  İndi  idmanla  məşğul  olmaq  üçün,  demək  olar  ki, 
Azərbaycanın  bütün  bölgələrində  gözəl  şərait  var.  Bax,  bu 
olimpiya  kompleksinin  timsalında  biz  bunu  görürük.  Biz 
görürük ki, bizim çox güclü idman infrastrukturumuz yaradılır. 
Bu  Olimpiya  İdman  Kompleksində  istənilən  beynəlxalq 
yarışları  da  keçirmək  mümkündür.  Yəni  indi  Azərbaycanın 
bütün  imkanları  var  ki,  biz  ən  mötəbər  beynəlxalq  yarışları 
ölkəmizdə  keçirək.  Biz  bunu  edirik.  Artıq  dünya,  Avropa 
çempionatları  Azərbaycanda  keçirilir  və  gələcəkdə  belə 
imkanlar  daha  da  geniş  olacaqdır.  Yəni  bir  sözlə,  bu  olimpiya 
idman komplekslərinin tikilməsi çox əlamətdar bir hadisədir və 
bir  neçə  məqsədi  güdür:  idmanın  kütləviliyini  təmin  etməyi, 
müasir idman və turizm infrastrukturunun yaradılmasını, təlim-
məşq toplanışlarının keçirilməsini. Eyni zamanda, mən istərdim 
ki,  Salyan  rayonunun  sakinləri  də  bu  idman  kompleksinin 
imkanlarından səmərəli istifadə etsinlər, burada idmanla məşğul 
olsunlar və öz sağlamlıqlarını daha da möhkəmləndirsinlər. 
Deyə bilərəm ki, bütünlükdə son illər ərzində bu istiqamətdə 
görülən işlər məni çox sevindirir. Bizim gələcək fəaliyyət üçün 
də  konkret  planlarımız,  proqramlarımız  var.  Bütövlükdə 
Salyanın  inkişafına  böyük  diqqət  göstərilir.  Rayonun  iqtisadi, 
sənaye potensialı artır, yeni müəssisələr yaradılır. Mənə verilən 
məlumata görə, son dörd il ərzində rayonda 10 mindən çox yeni 
iş  yeri  açılmışdır.  Beləliklə,  insanlar  daha  da  yaxşı  yaşamağa 
başlamışlar. 
Salyanda sosial məsələlərin  həlli sürətlə gedir. Mən bu gün 
səhər  kənd  məktəbinin  açılışında  iştirak  etdim  və  gördüm  ki, 
məktəb  çox  yüksək  səviyyədə  tikilibdir.  Bu  da  Dövlət 
Proqramının tərkib hissəsidir. Azərbaycanın bütün bölgələrində 
yeni  məktəblər  tikilir.  Son  dörd  il  ərzində  1400  yeni  məktəb 
tikilmişdir  və  bu  proses  sürətlə  davam  etdirilir.  Mənə  verilən 
məlumata  görə,  indi  Salyanda  bütün  məktəblərdə  kompyuter 


 
127 
sinifləri yaradılmışdır. Biz kompyuterləşmə proqramını, demək 
olar ki, çox uğurla başa çatdırırıq. Bu, bir tərəfdən, onu göstərir 
ki, dövlət siyasəti çox məqsədyönlüdür, digər tərəfdən, biz onun 
nəticəsini  təhsilin  keyfiyyətinin  artmasında  görürük.  Bu 
məsələlər bir-biri ilə sıx bağlıdır. Güclü sosial infrastruktur eyni 
zamanda, tərəqqiyə, inkişafa gətirir. 
Salyanda  son  illər  ərzində  12  yeni  məktəb  tikilmişdir.  Bir 
neçə  məktəbdə  əsaslı  təmir  işləri  aparılmışdır  və  tikilməkdə 
olan məktəblər də var. Əlbəttə ki, gələcəkdə bu siyasət davam 
etdiriləcəkdir.  Azərbaycanda  bir  dənə  də  yararsız,  yaxud  da 
qəza vəziyyətində məktəb olmamalıdır, olmayacaqdır. Dörd ildə 
1400  məktəbin  tikilməsi  bunun  əyani  sübutudur. Mən  əminəm 
ki,  növbəti  3-4  il  ərzində  Azərbaycanda  bütün  məktəb 
infrastrukturu  dünyanın  ən  yüksək  standartlarına  cavab 
verəcəkdir. 
Salyan  rayonunda  sosial  məsələlərin  həlli  üçün  başqa 
tədbirlər  də  görülür.  Mən  xatırlayıram,  keçən  dəfə  Salyanda 
olanda rayon xəstəxanası ilə tanış oldum və gördüm ki, vəziyyət 
o qədər də ürəkaçan deyildir. Xəstəxana, demək olar ki, yararsız 
vəziyyətə  düşmüşdü.  Bu  gün  mənə  məlumat  veriblər  ki,  artıq 
əsaslı  təmir  işləri  tam  başa  çatıb  və  ən  yüksək  dünya 
səviyyəsindədir.  Mən  bu  gün  o  xəstəxana  ilə  tanış  olacağam. 
Bax,  budur  Azərbaycanın  reallıqları.  Azərbaycan  vətəndaşları 
yaxşı  şəraitdə  yaşamalıdırlar,  uşaqlar  yaxşı  məktəblərdə 
oxumalıdırlar,  yaxşı  tibbi  xidmət  göstərilməlidir,  infrastruktur 
yaradılmalıdır,  yeni  iş  yerləri  açılmalıdır.  Azərbaycanın 
iqtisadiyyatı çoxşaxəli olmalıdır və biz bu məqsədlərə çatırıq. 
Bu gün Bakıdan gələrkən paytaxtı Salyanla birləşdirən yolun 
tikintisinə  də  nəzər  saldım.  Bu  yol  ən  müasir  səviyyədədir, 
Azərbaycan–İran  sərhədinə  qədər  gedəcəkdir.  Bu,  insanlara 
rahatlıq gətirəcəkdir. Yol olan yerdə inkişaf da olur. Beləliklə, 
Azərbaycanın  inkişafı  uzunmüddətli,  dayanıqlı  olacaqdır  və 
Azərbaycan xalqına böyük uğurlar gətirəcəkdir. 
Mən  bir  daha  demək  istəyirəm  ki,  biz  iqtisadi  islahatlar 
aparmaqla ölkəmizin hərtərəfli inkişafına nail ola bilmişik. Biz 


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə