İNKİŞaf – MƏQSƏDİMİZDİr otuz iKİNCİ Kİtab



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə28/100
tarix19.07.2018
ölçüsü1,85 Mb.
#56767
1   ...   24   25   26   27   28   29   30   31   ...   100

 
105 
inzibati  sərhədlərindən  kənarda  yerləşən  7  rayonumuz  da 
Ermənistan tərəfindən işğal olunmuşdur.  
Bəzi hallarda bu reallıq dünyada diqqətdən kənarda qalır.  
Bütün bu çətinliklərə baxmayaraq, biz ölkədə sürətli iqtisadi 
inkişafa nail olmuşuq. 
İqtisadi və siyasi islahatlar, açıq qapı və xarici sərmayələrin 
cəlb olunması siyasəti nəticəsində biz adambaşına düşən birbaşa 
xarici  sərmayələrin  həcminə  görə  keçmiş  sovet  respublikaları 
arasında birinci yerdəyik. Bu, bizə olan etimadı, yaxşı sərmayə 
mühitini  və  imkanları  nümayiş  etdirir.  Dünyanın  bir  çox  iri 
şirkətləri on ildən çoxdur ki, burada çalışır. 
Bununla belə, mətbuat azadlığı məsələsi vaxtaşırı beynəlxalq 
mətbuat  səhifələrində  qaldırılır.  Lakin  mən  sizi  əmin  edə 
bilərəm  ki,  burada  mətbuat  azadlığı  və  demokratiyanın 
səviyyəsi  heç  də  digər  qonşu  ölkələrdəki  səviyyədən  aşağı 
deyildir.  Bəzi  qonşularımızdan  fərqli  olaraq,  biz  heç  vaxt, 
müxalifət  mətbu  orqanlarını  bağlamırıq,  bu  yaxınlarda 
Ermənistanda  baş  verdiyi  kimi,  interneti  kəsmirik.  Biz  heç  bir 
məhdudiyyət tətbiq etmirik. Bəzi qonşu ölkələrdə olduğu kimi, 
biz  seçkilərdən  sonra  ölkədə  fövqəladə  vəziyyət  elan  etmirik. 
Biz  Ermənistanda  olduğu  kimi,  müxalifət  üzvlərini  həbs 
etmirik, fövqəladə vəziyyət rejimi tətbiq etmirik.  
Lakin  burada  və  Ermənistanda  baş  verən  hadisələrin 
mətbuatda  işıqlandırılmasını  müqayisə  etsəniz  görərsiniz  ki, 
beynəlxalq ictimai rəy qonşu ölkəyə çox dözümlə yanaşmış və 
necə  deyərlər,  passiv  olmuşdur.  Beynəlxalq  mətbuat  həmin 
ölkədəki  hadisələri  lazımınca  işıqlandırmamışdır.  Əslində 
bunlar  fövqəladə  hadisələr  oldu.  Ermənistan  hökuməti  yüz 
minlərlə  dinc  nümayişçiyə  qarşı  zor  tətbiq  etdi.  Bu  hadisələr 
zamanı  on  nəfər  öldürüldü,  bu  rəqəm  rəsmən  təsdiqlənibdir. 
Lakin  bizim  məlumatımıza  görə,  ölənlərin  sayı  daha  çox 
olmuşdur.  Onlar  media  və  interneti  bağladılar.  Fövqəladə 
vəziyyət elan edildi. Müxalifət arasında həbslər başlandı. Orada 
gərginlik  bu  günə  qədər  davam  edir.  Lakin  «Sərhədsiz 
reportyorlar» buna fikir vermədilər, buna göz yumdular. Burada 


 106 
isə  hər  hansı  kiçik  bir  hadisə  baş  verəndə,  özlərini  «Sərhədsiz 
reportyorlar»  adlandıran  təşkilat  bizə  hücum  çəkən  ilk  təşkilat 
olur.  Biz  bunun  nə  səbəbdən  baş  verdiyini  bilirik.  Bu  cür 
münasibətin  köklərini  də  bilirik.  Sadəcə,  mən  təfərrüatlara 
varmaq istəmirəm. Bu, tam ədalətsiz yanaşmadır.  
Mən  bir  daha  demək  istəyirəm  ki,  ölkəmizdə  tam  azad 
mətbuat  mövcuddur.  Əgər  siz  müxalifət  qəzetlərinə  nəzər 
yetirsəniz görərsiniz ki, onlar hər gün prezidenti tənqid edirlər. 
Mən  bu  cür  yazılara  heç  bir  reaksiya  vermirəm.  Lakin 
beynəlxalq  yanaşma,  məlumatların  təqdim  edilməsi  bəzi 
ölkələrin siyasi maraqlarından və stereotiplərindən asılı olaraq, 
fərqli olur.  
Eyni  zamanda,  onu  da  açıq  deməliyəm  ki,  bu,  dünyadakı 
erməni  diasporunun  səyləri  ilə  izah  oluna  bilər.  Ermənilər 
nəinki bizim ərazilərimizi işğal edib və işğalı davam etdirir, yüz 
minlərlə azərbaycanlıya qarşı etnik təmizləmə siyasəti aparıblar. 
Hətta  bütün  dünyaya  car  çəkirlər  ki,  guya  təcavüzkar  bizik. 
Tarixi  həqiqətləri  bilməyən  beynəlxalq  ictimai  rəy,  dünya 
mətbuatını izləyən oxucular bəzi hallarda buna inanırlar.  
Mən  bir  daha  medianın  dünyada  oynadığı  rolun  vacibliyini 
qeyd  etmək  istəyirəm.  Bu  rol  on  il  əvvəlki  vəziyyətdən  fərqli 
olaraq, daha vacibdir. Bu gün internet və mediaya mövcud çıxış 
əsasında siz dərhal məlumat alırsınız. Lakin həmin məlumat heç 
də həmişə düzgün olmur. Əvvəldə qeyd etdiyim kimi, dünyada 
cərəyan  edən  hadisələr  hətta  çox  nüfuzlu  xəbər  agentlikləri 
tərəfindən  müxtəlif  formada  işıqlandırılır,  siyasi  üstünlüklərə 
uyğun  şəkildə  təqdim  olunur.  Burada  mövcud  olan  tərəflərin 
xüsusi  yanaşması  yox,  ümumi  yanaşma  tətbiq  edilməlidir.  Bu 
işdə isə medianın oynadığı rol mühümdür.  
Bu regionda yerləşən bir ölkə kimi, biz regionumuzda nəyin 
baş  verdiyini  yaxşı  bilirik.  Biz  regiondan  uzaqda  yerləşən 
dairələrdən  fərqli  olaraq,  bu  hadisələrə  daha  yaxşı  bələdik. 
Görürük  ki,  bir  çox  hallarda  hadisələr  haqqında  məlumatlar, 
faktlar  və  şərhlər  heç  də  həmişə  reallıqla  uyğun  gəlmir.  Bu 
özlüyündə  böyük  bir  məsuliyyətdir,  çünki  həmin  amilin 


 
107 
medianın  inkişafı  üçün  mühüm  əhəmiyyəti  var.  Uzun 
dövlətçilik  ənənələrinə  malik  olan  və  dünyanın  əksər  in-
sanlarının  tanıdığı  ölkələr  üçün  bu,  ola  bilsin  o  qədər  də 
əhəmiyyətli deyildir. 
Ancaq  biz  özümüzü  olduğumuz  kimi  təqdim  etmək  üçün 
səylərimizi  daha  da  artırmalıyıq.  Biz  yalnız  ədalətli,  siyasi 
üstünlüklərdən azad yanaşmaya əsaslanmalıyıq. Məsələn, dünya 
mətbuatında  neftlə  bağlı  toxunulan  bu  məsələyə  mənfi  rəy 
verilir. Amma bəzən neft də müəyyən insanlar üçün deyil, hamı 
üçün  rifah  mənbəyi  ola  bilər.  Hesab  edirəm  ki,  bu  baxımdan 
Azərbaycanın misalı nümunə kimi götürülə bilər. Ötən il bizim 
Neft  Fondumuz  BMT-nin  mükafatına  layiq  görülmüşdür.  Bu, 
beynəlxalq ictimaiyyətin həmin qurumun səmərəli işinə verdiyi 
ən yüksək qiymətdir. Ölkəmizdə neftdən əldə olunan gəlirlərin 
toplanmasının və xərclənməsinin tam şəffaf sistemi mövcuddur. 
Azərbaycanın hər bir vətəndaşı neftdən nə qədər vəsaitin daxil 
olduğunu  öyrənə  bilər.  Bununla  bağlı  mətbuatda  vaxtaşırı 
məlumat  dərc  edilir,  qurumda  beynəlxalq  təşkilatlar  tərəfindən 
audit aparılır.  
Vəsaitlərin  xərclənməsinə  gəldikdə,  Azərbaycanın  hər  bir 
vətəndaşı  parlamentə  seçdiyi  nümayəndələri  vasitəsilə  qərar-
ların qəbul olunması prosesində iştirak edir. Bu onu göstərir ki, 
neft  hər  bir  insanın  rifahına  xidmət  edə  bilər.  Yoxsulluğun 
azaldılması  ilə  bağlı  bir  az  əvvəl  gətirdiyim  rəqəmlər  xeyli 
dərəcədə  neft  gəlirlərinin  bərabər  şəkildə  bölüşdürülməsi 
hesabına mümkün olmuşdur.  
Əlbəttə  ki,  gələcəkdə  enerji  siyasətimizdən  və  həyata  keçi-
rəcəyimiz digər layihələrdən asılı olaraq, maliyyə imkanlarımız 
daha  da  artacaqdır.  Məhz  maliyyə  resursları  ölkənin  güclü 
olması  üçün  əsas  şərtlərdən  biridir.  Məqsədimiz  dünyanın 
inkişaf  etmiş  ölkələri  sırasında  olmaqdır.  Biz  buna  nəinki 
iqtisadi  islahatlar  vasitəsilə,  o  cümlədən,  insanların  həyat 
səviyyəsinin  yaxşılaşdırılması  ilə  bağlı  olan  ən  yüksək 
göstəricilər əldə etməklə nail ola bilərik.  


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə