İNKİŞaf – MƏQSƏDİMİZDİr otuz iKİNCİ Kİtab



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə30/100
tarix19.07.2018
ölçüsü1,85 Mb.
#56767
1   ...   26   27   28   29   30   31   32   33   ...   100

 112 
Birləşmiş  Ştatlar  digər  Avropa  dövlətləri,  o  cümlədən 
Türkiyə ilə birgə qəti şəkildə inanır ki, təbii sərvətlərin sərbəst 
nəqlini  təmin  etmək  və  əlavə  ixrac  marşrutlarının  işlənməsi 
üçün Azərbaycan, Qafqaz və Mərkəzi Asiya ölkələri ilə birgə iş 
aparılmalıdır.  Enerji  təhlükəsizliyi  məsələləri  son  illərdə  daha 
çox əhəmiyyət kəsb edir.  
Yekun  olaraq,  cənab  Prezident,  mən  Amerika  Birləşmiş 
Ştatlarının  beynəlxalq  terrorizmə  qarşı  apardığı  qlobal  mü-
barizəyə  Azərbaycanın  verdiyi  töhfəyə  görə  ölkəm  adından 
minnətdarlığımı  bildirmək  istəyirəm.  Bizim  qüvvələrimiz 
Əfqanıstan  və  İraqda  birgə  çalışır,  zorakılıq  və  ekstremizm 
hallarının 
qarşısının 
alınmasında 
əməkdaşlıq 
edirlər. 
Ölkələrimiz  təhlükəli  rejimlərdən  irəli  gələn  kütləvi  qırğın 
silahlarının  yayılmasının  həm  Azərbaycan,  həm  də  beynəlxalq 
birlik  üçün  risk  doğurduğunu  yekdilliklə  etiraf  edir.  Amerika 
Azərbaycanın həm regional, həm də beynəlxalq miqyasda sülh 
və  təhlükəsizlik  işinə  verdiyi  böyük  töhfəsini  yüksək 
dəyərləndirir.  
Biz  demokratiyanın  və  qanunun  aliliyinin  möhkəm-
ləndirilməsi,  insan  hüquqlarına  hörmət  edilməsi  kimi  məsə-
lələrdə  və  Azərbaycan  xalqının  üzləşdiyi  mürəkkəb  problem-
lərin həllində, habelə müasir, tərəqqi edən və müstəqil dövlətin 
qurulmasında  xalqınızın  səylərini  dəstəkləyirik.  Biz  ölkənizin 
dünyanın  bu  guşəsində  sülh  və  sabitliyin  bərqərar  olmasına 
nümunə kimi xidmət edəcəyinə inanırıq.  
Çox sağ olun. 
 
 
 


 
113 
 
 
 
MEKSİKA BİRLƏŞMİŞ ŞTATLARININ 
PREZİDENTİ ZATİ-ALİLƏRİ  
CƏNAB FELİPE KALDERON İNOXOSAYA 
 
Hörmətli cənab Prezident! 
Ölkənizin milli bayramı – Müstəqillik elan edilməsi günü 
münasibətilə  Sizə  və  bütün  xalqınıza  ən  səmimi  təbriklərimizi 
yetirirəm. 
Əminəm  ki,  Azərbaycan–Meksika  münasibətləri  xalqla-
rımızın mənafelərinə uyğun olaraq daim dostluq və əməkdaşlıq 
ruhunda inkişaf edəcək və genişlənəcəkdir. 
Bu  bayram  günündə  Sizə  möhkəm  cansağlığı,  işlərinizdə 
uğurlar, dost Meksika xalqına sülh və tərəqqi arzulayıram. 
 
Hörmətlə,  
 
İLHAM ƏLİYEV 
Azərbaycan Respublikasının Prezidenti 
 
Bakı, 4 sentyabr 2008-ci il 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 114 
 
 
 
İKİ MÜQƏDDƏS OCAĞIN XADİMİ,  SƏUDİYYƏ 
ƏRƏBİSTANI KRALI ƏLAHƏZRƏT ABDULLAH 
BİN ƏBDÜLƏZİZ AL SƏUDA 
 
Əlahəzrət! 
Əziz qardaşım! 
Ölkənizin  milli  bayramı  –  Krallıq  elan  edilməsi  günü 
münasibətilə  Sizə  və  Sizin  simanızda  bütün  xalqınıza  öz 
adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi 
yetirirəm.  
Azərbaycan  ilə  Səudiyyə  Ərəbistanı  arasındakı  münasi-
bətlərin bugünkü səviyyəsi məmnunluq doğurur. 
Əminəm  ki,  istər  ikitərəfli  qaydada,  istərsə  də  beynəlxalq 
qurumlar  çərçivəsində  əməkdaşlığımızın  müvəffəqiyyətlə  da-
vam  etdirilməsi  üçün  bundan  sonra  da  ardıcıl  səylər  göstə-
rəcəyik.  
Bu  əlamətdar  gündə  Sizə  möhkəm  cansağlığı,  işlərinizdə 
uğurlar, Səudiyyə Ərəbistanının dost xalqına sülh və firavanlıq 
arzulayıram.  
 
Hörmətlə,  
İLHAM ƏLİYEV 
Azərbaycan Respublikasının Prezidenti  
 
Bakı, 4 sentyabr 2008-ci il 
 
 
 
 


 
115 
 
 
 
SƏUDİYYƏ ƏRƏBİSTANI KRALLIĞININ 
VƏLİƏHDİ ƏLAHƏZRƏT SULTAN BİN 
ƏBDÜLƏZİZ AL SƏUDA  
 
Əlahəzrət! 
Milli  bayramınız  –  Krallıq  elan  edilməsi  günü  münasi-
bətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.  
Əminəm  ki,  dost  xalqlarımızın  iradəsi  ilə  ölkələrimiz 
arasındakı  münasibətlər,  əməkdaşlığımız  bundan  sonra  da 
yüksələn xətt üzrə inkişaf edəcəkdir. 
Sizə  ən  xoş  arzularımı  yetirir,  Səudiyyə  Ərəbistanının  dost 
xalqına əmin-amanlıq və rifah diləyirəm.  
 
Hörmətlə, 
İLHAM ƏLİYEV 
Azərbaycan Respublikasının Prezidenti  
 
 
Bakı, 4 sentyabr 2008-ci il 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 116 
 
 
 
 
MALTA RESPUBLİKASININ PREZİDENTİ  
ZATİ-ALİLƏRİ  
CƏNAB EDVARD FENEK ADAMİYƏ 
 
Hörmətli cənab Prezident! 
Maltanın  milli  bayramı  – Müstəqillik  günü  münasibətilə 
Sizi  və  Sizin  simanızda  bütün  xalqınızı  öz  adımdan  və 
Azərbaycan xalqı adından təbrik edirəm.  
Ümidvaram  ki,  Azərbaycan–Malta  münasibətləri  bundan 
sonra  da  dostluq  və  əməkdaşlıq  ruhunda  öz  inkişafını  davam 
etdirəcəkdir. 
Sizə  ən  xoş  arzularımı  yetirir,  dost  Malta  xalqına  əmin-
amanlıq və firavanlıq diləyirəm. 
 
Hörmətlə, 
İLHAM ƏLİYEV 
Azərbaycan Respublikasının Prezidenti 
 
Bakı, 4 sentyabr 2008-ci il  
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə