İNKİŞaf – MƏQSƏDİMİZDİr otuz iKİNCİ Kİtab



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə70/100
tarix19.07.2018
ölçüsü1,85 Mb.
#56767
1   ...   66   67   68   69   70   71   72   73   ...   100

 260 
ərzində ordu quruculuğuna ayrılan vəsait və göstərilən diqqət ona 
gətirib  çıxarıb  ki,  Azərbaycan  ordusu  indi  bu  bölgədə  ən  güclü 
ordudur.  Həm  peşəkarlıq  baxımından,  həm  də  avadanlıq,  hərbi 
sursat,  texnika  ilə  təchizat  baxımından.  Biz  istənilən  yolla  öz 
doğma torpaqlarımızı işğalçı qüvvələrdən azad edəcəyik.  Sadəcə, 
biz  istəmirik  ki,  yenidən  qan  tökülsün.  İstəmirik  ki,  yenidən 
müharibə  başlasın.  Amma  bununla  bərabər,  torpaqlarımızın 
itirilməsi  ilə  də  heç  vaxt  barışmayacağıq.  Haqq-ədalət  bizim 
tərəfimizdədir.  
Ermənistan  bütün  dünya  ictimaiyyəti  tərəfindən  işğalçı 
dövlət  kimi  tanınır.  Azərbaycanın  isə  haqlı  olduğu  bütün 
beynəlxalq  təşkilatlar  tərəfindən  tanınır.  Birləşmiş  Millətlər 
Təşkilatı  Təhlükəsizlik  Şurasının  qətnamələri,  Baş  Məclisinin 
qərarları,  digər  beynəlxalq  təşkilatların  qərarları  bunun  əyani 
sübutudur.  Yəni  haqq-ədalət  bizim  tərəfimizdədir,  beynəlxalq 
hüquq normaları bizim tərəfimizdədir. Bölgədə yaranmış siyasi 
vəziyyət  bizim  üçün  daha  əlverişlidir  və  əlbəttə  ki,  iqtisadi  və 
hərbi  potensial  Azərbaycanın  xeyrinədir.  Bütün  bunlara  biz 
özümüz  nail  olmuşuq.  Öz  gücümüzə  istinad  edərək,  öz 
potensialımızı  işə  salaraq  buna  nail  olmuşuq.  Mən  şübhə 
etmirəm ki, biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik.  
Bildiyiniz  kimi,  bu  yaxınlarda  Gürcüstanda  baş  vermiş 
hadisələrlə  bağlı  həm  Qərbdə,  həm  Rusiyada,  həm  də  başqa 
dövlətlərdə  ölkələrin  ərazi  bütövlüyü  məsələləri  ilə  əlaqədar 
çoxsaylı  bəyanatlar  verilmişdir.  Ermənistan–Azərbaycan, 
Dağlıq Qarabağ münaqişəsinə aid olan bəyanatlar bizi tam qane 
edir.  Yəni  həm  Qərb  dövlətləri,  həm  qonşu  dövlətlər,  həm  də 
beynəlxalq  təşkilatlar  birmənalı  olaraq  qeyd  edirlər  və  bəyan 
edirlər ki, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi 
Azərbaycanın  ərazi  bütövlüyü  çərçivəsində  həll  olunmalıdır. 
Yəni  bu,  ən  vacib,  ən  əsas  məsələdir.  Bu  mövqe,  təbii  ki, 
beynəlxalq hüquq normalarına əsaslanır. Ancaq biz görürük ki, 
dünyada  və  bölgədə  gedən  proseslər  bəzi  hallarda  beynəlxalq 
hüquq normalarından kənara çıxır. Ancaq Ermənistan–Azərbay-
can,  Dağlıq  Qarabağ  münaqişəsinin  həlli  üçün  beynəlxalq 


 
261 
hüquq 
normalarının 
tətbiq 
olunması, 
bütün 
dünya 
ictimaiyyətinin  bu  vəziyyətdə  bir  daha  bunu  təsdiq  etməsi, 
hesab edirəm ki, çox vacib məsələdir. Biz bundan sonra da öz 
iqtisadi və hərbi gücümüzü artıracağıq. 
Bu günlərdə 2009-cu ilin dövlət büdcəsi artıq formalaşıb və 
büdcənin ilkin parametrləri mənə təqdim edilibdir. Mən xüsusi 
qeyd etmişəm ki, gələn ilin büdcəsində sosial problemlərin həlli 
ilə yanaşı, müdafiə xərclərinin artırılmasını təmin etməliyik və 
biz  buna  nail  olacağıq.  Azərbaycanın  artan  iqtisadi  imkanları, 
uğurlu  iqtisadi  siyasətimiz,  islahatlar  bizə  belə  imkanı 
yaradıbdır.  
Mən  bir  daha  demək  istəyirəm  ki,  Azərbaycan  ən  ağır,  ən 
çətin  şəraitdə  olanda  da,  biz  heç  kimdən  heç  bir  yardım 
almamışıq. Bizim torpaqlarımız işğalçı qüvvələr tərəfindən zəbt 
olunanda,  1  milyon  azərbaycanlı  qaçqın,  köçkün  vəziyyətinə 
düşəndə  heç  kim  gəlib  bizə  kömək  etməmişdi.  Biz  ancaq  öz 
gücümüzə  arxalanmışıq.  Öz  gücümüzə  bütün  çadır 
şəhərciklərini ləğv etdik və gözəl qəsəbələr tikdik. Düzdür, o da 
müvəqqəti məskunlaşmadır. Ancaq bu müvəqqəti məskunlaşma 
yeri artıq yaxşı səviyyədə tikilibdir. Orada müvəqqəti  yaşayan 
insanlar üçün lazımi şərait təmin olunur.  
Ona  görə  mən  bir  daha  demək  istəyirəm,  Azərbaycan 
dövlətinin  siyasəti  bundan  ibarətdir  ki,  biz  öz  gücümüzə 
arxalanmalıyıq.  Azərbaycan  xalqının  iradəsinə  güvənməliyik. 
Azərbaycan  xalqının  iradəsi  və  məni  dəstəkləməsi  prezident 
kimi, mənim üçün əsas güc mənbəyidir.  Baxmayaraq ki, uzun 
illər  ərzində  torpaqlarımız  işğal  altındadır,  Azərbaycanın  ərazi 
bütövlüyü  pozulub,  ancaq  biz  uğurla  inkişaf  edirik,  ölkəmizi 
irəliyə aparırıq. 
Əminəm  ki,  torpaqlarımızı  azad  etdikdən  sonra  daha  da 
böyük  işlər  görüləcəkdir.  Bu  gün  dağıdılmış  vəziyyətdə  olan, 
işğal  altında  olan  rayonlar  abadlaşacaq,  çiçəklənəcək,  oraya 
qayıdacaq  bizim  soydaşlarımız  da  öz  töhfələrini  verəcəklər. 
Əlbəttə  ki,  Azərbaycan  dövlətinin  artan  maliyyə  imkanları 


 262 
tezliklə  bütün  dağıdılmış  şəhərlərimizin  bərpası  üçün  şərait 
yaradacaqdır.  
Sizə isə mən bundan sonra da belə fəal olmağı arzulayıram. 
Siz  gənc  nəsil  üçün  örnəksiniz,  nümunəsiniz.  Siz  qəhrə-
mansınız,  qəhrəmanlıq  göstərmisiniz.  Döyüş  meydanında, 
Azərbaycanın  ərazi  bütövlüyü  uğrunda,  müstəqilliyimizin 
möhkəmlənməsi  uğrunda  böyük  fədakarlıq  göstərmisiniz.  Bir 
daha  demək  istəyirəm  ki,  Azərbaycan  dövləti  sizin  prob-
lemlərinizin  həlli  üçün  bundan  sonra  da  öz  səylərini  göstərə-
cəkdir.  
Mən  sizi  bu  gözəl  hadisə  münasibətilə  bir  daha  ürəkdən 
təbrik  etmək  istəyirəm,  əmin  edirəm  ki,  siz  burada  xoşbəxt 
yaşayacaqsınız.  
 
 
 
* * * 
 
Sonra  prezident  İlham  Əliyev  I    qrup  Qarabağ  müharibəsi 
əlili  Aqil  Əhmədovun  mənzilinə  baxdı,  yaşayış  şəraiti  ilə  tanış 
oldu. 
 
Tütün istehsalı və emalı müəssisəsi ilə tanışlıq  
 
Azərbaycan  prezidenti  İlham  Əliyev  sentyabrın  19-da 
Zaqatala rayonunda «İnter-Tobacco» MMC-nin tütün istehsalı 
və emalı müəssisəsində olmuşdur. 
Dövlətimizin  başçısına  məlumat  verildi  ki,  müəssisədə 
Bolqarıstanın  «Ronis»  şirkətinin  istehsalı  olan  60  ədəd  tütün-
qurutma  kamerası  və  4  ədəd  şitilxana  quraşdırılmışdır.  Şitil-
xanaların  hər  biri  55  hektar  əkin  sahəsini  ətirli  «Virciniya» 
sortlu tütün şitili ilə təmin edə bilir.  
Yığılmış tütün yarpağı sahələrdən birbaşa zavoda gətirilir və 
qurudulma    kameralarına  yerləşdirilir.  Hər  kamera  bir  dəfəyə 
8,5-9 ton yaş tütün qəbul edir.  Tütünün qurudulması prosesi 7–
9 gün çəkir. Sonra  quru tütündən tay bağlanır və növlər üzrə 
anbarlara yığılır.  


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə