İNKİŞaf – MƏQSƏDİMİZDİr otuz iKİNCİ Kİtab



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə48/100
tarix19.07.2018
ölçüsü1,85 Mb.
#56767
1   ...   44   45   46   47   48   49   50   51   ...   100

 180 
dövrünə,  transformasiya  dövrünə  xas  olan çətinliklərin,  demək 
olar, hamısını keçmişdə qoymuşuq. 
Bu gün artıq heç kəs şübhə etmir ki, həm Özbəkistan, həm 
Azərbaycan  gələcəkdə  də  fəal  inkişaf  edəcək,  inteqrasiya, 
kooperasiya  edəcək  və  ölkələrimizin  xalqları  daha  yaxşı 
yaşayacaqlar.  Ona  görə  də  bizim  firavanlığımız  da,  Mərkəzi 
Asiya  və  Qafqaz  regionunda  sülh  və  sabitlik  də  ölkələrimiz 
arasında sıx münasibətlərdən asılıdır. Biz bu münasibətləri çox 
əziz  tuturuq,  onlar  qardaşlıq  münasibətləri  xarakteri  daşıyır, 
ənənələrə, möhkəm tarixi bazaya əsaslanır və bu gün çox uğurla 
inkişaf edir. 
Mən  çox  şadam  ki,  biz  hörmətli  qonağımız,  Özbəkistan 
prezidenti İslam Abduqəniyeviç Kərimovu Bakıda qəbul edirik. 
Biz dünən və bu gün bir daha yəqin etdik ki, münasibətlərimiz 
nə qədər yaxındır. Mən dünən İslam Abduqəniyeviçə dedim ki, 
özbək xalqının bəxti gətirib: onun tarixinin ən məsul dövründə, 
Özbəkistanın  müstəqil  dövlət  kimi  formalaşdığı  vaxtda  bu 
ölkəyə İslam Abduqəniyeviç Kərimov rəhbərlik etmişdir. 
Bu  mənada  bizim  bəxtimiz  az  gətirdi.  Azərbaycan  dövlət-
çiliyinin  formalaşması  müstəqilliyin  əldə  edilməsi  ilə  eyni 
vaxtda deyil, iki il sonra başlandı. Bu iki il ölkəmizi geri saldı 
və  müstəqilliyin  ilk  illərinin  ağır  nəticələrini  aradan qaldırmaq 
və inkişaf yoluna çıxmaq üçün Azərbaycan xalqının ümummilli 
lideri Heydər Əliyevin çox gərgin səylər göstərməsi lazım gəldi. 
Bu  gün  ölkələrimiz  arasında  yaranmış  münasibətlər  də  çox 
cəhətdən xalqlarımızın iki liderinin fəaliyyəti, onların dostluğu 
və şəxsi münasibətləri sayəsində formalaşmışdır. 
Biz  Azərbaycanda  ötən  illər  ərzində  ölkələrimiz  arasında 
münasibətlərdə  seçilmiş  xətti  davam  etdiririk  və  gələcəkdə  də 
bu  münasibətləri  inkişaf  etdirmək,  onları  yeni  səviyyəyə 
qaldırmaq üçün lazım olan hər şeyi edəcəyik. 
Bakıda Əlişir Nəvainin abidəsinin açılması, şəhərin mərkəzi 
küçələrindən  birinə  böyük  alim,  böyük  özbək  xalqının 
nümayəndəsi  Mirzə  Uluqbəyin  adının  verilməsi  kimi 
xalqlarımızın  həyatındakı  mühüm  hadisələr  isə,  sadəcə, 


 
181 
münasibətlərimizi  səciyyələndirən,  qarşılıqlı  rəğbət  hissləri-
mizin  dərinliyini,  qarşılıqlı  sevgi  və  qardaşlıq  münasibətlərini 
əks etdirən səciyyəvi cəhətlərdir. 
Mən  sizin  hamınızı  –  həm  qardaş  Özbəkistan  xalqını,  həm 
də  Azərbaycan  xalqını  bu  əlamətdar  hadisə  münasibətilə  bir 
daha  təbrik  etmək  istəyirəm.  Əminəm  ki,  bu  hadisə  gələcəkdə 
ölkələrimiz  arasında  daha  sıx  münasibətlərin  yaranmasına 
kömək edəcəkdir.  
Sağ olun.  
 
Özbəkistan prezidenti İslam Kərimovun çıxışı   
 
Əziz dostlar!  
Mən ilk növbədə Azərbaycan prezidenti İlham Əliyevə, sizə 
–  Azərbaycan  ictimaiyyətinin  nümayəndələrinə  ən  səmimi 
hörmət  hisslərimi  və  sizin  şəxsinizdə  Azərbaycan  xalqına  öz 
məhəbbətimi  bildirmək  istəyirəm.  Mən  xoşbəxtəm  ki,  bu  gün 
Azərbaycanın  necə  yüksəlməsinin  şahidiyəm.  Xoşbəxtəm  ki, 
Heydər  Əliyevlə  birlikdə  işləmişəm.  Xüsusən  ona  görə 
xoşbəxtəm  ki,  mən  burada,  Bakıda  rəsmi  səfərdə  olarkən 
görürəm ki, Heydər Əliyevin oğlu İlham Əliyev öz atasının işini 
davam  etdirmək  üçün,  adı  böyük  hərflə  yazılmağa  layiq  İnsan 
hesab  etdiyim  şəxsiyyətin  işini  davam  etdirmək  üçün  hər  şeyi 
edir. 
Mən tarixdə çox şəxsiyyətlər tanıyıram və artıq çox illərdir 
ki,  təkcə  postsovet  məkanında  deyil,  onun  hüdudlarından 
kənarda da baş verən hadisələri izləyirəm. Mən Heydər Əliyev 
miqyaslı  və  ən  başlıcası  isə,  öz  ölkəsinə,  öz  torpağına,  öz 
xalqına Heydər Əliyev qədər sədaqətli olan insanlara çox az-az 
rast  gəlmişəm.  Bu  fürsətdən  istifadə  edərək,  mən  bir  daha, 
dönə-dönə  demək  istəyirəm:  onun  öz  xalqı  üçün,  öz  xalqının 
gələcəyi üçün gördüyü işlərin qədir-qiyməti əvəzsizdir və gənc 
nəsil  təməli  Heydər  Əliyev  tərəfindən  qoyulmuş  işlərin 
nəticələrini  artıq  bu  gün  görür.  Demək  istəyirəm  ki,  biz 
Özbəkistanda  onu  təkcə  öz  ölkəsi  üçün  gördüyü  işlərə  görə, 


 182 
təkcə  öz  ölkəsinin  vətənpərvəri  adlandırıla  biləcək  insan 
olduğuna  görə  deyil,  həm  də  ona  görə  yüksək  qiymətləndiririk 
ki,  o,  Özbəkistan  və  Azərbaycan  arasındakı  münasibətləri, 
çoxəsrlik  dostluq,  qarşılıqlı  hörmət,  qarşılıqlı  məhəbbət 
münasibətlərini  müstəqilliyin  ilk  illərində  burada  təsadüfi 
adamların  ölkəyə  rəhbərlik  etdiyi  vaxtda  məruz  qaldığı  bütün 
hücumlardan qorumaq üçün hər şeyi etmişdir.  
Mən o adamların adlarını çəkməyəcəyəm, çünki onlar buna 
layiq  deyil,  xeyirxah  işlər  görmüş  insanlar  haqqında,  bu  gün 
xalqın taleyində, ayrılıqda götürülmüş hər bir insanın taleyində 
hiss  etdiyimiz  yaxşı  işləri  görmüş  insanlar  haqqında  daha  çox 
danışmaq lazımdır. 
Sizə  demək  istəyirəm  ki,  dörd  il  bundan  əvvəl  İlham 
Əliyevlə birlikdə Daşkəndin ən mənzərəli, ən gözəl meydanla-
rından  birində,  yeri  gəlmişkən,  Nizaminin  adını  daşıyan 
meydanda  –  Daşkənd  Dövlət  Pedaqoji  Universitetinin  binası 
qarşısında  Nizaminin  abidəsini  açmışdıq.  O  vaxt  mən  özbək 
dilində  danışdım,  o  isə  Azərbaycan  dilində.  Bu  gün  Özbəkis-
tana,  onun  böyük  oğlu  Əlişir  Nəvaiyə  hörmət  əlaməti  olaraq 
Bakının  bu  çox  gözəl  meydanına  toplaşdığımız  kimi,  o  vaxt 
Nizaminin  abidəsinin  açılışına  gəlmiş  insanlar  da  həm  özbək 
dilində, həm də Azərbaycan dilində deyilənləri başa düşürdülər. 
Yaxşı yadımdadır, o vaxt İlham Heydər oğlu ilk dəfə belə dedi: 
«Bu  çox  böyük  sərvətdir  –  siz  özbək  dilində  danışırsınız,  mən 
Azərbaycan dilində danışıram, amma adamların gözlərindən də 
görünür  ki,  heç  kəsdə  heç  bir  sual  doğmadı,  heç  kəs 
yanındakından  soruşmadı:  «O  nə  dedi?».  Hamı  bir-birini  başa 
düşürdü və bu, böyük sərvətdir, bizim ən ciddi şəkildə qorumalı 
olduğumuz böyük irsdir. 
Özbəkistanın  dünyanın  çox  ölkələri  ilə  münasibətləri  var. 
Həmin  ölkələrlə  təkcə  diplomatik,  siyasi  münasibətlər  saxla-
mırıq, həm də hazırda bütün dünyada olduğu kimi, əməkdaşlıq 
münasibətləri qurmuşuq. Lakin mənim əzizlərim, mən sizə nəyi 
demək istəyirəm: indi dünyada vəziyyətin çox mürəkkəbləşdiyi, 
heç  də  sadə  olmadığı  bir  vaxtda  təkcə  diplomatik,  çox  böyük 


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə