İNKİŞaf – MƏQSƏDİMİZDİr otuz iKİNCİ Kİtab



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə27/100
tarix19.07.2018
ölçüsü1,85 Mb.
#56767
1   ...   23   24   25   26   27   28   29   30   ...   100

 102 
Ona  görə  də  biz  özümüzü  olduğumuz  kimi  təqdim  etmək 
üçün  təbii  ki,  çox  işlər  görməliyik.  Biri  var  biz  beynəlxalq 
forumlarda,  konfranslarda  özümüz  haqqında  danışırıq,  biri  də 
var  ki,  insanlar  özləri  buraya  gəlsin  və  buradakı  inkişafı, 
insanların necə yaşamasını, onların təhlükəsizliyinin necə təmin 
olunmasını,  yaşayış  səviyyəsini,  ölkədəki  tolerantlığı,  müxtəlif 
dinlərin  nümayəndələrinin  birgə  yaşamasını,  çoxmillətli  ölkə 
olan  Azərbaycanda  müxtəlif  etnik  qrupların  necə  ünsiyyət 
qurduqlarını  və  bir  yerdə  yaşadıqlarını  görsünlər.  Bu, 
beynəlxalq  media  tərəfindən  hələ  öyrənilməmiş  bir  sahədir  və 
əminəm  ki,  bu  sahə  yaxından  öyrənildiyi  zaman  böyük  maraq 
doğuracaqdır.  
Beləliklə,  əldə  etdiyimiz  sürətli  iqtisadi  artım  iqtisadiyyatın 
çoxşaxəliliyinin  təmin  olunduğu  və  sürətli  iqtisadi  islahatlar 
apardığımız  bir  vaxtda,  sözsüz  ki,  insanların  həyat  səviyyəsinin 
daha  da  yaxşılaşdırılması  üçün  güclü  sosial  siyasətin  həyata 
keçirilməsi  vacibdir.  Neft  hasil  edən  ölkələrdə  onun  da  dərk 
edilməsi vacibdir ki, prioritet neft deyil, insan kapitalı olmalıdır, 
yoxsulluğa, işsizliyə qarşı mübarizə olmalıdır.  
Biz son beş il ərzində işsizlik problemini əsasən həll etmişik. 
Ölkəmizdə  700  mindən  çox  iş  yeri  yaradılıbdır.  Yoxsulluğun 
səviyyəsi  2003-cü  ildəki  49  faizdən  2007-ci  ildə  16  faizə 
düşmüşdür. Mən əminəm ki, bu ilin nəticələrinə görə bu rəqəm 
daha  da  aşağı  düşəcəkdir.  Beləliklə,  bu,  enerji  resurslarının 
insan kapitalına necə çevrildiyini nümayiş etdirir.  
Qeyd  etdiyim  kimi,  bizim  təhsil  sahəsində  bir  çox  pro-
qramlarımız var. Gənclərin xaricdə təhsil almağa göndərilməsi, 
təhsil  mübadilələri  –  bütün  bunlar  bizim  beynəlxalq  ictimai 
rəydə  daha  çox  tanınmağımıza  imkan  verir.  Bizim  beynəlxalq 
aləmdə  daha  yaxşı  tanınmağımız  üçün  dünya  mətbuatının 
əhəmiyyətli  rolu  var.  Çünki  bu  olmazsa,  nə  etdiyimizə 
baxmayaraq,  bunu  heç  kim  bilməyəcək,  yalnız  Azərbaycan 
xalqı biləcək, digərləri isə fərz edəcəkdir. Ona görə də sizin bu 
iclası burada keçirməyiniz hər baxımdan çox vacibdir.  


 
103 
V o l f q a n q   V i s l o z i l (Avropa Xəbər Agentlikləri Al-
yansının  (EANA)  prezidenti,  Avstriyanın  APA  agentliyinin  Baş 
direktoru):  Cənab  Prezident,  mən  Avropa  Xəbər  Agentlikləri 
Alyansının rəhbəriyəm. Təşkilatımız müxtəlif qurumları özündə 
birləşdirən nüfuzlu Avropa təşkilatıdır. Biz çox  məmnunuq ki, 
bir təşkilat kimi, Azərbaycan ilə sıx münasibətlər qurmuşuq.  
Azərbaycana  gələndən  sonra  mən  burada  gedən  inkişafı  öz 
gözlərimlə  görmək  imkanını  əldə  etdim.  Bu  amil  indicə 
söylədiyiniz kimi, ölkənizin Avropa üçün əhəmiyyətindən xəbər 
verir.  Qeyd  edim  ki,  Azərbaycanın  agentliyi  AzərTAc  Avropa 
Xəbər  Agentlikləri  Alyansına  üzv  kimi  qəbul  olunmuşdur. 
Təşkilatımıza  üzvlük  o  qədər  də  asan  proses  deyildir. 
Azərbaycanın  üzvlük  məsələsi  bir  neçə  il  bundan  öncə 
başlamışdı  və  alyansa  daxil  olan  üzvlər  səs  verməli  idilər. 
Dostumuz  Mixail  Qusman  proses  zamanı  mühüm  dəlillər  irəli 
sürmüşdür.  Üç  və  ya  dörd  il  çəkən  həmin  proses  zamanı 
ölkənizlə bağlı əsas götürülən dəlil mətbuat azadlığı ilə əlaqədar 
olmuşdur.  Avropadakı  «Sərhədsiz  reportyorlar»,  «Ay-Ti-Ay» 
kimi  təşkilatlar  bu  sahədəki  vəziyyətlə  bağlı  bir  çox  tənqidi 
fikirlər  söyləmişlər.  Mixail  Qusman  Avropa  alyansının 
rəhbərini Azərbaycana səfər etməyin vacib olmasına inandırdı. 
Lakin  proses  normal  getdi  və  yekun  olaraq  təşkilatımızın 
üzvləri, demək olar ki, yekdilliklə Azərbaycanın namizədliyinə 
səs verdilər. Nəhayət, mən indi ölkənizdə səfərdəyəm. 
Siz  Azərbaycan  haqqında  məlumatın  dünyanın  bir  çox 
yerlərində,  eləcə  də  Avropada  yayılmasının  vacibliyini  qeyd 
etdiniz.  
Ölkənizdə  olduğumuz  müddət  ərzində  biz  öncə  bilmədiyi-
miz  reallığı  daha  yaxşı  şəkildə  qavramağa  başladıq.  Məhz  bu 
məsələ gələcəkdə AzərTAc ilə müzakirə etmək istədiyimiz əsas 
məsələlərdən biridir.  
Bir  sözlə,  Avropa  təşkilatı  kimi  biz  AzərTAc-ın  qeyd 
etdiyiniz  istiqamətdə  inkişafı  üçün  yardım  göstərməyə  hazırıq. 
Hazırda  təşkilatımızın  31  üzvü  var  və  onlardan  biri  də 
AzərTAc-dır.  


 104 
İ l h a m   Ə l i y e v: Çox sağ olun. Məmnunam ki, hazırda 
AzərTAc  müxtəlif  təşkilatlar  çərçivəsində  işləyir.  Ola  bilsin, 
coğrafi  nöqteyi-nəzərdən  bu,  təbiidir.  Yəni,  bu,  Azərbaycana 
hansı  istiqamətdən  baxmağınızdan  asılıdır.  Əgər  siz  Şərqdən 
baxırsınızsa,  o,  Avropadır,  əgər  Qərb  tərəfdən  baxırsınızsa, 
Asiyadır.  
Lakin  zənnimcə,  Avropa  təşkilatlarına  qoşulmanın  coğrafi 
səbəblərindən  başqa,  digər  səbəblər  də  mövcuddur.  O  da 
həqiqətdir  ki,  Azərbaycan  haqqında  bəzən  səhv  informasiya 
gedir.  Bunun səbəbi,  bir tərəfdən, informasiyanın  çatışmazlığı, 
digər  tərəfdən  isə  formalaşmış  stereotiplər,  hadisələr  haqqında 
məlumatların  bilərəkdən  saxtalaşdırılması  ilə  izah  oluna  bilər. 
Deyə  bilərik  ki,  Qərb  mətbuatında  Azərbaycan  haqqında 
məlumat ya çox məhduddur, yaxud da, birtərəflidir.  
Digər ölkələrdə olduğu kimi, bizdə də bir çox problemlər və 
həll  olunmamış  məsələlər  var.  1991-ci  ildə  müstəqilliyi 
qazandığımız zaman biz keçmiş sovet respublikaları arasında ən 
ağır  vəziyyətdə  idik.  Çünki  həmin  vaxt  ölkədə  vəziyyət  çox 
gərgin  idi,  Azərbaycan  ərazisinin  müəyyən  hissəsi  artıq 
Ermənistanın işğalı altında idi. Həmin işğal sonrakı illər ərzində 
də  davam  etdi.  Siyasi  idarəçilik  təcrübəsi  yox  idi.  Azad 
mətbuatımız  da  olmamışdır.  Lakin  qısa  bir  tarixi  dövrdə  – 
1918–1920-ci  illər  ərzində,  Rusiya  imperiyasının  süqutu 
nəticəsində  Azərbaycan  müstəqilliyini  qazanmışdı.  Ancaq  bu 
müstəqillik  iki  ildən  az  sürdü.  İki  il  isə,  azad  mətbuatın 
formalaşması üçün kifayət qədər müddət ola bilməzdi. 
Bu,  bizim  üçün  tam  yeni  bir  məsələ  idi.  Biz  bir  sıra  prob-
lemləri  də  həll  etməli  idik  –  Ermənistanın  təcavüzünə  son 
qoyulması, qaçqın və məcburi köçkünlərin problemlərinin həlli 
və sair.  
Geniş  beynəlxalq  ictimaiyyətə  yaxşı  məlum  olmayan  bir 
məsələ  də  var:  Azərbaycanın  8,5  milyon  əhalisinin  1  milyonu 
qaçqın və məcburi köçkündür. Onlar Ermənistanın Azərbaycana 
qarşı  təcavüzü  nəticəsində  yaranmışdır.  Hazırda,  nəinki 
Azərbaycanın tarixi ərazisi olan Dağlıq Qarabağ, həm də onun 


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə