İNKİŞaf – MƏQSƏDİMİZDİr otuz iKİNCİ Kİtab



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə37/100
tarix19.07.2018
ölçüsü1,85 Mb.
#56767
1   ...   33   34   35   36   37   38   39   40   ...   100

 138 
sonra  nə  oldu  –  tənəzzül  başlandı,  hər  şey  dağıldı.  Ölkəmiz 
müstəqillik  əldə  edəndən  sonrakı  ilk  illərdə  onun  inkişaf 
perspektivi  yox  idi,  müstəqilliyi  itirmək  təhlükəsi  yaranmışdı. 
Təxminən  keçən əsrin 80-ci illərinin  ortalarından 1993-cü ilə 
qədər,  sözün  tam  mənasında,  Azərbaycanda  ən  ağır  dövr  idi. 
1993-cü  ildə  Heydər  Əliyev  hakimiyyətə  qayıdandan  sonra  isə 
dirçəliş prosesi başlandı. Bu gün Azərbaycan ən dinamik inkişaf 
edən  ölkədir.  Bizdə  bütün  xalqlar  bir  ailə  kimi  yaşayır.  Bizdə 
milli,  dini  və  dil  mənsubiyyətinə  görə  heç  bir  ayrı-seçkilik 
yoxdur və bu həmişə belə olacaqdır. Bu baxımdan Azərbaycan 
dünya dövlətlərinin çoxu üçün nümunədir. Çünki bizim ölkədə 
millətlərarası  həmrəylik  hökm  sürür,  bütün  xalqlar  arasında 
sülh,  dostluq,  qardaşlıq  münasibətləri  möhkəmlənir,  hər  kəsin 
öz  ənənələrini,  öz  dinini,  dilini,  mədəniyyətini  qoruyub  saxla-
maq  və  onları  zənginləşdirmək  imkanı  var.  Ölkəmizin 
xüsusiyyəti  bundadır.  Bizim  əhatəmizdə  elə  ölkələr  var  ki, 
orada  yalnız  bir  millət  yaşayır,  başqa  millətlər  yoxdur,  yalnız 
monomillət  vardır.  Bu  isə  heç  bir  yaxşı  nəticəyə  gətirib 
çıxarmayacaqdır.  Bu  onu  göstərir  ki,  həmin  ölkələrdə  başqa 
xalqların  yaşaması  çətindir.  Onlar  bir-biri  ilə  yola  getmir, 
təzyiqlərə,  təqiblərə,  müxtəlif  mənfi  təsirlərə  məruz  qalırlar. 
Azərbaycanda  isə  əksinə,  hamı  bir  ailə  kimi  yaşayır,  hamı 
sevinir, fərəhlənir.  
L y u b o v    D a n i l o v a: Hətta vaxtilə bizim kənddən 
köçüb getmiş adamlar da indi geri qayıdırlar. Ən başlıcası isə, 
hörmətli  İlham  Heydər  oğlu,  deməliyəm  ki,  mən  tez-tez 
Rusiyada  oluram.  Bilirsinizmi,  Cəlilabaddan  köçüb  gedənlər 
onun  haqqında  necə  səmimi  sözlər  söyləyirlər,  nə  qədər  xoş 
xatirələri  var?!  Qadınlardan  biri  deyirdi  ki,  biz  tarlada 
işlədiyimiz vaxt Heydər Əliyev gəlmişdi, mənim əllərim çirkli 
idi, o isə mənim əlimi sıxdı. Bu, insana xas olan səmimiyyətdir. 
İnsanlar  məhz  belə  cəhətləri  xatırlayırlar.  Bütün  görüşləri 
xatırlayırlar – əsas məsələ budur. Allah Heydər Əliyevə rəhmət 
eləsin.  Heydər  Əliyev  həmişə  qəlbimizdədir  –  dar  günümüzdə 
də, fərəhli anlarımızda da. 


 
139 
İ l h a m   Ə l i y e v: Onun işləri davam etdirilir.  
L  y  u  b  o  v      D  a  n  i  l  o  v  a:  O  daim  bizim  qəlbimizdə 
yaşayacaq,  heç  kəsin  yadından  çıxmayacaqdır.  Kaş  hamının 
belə prezidenti olsun.  
 
 
 
 


 140 
 
 
 
AKADEMİK ZƏRİFƏ ƏLİYEVA ADINA  
ORTA MƏKTƏBDƏ  
 
     7 sentyabr 2008-ci il 
 
Sentyabrın  7-də  prezident  İlham  Əliyev  Cəlilabad  şəhə-
rindəki akademik Zərifə Əliyeva adına orta məktəbdə olmuşdur.  
Dövlət  başçısı  əvvəlcə  görkəmli  oftalmoloq-alim,  akademik 
Zərifə xanım Əliyevanın məktəbin həyətindəki abidəsi önünə gül 
dəstəsi qoydu. 
Məlumat verildi ki, 1100 şagird yeri olan bu məktəb binası 
Heydər Əliyev Fondunun «Yeniləşən Azərbaycana yeni məktəb» 
proqramı  çərçivəsində  inşa  edilmiş,  ötən  ilin  sentyabrında 
istifadəyə  verilmişdir.  Üç  və  dördmərtəbəli  tədris  korpus-
larından  ibarət  təhsil  ocağı  ən  müasir  avadanlıqla  təchiz 
edilmişdir. Binanın foyesində ümummilli lider Heydər Əliyevin 
və prezident İlham Əliyevin fəaliyyətlərini əks etdirən fotoguşə 
vardır.  
Kompyuter otağı ilə tanış olan dövlət başçısına bildirildi ki, 
internet  şəbəkəsinə  qoşulmuş  kompyuterlər  uşaqların  müasir 
informasiya-kommunikasiya  texnologiyaları  sahəsində  biliklərə 
yiyələnmələrində mühüm rol oynayacaqdır.  
Məktəbin  sonuncu  mərtəbəsində  görkəmli  oftalmoloq-alim, 
akademik  Zərifə  xanım  Əliyevaya  həsr  olunmuş  fotoguşə 
yaradılmışdır.  
Dövlət başçısı burada latın qrafikalı Azərbaycan əlifbası ilə 
çap olunmuş müxtəlif ədəbiyyatla təmin edilmiş kitabxanaya və 
Heydər Əliyev elektron kitabxanasına baxdı.  
Prezident  İlham  Əliyev  ayrı-ayrı  fənn  kabinetlərini,  sinif 
otaqlarını  və  örtülü  idman  zalını  gəzdi,  tədris  işinin  yüksək 
səviyyədə təşkili ilə bağlı tövsiyələrini bildirdi. 
  


 
141 
 
         Yeraltı keçid istifadəyə verildi  
 
Sentyabrın  7-də  Cəlilabad  şəhərinin  mərkəzindəki 
Heydər  Əliyev  prospektində  müasir  üslubda  tikilmiş  və  milli 
ornamentlərlə bəzədilmiş yeraltı keçid istifadəyə verilmişdir. 
Prezident İlham Əliyev rəmzi açılışı bildirən lenti kəsdi.  
Məlumat  verildi  ki,  ulu  öndərin  adını  daşıyan  bu  prospekt 
şəhərdə nəqliyyatın və piyadaların hərəkətinin daha çox olduğu 
yerdir.  Yeraltı  keçid  piyadaların  rahat  gediş-gəlişini  təmin 
edəcəkdir.  Keçidin  2600-dən  çox  şagirdi  olan  1  və  8  nömrəli 
şəhər  orta  məktəblərinin  yaxınlığında  yerləşməsi  uşaqların 
təhlükəsizliyinin 
təmin 
edilməsi 
baxımından 
xüsusilə 
əhəmiyyətlidir.  
Keçidlə  yaxından  tanış  olan  dövlət  başçısı  onun  milli 
memarlıq  üslubunda  inşa  olunmasını  yüksək  qiymətləndirdi, 
ətraf  ərazilərdə  abadlıq  işlərinin  davam  etdirilməsi  ilə  bağlı 
tapşırıqlarını verdi.  
 
Müalicə-Diaqnostika Mərkəzində işlərin  
gedişi ilə tanışlıq 
 
Prezident  İlham  Əliyev  sentyabrın  7-də  Cəlilabad 
şəhərində tikilən Müalicə-Diaqnostika Mərkəzində işlərin gedişi 
ilə tanış olmuşdur.  
Dövlət Neft Şirkətinin vəsaiti hesabına tikilən və 1,5 hektar 
ərazidə yerləşəcək mərkəzin inşasına 2007-ci ildə başlanmışdır. 
3  və  4  mərtəbəli  üç  korpusdan  ibarət  olacaq  sağlamlıq 
ocağında  qəbul,  şüa-diaqnostika,  cərrahiyyə,  dializ,  reani-
masiya-anesteziologiya  şöbələri,  poliklinika,  laboratoriyalar, 
cərrahiyyə bloku fəaliyyət göstərəcəkdir.  
Ən  müasir  tibb  avadanlığı  və  texnika  ilə  təchiz  ediləcək 
mərkəz  cəlilabadlıların  və  ətraf  rayonların  əhalisinin  sağlam-
lığının qorunmasında mühüm rol oynayacaqdır. 


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə