İNKİŞaf – MƏQSƏDİMİZDİr otuz iKİNCİ Kİtab



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə26/100
tarix19.07.2018
ölçüsü1,85 Mb.
#56767
1   ...   22   23   24   25   26   27   28   29   ...   100

 
99 
yaradılması  asan  olmayıbdır.  Lakin  hesab  edirəm  ki,  biz 
Azərbaycanda  bütün  media  qurumları  üçün  bərabər  şəraitin 
yaradılmasına  nail  olmuşuq,  söz  azadlığı,  informasiya  azadlığı 
tam  təmin  edilmişdir.  Bizim  təcrübəmiz  bu  sahədə  keçid 
dövrünün necə baş verməsini görmək üçün maraqlı ola bilər. Bu 
proses  təkcə  media  sektorunda  deyil,  bütün  sahələrdə,  o 
cümlədən iqtisadi sahədə baş verir.  
Biz  müstəqilliyi  əldə  etdiyimiz  zaman  ölkəmizin  iqtisa-
diyyatı 100 faiz dövlətdən asılı idi, indi isə ÜDM-in, demək olar 
ki, 90 faizi özəl sektorun payına düşür. Müstəqilliyimizə qədər 
yalnız bir siyasi partiya var idi, indi isə siyasi partiyaların sayı 
onlarladır. 
Əgər  1991-ci  ildə  Azərbaycanda  cəmi  bir  neçə  qəzet  var 
idisə, indi isə onların sayı 500-ü ötübdür. Hökumət lazım olan 
hər cür şəraiti yaradır, lakin təbii ki, jurnalistlərin məsuliyyəti, 
onların  peşəkarlığı  da  çox  vacib  məsələdir.  Ona  görə  də  biz 
lazım  olan  ən  yaxşı  şəraiti  yaratmaq  üçün  treninqlərə,  təcrübə 
mübadiləsinə  xüsusi  diqqət  yetiririk  ki,  jurnalistlər  öz 
intellektual  məhsullarını  yarada  bilsin  və  vətəndaşlarımız 
obyektiv informasiya əldə edə bilsinlər.  
Bir  daha  demək  istəyirəm  ki,  bu  sahədəki  beynəlxalq 
əlaqələr  bizim  üçün  böyük  əhəmiyyət  kəsb  edir.  Biz  Azər-
baycanda  media  məsələləri  ilə  bağlı  çoxlu  sayda  beynəlxalq 
tədbir  keçirmişik.  Bu,  təşkilatınızın  burada  keçirdiyi  ilk  təd-
birdir və əminəm  ki,  müzakirə olunan məsələlər, aparılan fikir 
mübadiləsi  təşkilat  üzvləri  arasında  daha  yaxşı  anlaşmaya 
xidmət edəcəkdir. Eyni zamanda, qeyd etdiyim kimi, ölkəmizə 
ilk dəfə səfər edənlər üçün Azərbaycandakı vəziyyəti görmək və 
ölkələrinə  qayıtdıqdan  sonra  real  vəziyyət  haqqında  obyektiv 
şərhlər vermək üçün yaxşı bir fürsət yaradır.  
Təşəkkür edirəm! 
    Ə  h  m  ə  d     M  u  x  l  i s      Y  u  s  u f  (OANA-nın  prezidenti, 
İndoneziyanın  Antara  agentliyinin  Baş  icraçı  direktoru):  Mən 
İndoneziyanın  Antara  agentliyinin  Baş  icraçı  direktoru  və 


 100 
hazırda  Asiya  və  Sakit  Okean  Ölkələri  Xəbər  Agentlikləri 
Təşkilatının prezidentiyəm.  
Mənimlə birgə burada təşkilatın xeyli sayda üzvləri – İranın, 
Malayziyanın,  Çinin,  Rusiyanın,  Koreya  Respublikasının, 
Qətərin,  Birləşmiş  Ərəb  Əmirliklərinin,  Suriyanın,  müşahidəçi 
qismində  olan  Bolqarıstanın  və  digər  ölkələrin  xəbər 
agentliklərinin  nümayəndələri  iştirak  edirlər.  Onların  hamısı 
AzərTAc-ın dostlarıdır.  
Biz bazar günündən etibarən buradayıq və ölkənizdə böyük 
inkişafın  şahidi  olmuşuq,  genişmiqyaslı  tikinti  işləri  gedir. 
Təhsil və səhiyyə sahələrindəki inkişaf barədə də məlumatımız 
var.  Biz  bunu  yüksək  dəyərləndiririk.  Demək  istəyirəm  ki, 
AzərTAc-ın təşkilata üzvlüyü davamlı və faydalı olacaqdır. 
Bildiyiniz kimi, biz buraya təkcə tariximizi müzakirə etmək 
üçün deyil, həm də gələcəyimizi qurmaq üçün toplaşmışıq. 
Biz tam inanırıq ki, informasiya bütün dünyanı əhatə edir və 
bütün dünyaya lazımdır.  
Cənab  Prezident,  biz  bu  gün  səhər  Fəxri  xiyabana  və 
Şəhidlər  xiyabanına  baş  çəkdik  və  tarixin  gələcəyi  necə  də-
yişməsindən təsirləndik.  
Biz  bu  gün  başladığımız  və  cümə  axşamınadək  davam 
edəcək  tədbirdə  konkret  fəaliyyətləri  necə  reallaşdıra  biləcə-
yimizi,  dünyada  öz  yerimizi  tutmaq  üçün  üzv-ölkələr  arasında 
informasiyanı  tarazlaşdırmaqla  əməkdaşlığın  gücləndirilməsi 
məsələlərini müzakirə edəcəyik. 
Cənab Prezident, icazə verin, bizi qəbul etdiyinizə görə Sizə 
təşəkkür  edim.  Ümid  edirəm  ki,  bizim  buradakı  iclasımız  
ölkələrimizi gələcək inkişafa doğru aparacaqdır.  
Təşəkkür edirəm!  
İ  l  h  a  m      Ə  l  i  y  e  v:  Təşəkkür  edirəm!  Düzgün  qeyd 
etdiniz,  deyə  bilərəm  ki,  Azərbaycanda  inkişafla  bağlı  bütün 
istiqamətlərdə  böyük  işlər  görülür.  Son üç  il  ərzində Azərbay-
can  iqtisadiyyatın  artımına  görə  dünyada  lider  ölkə  olubdur. 
Ölkədəki ÜDM hər il 25–35 faiz həddində artmışdır. Son dörd 


 
101 
il ərzində isə biz faktiki olaraq, ÜDM-i və sənaye istehsalını iki 
dəfə artırmışıq.  
Təhsil və səhiyyə sahələri də prioritet istiqamətlərdəndir. Bu 
sahələrə  böyük  sərmayələr  qoyulmuşdur.  Kompyuterləşdirmə 
prosesi  sürətlə  gedir.  Biz  indi  Azərbaycanın  bütün 
məktəblərində  kompyuter  sinifləri  yaradırıq.  Kompyuter-
ləşdirmə  eyni  zamanda,  məlumatın  əldə  edilməsi  üçün  bir 
vasitədir,  çünki  biz  Azərbaycanın  hər  bir  məktəbini  internet 
şəbəkəsinə  qoşuruq.  Gənclər,  uşaqlar,  yeniyetmələr  infor-
masiyaya birbaşa çıxış əldə edəcəklər. Biz həm də onların xarici 
dilləri  öyrənməsi  məsələsinə  böyük  diqqət  yetiririk.  Çünki 
xarici  dilləri  bilmədən  kompyuter  vasitəsilə  beynəlxalq 
informasiyaya çıxış mümkün deyildir. Dörd il bundan öncə hər 
1000  şagirdə  1  kompyuter  düşürdüsə,  indi  24  şagirdə  1 
kompyuter  düşür.  Biz  artıq  kompyuterləşdirmənin  yüksək 
standartlarına yaxınlaşırıq.  
Bütün  sahələrdə,  o  cümlədən  infrastruktur,  tikinti,  iqti-
sadiyyatımızın  lider  sahəsi  olan  enerji  sektoru,  sosial  və  digər 
sahələr  üzrə  konkret  inkişaf  proqramlarımız  var.  Bu  illər 
ərzində biz ölkəni inkişaf etdirmək, güclü iqtisadiyyat qurmaq, 
sosial  siyasət  həyata  keçirmək  və  beləliklə,  dünyanın  inkişaf 
etmiş ölkələri arasında olmaq üçün daxili məsələlərimizə böyük 
diqqət yetirmişik. Qeyd etdiyim kimi, iqtisadi inkişaf sahəsində 
xeyli  iş  görmüşük.  Davos  Dünya  İqtisadi  Forumunun 
hesabatına əsasən, Azərbaycan rəqabət qabiliyyətinə görə 66-cı, 
informasiya  texnologiyalarının  inkişafına  görə    67-ci,  MDB 
ölkələri arasında ilk yerdədir.  
Ölkə  və  xalq  üçün  yaxşı  işlərin  görülməsi  bizim  üçün 
prioritet olmuşdur. Bu baxımdan biz beynəlxalq təqdimata bir o 
qədər  də  böyük  diqqət  yetirməmişik.  Yəqin  elə  ona  görə  də 
bəzən  dünya  mediasında  Azərbaycan  haqqında  yayılan 
məlumatlar tam reallıqları əks etdirmir, yanlış məlumatlar gedir, 
Azərbaycan  haqqında  danışarkən  insanlar,  ilk  olaraq,  neft 
haqqında  düşünürlər.  Əlbəttə,  bu  vacibdir,  lakin  iqtisadiyyatın 
digər sahələrindən daha çox əhəmiyyət kəsb etmir.  


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə