İNKİŞaf – MƏQSƏDİMİZDİr otuz iKİNCİ Kİtab



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə52/100
tarix19.07.2018
ölçüsü1,85 Mb.
#56767
1   ...   48   49   50   51   52   53   54   55   ...   100

 
195 
yaradır.  Bu  binanın  tikintisi  uzun illər  idi  ki, aparılırdı.  Ancaq 
görülən  əlavə  tədbirlər  nəticəsində,  prezidentin  ehtiyat 
fondundan  ayrılmış  vəsaitin  hesabına  bu  korpusun  tikintisi 
tezliklə  başa  çatmışdır  və  bu  gün  həm  tələbələrin,  həm  də 
müəllimlərin ixtiyarına verilir. 
Bu  gözəl  hadisə  münasibətilə  sizin  hamınızı  bir  daha 
ürəkdən  təbrik  etmək  istəyirəm.  Sizə  uğurlar,  cansağlığı 
arzulayıram.  
Sağ olun. 
 
 
 
 


 196 
 
 
 
YASAMAL RAYONUNDAKI 60 NÖMRƏLİ ORTA 
MƏKTƏBİN YENİ BİNASININ AÇILIŞI  
 
     15 sentyabr 2008-ci il 
 
Sentyabrın 15-də – Bilik günü Bakının Yasamal rayonun-
dakı şəhid  Paşa  Nəzərov  adına  60 nömrəli  orta  məktəbin yeni 
binasının açılış mərasimi olmuşdur.  
Mərasimə  toplaşmış  təhsil  işçiləri,  şagirdlər,  valideynlər 
Azərbaycan prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliye-
vanı böyük hörmət və ehtiramla, gül-çiçəklə qarşıladılar.  
Dövlət  başçısı  müasir  standartlara  uyğun  tikilmiş  məktəbin 
rəmzi açılışını bildirən lenti kəsdi. 
Təhsil  naziri  Misir  Mərdanov  məlumat  verdi  ki,  Azərbay-
canda  son  illər  ərzində  məktəb  tikintisi  və  təmiri  geniş  vüsət 
almış  və  təhsil  sisteminin  maddi-texniki  bazası  möhkəmlən-
mişdir.  Prezidentin  xüsusi  tapşırığı  ilə  ötən  il  iyunun  1-dən 
inşasına  başlanılmış  bu  məktəbdə  tədris  üçün  hər  cür  şərait 
yaradılmışdır.  50-dən  çox  sinif  otağı  olan  840  şagird  yerlik 
məktəbdə yeni dərs ilində 600 şagird təhsil alacaqdır. Onların 
təlim-tərbiyəsi  ilə  60  müəllim  məşğul  olacaqdır.  Məktəbdə  ulu 
öndər  Heydər  Əliyevin,  prezident  İlham  Əliyevin  fəaliyyətləri, 
Azərbaycanın  dövlət  dili,  rəmzləri,  hərb  sənəti  ilə  və  tədrislə 
bağlı xüsusi guşələr yaradılmışdır.  
Paytaxtın  qabaqcıl  təhsil  ocaqlarından  olan,  Qarabağ 
müharibəsi  şəhidi,  vaxtilə  burada  oxumuş  Paşa  Nəzərovun 
adını daşıyan məktəbin yeni binası müasirliyi ilə diqqəti çəkir. 
İnşaat  işləri  zamanı  Türkiyə,  Fransa  və  digər  ölkələrdən 
gətirilən  tikinti  materiallarından  geniş  istifadə  edilmişdir. 
Məktəbdə  avadanlıqlar  və  əyani  dərs  vəsaitləri  ilə  təchizat 
yüksək  səviyyədədir.  Bu  il  dörd  sinifdə  1-cilər  təhsilə  başla-
yacaqlar.  Heydər  Əliyev  Fondu  respublikamızdakı  bütün  1-ci 


 
197 
sinif  şagirdlərini  çanta,  məktəbləri  isə  nəfis  tərtibatlı  əyani 
vəsaitlə təchiz etmişdir.  
Xatırladıldı  ki,  cari  ildə  bu  məktəbin  55  məzunu  respubli-
kamızın  ali  məktəblərinə  qəbul  imtahanlarında  iştirak  etmiş, 
onlardan  41-i  tələbə  adını  qazanmışdır.  Məktəbin  600-dən  çox 
bal toplamış məzunları prezident təqaüdünə layiq görülmüşlər. 
Dövlət başçısı ayrı-ayrı sinif otaqlarına, fənn kabinetlərinə, 
müəllimlər  otağına,  bufetə,  kiçik  və  böyük  idman  zallarına 
baxdı, tədris prosesi, dərs vəsaitləri ilə maraqlandı.  
Məlumat  verildi  ki,  informatika  kabineti  kompyuterlərlə 
təmin  olunmuş  və  internet  şəbəkəsinə  qoşulmuşdur.  Məktəbin 
kitabxanasında  latın  qrafikası  ilə  çap  olunmuş  6000-ə  qədər 
dərslik və müxtəlif ədəbiyyat toplanmışdır.  
Məktəbdə  mini  ATS  quraşdırılmış,  tibb  otağında  səhiyyə 
xidməti üçün normal şərait yaradılmışdır. Məktəbin bufetindəki 
avadanlıqlar  və  yaradılan  şərait  keyfiyyətli  qidalanmaya 
hərtərəfli təminat verir. 
Kimya  laboratoriyası  həmin  fənnin  təkcə  nəzəri  deyil,  həm 
də praktik baxımdan yüksək səviyyədə tədrisinə hərtərəfli imkan 
yaradır.  Fizika  laboratoriyası  da  müasir  tərtibatı  və  zəngin 
avadanlığı  ilə  diqqəti  cəlb  edir.  Burada  da  nəzəri  biliklər 
praktik məşğələlərlə əlaqələndiriləcəkdir.  
Bütün  bunlar  tədrisin  səviyyəsinin  yüksəldilməsinə,  beynəl-
xalq standartlara uyğunlaşdırılmasına yönəlmişdir. 
Məktəbin  davamlı  işıqlandırılması,  istilik,  havalandırma 
sistemi müasir səviyyədədir. Yanğından mühafizə sistemi ən son 
texnologiyalara  əsaslanır  və  istənilən  fövqəladə  halın  qısa 
müddətdə aradan qaldırılmasına imkan verir.  
Dövlət  başçısı  1-ci  sinif  şagirdləri  ilə  görüşdü,  onlara 
təhsildə  uğurlar  arzuladı  və  məktəblərə  qayğının  daha  da 
gücləndiriləcəyini,  müəllimlərin  iş  şəraitinin  və  maddi  rifah 
halının mütəmadi yaxşılaşdırılacağını vurğuladı.  
Məktəbin  idman  zalı  ilə  tanışlıq  zamanı  bildirildi  ki, 
buradakı münasib şərait və müxtəlif avadanlıqlar  bədən tərbi-
yəsi  dərslərinin  lazımınca  tədrisinə  imkan  yaradır.  Burada 


 198 
həndbol, voleybol, mini futbol, stolüstü tennis və digər oyunlar 
keçirmək  mümkündür.  Duşxana,  soyunub-geyinmə  otaqları  da 
vardır. Prezident İlham Əliyev bu təhsil ocağının açılışı və yeni 
dərs ilinin başlanması münasibətilə məktəbin kollektivini təbrik 
etdi, uğurlar arzuladı və onlarla xatirə şəkli çəkdirdi.  
 
 
 
 
* * * 
 
Sonra  prezident  İlham  Əliyev  60  nömrəli  orta  məktəbin 
qarşısındakı parkda aparılan yenidənqurma işləri ilə tanış oldu.  
Dövlət  başçısına  məlumat  verildi  ki,  burada  əsaslı  təmir 
işləri  yüksək  səviyyədə  aparılmışdır.  Parkda  məktəblilərin  və 
sakinlərin istirahəti üçün hərtərəfli şərait yaradılmışdır. Müasir 
işıqlandırma sistemi quraşdırılmış bu istirahət ocağı ətraf ərazi 
ilə  ümumi  ansambl  təşkil  edir,  paytaxtın  bu  hissəsinə  əlavə 
yaraşıq verir.  
Prezident İlham Əliyev Bakıda aparılan yenidənqurma işləri 
ilə bağlı fikirlərini bölüşdü, tapşırıq və tövsiyələrini verdi. 
 
 


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə