İNKİŞaf – MƏQSƏDİMİZDİr otuz iKİNCİ Kİtab



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə31/100
tarix19.07.2018
ölçüsü1,85 Mb.
#56767
1   ...   27   28   29   30   31   32   33   34   ...   100

 
117 
 
 
 
 
MALİ RESPUBLİKASININ PREZİDENTİ  
ZATİ-ALİLƏRİ  
CƏNAB AMADU TUMANİ TUREYƏ 
 
Hörmətli cənab Prezident! 
Ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə 
Sizi və bütün Mali xalqını səmimi-qəlbdən təbrik edirəm. 
Ümidvaram ki, Azərbaycan ilə Mali arasındakı münasibətlər 
daim dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcəkdir. 
Sizə  möhkəm  cansağlığı,  işlərinizdə  uğurlar,  dost  xalqınıza 
əmin-amanlıq və rifah arzulayıram. 
 
Hörmətlə, 
İLHAM ƏLİYEV 
Azərbaycan Respublikasının Prezidenti 
 
Bakı, 4 sentyabr 2008-ci il 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 118 
 
 
İRANIN XARİCİ İŞLƏR NAZİRİNİN MÜAVİNİ 
MEHDİ SƏFƏRİNİN BAŞÇILIQ  ETDİYİ 
NÜMAYƏNDƏ HEYƏTİ  İLƏ GÖRÜŞ  
 
 
Prezident sarayı 
 
     4 sentyabr 2008-ci il 
 
Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 
sentyabrın  4-də  İranın  Xarici  İşlər  nazirinin  müavini  Mehdi 
Səfərinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. 
Mehdi  Səfəri  İran  prezidenti  Mahmud  Əhmədinejadın 
salamlarını dövlətimizin başçısına çatdırdı. 
Görüşdə  Azərbaycanla  İran  arasında  əlaqələrin  uğurla 
inkişaf etdiyi vurğulandı, ikitərəfli münasibətlərin bundan sonra 
da  genişlənəcəyinə  əminlik  ifadə  olundu.  Söhbət  zamanı 
həmçinin regional məsələlər ətrafında fikir mübadiləsi aparıldı. 
Prezident  İlham  Əliyev  İran  prezidenti  Mahmud  Əhmədi-
nejadın  salamlarına  görə  minnətdarlığını  bildirdi,  özünün  də 
salamlarını ona çatdırmağı xahiş etdi. 
 
 


 
119 
 
 
 
MACARISTAN MİLLİ ASSAMBLEYASININ 
SƏDRİ XANIM KATALİN SİLİNİN BAŞÇILIQ 
ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ  
 
Prezident sarayı 
 
     5 sentyabr 2008-ci il 
 
Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 
sentyabrın  5-də  Macarıstan  parlamentinin  –  Milli  Assamble-
yanın  sədri  xanım  Katalin  Silinin  başçılıq  etdiyi  nümayəndə 
heyətini qəbul etmişdir. 
Dövlətimizin  başçısı  Azərbaycanla  Macarıstan  arasında 
ikitərəfli  münasibətlərin  uğurla  inkişaf  etdiyini  bildirdi, 
əlaqələrimizin  genişləndirilməsində  yüksək  səviyyəli  qarşılıqlı 
səfərlərin  əhəmiyyətini  qeyd  etdi.  Ölkələrimiz  arasında  tərəf-
daşlığın  səviyyəsindən  məmnunluğunu  vurğulayan  prezident 
İlham  Əliyev  parlamentlərarası  əməkdaşlıq  üçün  də  böyük 
potensialın  olduğunu  bildirdi.  Dövlətimizin  başçısı  xanım 
Katalin  Silinin  ölkəmizə  səfərinin  əməkdaşlığımızın  daha  da 
möhkəmləndirilməsinə töhfə verəcəyinə əminliyini söylədi. 
Prezident İlham Əliyevlə Budapeştdəki görüşünü xatırladan 
xanım Katalin Sili dövlətimizin başçısı ilə yenidən görüşündən 
məmnunluğunu  bildirdi.  O,  ölkələrimiz  arasında  əməkdaşlığın 
genişləndiyini vurğuladı, parlamentlərarası əlaqələrin daha da 
möhkəmləndirilməsi  baxımından  bu  səfərin  əhəmiyyətli 
olacağını qeyd etdi. 
 
 
 


 120 
 
 
 
VATİKANIN ÖLKƏMİZDƏKİ APOSTOL NUNSİSİ 
KLAUDİO QUCEROTTİ İLƏ GÖRÜŞ  
 
Prezident sarayı 
 
5 sentyabr 2008-ci il 
 
Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 
sentyabrın 5-də Vatikanın ölkəmizdəki apostol nunsisi Klaudio 
Qucerottini qəbul etmişdir. 
K.Qucerotti  Roma  Papası  XVI  Benediktin  salamlarını 
dövlətimizin  başçısına  çatdırdı.  O,  Vatikanın  Dövlət  katibi, 
kardinal  Tarçizio  Bertoninin  Azərbaycana  səfərini  və  Bakıda 
katolik  kilsəsinin  açılış  mərasimini  məmnunluqla  xatırladaraq, 
Azərbaycan  prezidentinin  və  xanımının  həmin  mərasimdə 
iştirakının tədbirə xüsusi şərəf verdiyini vurğuladı.  
Azərbaycanla  Vatikan  arasında  əlaqələrin  səviyyəsindən 
məmnunluğunu bildirən prezident İlham Əliyev ölkəmizdə bütün 
dinlərin,  o  cümlədən  katolik  icması  nümayəndələrinin  sərbəst 
fəaliyyəti  üçün  hər  cür  şəraitin  yaradıldığını  vurğuladı,  bu 
siyasətin bundan sonra da davam etdiriləcəyini bildirdi. 
Dövlətimizin  başçısı  Roma  Papası  XVI  Benediktin  salam-
larına  görə  minnətdarlığını  bildirdi  və  özünün  də  salamlarını 
ona çatdırmağı xahiş etdi.  
 
 
 


 
121 
 
 
 
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ 
İLHAM ƏLİYEVİN  SALYAN VƏ CƏLİLABAD 
RAYONLARINA SƏFƏRİ  
 
     7 sentyabr 2008-ci il 
 
Azərbaycan  prezidenti  İlham  Əliyev  sentyabrın  7-də 
Salyan  rayonuna  gəlmişdir.  Dövlətimizin  başçısı  əvvəlcə  Cəsur 
Əliyev  adına  Qardili  kənd  orta  məktəbinin  yeni  binasının 
açılışında iştirak etdi. 
Mərasimə toplaşanlar ölkə rəhbərini hərarətlə qarşıladılar. 
Prezident İlham Əliyev binanın rəmzi açılışını bildirən lenti 
kəsdi,  məktəbin  foyesində  bu  təhsil  ocağının  əvvəlki  və  indiki 
vəziyyətini  əks  etdirən  fotoşəkillərə,  ümummilli  lider  Heydər 
Əliyevin  fəaliyyətinə  dair  fotoguşəyə  baxdı.  Foyedə  ulu  öndər 
Heydər  Əliyevin  təhsil  işçilərinin  əməyinə  verdiyi  qiyməti 
təsdiqləyən «Mən yer üzündə müəllimdən yüksək ad tanımıram» 
kəlamı yazılmışdı. 
Dövlət  başçısına  məlumat  verildi  ki,  Qardili  kənd  orta 
məktəbinin müəllim və şagirdləri uzun illərdən bəri köhnə binanın 
yaratdığı  problemlərdən  əziyyət  çəkirdilər.  Qış  aylarında  burada 
dərs  keçmək  daha  çox  çətinlik  yaradırdı.  Yeni  bina  220  şagird 
üçün  nəzərdə  tutulmuşdur.  Bu  il  məktəbdə  təhsil  alacaq  161 
şagirdin təlim-tərbiyəsi ilə 21 müəllim məşğul olacaqdır. 11 sinif 
otağı, 2 emalatxana,  2 laboratoriya və 1 həkim otağından ibarət 
bina  müasir  istilik  sistemi  ilə  təchiz  olunmuş,  transformator 
quraşdırılmışdır.  Məktəbin  həyəti  abadlaşdırılmış,  burada  gözox-
şayan yaşıllıq salınmışdır. 
Azərbaycanda  təhsilin  inkişafında  misilsiz  xidmətləri  olan 
Heydər  Əliyev  Fondu  əvvəlki  illərdə  olduğu  kimi,  bu  il  də 
məktəbə  ilk  dəfə  qədəm  qoyacaq  uşaqlara  çanta,  dərslik  və 
digər məktəb ləvazimatı hədiyyə etmişdir. 


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə