İNKİŞaf – MƏQSƏDİMİZDİr otuz iKİNCİ Kİtab



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə45/100
tarix19.07.2018
ölçüsü1,85 Mb.
#56767
1   ...   41   42   43   44   45   46   47   48   ...   100

 170 
iqtisadi  potensiallarını  möhkəmləndirdiyi,  Mərkəzi  Asiya  və 
Qafqaz  regionunda  mühüm  rol  oynadığı  bir  vaxtda  müna-
sibətlərin inkişafı üçün möhkəm bazadır. 
Beləliklə, əminəm ki, regionumuzdakı inteqrasiya prosesləri, 
Mərkəzi  Asiyada  və  Qafqazda,  Xəzər  hövzəsində  regional 
əməkdaşlıqla 
bağlı 
proseslər 
xeyli 
dərəcədə 
bizim 
münasibətlərimizin  uğurlu  inkişafından  asılı  olacaqdır.  Bizi 
böyük tarix birləşdirir, lakin gələcəkdə bizi qarşılıqlı əlaqələrin, 
kooperasiyanın  səviyyəsinin  yüksəldilməsinə  yönəldilmiş  yeni 
layihələr,  nəqliyyat  layihələrinin  birgə  həyata  keçirilməsi, 
müştərək  iştirak  gözləyir.  Başqa  sözlə,  yaşadığımız  regionda 
əməkdaşlığın  uğurlu  inkişafını  xeyli  dərəcədə  həm  də  bizim 
münasibətlərimizin uğurlu olması müəyyənləşdirəcəkdir. 
Bugünkü səfər  və aparılmış danışıqlar bir daha təsdiq edir ki, 
ölkələrimiz  arasında  münasibətlər  çox  yüksək  səviyyədədir.  Bu 
gün biz qarşılıqlı maraq doğuran məsələlərin çox geniş dairəsini – 
ikitərəfli  münasibətləri,  regional  siyasəti,  Qafqazda  baş  verən 
prosesləri,  yeni  çağırışları,  yeni  təhdidləri,  bizi  narahat  edən  və 
həlli tələb olunan məsələləri müzakirə etdik. Belə bir ümumi fikrə 
gəldik ki, dialoq, işbirliyi və qarşılıqlı surətdə faydalı əməkdaşlığın 
potensialını artırmaq  yolu ilə bir çox problemləri həll edə bilərik. 
Biz  buna  köklənmişik.  İndi  bunun  üçün  bütün  şərait  var:  Özbə-
kistanın  artmaqda  olan  iqtisadi  potensialı,  maliyyə  imkanları, 
habelə  bizim  ölkəmizdə  gedən  və  müstəqilliyimizi  möhkəm-
ləndirən, müstəqil siyasət yeritməyə imkan verən müsbət proseslər. 
Yəqin ki, ölkələrimizə əminliklə aid edə biləcəyimiz bir çox 
digər cəhətlər sırasında müstəqil siyasət xəttini, ölkələrimizin və 
xalqlarımızın  milli  mənafelərinin  qorunmasında,  habelə 
regionda baş verən proseslərə münasibətdə ardıcıl və prinsipial 
siyasəti də vurğulamaq olar. 
Mən  çox  şadam  ki,  biz  bu  gün  Azərbaycanı  çox  yaxşı 
tanıyan,  onu  sevən  və  Azərbaycanda  sevilən  əziz  qonağımız 
İslam Abduqəniyeviç Kərimovu qəbul edirik. Tam məsuliyyətlə 
deməliyəm  ki,  ölkələrimiz  arasındakı  müasir  münasibətlərin 
əsasını  xalqlarımızın  iki  böyük  lideri  –  İslam  Kərimov  və 


 
171 
Heydər  Əliyev  birgə  problemlərin  həllində  səylərimizin 
birləşdirilməsi  işində  fəal  əməkdaşlığa  başlayanda  qoymuşlar. 
Onlar ölkələrimizin dövlətçiliyinin əsasını qoymuşlar, sabitliyi, 
davamlı  inkişafı  təmin  etmişlər.  Onların  rəhbərliyi  altında 
ölkələrimiz  sübut  etmişlər  ki,  nəinki  müstəqil  yaşaya,  həm  də 
milli  mənafelərini  uğurla  təmin  edə,  regional  proseslərdə 
əhəmiyyətli rol oynaya bilərlər. 
Müasir  dövrdə  münasibətlərimiz  məhz  bu  müsbət  məqam 
üzərində qurulur və daha da genişləndirilir. Bu gün imzalanmış 
sənədlər  və  ən  başlıcası,  münasibətlərimizin  ruhu  bunu  təsdiq 
edir.  Bütün  bunlar  –  həm  forma,  həm  ruh,  həm  də  qarşılıqlı 
anlaşma  xalqlarımızın  yaxınlaşmasına  kömək  edir.  Əlbəttə  ki, 
həm  də  özbək  xalqının  böyük  oğlu,  mütəfəkkir  şair  Əlişir 
Nəvainin sabah açılacaq abidəsi. Bu həm özbək xalqının böyük 
oğlunun  xatirəsinə  ehtiram  əlamətidir,  həm  də  bizim 
münasibətlərimizin xarakterini göstərir. 
Mən  bu  badəni  Özbəkistan  prezidentinin  sağlığına,  qardaş 
özbək  xalqının  tərəqqisi,  ölkələrimiz  və  xalqlarımız  arasında 
dostluğun şərəfinə qaldırmaq istəyirəm. 
 
Özbəkistan prezidenti İslam Kərimovun nitqi  
 
Hörmətli İlham Heydər oğlu! 
Hörmətli azərbaycanlı dostlar! 
Nümayəndə  heyətimizə  göstərilən  səmimiyyətə,  mehri-
banlığa  və  qonaqpərvərliyə  görə  Azərbaycan  Respublikasının 
Prezidenti  İlham  Əliyevə,  bütün  azərbaycanlı  dostlarımıza  ən 
dərin  minnətdarlıq  hisslərimi  bildirməkdən  böyük  zövq  və 
məmnunluq duyuram. 
Bizim xalqımız haqqında dediyi səmimi və xoş sözlərə görə, 
bu gün formalaşmaqda olan ikitərəfli və çoxtərəfli münasibətlərin 
səviyyəsini  yüksək  qiymətləndirdiyinə  görə  mən  Azərbaycan 
prezidentinə təşəkkür edirəm. Əminəm ki, qardaş xalqlarımız və 
ölkələrimiz  arasında  bu  münasibətlər  bundan  sonra  da  davam 
edəcəkdir.  Azərbaycan  ilə  Özbəkistan  arasında  dərin  hörmət  və 


 172 
etimadın  təcəssümü  olan  münasibətlər  milli  dəyərlərimizin, 
ənənələrimizin,  adətlərimizin,  dilimizin,  mədəniyyətlərimizin 
yaxınlığına,  çox  cəhətdən  ümumiliyinə,  eyni  dinimizə  əsaslanır 
və bu münasibətlərin çoxəsrlik tarixi həmişə qarşılıqlı dəstək və 
kömək  mənbəyi  olmuşdur.  Əcdadlarımızın  obrazları,  ruhən  bir-
birinə  yaxın  olmuş  böyük  sələflərimiz  Nizami  Gəncəvi,  Əlişir 
Nəvai  və  başqalarının  haqlı  olaraq  dünya  sivilizasiyasının  inci-
lərinə  aid  edilən  əsərləri,  yaradıcılıq  irsi  bütün  dövrlərdə  həm 
azərbaycanlılar, həm də özbəklər üçün ilham mənbəyi olmuşdur. 
Bir daha demək istəyirəm ki, sabah Bakıda görkəmli özbək 
şairi,  mütəfəkkiri  və  dövlət  xadimi  Əlişir  Nəvainin  möhtəşəm 
abidəsinin  açılışı  və  Azərbaycan  paytaxtının  mərkəzi  küçələ-
rindən  birinə  böyük  özbək  astronomu  və  maarifçisi  Mirzə 
Uluqbəyin  adının  verilməsi  bizim  mənəvi  yaxınlığımızın  və 
möhkəm dostluğumuzun rəmzidir. 
Nizamini tanımayan və sevməyən bir özbək tapmaq çətindir. 
Zənnimcə, Əlişir Nəvainin əsərlərini oxumayan və ona ehtiram 
bəsləməyən azərbaycanlı tapmaq da çətindir. Özbəkistanın Xalq 
şairi,  Azərbaycan  oğlu,  taleyin  hökmü  ilə  Özbəkistan 
torpağında  yazıb-yaratmış  Maqsud  Şeyxzadə  bizim  mənəvi 
yaxınlığımızı  çox  gözəl  və  dəqiq  ifadə  etmişdir.  O  özünün 
məşhur rübailərindən birində demişdir: 
Bakılı qocaya dedim: əmican, 
Dostluq bu mənanı kəsb edib haçan? 
Belə cavab verdi o müdrik qoca:  
«Nizami, Nəvai qardaş olandan». 
Bunu  vurğulamaq  mənə  xüsusilə  xoşdur  ki,  Maqsud 
Şeyxzadə milli mədəniyyətimizin inkişafında xidmətlərinə görə 
ölkəmizin  ən  yüksək  mükafatlarına  layiq  görülmüşdür  və  bu 
gün  də  xalqımız  ona  çox  böyük  ehtiram  bəsləyir.  Bu  il 
Daşkənddə  bu  gözəl  şairin  100  illik  yubileyi  qeyd  ediləcəkdir 
və artıq buna hazırlıq görülür. 
Özbək  və  Azərbaycan  xalqları  öz  vətənlərində  sülhün  və 
əmin-amanlığın  qorunub  saxlanması  naminə  əsrlər  boyu  bir 
yerdə olmuşlar, biz sevincimizi də, kədərimizi də bir-birimizlə 


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə