İNKİŞaf – MƏQSƏDİMİZDİr otuz iKİNCİ Kİtab



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə29/100
tarix19.07.2018
ölçüsü1,85 Mb.
#56767
1   ...   25   26   27   28   29   30   31   32   ...   100

 108 
Mən  Azərbaycan  haqqında  çox  danışa  bilərəm,  lakin  yaxşı 
olardı  ki,  siz  buradakı  inkişaf  proseslərini  öz  gözlərinizlə 
görəsiniz.  Bu  cür  vacib  tədbirin  keçirilməsi  üçün  məhz 
Azərbaycanı  seçməyinizi  yüksək  qiymətləndirirəm.  Mən  sizə 
gələcək fəaliyyətinizdə uğurlar arzulayıram. 
Sağ olun. 
 
 


 
109 
 
 
 
ABŞ-ın VİTSE-PREZİDENTİ DİK ÇEYNİ İLƏ 
GÖRÜŞ 
 
Prezident sarayı 
 
3 sentyabr 2008-ci il  
 
Sentyabrın  3-də  Azərbaycan  prezidenti  İlham  Əliyevin 
ABŞ-ın vitse-prezidenti Dik Çeyni ilə görüşü olmuşdur.  
İ l h a m   Ə l i y e v: Hörmətli cənab vitse-prezident! 
Mən Sizi bir daha görməyimə şadam və Sizi Azərbaycanda 
salamlayıram. Biz Sizin səfərinizə böyük əhəmiyyət veririk. Bu 
gün ikitərəfli münasibətlərimiz və regional vəziyyət barədə fikir 
mübadiləsi  aparmaq  üçün  yaxşı  imkanımız  oldu.  Bir  daha 
bildirdik ki, ikitərəfli əlaqələrimiz uğurla inkişaf edir və bir çox 
yeni  sahələri  əhatə  edir.  Münasibətlərimizin  artıq  uzun  tarixi 
var.  Əlaqələrimiz  əsasən  enerji  məsələlərindən  başlanmışdır. 
Regionda  həyata  keçirdiyimiz  enerji  layihələri  Amerika 
Birləşmiş  Ştatlarının  güclü  dəstəyi  və  Azərbaycanın  təşəbbüsü 
ilə  başlamışdır.  Bütün  bu  layihələr  artıq  reallaşmışdır.  Bunlar, 
sözün əsl mənasında, uğurlu hadisələrdir.  
Hazırda  biz  energetika  sahəsində  tərəfdaşlığın  və  enerji 
təchizatının  şaxələndirilməsinin  daha  da  inkişaf  etdirilməsi 
üzərində çalışırıq. Bu, təkcə istehlakçılar üçün deyil, həmçinin 
Azərbaycan  istehsalçıları  üçün  də  vacibdir.  Bundan  sonra 
ölkələrimiz  arasında  münasibətlər  digər  müxtəlif  sahələrdə  də 
inkişaf etməyə başladı və hazırda əlaqələrimiz çox geniş formatı 
əhatə edir. Siyasi əlaqələrimiz uğurla inkişaf edir. Güclü iqtisadi 
münasibətlərimiz  var.  Təhlükəsizlik,  müdafiə  sahəsində 
əlaqələrimiz,  beynəlxalq  sülhməramlı  əməliyyatlar  sahəsində 
əməkdaşlığımız  və  sözsüz  ki,  Ermənistan–Azərbaycan,  Dağlıq 


 110 
Qarabağ münaqişəsinin nizamlanması məsələsi bizim üçün çox 
əhəmiyyətlidir.  
Minsk  qrupunun  həmsədrlərindən  biri  kimi,  Amerika 
Birləşmiş  Ştatları  hər  iki  tərəfin  münaqişənin  həlli  yollarını 
tapması  işinə  kömək  göstərilməsində  vacib  rol  oynayır.  Lakin 
əlbəttə  ki,  digər  münaqişələr  kimi,  bu  münaqişənin  həlli  də 
beynəlxalq  hüquq  normalarına  əsaslanmalıdır.  Azərbaycanın, 
regionun  və  dünyanın  bütün  ölkələrinin  ərazi  bütövlüyünə 
hörmət edilməsi şərti ilə. 
Əlbəttə  ki,  burada  regional  vəziyyət  də  müzakirə  olundu. 
Bildiyiniz kimi, Azərbaycan böyük regional əhəmiyyət daşıyan, 
hətta  ola  bilsin,  daha  geniş  məkanı  əhatə  edən  bir  sıra 
layihələrin  təşəbbüskarıdır.  Bütün  bu  layihələrin  həyata 
keçirilməsində  Azərbaycanla  Amerika  Birləşmiş  Ştatları 
arasında  münasibətlər  çox  mühüm,  hətta  mən  deyərdim, 
həlledici  rol  oynayır.  Bu  günə  qədər  əməkdaşlığımız  uğurla 
gedir  və  planlaşdırdığımız  işləri  həyata  keçirə  bilmişik.  Əmi-
nəm ki, Birləşmiş Ştatlarla Azərbaycan arasında, eləcə də digər 
regional  ölkələrlə  güclü  tərəfdaşlıq  gələcəkdə  daha  çox 
müvəffəqiyyətlərin  əldə  olunması,  təhlükəsizlik  tədbirlərinin, 
sülhün,  sabitliyin  və  rifahın  daim  möhkəmləndirilməsi  ilə 
nəticələnəcəkdir. 
D i k   Ç e y n i: Çox sağ olun, Sizi bir daha görməyimə çox 
şadam. 
Cənab  Prezident,  iki  il  öncə  Birləşmiş  Ştatlara  etdiyiniz 
səfəri  xoş  təəssüratla  xatırlayırıq.  Əlbəttə,  öz  növbəmdə 
deməliyəm  ki,  mən də Sizin ölkənizdə enerji sahəsində fəaliy-
yətimlə bağlı olmuşam. Burada olmağımdan və uzun müddətdir 
ki,  ölkənizə  səfər  etməklə  bağlı  dəvətinizi  qəbul  edib  buraya 
gəlməyimdən  məmnunam.  Mənim  səfərim  bir  neçə  vaxtdır  ki, 
planlaşdırılırdı.  Mənə,  həyat  yoldaşıma  və  nümayəndə 
heyətimizə  göstərdiyiniz  qonaqpərvərliyə  görə  minnətdaram. 
Mən prezident Buşun və Amerika xalqının Azərbaycan xalqına 
xoş arzularını çatdırıram. 


 
111 
Amerika  Birləşmiş  Ştatları  ilə  Azərbaycan  arasında  bir  çox 
məsələlər  üzrə  mövqelər  eynidir.  Hər  iki  tərəf  dünyanın  bu 
önəmli  regionunda  təhlükəsizlik,  sabitlik  və  əməkdaşlığın 
gücləndirilməsini  vacib  hesab  edir.  Biz  özümüz  və  beynəlxalq 
birlik  üçün  enerji  təhlükəsizliyi  məsələlərinin  həllinə  xüsusi 
əhəmiyyət veririk. Hər iki tərəf sülhün bərqərar olunması işinə 
tam sadiqdir. Azərbaycan və Amerika Birləşmiş Ştatları bu gün 
qorxu  altında  olan  sülh,  təhlükəsizlik  və  sabitlik  kimi 
prinsiplərin qorunmasına xüsusi əhəmiyyət verir. 
Cənab  Prezident,  biz  bir  neçə  ay  öncə  bu  səfəri  plan-
laşdırırdıq,  lakin  bu  gün  axşam  apardığımız  danışıqlar  Rusi-
yanın Gürcüstan ərazisinə girdiyi bir zamanda baş tutur. Bu akt 
beynəlxalq  birlik  tərəfindən  aydın  şəkildə  pislənibdir.  Bu 
baxımdan  prezident  Buş  və  mən  Azərbaycan  xalqına  və  bütün 
regiona  aydın  və  sadə  mesajı  çatdırırıq:  Birləşmiş  Ştatlar  bu 
regionda  rifahın  və  təhlükəsizliyin  tam  bərqərar  olunmasında 
dərindən  və  hərtərəfli  maraqlıdır.  Artıq  iki  onillik  ərzində  biz 
xalqınıza 
müstəqilliyin, 
suverenliyin 
qurulması 
və 
möhkəmləndirilməsi,  eləcə  də  nüfuzlu  beynəlxalq  təşkilatlara 
inteqrasiyası yolunda dəstək vermişik. 
Bu  gün  biz  həmin  öhdəliyimizi  və  ölkələrimiz  arasında 
münasibətlərin  daha  da  möhkəmləndirilməsinə  sadiq  oldu-
ğumuzu  bir  daha  təsdiqləyirik.  Amerika  Azərbaycanın  suve-
renliyini  və  ərazi  bütövlüyünü  qəti  şəkildə  dəstəkləyir.  Biz 
Dağlıq  Qarabağ  münaqişəsinin  ölkənizin  ərazi  bütövlüyü 
prinsipinə  və  bütün  digər  beynəlxalq  hüquq  normalarına 
əsaslanan  danışıqlar  yolu  ilə  həllinə  tərəfdarıq.  Bu  gün 
münaqişənin  həlli  indiyə  qədər olduğundan  daha  çox  vacibdir. 
Çünki  bu  məsələnin  həllindən  regiondakı  sülh  və  sabitlik,  o 
cümlədən Azərbaycanın təhlükəsizliyi asılıdır. 
Amerika  Azərbaycanın  enerji  sahəsində  Qərb  ölkələri  ilə 
əməkdaşlığa  sadiqliyini  yüksək  dəyərləndirir.  Bütün  xalqlar 
bazar  iqtisadiyyatı  prinsiplərinin  işlədiyi,  məlumatın  şəffaf 
olduğu,  enerjinin  ixrac  marşrutlarının  müxtəlif  və  etibarlı 
olduğu təqdirdə ən münasib xidmətlərdən yararlanır. 


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə