267
maddi imkanlar nəyə gətirib çıxarıbdır?! Pensiyalar artır, maaşlar
artır, minimum əməkhaqqı artır. Düzdür, biz istəyirik ki, daha da
böyük sürətlə artsın. Hələ ki, bu minimum təminat bizi qane edə
bilməz. Bu da həqiqətdir. Əgər dinamikaya baxsaq görərik ki, son
5 il ərzində dövlət xərcləri təxminən 8-10 dəfə artıbdır.
Azərbaycan xalqı dinc şəraitdə yaşayır. Azərbaycanda
təhlükəsizlik var, sabitlik var, insanlar çox yaxşı yaşayırlar, bu da
hər bir ölkənin inkişafını şərtləndirən əsas amillərdən biridir.
Azərbaycanda bütün millətlər bir ailə kimi yaşayırlar. Azərbaycan
çoxmillətli ölkədir, o cümlədən Qax rayonunda müxtəlif
millətlərin nümayəndələri yaşayırlar. Bir ailə kimi yaşayırlar, heç
bir ayrı-seçkilik, necə deyərlər, anlaşılmazlıq yoxdur. Həm dövlət
siyasəti belədir, həm də Azərbaycan xalqının qəlbi təmizdir.
Azərbaycan xalqı həmişə başqa xalqlarla mehribanlıq şəraitində
yaşamışdır. Bütün Azərbaycan vətəndaşları bir ailə kimi yaşayır.
Bu da çox vacibdir. Elə ölkələr var ki, orada başqa millətdən bir
nəfər də yoxdur. Fakt – bizim qonşuluğumuzdakı Ermənistan
monodövlətdir. Orada heç bir başqa millət yaşamır. Amma
Azərbaycanda bütün millətlər yaxşı yaşayır. Bizim gördüyümüz
işlər – bu inkişaf, abadlıq, quruculuq işləri Azərbaycanda yaşayan
bütün millətlər üçündür. Bax, belədir bizim nəticələrimiz.
Gələcəkdə də görüləsi çox işlər var və biz hamımız bu işlərdə çox
fəal olmalıyıq. Həm dövlət, mənim bölgələrdəki nümayəndələrim,
həm də rayonların fəalları. Mən burada gəncləri də görürəm,
gənclər də fəal olmalıdırlar, digərləri də.
Ş ə k ə r A b d u l l a y e v a (Qax şəhər 2 nömrəli məktəb-
liseyin direktoru): Cənab Prezident!
Respublikamızın bu gözəl guşəsində Sizi görməyimizə çox
şadıq. Qaxlılar Sizi çox böyük intizarla, səbirsizliklə gözləyir-
dilər. Sizin keçəndəfəki gəlişinizdən sonra, doğrudan da Qaxımız
əsl mənada dəyişibdir. Bizim mahnımızda deyilir ki, «Bir də dön
Qaxa bax». Doğrudan da, Qax indi elədir ki, Siz bir dəfə
baxmaqla doymayacaqsınız. Gərək bir neçə dəfə Qaxa baxaq.
Sizin dediyiniz kimi, gələcəkdə Qax bütün Azərbaycanda ən
gözəl rayonlardan birinə çevriləcəkdir.
268
Sizin və Mehriban xanımın Qax camaatına göstərdiyiniz
qayğını biz çox yüksək qiymətləndiririk. Mən 45 ildən artıqdır
müəllimə işləyirəm, 40 ildir məktəb direktoruyam. İşlədiyim bu
illər ərzində Azərbaycanda heç vaxt indiki qədər sürətli inkişaf,
təhsilə belə qayğı göstərildiyini görməmişəm. Siz təkcə yeni
məktəblər tikməklə, məktəbləri təmir etməklə kifayətlənmirsiniz,
təhsil işçilərinə mənəvi cəhətdən də dayaqsınız. Bu bizi ürəkdən
sevindirir. Sizin müəllimlər və məktəblər üzrə keçirdiyiniz
müsabiqədən sonra müəllimlərimiz daha böyük nailiyyətlər əldə
etmək üçün yeni yollar axtarıb tapmağa çalışırlar. Rayonumuzun
bir məktəbi, yəni mənim rəhbərlik etdiyim məktəb-lisey də 50
məktəb sırasına düşdü və balaca rayon olsaq da, altıncı yerdə
qərarlaşdıq. Məktəbimizin ədəbiyyat müəllimi, rayonumuzun digər
bir ibtidai sinif müəllimi də bu müsabiqədə yer tutdular. Bunların
hamısı üçün Sizə minnətdarıq. Mən ulu öndərimizin dövründə
«Şərəf nişanı» ordeni, Sizin dövrünüzdə isə «Əməkdar müəllim»
adı almışam. Bundan sonra da bütün həyatımı dövlətimizin daha
da möhkəmlənməsinə sərf edəcəyəm. Biz uşaqları elə tərbiyə
edəcəyik ki, onlarda yüksək vətənpərvərlik hissi formalaşsın,
dövlətçiliyə, müstəqilliyimizə, azadlığımıza onlarda məhəbbət
hissi formalaşdıra bilək. Qalan ömrümün hamısını buna həsr
edəcəyəm. Mən çox şadam ki, Siz həmişə xalqlasınız. Sizin xalqla
olmağınız xalqın da Sizinlə olmağına gətirib çıxarır. Biz qarşılıqlı
şəkildə bir-birimizi çox sevirik. Qaxlılar Sizi lap çox sevirlər,
Mehriban xanımı da çox sevirlər. Mehriban xanımın təşəbbüsü ilə
Qaxda neçə-neçə məktəb inşa olunubdur. Mən hər ikinizə bir ana
kimi, bir ağbirçək kimi, öz minnətdarlığımı, öz təşəkkürümü
bildirirəm. Camaatımızın belə bir fikrini də Sizə çatdırmaq
istəyirəm ki, Mehriban xanım da, Prezident də Qaxa tez-tez
gəlsinlər, Qaxda daha çox olsunlar.
Qaxa gəldiyinizə, bizi yad etdiyinizə görə, bizimlə
ünsiyyətdə olduğunuza görə Sizə təşəkkürümü bildirirəm.
Ümidvarıq ki, Siz bizim rayonumuzun, respublikamızın çiçək-
lənməsi üçün, lider dövlət olan Azərbaycan Respublikasının
dünyada daha da yüksək zirvələrə qaldırılması üçün bundan
269
sonra da çalışacaqsınız. Biz Sizə cansağlığı, uzun ömür
arzulayırıq. Sağ olun.
İ l h a m Ə l i y e v: Mən beş il əvvəl Azərbaycan xalqına
söz vermişdim ki, əgər mənə etimad göstərilərsə, doğma
xalqıma xidmət edəcəyəm. Beş il keçdi, düzdür çox tez keçdi,
amma bu beş il ərzində çox işlər görülübdür. Daha da çox işlər
görməliyik.
M a s i k o B a b a c a n a ş v i l i (İngiloy Kötüklü kənd
orta məktəbinin direktoru): Cənab Prezident, mən Sizi
salamlayıram. Mən azsaylı xalqın nümayəndəsiyəm. Çox şadam
Sizin gəlməyinizə. Heydər Əliyev Fondunun prezidentinə,
Azərbaycanın birinci xanımı Mehriban xanıma gürcü xalqı
adından təşəkkür edirəm. Gürcü dilində olan məktəblərə dərslik
verdiyinizə görə çox sağ olun, var olun. Gürcü xalqı adından
çox minnətdaram.
Hörmətli Prezident, Sizin xarici səfərlərinizi daim izləyirəm.
Azərbaycan və gürcü xalqlarının dostluğu əbədidir. Biz, Qax
rayonunun kəndlərində yaşayan 8 minə qədər gürcülərin hamısı
Sizinləyik. Sözlə yox, işlə! Eşq olsun müstəqil Azərbaycana!
Sağ olun.
İ l h a m Ə l i y e v: Çox sağ olun. Azərbaycanda bütün xalqlar
bir ailə kimi yaşayır və bu bizim uğurumuzun əsas şərtidir.
Azərbaycanda bütün millətlər arasında yaranmış bu gözəl mehriban
münasibətlər ən yüksək zirvədədir. Bir də demək istəyirəm ki, bu həm
dövlət siyasətidir, həm də insanların ürəyində olan duyğulardır. Bizim
gücümüz birliyimizdədir. Azərbaycan tarixində heç vaxt milli
zəmində ayrı-seçkilik olmamışdır, heç vaxt da olmayacaqdır. Burada
yaşayan xalqların hamısı bütün gözəl imkanlardan bəhrələnirlər. Heç
vaxt bizdə milli zəmində nəinki problem, kiçik bir anlaşılmazlıq da
olmamışdır, olmamalıdır və əminəm ki, olmayacaqdır. Sağ olun.
Heydər Əliyev Muzeyinin açılışı
Prezident İlham Əliyev sentyabrın 19-da Qax şəhərinin
mərkəzində Heydər Əliyev Muzeyinin açılışında iştirak etmişdir.
Dostları ilə paylaş: |