İNKİŞaf – MƏQSƏDİMİZDİr otuz iKİNCİ Kİtab



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə66/100
tarix19.07.2018
ölçüsü1,85 Mb.
#56767
1   ...   62   63   64   65   66   67   68   69   ...   100

 246 
oturacaqlar parka əlavə gözəllik verir. Konsert üçün açıq səhnə 
quraşdırılmışdır.  
Parkın ərazisində ana və uşaqlar üçün kafe, yaşlıların asudə 
vaxtının  səmərəli  təşkili  üçün  mərkəz  də  yaradılmışdır. 
Gələcəkdə  müxtəlif  karusellər  quraşdırılacaq,  şou-əyləncə 
mərkəzi yaradılacaqdır.  
Dövlətimizin  başçısı  və  xanımı  akademik  Zərifə  xanım 
Əliyevanın parkdakı büstü önünə gül dəstələri qoydular.  
Prezident  İlham  Əliyev  parkda  yaradılan  şəraiti  yüksək 
qiymətləndirdi  və  insanların  asudə  vaxtlarını  səmərəli  keçir-
məsi,  mədəni  istirahəti  üçün  bu  cür  guşələrin  zəruri  olduğunu 
bildirdi. 
 
               Akademik Zərifə Əliyeva adına  
                     Qızlar liseyinin açılışı 
 
Sentyabrın  19-da  Zaqatala  şəhərində  akademik  Zərifə 
Əliyeva adina Qızlar liseyinin açılışı olmuşdur. 
Prezident  İlham  Əliyevi  təhsil  işçiləri,  liseyin  kollektivi 
hərarətlə qarşıladılar.  
Dövlətimizin  başçısı  açılışı  bildirən  lenti  kəsdi  və  liseylə 
tanış oldu. Dövlət Neft Şirkətinin vəsaiti hesabına tikilmiş 500 
şagird  yerlik  lisey  binasının  təməli  2007-ci  ildə  qoyulmuşdur. 
İkimərtəbəli  binanın  ümumi  sahəsi  5100  kvadratmetrdir. 
Burada  50  otaq,  o  cümlədən  9  sinif  otağı,  15  fənn  kabineti, 
kompyuter  otağı,  habelə  akt  və  idman  zalları  vardır.  Binanın 
həyətində  idman  meydançası  da  tikilmişdir.  Binanın  ayrıca 
qazanxanası, nasos stansiyası, iki su anbarı vardır.  
Prezident  İlham  Əliyev  liseyin  kollektivini  bu  gözəl  təhsil 
ocağının açılışı münasibətilə təbrik etdi.  
Liseyin  həm  xarici,  həm  də  daxili  görünüşünün  gözəl 
olduğunu bildirən dövlətimizin başçısı burada şagirdlərin yaxşı 
təhsil almaları  üçün müasir şəraitin yaradıldığını söylədi.  
Prezident  İlham  Əliyev  liseyin  kollektivi  ilə  xatirə  şəkli 
çəkdirdi. 


 
247 
 
Prezident İlham Əliyev Zaqatala şəhər  
stadionunda olmuşdur 
 
Sentyabrın  19-da  Zaqatala  rayonunda  şəhər  stadionunun 
açılış mərasimi olmuşdur. 
Azərbaycan  prezidenti  İlham  Əliyev  mərasimdə  iştirak 
etmişdir. 
Dövlətimizin  başçısı  stadionun  rəmzi  açılışını  bildirən  lenti 
kəsdi.  
Çoxfunksiyalı  stadion  Zaqatala  şəhərinin  Qaladüzü 
ərazisində  2,3  hektar  sahədə,  tam  yararsız  vəziyyətə  düşmüş 
keçmiş şəhər stadionunun yerində tikilmişdir.  
Stadionun  işçi  layihə  sənədləri  «General  Constructions» 
şirkətinin  sifarişi  ilə  Bolqarıstanın  «Dynamic  Resouce» 
şirkətinin mütəxəssisləri tərəfindən hazırlanmışdır. İnşaat işləri 
Baş podratçı Xəzər Gənclərin Elmi-Texniki Yaradıcılıq Mərkəzi 
tərəfindən yüksək səviyyədə yerinə yetirilmişdir.  
Yerli  və  xarici  subpodratçı  şirkətlərin  də  iştirak  etdikləri 
tikinti  işlərinə  2006-cı  ildə  başlanılmış  və  2008-ci  ilin 
avqustunda  başa  çatdırılmışdır.  Kompleksin  tikintisinə  10  mil-
yon manat vəsait xərclənmişdir. Çox da böyük olmayan ərazidə 
UEFA-nın  tələblərinə  uyğun  olaraq,  beynəlxalq  səviyyəli 
oyunların  keçirilməsi  üçün  3500  yerlik,  o  cümlədən  xüsusi 
qonaqlar üçün 181 yerlik birtərəfli tribunalar, ölçüləri 105x68 
metr  olan  süni  örtüklü  əsas  oyun,  təbii  örtüklü  məşq 
meydançaları, müasir işıqlandırma qurğuları, elektron suvarma 
sistemləri,  drenaj,  yüngül  atletika  üçün  qaçış  yolları,  elektron 
məlumat  tablosu,  əlillər  üçün  rampa  və  sanitariya  qovşağı, 
biletlərin  satış  kassaları  və  yanğınsöndürmə  maşınları  üçün 
meydança, 300 kubmetrlik ehtiyat su anbarı, nasosxana və fərdi 
qazanxana tikilib istifadəyə verilmişdir.  
Tikintidə  ABŞ,  İngiltərə,  Almaniya,  Yaponiya,  Hollandiya, 
Türkiyə,  İtaliya  və  digər  ölkələrdən  gətirilmiş  tikinti  material-
larından, avadanlıq və qurğulardan istifadə olunmuşdur.  


 248 
Kompleksin  birinci  mərtəbəsi  yalnız  komandalar,  həkimlər 
və  məşqçilər  üçün  nəzərdə  tutulmuşdur.  Burada  hər  bir  ko-
manda  üçün  soyunub-geyinmə  otaqları,  sanitariya  qovşaqları, 
masaj,  həkim  otaqları,  dopinq  laboratoriyası  və  jurnalistlər 
üçün  otaq  vardır.  İkinci  mərtəbədə  internet-kafe,  bar,  xüsusi 
qonaqlar  üçün  kafe,  üçüncü  mərtəbədə  isə  jurnalistlər  üçün 
lojalar, şərhçi otaqları yerləşir. 
Prezident  İlham  Əliyev  stadionla  tanış  oldu,  futbol  üzrə 
respublika  çempionatında  çıxış  edən  Zaqatalanın  «Simurq» 
komandasının  oyunçularını  stadionun  açılışı  münasibətilə 
təbrik edərək onlara qələbələr arzuladı.  
 
           
 
 
 
 
 
 
 
 
 
          


 
249 
 
 
           ZAQATALA  HAVA LİMANININ  
AÇILIŞI   
 
19 sentyabr 2008-ci il  
 
Sentyabrın 19-da Zaqatala hava limanının təntənəli açılış 
mərasimi olmuşdur.  
Mərasimə  toplaşan  aviatorlar  və  rayon  ictimaiyyətinin 
nümayəndələri  dövlətimizin  başçısını  və  xanımı  Mehriban 
Əliyevanı hərarətli alqışlarla qarşıladılar.  
Prezident  İlham  Əliyev  əvvəlcə  hava  limanı  ilə  tanış  oldu. 
«Azərbaycan  Hava  Yolları»  QSC-nin  prezidenti  Cahangir 
Əsgərov məlumat verdi ki, hava limanının tikintisinə dövlətimi-
zin  başçısının  2006-cı  ildə  bölgəyə  səfərindən  sonra  başlanıl-
mışdır.  Şəhərdən  5  kilometr  cənubda  yerləşən  hava  limanının 
ümumi sahəsi 70 hektardan çoxdur. Müasir üslubda inşa edilən 
və  ümumi  sahəsi  3600  kvadratmetr  olan  dördmərtəbəli 
aerovağzal  binasının  birinci  mərtəbəsində  gözləmə  salonu, 
sərnişinlərin  qəbul  otağı,  ana  və  uşaq  otağı,  konfrans  salonu, 
ikinci  mərtəbədə  isə  inzibati  otaqlar  yerləşir.  Binanın  üçüncü 
mərtəbəsində texniki avadanlıq quraşdırılmışdır. Son mərtəbədə 
isə  uçuşları  idarəetmə  qülləsi  yerləşir.  Aerovağzal  binası 
birinci  dərəcəlidir  və  saatda  100–120  sərnişinə  xidmət  gös-
tərmək imkanı var. Burada sərnişinlərin rahatlığı üçün hər cür 
şərait yaradılmış, 120 nəfər işlə təmin olunmuşdur.  
Hava  limanının  ərazisində  nəzarət-buraxılış  məntəqəsi, 
transformator,  yardımçı  stansiya,  yanğınsöndürmə  binası,  su 
anbarı,  qazanxana  və  digər  tikililər  də  inşa  edilmişdir.  Uçuş-
enmə zolağının uzunluğu 2200 metrdir.  
Dövlət vəsaiti hesabına inşa edilən Zaqatala hava limanının 
tikintisini  «AZVİRT»  MMC  və  Türkiyənin  «ZEMA»  şirkətinin 
inşaatçıları həyata keçirmişlər. Tikinti işlərinin qızğın çağında 
burada  500-dən  çox  adam  çalışmışdır.  Hava  limanı  Fransada 


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə