İNKİŞaf – MƏQSƏDİMİZDİr otuz iKİNCİ Kİtab



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə71/100
tarix19.07.2018
ölçüsü1,85 Mb.
#56767
1   ...   67   68   69   70   71   72   73   74   ...   100

 
263 
Müəssisə  fermerlərdən  əsasən  «Virciniya»,  habelə  açıq  şə-
raitdə  qurudulmuş  «Berley»  tütün  sortları  qəbul  edir.  2008-ci 
ildə «İnter Tobacco» MMC-nin xətti ilə Zaqatala, Qax və Şəki 
rayonlarında  450  hektar  sahədə    «Virciniya»  sortlu  tütün 
əkilmişdir.  İndiyədək  sahələrdən  2300  ton  tütün  yarpağı 
yığılmışdır.  
Müəssisədə 60 nəfər daimi, 120 nəfər  mövsümi işçi çalışır. 
Orta aylıq maaş 140–200  manatdır. İşçilərə nahar fasiləsində 
pulsuz  yemək  verilir.  2008-ci  ildə  müəssisə  ABŞ  istehsalı  olan 
14  ədəd  yük  maşını,  2  ədəd  şitilbasdıran  aqreqat,  2  ədəd 
tütünyığan  kombayn,  2  ədəd  traktor  və  digər  yeni  texnika 
almışdır.  
Prezident  İlham  Əliyev  müəssisənin  ərazisini  gəzdi,  tütün-
yığan texnika, qurutma kameraları, şitilxanalarla tanış oldu.  
Dövlətimizin  başçısı  bu  tipli  müəssisənin  yaradılmasının 
əhəmiyyətini  vurğuladı  və  ölkəmizin  məhsullarının  xarici 
bazara  çıxarılması  üçün  gələcəkdə  də  qeyri-neft  sektorunun 
inkişafına diqqət və qayğı göstəriləcəyini bildirdi.  
 
 
 
 


 264 
 
 
 
QAX ŞƏHƏR PARKINDA ÜMUMMİLLİ LİDER  
HEYDƏR ƏLİYEVİN ABİDƏSİNİN AÇILIŞI 
 
19 sentyabr 2008-ci il 
 
Azərbaycan  prezidenti  İlham  Əliyev  sentyabrın  19-da 
Zaqataladan Qax rayonuna gəlmişdir.   
Dövlətimizin başçısı və xanımı Mehriban Əliyeva əvvəlcə 
20  Yanvar  və  Azərbaycan  küçələrinin  kəsişməsində  yerləşən 
şəhər parkına gəldilər.  
Əvvəllər  veteranlar parkı  kimi tanınan  bu  ərazinin  sahəsi  
1  hektardır.  Bu  ilin  əvvəlindən  burada  əsaslı  təmir  və  yenidən-
qurma  işləri  aparılmış,  parkın  mərkəzində  ulu  öndər  Heydər 
Əliyevin  abidəsi  qoyulmuşdur.  Abidənin  müəllifi  heykəltəraş  Akif 
Əsgərovdur.  Ətrafda  hər  biri  üç  hissədən  ibarət  olan  iki  fəvvarə 
quraşdırılmışdır.  
Parkda şəhər sakinlərinin və qonaqların istirahəti üçün hər 
cür  şərait  yaradılmış,  yeni  oturacaqlar  qoyulmuşdur.  Səkkiz 
mindən  çox  dekorativ  ağac,  gül  və  kol  əkilmiş,  çəmənlik 
salınmışdır. Müasir  səviyyəli  yeni  işıqlandırma  sistemi  gecələr 
buraya  xüsusi  yaraşıq  verir.  Parkın  ərazisində  milli  memarlıq 
üslubunda veteranlar evi də tikilmişdir.  
Prezident  İlham  Əliyev  ulu  öndər  Heydər  Əliyevin  abidəsinin 
üzərindən  ağ  örtüyü  götürdü.  Dövlətimizin  başçısı  və  xanımı 
abidənin önünə gül dəstələri qoydular.  
Parkda görülmüş işlərdən razılığını bildirən prezident İlham 
Əliyev burada rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb 
söhbət etdi.  
Ə l i   B a b a y e v (Qax Rayon Veteranlar Şurasının sədri): 
Hörmətli cənab Prezident! 
Xoş gəlib, səfa gətirmisiniz! 
Mehriban xanım, xoş gəlib, səfa gətirmisiniz!  


 
265 
Bütün qonaqlar xoş gəliblər!  
Hörmətli  Prezident,  biz  üçüncü  dəfədir  görüşürük.  Birinci 
dəfə  Mehriban  xanım  dəvət  etmişdi,  Böyük  Vətən  müha-
ribəsində  Qələbənin  60  illiyi  ilə  əlaqədar  Heydər  Əliyev 
Fondunda  keçirilən  tədbirdə  görüşmüşdük.  O  vaxt  bizi  çox 
təntənə ilə yola saldınız. Onu heç vaxt unutmuram. İkinci dəfə 
2006-cı  il  aprelin  12-də  ümummilli  lider  Heydər  Əliyevin 
heykəlinin 
qarşısında 
görüşmüşük. 
Bu 
da 
üçüncü 
görüşümüzdür. Arzum budur ki, biz daim görüşək.  
Hörmətli  İlham  müəllim,  bir  veteran  kimi,  bir  Azərbaycan 
vətəndaşı  kimi,  mən  çox  sevinirəm  ki,  Sizin  rəhbərliyinizlə  və 
təşkilatçılığınızla respublikada, Bakıda, bütün rayonlarda böyük işlər 
görülür.  O  cümlədən,  respublikamızın  ən  kiçik  rayonlarından  olan 
Qaxda  son  vaxtlar  geniş  yenidənqurma  işləri  gedir,  bunların 
hamısını  görəcəksiniz.  Veteranlar  evi  və  Heydər  Əliyev  Muzeyi 
yeni tikilmişdir. Veteranlar evi əvvəldən var idi, ancaq yaxşı deyildi, 
yenidən tikdilər. Çox sağ olsunlar.  
Siz həm camaatın qeydinə çox əla qalırsınız, həm də abadlıq 
işlərinə  xüsusi  diqqət  yetirirsiniz.  Çox  sağ  olun,  həmişə  var 
olun.  
İ l h a m   Ə l i y e v: Sağ olun, təşəkkür edirəm. Mən də 
çox şadam ki, Qax rayonunda işlər yaxşı gedir. Siz qeyd etdiniz, 
mən  iki  il  bundan  əvvəl  gəlmişdim.  İndi  yenidən  gəlmişəm. 
Bilirəm  ki,  çoxlu  dəyişikliklər  var.  Yəqin  ki,  siz  də  bunların 
hamısını  görürsünüz.  Son  bir  neçə  ay  ərzində  böyük 
dəyişikliklər baş veribdir. Mən çox şadam ki, burada belə gözəl 
abadlıq,  quruculuq  işləri  aparılır,  insanların  yaxşı  yaşaması 
üçün bütün şərait yaradılır. Mən əminəm ki, gələcək illərdə də 
işlər  bu  sürətlə  davam  edəcəkdir  və  Qax  Azərbaycanın  ən 
qabaqcıl rayonlarından birinə çevriləcəkdir. Bunun üçün bütün 
imkanlar var. Gözəl təbiəti var, burada çox zəhmətkeş insanlar 
yaşayır. Həm kənd təsərrüfatının, həm də turizmin inkişafı üçün 
böyük  potensial  var.  İndi  Bakı–Balakən  avtomobil  yolunun 
tikintisinə başlamışıq. Bu da gözəl, çox müasir yol olacaqdır.  


 266 
Bu gün mən Zaqatalada beynəlxalq aeroportun açılışında iştirak 
etdim.  Yəni  bütün  bunlar  bu  zonanın  inkişafı  üçün  çox  vacib 
amillərdir. Beynəlxalq aeroportun istismara verilməsi o deməkdir ki, 
həm  Bakıdan,  həm  Azərbaycanın  başqa  şəhərlərindən,  həm  də 
xarici  ölkələrdən  turistlər  gələcəklər.  Bunun  üçün  burada  gözəl 
şərait olmalıdır. Təbii şərait var. Ancaq biz elə etməliyik ki, həm 
gözəllik, həm rahatlıq,  həm də ən müasir standartlar baxımından 
Qax  rayonunda  və  bütün  ətraf  rayonlarda  çox  yaxşı  imkanlar 
olsun. Bax, Qaxın timsalında biz görürük ki, qısa müddət ərzində 
çox  iş  görmək  olar.  Əgər  iradə  varsa,  düzgün  qərarlar  qəbul 
olunursa  və  əlbəttə  ki,  bütün  fəallar  bu  işlərdə  iştirak  edirsə, 
istənilən  məsələni  həll  etmək  mümkündür.  İndi  Azərbaycanın 
inkişafı  elədir  ki,  istənilən  məsələ  öz  həllini  tapır.  Bütün  ölkədə 
belə  gözəl  parklar,  yollar,  aeroportlar,  xəstəxanalar,  məktəblər, 
idman  qurğuları  tikilir.  Bütün  bunlar  Qaxda  da  olmalıdır  və  ola-
caqdır.  
Mənim  yadımdadır,  keçən  dəfə  burada  olanda  «Uludağ» 
turizm mərkəzinə baş çəkmişdim. İndi belə yerlər çox olmalıdır 
və çox yaxşı olar ki, belə turizm yerləri yüksək səviyyədə olsun. 
Yuksək  səviyyədə  olsa,  dünyanın  istənilən  yerindən  buraya 
turistlər  gələcəklər.  Çünki  belə  təbiət  az  yerlərdə  var.  Mən 
dünyanı görmüşəm, çox ölkələrdə olmuşam. Çox nadir hallarda 
belə gözəl təbiət, təbii iqlim, hava – yəni turizmin inkişafı üçün 
lazım  olan  bütün  şərait  vardır.  Siz  Azərbaycanın  ən  gözəl 
guşələrinin  birində  yaşayırsınız.  Mən  çox  istəyirəm  ki,  burada 
insanların  yaşaması  üçün  bütün  şərait  olsun.  Azərbaycanın 
inkişafı hərtərəfli və güclü olsun.   
Bilirsiniz  ki,  indi  Azərbaycan  iqtisadi  artım  sürətinə  görə 
dünyada birinci ölkədir. Özü də bir il deyil, dörd il ardıcıllıqla. 
Buna nail olmaq elə də asan məsələ deyildir. Dünyada 200-dən 
çox  ölkə  var,  inkişaf  etmiş,  inkişaf  etməmiş,  orta  səviyyəli 
ölkələr var. Amma bütün bu ölkələr arasında birinci olmaq, özü 
də dörd il ardıcıllıqla – bu çox böyük bir nailiyyətdir. Əlbəttə, 
bunlar  statistik  rəqəmlərdir.  Amma  bu  statistik  rəqəmlər 
insanların  gündəlik  həyatında  da  öz  əksini  tapır.  Baxın,  artan 


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə