İNKİŞaf – MƏQSƏDİMİZDİr otuz iKİNCİ Kİtab



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə68/100
tarix19.07.2018
ölçüsü1,85 Mb.
#56767
1   ...   64   65   66   67   68   69   70   71   ...   100

 
253 
dirməklə  Azərbaycanı  çox  güclü  nəqliyyat  məntəqəsinə 
çeviririk.  
Mən  çox  sevinirəm  ki,  bizim  nəzərdə  tutduğumuz  bütün 
planlar,  bütün  layihələr  vaxtlı-vaxtında  və  yüksək  keyfiyyətlə 
icra  olunur.  Gələcək  illər  üçün  bizim  düşünülmüş  proqram-
larımız var, konkret addımlarımız olacaqdır. Son beş il ərzində 
iqtisadiyyat 2,7 dəfə artıbdır. Bu, dünyada analoqu olmayan bir 
göstəricidir. 
Azərbaycanda  olan  inkişaf  başqa  heç  bir  ölkədə  yoxdur.  Son 
dörd  il  ərzində  iqtisadi  inkişaf  baxımından  Azərbaycan  dünya 
miqyasında birinci ölkədir. Bir il deyil, iki il deyil, dörd il ərzində! 
Bu  inkişafın  dayanıqlı  olması  artıq  faktdır.  Bu  inkişaf 
uzunmüddətli  olacaqdır.  Bu  gün  bizim  başladığımız  layihələr  bir 
neçə ildən sonra öz bəhrəsini verəcəkdir.  
Mən şübhə etmirəm ki, bütün görülən tədbirlər və gələcəkdə 
atılacaq  addımlar  nəticəsində  Azərbaycan  zəngin,  qüdrətli, 
müasir  dövlətə  çevriləcəkdir.  Biz  bunun  ilkin  təzahürlərini 
görürük:  həm  bölgədəki  mövqelərimiz,  həm  daxildə  olan 
vəziyyət, həm sabitlik, həm inkişaf, həm insanların rifah halının 
yaxşılaşması  və  gözəl,  müasir,  çox  böyük  infrastruktur 
layihələrinin icrası məsələləri. Bu gözəl binanın timsalında biz 
bu  gün  Azərbaycanın  uğurlu  inkişafını  görürük.  Mən  şübhə 
etmirəm ki, bütün bu amillər birlikdə bizim uğurumuzu daha da 
uzunmüddətli edəcəkdir. Bizim qarşımızda üfüqlər açıqdır. Biz 
düz  yolla  gedirik  –  bu  yol  inkişaf  yoludur.  Gələcək  illərdə 
inkişaf templərini saxlamaq üçün bütün imkanlar var.  
Ulu  öndər  Heydər  Əliyevin  təşəbbüsü  ilə  başlamış  və  davam 
etdirilən  neft  strategiyası  uzun  illərdir  ki,  öz  bəhrəsini  verir. 
Azərbaycan  heç  kimdən  asılı  deyil,  artan  iqtisadi  imkanlarımız 
bizə kifayətdir. Biz öz gələcək inkişaf strategiyamızı daxili resurs-
lara  əsaslanaraq  icra  edirik.  Arxayınıq  ki,  daxili  resurslarımız  və 
aparılan  iqtisadi  islahatlar  bizi  öz  məqsədimizə  çatdıracaqdır.  Bu 
islahatlar bundan sonra da aparılacaqdır.  
İslahatların  aparılması  istiqamətində  atılmış  addımlar 
dünyanın  ən  böyük  beynəlxalq  maliyyə  qurumları  tərəfindən 


 254 
dəstəklənir  və  qiymətləndirilir.  Dünyanın  ən  birinci  maliyyə 
qurumu  olan  Dünya  Bankı  bu  yaxınlarda  Azərbaycanı  dünya 
miqyasında ən birinci islahatçı ölkə kimi tanıdı və bunu bəyan 
etdi.  Yəni  bütün  bunları  biz  öz  zəhmətimiz  hesabına, 
Azərbaycanda  aparılan  cəsarətli  islahatlar  nəticəsində  əldə 
edirik.  Həm  insanların  həyat  səviyyəsinin  yaxşılaşması,  həm 
iqtisadiyyatın  şaxələndirilməsi,  bütün  bölgələrdə  quruculuq-
abadlıq  işlərinin  daha  da  sürətlə  getməsi  üçün  əlavə  tədbirlər 
görüləcəkdir.  Nəticə  etibarilə  Azərbaycan  xalqının  daha  da 
yaxşı  yaşaması,  Azərbaycan  dövlətinin  daha  da  möhkəmlən-
məsi məsələləri öz həllini tapır və tapacaqdır.  
Mən bir daha qeyd etmək istəyirəm, bu gün çox şadam, çox 
sevinirəm  ki,  Zaqatalada  belə  gözəl  aeroportun  açılışında  biz 
bərabər  iştirak  edirik.  Mən  şübhə  etmirəm  ki,  gələcək  illərdə 
sizin rayonunuzda belə gözəl tədbirlərin sayı çox olacaqdır. Hər 
dəfə sizinlə bir yerdə olmaq, sizinlə görüşmək mənim üçün çox 
xoşdur.  
Əminəm ki, bu gün sizin üçün də çox əlamətdar bir gündür. 
Bu  gün  rayonun  inkişafında  yeni  mərhələ  başlayır.  Rayonun 
inkişafı  üçün  bütün  lazımi  tədbirlər  görülür  və  əlavə  tədbirlər 
görüləcəkdir  –  istər  praktik  tədbirlər,  istər  maliyyə 
məsələlərinin  həlli.  Azərbaycanın  ildən-ilə  artan  maliyyə 
imkanları  və  dövlət  büdcəsi  bizim  bütün  planlarımızı  həyata 
keçirməyə imkan yaradır. 
Mən  sizi  bu  gözəl  hadisə  münasibətilə  bir  daha  ürəkdən 
təbrik edirəm, sizə cansağlığı, uğurlar arzulayıram.  
Sağ olun. 
 
 
  
 
 
    Müalicə-Diaqnostika Mərkəzinin açılışı  
 


 
255 
Sentyabrın  19-da  Zaqatala  şəhərində  Müalicə-Diaq-
nostika Mərkəzi istifadəyə verilmişdir.  
Azərbaycan  prezidenti  İlham  Əliyev  mərasimdə  iştirak 
etmişdir. 
Mərkəzin  girəcəyində  bu  səhiyyə  ocağının  dövlətimizin 
başçısının sərəncamı ilə tikildiyini bildirən lövhə vurulmuşdur.  
Prezident  İlham  Əliyevi  və  xanımını  mərkəzin  kollektivi, 
səhiyyə işçiləri böyük hörmətlə qarşıladılar.  
Dövlətimizin başçısı rəmzi açılışı bildirən lenti kəsdi.  
2006-cı  ilin  aprelində  prezident  İlham  Əliyevin  iştirakı  ilə 
Zaqatala şəhərinin ən səfalı guşəsində təməli qoyulmuş müasir 
memarlıq üslubu ilə diqqəti cəlb edən bu səhiyyə ocağı Dövlət 
Neft  Şirkətinin  vəsaiti  hesabına  tikilmişdir.  «İnşaat  Aqro-
servis» MMC-nin həyata keçirdiyi tikinti işlərinə 500 nəfər cəlb 
edilmişdi. 
Dördmərtəbəli  binanın  birinci  mərtəbəsində  qəbul,  şüa-
diaqnostika və hemodializ şöbələri, habelə yeməkxana yerləşir.  
Prezident İlham Əliyev bu şöbələrlə və yeməkxana ilə tanış 
oldu. Bildirildi ki, şüa-diaqnostika şöbəsində Almaniyada isteh-
sal  olunmuş  kompyuter  tomoqrafiyası,  rentgen-diaqnostika 
aparatları  quraşdırılmışdır.  Kəskin  və  xroniki  böyrək  çatış-
mazlığı  olan  xəstələr  üçün  nəzərdə  tutulan  hemodializ  şöbə-
sində  eyni  vaxtda  8  xəstəyə  yardım  göstərmək  mümkündür. 
İkinci mərtəbədə inzibati şöbə, habelə 20 çarpayılıq cərrahiyyə 
və konsultativ diaqnostik poliklinika şöbəsi yerləşir.  
Binanın  üçüncü  mərtəbəsi  6  çarpayılıq  anesteziologiya-
reanimasiya şöbəsi və əməliyyat blokundan ibarətdir. Əməliyyat 
blokunda  4  operativ  əməliyyat  otağı  yerləşir.  Burada 
quraşdırılmış yüksək standartlara uyğun aparatların köməyi ilə 
ən mürəkkəb cərrahiyyə əməliyyatları aparmaq mümkündür.  
Dördüncü  mərtəbədəki  106  yerlik  konfrans  salonunda 
quraşdırılmış  monitorun  köməyi  ilə  mərkəzdə  aparılan  cər-
rahiyyə əməliyyatlarını birbaşa izləmək mümkün olacaqdır.  
Tibb  ocağında  müasir  standartlara  cavab  verən  mərkəzləş-
dirilmiş  istilik  və  havalandırma  sistemləri,  habelə  iki  ədəd 


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə