İNKİŞaf – MƏQSƏDİMİZDİr otuz iKİNCİ Kİtab



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə63/100
tarix19.07.2018
ölçüsü1,85 Mb.
#56767
1   ...   59   60   61   62   63   64   65   66   ...   100

 
237 
qoyulması ulu öndərimizin bizə göstərdiyi qayğının nəticəsi idi. 
Onun  siyasətini  Siz  uğurla  davam  etdirirsiniz.  Siz  bu  rayonun 
gözəl bir diyara çevrilməsini istəyirsiniz. 
Cənab  Prezident,  buna  görə  Sizi  alqışlayırıq.  Bütün 
Azərbaycan  xalqı  kimi,  Balakən  camaatı  da  Sizə  xanımınızla 
birlikdə uzun ömür, cansağlığı arzulayır.  
İ  l  h  a  m      Ə  l  i  y  e  v:  Çox  sağ  olun,  təşəkkür  edirəm. 
Əlbəttə,  bundan  sonra  da  gələcəyəm.  Mən  çox  şadam  ki, 
Balakən belə qısa müddət ərzində gözəlləşdi, abadlaşdı. Burada 
çox  böyük  quruculuq,  abadlıq  işləri  gedir.  Siz  bunu  yaxşı 
bilirsiniz, siz burada yaşayırsınız.  
Qeyd  etdiyiniz  kimi,  bütün  dövrlərdə  Balakənə  çox  böyük 
diqqət göstərilmişdir. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə  
keçən  əsrin  70-ci  illərində  böyük  işlər  görülmüşdür.  Dəmir 
yolu,  avtomobil  yolu  çəkilmişdir.  Ondan  sonrakı  dövrlərdə  də 
işlər  görülmüşdür.  Məsələn,  iki  il  bundan  əvvəl  böyük 
xəstəxananın təməlini bərabər qoyduq. Amma indi mən gələndə 
gördüm ki, demək olar, hazırdır, tamamlanma işləri aparılır. O 
nəinki  bu  bölgədə,  bütövlükdə  Azərbaycanda  son  illər  ərzində 
tikilən  ən  böyük  xəstəxanalardan  biridir.  Həm  müalicə,  həm 
diaqnostika,  həm  də  müayinədən  keçmək  üçün  bütün  lazımi 
avadanlıq  quraşdırılacaqdır.  Balakənlilər  artıq  başqa  yerlərə 
getməyəcəklər,  başqa  rayonlardan  müalicə  üçün  Balakənə 
gələcəklər. Bu, insanların sağlamlığı üçündür.  
Bura  su  xətti  çəkilibdir.  İnsanlar  təmiz  içməli  su  ilə  təmin 
olunur.  16  məktəb  tikilibdir.  Gözəl  park,  kanat  yolu  tikilib, 
idman  kompleksi  tikilir.  İndi  biz  Bakı–Balakən  avtomobil 
yolunu  yenidən  tikirik.  Ən  gözəl,  müasir  standartlara  cavab 
verəcək və gediş-gəliş daha da rahat olacaqdır.  
Görülən  bütün  bu  işlərlə  bərabər,  iqtisadi  və  sənaye 
potensialının möhkəmlənməsi, yeni zavodlar, fabriklər – bu gün 
mən onların bəzilərinə baş çəkəcəyəm – həm iş yerləridir, həm 
də  rayonun  inkişafına  böyük  töhfədir.  Rayon  həm  də  turizm 
üçün çox yararlı bölgədir. Çox gözəl təbiəti var. Amma turizm 
nə  vaxt  inkişaf  edir?!  Yeni  infrastruktur  lazımdır,  turist  gəlib 


 238 
şəraiti  olmayan yerdə nə edəcəkdir?! Amma indi mehmanxana 
tikilir,  Zaqatala  aeroportu  bu  gün  açılacaqdır,  avtomobil  yolu 
yeniləşir, abadlıq, gözəllik işləri görülür. Mən çox istəyirəm ki, 
Azərbaycanın  bütün  bölgələri  inkişaf  etsin  və  ən  müasir 
səviyyəyə  çatsın.  O  cümlədən,  Balakən,  xüsusilə  paytaxtdan 
uzaqda  yerləşən  rayonlar.  Demək  olar  ki,  Balakən  ən  ucqar 
rayonlardan  biridir,  sərhəd  rayonudur.  Ona  görə  buraya  xüsusi 
diqqət  göstərilməlidir.  Yəqin  ki,  siz  bu  xüsusi  diqqəti 
görürsünüz. Çox qısa bir müddət ərzində bu qədər böyük işlər 
görülübdür.  
Çox  sevinirəm  və  çox  şadam  ki,  mənim  tərəfimdən  təyin 
olunmuş  icra  hakimiyyətinin  başçısı  da  yaxşı  işləyir.  Onun  da 
böyük  əməyi  var.  Mən  Dövlət  Neft  Şirkətinə  göstəriş  ver-
mişdim ki, öz imkanları hesabına burada işlər görsün. Onlar da 
çox  səmərəli  işləyirlər.  Balakənin  inkişafı  üçün,  abadlıq-
quruculuq  işlərinin  davam  etdirilməsi  üçün  və  insanların  daha 
da  yaxşı  yaşaması  üçün  gələcəkdə  başqa  planlarımız  da  var. 
İnsanların  yaxşı  yaşaması  üçün  əsas  bir  neçə  amil  olmalıdır  – 
təhlükəsizlik, sabitlik. Bu da bizdə var. Azərbaycan bu bölgədə 
bir sabitlik adasıdır, təhlükəsizlik adasıdır. Hara baxsaq görərik 
ki,  orada  çaxnaşma,  münaqişə,  gərginlik  var,  qan  tökülür. 
Amma  biz  Azərbaycanda  çox  əmniyyətli  şəraitdə  yaşayırıq  və 
insanlar  bunu  qiymətləndirirlər.  Bu,  hər  bir  ölkənin  inkişafı 
üçün əsasdır.  
İkincisi  insanların  yaşayış  səviyyəsidir.  Bu  nədən  ibarətdir: 
səhiyyə  sisteminin  təkmilləşdirilməsi,  müasir  xəstəxanaların 
tikilməsi,  insanlar  vaxtlı-vaxtında  müayinədən  keçsinlər, 
xəstəlik  aşkar  olunarsa,  yerindəcə  əməliyyat  keçirilsin,  yaxud 
da  başqa  müalicə  aparılsın.  Təhsil  məsələləri,  məktəblər  –  bu 
bizim  gələcəyimizdir.  Uşaqlarımız  gözəl  təhsil  almalıdırlar. 
Onlar Azərbaycanı gələcəkdə idarə edəcəklər. Həm şərait yaxşı 
olmalıdır,  həm  də  təhsilin  keyfiyyəti.  Yollar  olmalıdır, 
infrastruktur layihələri, yeni müəssisələr, istehsal sahələri. Yəni 
bütün bunlar hər bir ölkənin inkişafını və insanların daha yaxşı 


 
239 
yaşamasını  təmin  edən  əsas  amillərdir.  Bunların  hamısı 
Balakəndə var.  
Əminəm ki, növbəti illərdə atılacaq addımlar hesabına daha 
da  böyük  işlər  görüləcəkdir.  Bu  gün  deyə  bilərəm  ki,  Balakən 
Azərbaycanın  ən  inkişaf  etmiş  rayonlarından  biridir.  Əminəm 
ki,  siz  bu  yüksək  səviyyəni  saxlayacaqsınız.  Azərbaycan 
prezidenti  kimi,  mən  bundan  sonra  da  rayonun  inkişafı  üçün 
lazımi tədbirləri görəcəyəm.  
Gələn  ilin  əvvəlində  regionların  sosial-iqtisadi  inkişafı 
Dövlət Proqramının ikinci hissəsi qəbul olunacaqdır. Proqramda 
da  hər  bir  rayon,  kənd  üzrə  bütün  lazımi  tədbirlər  nəzərdə 
tutulur ki, mövcud olan bütün problemlər tezliklə həll olunsun. 
Məqsədimiz  odur  ki,    Azərbaycan  çiçəklənsin,  inkişaf  etsin, 
insanlar daha da yaxşı yaşasınlar.  
Sağ olun, mənim salamlarımı bütün balakənlilərə çatdırın.   
 
                         Elektron kitabxananın açılışı    
 
Sentyabrın  19-da  Balakəndə  mərkəzi  rayon  elektron 
kitabxanasının açılışı olmuşdur.  
Mərasimə  gələn  prezident  İlham  Əliyev  kitabxana  ilə 
yaxından tanış oldu.  
Mərkəzləşdirilmiş  kitabxana  sisteminin  yeni  binası  Dövlət 
Neft Şirkətinin vəsaiti hesabına tikilmişdir.  
Heydər  Əliyev  adına  mədəniyyət  və  istirahət  parkının 
yaxınlığında  yerləşən  ikimərtəbəli  binanın  ümumi  sahəsi  520 
kvadratmetr,  kitabxananın  fondu  isə  30  min  nüsxədir. 
Kitabxananın geniş foyesi, oxu salonu, hər mərtəbədə iki kitab 
saxlancı və digər xidməti otaqlar vardır.  
Binada avtomatlaşdırılmış kitabxana informasiya sistemi və 
elektron  kitabxana  fəaliyyət  göstərir.  Oxu  salonunda    quraş-
dırılmış  12  kompyuterin  hamısı  internet  şəbəkəsinə  qoşul-
muşdur. Kitabxanada 21  işçi çalışır.  


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə