İNKİŞaf – MƏQSƏDİMİZDİr otuz iKİNCİ Kİtab



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə67/100
tarix19.07.2018
ölçüsü1,85 Mb.
#56767
1   ...   63   64   65   66   67   68   69   70   ...   100

 250 
istehsal olunmuş ATR-42 və ATR-72 tipli sərnişin təyyarələrini, 
habelə kiçik tutumlu «Qolfstrim» təyyarələrini qəbul edəcəkdir. 
Zərurət  yaranarsa,  daha  iri  sərnişin  və  yük  təyyarələrini  də 
qəbul edə biləcəkdir.  
Prezident İlham Əliyev aerovağzal binası, nəzarət-buraxılış 
məntəqəsi ilə tanış oldu, uçuş-enmə zolağına baxdı. 
Aeroportun  açılışı  münasibətilə  bir  ATR  tipli  yeni  təyyarə 
hava  limanına  endi.  Dövlətimizin  başçısı  və  xanımı  təyyarəyə 
qalxaraq, onun salonuna baxdılar.  
Sonra hava limanının açılışı münasibətilə mərasim keçirildi.  
Dövlətimizin başçısı mərasimdə nitq söylədi.  
 
Azərbaycan prezidenti İlham Əliyevin nitqi  
 
Əziz bacılar və qardaşlar! 
Əziz dostlar!  
Bu  gün  çox  əlamətdar  və  tarixi  bir  gündür.  Zaqatalada  
yeni, gözəl aeroport istifadəyə verilir. Bu münasibətlə mən sizin 
hamınızı ürəkdən təbrik edirəm.  
Xatırlayıram,  bir  müddət  əvvəl  yeni  aeroportun  tikilməsi 
haqqında qərar veriləndə çox arzulayırdıq ki, aeroport ən gözəl, ən 
müasir  standartlara  cavab  versin  və  sərnişinlər  üçün  çox  gözəl 
şərait yaradılsın. Şadam ki, bu gün aeroportla tanış olarkən gördüm 
ki,  burada  həm  müasir  standartlar,  həm  də  ən  gözəl  şərait  var. 
Əminəm  ki,  bu  aeroportun  fəaliyyəti  zaqatalalılar  üçün  böyük 
hadisə olacaqdır.  
Bütövlükdə,  Azərbaycanda  nəqliyyat  sektoruna  çox  böyük 
diqqət göstərilir. Mülki aviasiyanın inkişafı üçün əməli-praktiki 
addımlar  atılır.  Son  illər  ərzində  xarici  istehsal  olan,  xüsusilə 
ABŞ  və  Fransa  istehsalı  olan  12  ədəd  Boinq,  Airbus  və  ATR 
təyyarələri  alınmışdır.  Onlar  Azərbaycanda  mülki  aviasiyanın 
inkişafı  üçün  çox  mühüm  rol  oynayır.  Bu  yaxınlarda 
imzalanmış müqavilələr əsasında daha 8 təyyarə alınacaqdır. Ən 
son  model  olan  Boinq-787  təyyarələri  də  gətiriləcək.  Dünyada 
ən  qabaqcıl  texnologiyalar  Azərbaycanda  tətbiq  olunur  və 


 
251 
olunmalıdır.  Ölkəmiz  çox  sürətlə  inkişaf  edir  və  biz  bütün 
infrastruktur layihələrimizi bu inkişafa uyğunlaşdırmalıyıq. 
Nəinki aviasiya sahəsində, bütövlükdə nəqliyyat sektorunun 
inkişafı  üçün  başqa  tədbirlər  də  görülür.  Xəzər  dəniz 
gəmiçiliyinin  inkişafı  üçün  yeni  tankerlər  alınır,  dəmir  yolları 
bərpa  olunur.  Biz  Bakı–Tbilisi–Qars  dəmir  yolunun  tikintisinə 
başlamışıq.  Bu,  Azərbaycanı  dəmir  yolu  vasitəsilə  Avropa  ilə, 
Asiyanı Azərbaycan vasitəsilə Avropa ilə birləşdirəcək və ölkə-
mizin  nəqliyyat  imkanları  artacaqdır.  Azərbaycan  coğrafi 
yerləşməsinə görə Avropa ilə Asiya arasında təbii körpü rolunu 
oynayır.  Biz  bu  təbii  körpünü  infrastruktur  layihələri  ilə 
zənginləşdiririk.  Bakı–Tbilisi–Qars  dəmir  yolunun  tikintisi  və 
istismara verilməsi həm böyük iqtisadi maraqları təmin edəcək, 
həm  də  bizim  siyasi  maraqlarımız  tam  şəkildə  təmin 
olunacaqdır.  
Avtomobil  yolları  tikilir.  Bakıdan  Zaqatalaya  və  Balakənə 
qədər yeni avtomobil yolunun tikintisi layihəsi var və yolun bir 
neçə  hissəsi  tikilməyə  başlanmışdır.  Bu  da  çox  böyük  rahatlıq 
yaradacaqdır.  Yəni  bir  sözlə,  bu  gün  nəqliyyat  sektorunun 
inkişafına verilən diqqət və ayrılan vəsait artıq Azərbaycanı çox 
güclü və önəmli nəqliyyat məntəqəsinə çeviribdir.  
Asiya  ilə  Avropa  arasında  böyük  həcmdə  yükdaşımalarının 
təmin  edilməsi  üçün  Bakı  beynəlxalq  aeroportundan  istifadə 
olunur.  Orada  böyük  yük  terminalı  tikilibdir.  Bu,  Azərbaycana 
əlavə  gəlirlər  gətirir.  Son  illər  ərzində  ölkəmizin  müxtəlif 
şəhərlərində yeni aeroportlar tikilibdir.  
Bu  gün  Bakı,  Naxçıvan,  Gəncə,  Zaqatala  aeroportları 
fəaliyyətdədir.  Bu  yaxınlarda  Lənkəran  aeroportu  da  fəaliyyətə 
başlayacaqdır.  Beləliklə,  bu  istiqamətdə  nəzərdə  tutulmuş  bütün 
proqramlar və planlar vaxtlı-vaxtında icra olunur.  
Yeni aeroportun tikilməsi Zaqatala rayonu və bütövlükdə bu 
bölgə  üçün  əlavə  imkanlar  açır.  Çünki  bu  bölgədə  turizm 
imkanları  çox  genişdir.  Çox  gözəl  təbiət,  gözəl  şərait  var. 
Nəqliyyat  məsələləri  də  həll  olunduğu  halda,  turizmin  inkişafı 
daha  da  sürətlə  gedəcəkdir.  Turistlərin  sayı  artacaq,  bölgədə 


 252 
yaşayan  insanlar  Azərbaycanın  başqa  şəhərləri  ilə  çox  gözəl 
əlaqə  yaradacaqlar.  Bunları  biz  ona  görə  edirik  ki,  həm 
ölkəmizin  imkanları  artsın,  həm  də  böyük  infrastruktur 
layihələri icra olunsun.  
Mən çox şadam ki, son illər bölgələrdə, o cümlədən Zaqatala 
rayonunda çox sürətli inkişaf gedir. İki il əvvəl biz sizinlə bu-
rada  yeni  olimpiya  kompleksinin  açılışında  iştirak  etdik.  İndi 
gözəl  stadion  tikilibdir  və  onun  açılışını  etdik.  Aeroportun 
açılışını  edirik.  Bir  qədər  sonra  yeni  Müalicə-Diaqnostika 
Mərkəzinin  açılışını  edəcəyik.  Digər  vacib  məsələlər  həll 
olunur,  məktəblər  tikilir,  yeni  parklar  salınır,  binalar  bərpa 
olunur  və  Zaqatala  çox  gözəl  şəhərə  çevrilir.  Həmişə  gözəl 
şəhər  idi.  Amma  siz  yəqin  razılaşarsınız  ki,  son  illər  burada 
aparılan  böyük  quruculuq-abadlıq işləri  nəticəsində şəhər  daha 
da  gözəlləşib,  infrastrukturu  üçün  bütün  tədbirlər  görülübdür. 
Bir  daha  demək  istəyirəm  ki,  sənaye  müəssisələrinin,  sosial 
obyektlərin  və  aeroport  kimi  çox  böyük  və  nəhəng  obyektin 
tikilməsi bunun əyani sübutudur.  
Azərbaycanın bütün bölgələrində sürətli inkişaf gedir. Bizim 
maddi  imkanlarımız  artır  və  istəyirik  ki,  bu  imkanlardan 
səmərəli  istifadə  edək,  Azərbaycan  üçün  vacib  olan  məsələlər 
öz həllini tapsın, bütün bölgələrdə inkişaf daha da sürətlə getsin. 
Deyə bilərəm ki, regional inkişaf proqramının icrası nəticəsində 
bütün bölgələrdə çox gözəl işlər görülür. Son 5 ildə 700 mindən 
çox  yeni  iş  yeri  açılmışdır.  O  cümlədən  Zaqatala  rayonunda 
yeni  müəssisələr,  fabriklər  tikilib,  iş  yerlərinin  açılması,  yeni 
istehsal  müəssisələrinin  yaranması  –  bütün  bunlar  həm 
insanların rifah halının yaxşılaşmasına xidmət göstərir, həm də 
ölkəmizi  gücləndirir.  Azərbaycan  iqtisadiyyatının,  qeyri-neft 
sektorunun  inkişafına  xidmət  göstərir.  Bu  istiqamətdə  biz 
gələcəkdə  də  mühüm  addımlar  atacağıq  ki,  Azərbaycan 
iqtisadiyyatı  çoxşaxəli  olsun.  Bu  gün  biz  bunu  görürük  və 
demək  olar  ki,  əsas  kənd  təsərrüfatı  məhsulları  ilə  özümüzü 
maksimum  dərəcədə təmin  edirik,  enerji  baxımından özümüzü 
təmin  edirik.  Biz  bu  gün  nəqliyyat  infrastrukturunu  təkmilləş-


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə