İNKİŞaf – MƏQSƏDİMİZDİr otuz iKİNCİ Kİtab



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə55/100
tarix19.07.2018
ölçüsü1,85 Mb.
#56767
1   ...   51   52   53   54   55   56   57   58   ...   100

 206 
olan  hər  şeyi  edəcəyik.  Heç  şübhəsiz,  bu  baxımdan  humanitar 
sahə  ilə  bağlı  məsələlər  də  çox  böyük  əhəmiyyət  kəsb  edir. 
Dmitri  Anatolyeviçin  qeyd  etdiyi  kimi,  Azərbaycanda  rus 
dilinə,  rus  mədəniyyətinə  çox  qayğıkeş  münasibət  bəslənir  və 
bu  münasibət  təkcə  sözdə  deyil,  əməli  işdə  də  özünü  göstərir. 
Bəlkə də bu məsələlər geniş ictimaiyyətə həmişə məlum olmur, 
ola  bilsin  ki,  biz  indi  piar  deyilən  məsələ  ilə  o  qədər  də  fəal 
məşğul  olmuruq,  lakin  hesab  edirik  ki,  ən  yaxşısı  öz  işini 
vicdanla və namusla görməkdir, informasiya isə hər bir halda öz 
oxucusunu tapacaqdır.  
 Mən  bu  dəvətə  görə,  yenə  də  bütün  məsələləri  çox  açıq, 
səmimi,  yoldaşcasına  müzakirə  etməyə  imkan  verən  şəraitin 
yaradılmasına görə Rusiya prezidentinə bir daha təşəkkür etmək 
istəyirəm. Bu cür müzakirələr bizim münasibətlərimizin ruhunu 
və xarakterini əks etdirir.  
Sağ olun.  
 
 
 
 
 


 
207 
 
 
 
RUSİYA HÖKUMƏTİNİN SƏDRİ VLADİMİR 
PUTİNLƏ  GÖRÜŞ  
 
16 sentyabr 2008-ci il  
 
Sentyabrın  16-da  Azərbaycan  prezidenti  İlham  Əliyev 
Moskvada  Rusiya  hökumətinin  Qəbullar  evində  RF  Höku-
mətinin sədri Vladimir Putinlə görüşmüşdür.  
Rusiya  hökumətinin  sədri  Vladimir  Putin  Azərbaycan 
dövlətinin başçısını salamlayaraq dedi: 
–  Hörmətli  İlham  Heydər  oğlu,  hörmətli  həmkarlar.  Sizi 
salamlamağıma  çox  şadam.  Mənə  çox  xoşdur  ki,  Siz  köhnə 
dostlarınızı  unutmursunuz.  Sağ  olun.  Əminəm  ki,  biz  iqtisadi 
əlaqələrimizin  inkişafı  haqqında  söhbət  edə  biləcəyik.  Lakin 
demək  istəyirəm  ki,  bizim  dövlətlərarası  münasibətlərimiz 
həqiqətən yüksələn xətlə inkişaf edir. Mən iqtisadi sahədə nail 
olduğumuz inkişaf sürətinə ən yüksək qiymət verirəm, elə siyasi 
sahədə də biz daim əlaqə saxlayırıq.  
Bildiyiniz kimi, bu yaxınlarda biz Sizin atanızın –  Azərbay-
can  prezidentinin,  keçmiş  Sovet  İttifaqının  və  Azərbaycan 
Respublikasının  görkəmli  dövlət  xadiminin  85  illik  yubileyini 
birlikdə  qeyd  etdik.  Xatırlatmaq  istəyirəm  ki,  Sizin  atanız 
dövlətlərarası  münasibətlərimizin  inkişafına  çox  böyük  töhfə 
vermişdir.  Biz  çox  ümid  edirik  ki,  vaxtilə  əvvəlki  prezident 
tərəfindən təməli  qoyulmuş  müsbət  işlər  bu  gün  də, gələcəkdə 
də çoxalacaqdır.  
Mən  bunu  yaxşı  bilirəm  və  biz  görürük  ki,  son  illərdə 
Azərbaycanın  xarici  siyasətinin  Rusiya  istiqamətində  varisliyi 
təmin  edilmişdir  və  biz  belə  hesab  edirik  ki,  siyasi  səviyyədə 
toplanmış  müsbət  nə  varsa,  qarşılıqlı  iqtisadi  əlaqələrə 
çevrilməlidir.  İndi  dünya  maliyyə  bazarlarında,  dünya  iqtisa-


 208 
diyyatında  rəqabətin  kifayət  qədər  geniş  miqyas  aldığını 
gördüyümüz bir vaxtda bu xüsusilə aktualdır.  
Hazırda  dünya  bazarlarından  alınan  məlumatlar  sadəcə 
olaraq təşviş doğurur. Biz həmin bazarlarda nələr baş verdiyini 
görürük.  Qərbin,  demək  olar  ki,  bütün  bazarlarında  tənəzzül 
müşahidə olunur. Bu, heç şübhəsiz, bizim iqtisadiyyata da bu və 
ya  digər  dərəcədə  təsir  göstərir,  çünki  iqtisadiyyatımız  qlobal 
dünya  iqtisadiyyatının  tərkib  hissəsidir.  Lakin  Rusiya 
Azərbaycan  üçün  olduğu  kimi,  Azərbaycan  da  bizim  üçün 
həmişə  etibarlı  tərəfdaş  olmuşdur  və  belə  olaraq  qalır.  Sizə 
demək  istəyirəm  ki,  dünya  iqtisadiyyatında  baş  verən  bu 
mürəkkəb hadisələrdən biz sakit ötüşəcəyik. Rusiyanın maliyyə 
bazarlarında likvidliyi dəstəkləmək üçün təkcə bu gün Maliyyə 
Nazirliyi 150 milyard rubl, Mərkəzi Bank isə 325 milyard rubl 
yerləşdirmişdir.  Maliyyə  Nazirliyi  sabah  yerləşdiriləcək 
məbləği iki dəfədən çox artıraraq 350 milyard rubla çatdırmaq 
niyyətindədir. Hazırda Maliyyə naziri və Mərkəzi Bankın sədri 
Rusiyanın  ən  iri  banklarının  rəhbərləri  ilə  gələcək  birgə 
fəaliyyəti  müzakirə  edirlər.  Biz  şübhə  etmirik  ki,  son  illərdə 
Rusiya iqtisadiyyatında yaradılmış təhlükəsizlik «yastıqları» öz 
səmərəsini  verəcəkdir.  Hazırda  biz  Mərkəzi  Bank  tərəfindən 
uzunmüddətli 
təsir 
vasitələrinin 
tətbiq 
edilməsinin 
mümkünlüyünü də öyrənirik. Bizim bu cür praktikamız var. Biz 
səliqə ilə, düşünülmüş şəkildə hərəkət edəcəyik. 
Mən Azərbaycan iqtisadiyyatındakı müsbət artım meyillərini 
nəzərə  alaraq  bilirəm  ki,  bu  nəinki  MDB  məkanı  üçün,  hətta 
dünya  miqyasında  rekorddur  –  keçən  il  Azərbaycan 
iqtisadiyyatında 25 faiz, bu il 18 faiz artım olmuşdur. Bizdə bu 
ilin  birinci  yarısında  iqtisadi  artım  8  faiz,  bütövlükdə  keçən  il 
8,1 faiz olmuşdur. Bu, sabitlik elementidir və biz, əlbəttə, ondan 
istifadə  etməliyik.  Təbii  ki,  bu  şəraitdə  Müstəqil  Dövlətlər 
Birliyinin  üzvü  olan  ölkələr  arasında  iqtisadi  münasibətlərə 
tələbat daha çoxdur, kooperasiyanın dərinliyi və bizim qarşılıqlı 
əlaqələrimizin  dərəcəsi  bunu  tələb  edir.  Sizi  görməyimizə  çox 
şadıq. Zənnimcə, lazımi vaxtda biz Moskvada görüşəcəyik.  


 
209 
Prezident  İlham  Əliyev  Rusiya  hökumətinin  başçısına 
müraciətlə dedi: 
– Sağ olun, Vladimir Vladimiroviç. Mən də Sizi görməyimə 
və  ikitərəfli  münasibətlərimiz,  regional  əməkdaşlıq  haqqında, 
eləcə də ölkələrimizin iqtisadi uğurları və yeni birgə layihələrin 
imkanları  barədə  bir  daha  fikir  mübadiləsi  aparmaq  imkanına 
görə çox şadam.  
Sizin qeyd etdiyiniz kimi, ölkələrimiz arasında münasibətlər 
çox  müsbət  şəkildə  inkişaf  edir.  Biz  bunu  çox  yüksək 
qiymətləndiririk.  Onu  da  qeyd  etmək  istəyirəm  ki,  ölkələrimiz 
arasında müasir münasibətlərin əsasını Siz və Azərbaycan pre-
zidenti  Heydər  Əliyev  qoymuşsunuz.  Mən  bunu  çox  yaxşı 
xatırlayıram. Sizin ilk görüşünüz, sonra isə Sizin Azərbaycana 
səfəriniz  –  bu,  Rusiya  prezidentinin  bizim  ölkəyə  ilk  rəsmi 
səfəri idi – ölkələrimiz arasında münasibətlərin inkişafının əsas 
mərhələləri oldu, bundan sonra biz çox böyük tərəqqinin şahidi 
olduq.  İndi,  o  vaxtdan  8  il  keçəndən  sonra  biz  Rusiya  ilə 
Azərbaycan  arasında  bütün  sahələri  əhatə  edən,  çox  dinamik 
inkişaf edən münasibətlərin bütün bəhrələrindən istifadə edirik. 
Əlbəttə,  Moskvada  Heydər  Əliyevin  xatirəsinə  göstərilən 
münasibət  –  onun  yubileyinin  keçirilməsi,  eləcə  də  Baykal–
Amur  dəmir  yolunun  stansiyalarından  birinə  onun  adının 
verilməsi,  bununla  əlaqədar  çox  səmimi  mərasim  keçirilməsi 
Azərbaycanda bizim hamımız üçün çox dəyərlidir. Bütün bunlar 
Azərbaycanda çox yüksək qiymətləndirilir.  
Bizim  ölkələr  arasında  münasibətlər  təkcə  siyasi  maraqlar 
xarakteri daşımır, bu münasibətlər həm də çox səmimi, ürəkdən 
gələn  münasibətlərdir  və  münasibətlərimizin  tarixini  və 
xalqlarımızın  yanaşı  yaşamaq  ənənələrini  əks  etdirir.  Əminəm 
ki,  gələcəkdə  biz  birgə  səylərimizlə  bu  münasibətləri  daha  da 
genişləndirəcəyik.  Bizim  aramızda  çox  fəal  siyasi  dialoq  var. 
Sizinlə  çoxsaylı  görüşlərimizi  xatırlayıram.  Bu  gün  Rusiya 
siyasətində  də  Azərbaycana  münasibətdə  varislik  qorunub 
saxlanır.  Ona  görə  də  biz  paralel  yollarla  gedirik  və  bu  bizim 
uğurlarımızın rəhnidir.  


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə