İNKİŞaf – MƏQSƏDİMİZDİr otuz iKİNCİ Kİtab



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə41/100
tarix19.07.2018
ölçüsü1,85 Mb.
#56767
1   ...   37   38   39   40   41   42   43   44   ...   100

 
155 
Dəyərli mətbuat nümayəndələri! 
Bu gün hörmətli prezident İlham Əliyevlə hər zaman olduğu 
kimi,  çox  gözəl  bir  görüş  keçirdik.  Türkiyə  ilə  Azərbaycanın 
qardaşlığı,  dostluğu  daimidir,  əbədidir  və  bu  çərçivədə  əvvəlcə 
ikitərəfli  əlaqələrimizi  müzakirə  etdik,  daha  sonra  bölgə  ilə 
əlaqədar  məsələləri nəzərdən  keçirdik.  İkitərəfli  münasibətlərimiz 
əsas mövzu olduğuna görə Türkiyə və Azərbaycan siyasi, iqtisadi 
və digər sahələrdə mükəmməl bir şəkildə əməkdaşlıq etməkdədir. 
Siyasi məsələlərdə Türkiyə daim Azərbaycanın yanında olmuşdur 
və hər zaman da yanında olacaqdır. 
İqtisadi sahədə də, hörmətli prezident Əliyevin dediyi kimi, 
Bakı–Tbilisi–Ceyhan,  Bakı–Tbilisi–Ərzurum  neft,  qaz  və  ən 
sonuncu,  Qarsda  bir  hissəsinin    təməlini  qoyduğumuz,  daha 
əvvəl isə Gürcüstanda başladığımız Bakı–Tbilisi–Qars dəmiryol 
layihələri  bütün  dünyanın  böyük  hörmətlə  təqdir  etdiyi 
layihələrdir.  İnanıram  ki,  dəmir  yolunu  da  gələcəkdə 
tamamlamaq,  iqtisadi  əlaqələrimizi  daha  da  gücləndirmək  və 
inkişaf etdirmək üçün böyük iradəyə və gücə sahibik.  
Qafqazda meydana çıxan yeni vəziyyəti də bu gün çox əhatəli 
şəkildə nəzərdən keçirdik. Bu baxımdan bir neçə gün əvvəl milli 
komandaların oyununa baxmaq üçün Ermənistana etdiyim səfər və 
orada  Ermənistan  prezidenti  ilə  keçirdiyim  görüş  haqqında 
hörmətli  İlham  Əliyevə  əhatəli  şəkildə  məlumat  verdim.  Sizinlə 
səmimi  olaraq  bunu  paylaşmaq  istəyirəm  ki,  hörmətli  prezident 
Əliyevin  Qafqaz  regionu  ilə  bağlı  çox  realist,  gerçək  düşüncəli 
təhlili  doğrudan  da  məndə  çox  böyük  təəssürat  yaratmışdır.  Ona 
burada təqdir və təşəkkürümü ifadə etmək istəyirəm.  
Ortadakı  yeni  bir  vəziyyət  əsas  mövzudur.  Gürcüstanda 
meydana  çıxan  hadisələrlə  bağlı  dövlət  adamları  kimi,  liderlər 
kimi,  vəziyyəti  ən  yaxşı  şəkildə  təhlil  edib  düzgün  və  səbatlı 
siyasi  iradə  göstərməyimiz  lazımdır.  Ümid  edirəm  ki, 
Ermənistan və Azərbaycan arasındakı Dağlıq Qarabağ məsələsi 
dialoq  yolu  ilə,  anlayış  və  qarşılıqlı  görüşlərlə  həllini 
tapacaqdır.  


 156 
17  ildir  həllini  tapmayan  bu  məsələnin  çözümü  üçün  yeni 
fürsətlərin  yarandığı  fikrindəyik.  Bu  baxımdan  Ermənistan 
səfərindən  də  ümidli  dönmüşəm.  Görüşlərlə  bunun  həll 
ediləcəyinə inanıram.  
Şübhəsiz ki, işğal altındakı torpaqların tezliklə boşaldılması çox 
böyük  addım  olacaq  və  sülh,  təhlükəsizlik  bərqərar  olduqda  bu 
bölgədə çox böyük iqtisadi  işbirliyi yaranacaqdır. Haqqında bəhs 
etdiyimiz  boru  xətləri,  dəmir  yolu  bütün  Qafqaz  bölgəsini  əhatə 
edəcəkdir.  Ona  görə  də  yeni  bir  fürsəti  ən  yaxşı  şəkildə 
dəyərləndirmək  və  dondurulmuş  münaqişələri  bu  şəkildə  davam 
etdirmək  yox,  həll  etmək  lazımdır.  Həll  etmək  üçün  də  yeni  bir 
fürsətin  ortaya  çıxdığının  qənaətindəyəm.  Ümid  edirəm  ki,  bölgə 
ölkələri bunu ən yaxşı şəkildə dəyərləndirəcək, sülh yollarını üstün 
tutacaqlar.  Onsuz  da  Birləşmiş  Millətlər  Təşkilatının  qətnamələri 
ortadadır – bütün bunlar nəzərə alınar və sonda düşmənçilik deyil, 
dostluq hökm sürər. Belə  olarsa, bu, bölgədə hamımızın xeyrinə, 
bölgə  xalqlarının  hamısının  xeyrinə  olacaqdır.  Ona  görə  də  hər 
şeydən  əvvəl  xoş  niyyətlə  çalışmaq  vacibdir  və  ümid  edirəm  ki, 
bütün dünya da bunu təqdirlə qarşılayar və dəstəkləyər.  
Mən  bu  gün  gördüyümüz  çox  səmimi,  isti  münasibətdən 
duyduğum  məmnunluğu  bir  daha  ifadə  etmək  istəyirəm.  Bu 
baxımdan  da  bütün  azərbaycanlı  qardaşlarıma  türk  xalqının 
sevgisini,  hörmət  və  ehtiramını  çatdırmaq  istəyirəm.  Bu  bir 
həqiqətdir ki, biz hamımız bir millətin parçalarıyıq və ayrı-ayrı 
dövlətlərin  daxilindəyik.  Həmrəyliyimiz  sona  qədər  davam 
edəcəkdir.  
 
 
 
 
 
 
 


 
157 
ÖZBƏKİSTAN RESPUBLİKASININ PREZİDENTİ 
İSLAM KƏRİMOVUN AZƏRBAYCANA RƏSMİ 
SƏFƏRİ 
 
    11 sentyabr 2008-ci il 
 
   Sentyabrın  11-də  Özbəkistan  prezidenti  İslam  Kərimov 
Azərbaycana  gəlmişdir.  İki  ölkənin  dövlət  bayraqlarının  dal-
ğalandığı meydanda ali qonağın şərəfinə Fəxri qarovul dəstəsi 
düzülmüşdü.  
Fəxri  qarovul  dəstəsinin  rəisi  Azərbaycan  Respublikasının 
Prezidenti İlham Əliyevə raport verdi.  
Prezident  İlham  Əliyev  Özbəkistan  prezidenti  İslam  Kəri-
movu səmimiyyətlə qarşıladı. 
Fəxri  qarovul  dəstəsinin  rəisi  Özbəkistan  prezidentinə 
raport verdi. 
Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında 
Özbəkistanın və Azərbaycanın dövlət himnləri səsləndi.  
Prezidentlər  İlham  Əliyev  və  İslam  Kərimov  Fəxri  qarovul 
dəstəsinin qarşısından keçdilər. Özbəkistan prezidenti Azərbay-
can əsgərlərini salamladı. 
Azərbaycanın  dövlət  və  hökumət  rəsmiləri  Özbəkistan 
prezidenti  İslam  Kərimova,  Özbəkistan  nümayəndə  heyətinin 
üzvləri isə Azərbaycan prezidenti İlham Əliyevə təqdim edildi.  
Fəxri  qarovul  dəstəsi  hərbi  marşın  sədaları  altında  dövlət 
başçılarının qarşısından keçdi.  
 
 
 
 
 
 
 
 


 158 
AZƏRBAYCAN  PREZİDENTİ  İLHAM  ƏLİYEVİN 
VƏ ÖZBƏKİSTAN PREZİDENTİ  
İSLAM KƏRİMOVUN TƏKBƏTƏK GÖRÜŞÜ  
 
Prezident sarayı 
 
     11 sentyabr 2008-ci il 
 
Sentyabrın  11-də  Azərbaycan  prezidenti  İlham  Əliyevin 
və  Özbəkistan  prezidenti  İslam  Kərimovun  təkbətək  görüşü 
olmuşdur.  
Prezident  İlham  Əliyev  ali  qonağı  salamlayaraq,  Azərbay-
canın və Azərbaycan xalqının böyük dostunu qəbul etməyə şad 
olduğunu vurğuladı.  
Özbəkistan  prezidenti  İslam  Kərimov  Azərbaycana  rəsmi 
səfər  etmək  imkanına  görə  təşəkkürünü  bildirdi.  O  dedi  ki, 
Azərbaycana yaxın və doğma saydığı bir ölkə kimi səfər edir. 
Dövlət  başçıları  görüşdə  ikitərəfli  əlaqələrin  müxtəlif 
aspektlərini, regional əməkdaşlıq və beynəlxalq vəziyyət barədə 
məsələləri  müzakirə  etdilər.  Qarşılıqlı  maraq  doğuran 
məsələlər barədə də fikir mübadiləsi aparıldı. 
  
 
 
 
 
 
 
 
 
 


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə