İNKİŞaf – MƏQSƏDİMİZDİr otuz iKİNCİ Kİtab



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə65/100
tarix19.07.2018
ölçüsü1,85 Mb.
#56767
1   ...   61   62   63   64   65   66   67   68   ...   100

 
243 
standartlara cavab verən «İnnabı» və «Vell» brendləri barədə 
məlumat verildi.  
Prezident  İlham  Əliyev  və  xanımı  Mehriban  Əliyeva  ayrı-
ayrı  sexlərlə,  istehsal  xətti  ilə  tanış  oldular,  hazır  məhsullara 
baxdılar.  Bildirildi  ki,  burada  istehsal  olunan  konservlər 
İtaliya,  Almaniya,  Hollandiya,  Rusiya  və  Qazaxıstana  ixrac 
olunur.  Gələcəkdə  fındıq  və  şirə  əsasən  ABŞ-a  və  Kanadaya 
ixrac ediləcəkdir. 
Dövlətimizin başçısı yaradılan şəraiti yüksək qiymətləndirərək, 
Azərbaycanda  qeyri-neft  sektorunun  inkişafının  bariz  göstəricisi 
olan  bu  cür  müəssisələrin  ölkəmizin  iqtisadiyyatının  inkişafına 
mühüm töhfə verdiyini bildirdi, insanların işlə təmin olunmasında, 
Azərbaycanın istehsal potensialının artırılmasında belə zavodların 
fəaliyyətinin əhəmiyyətini vurğuladı. 
   
             Balakən yem istehsalı zavodunda  
 
Sentyabrın  19-da  Balakən  yem  istehsalı  zavodu  istifadəyə 
verilmişdir.  
Azərbaycan  prezidenti  İlham  Əliyev  mərasimdə  iştirak 
etmişdir. 
«Azəryemsənaye»  MMC-nin  bu  zavodunun  tikintisinə  2007-ci 
ilin  mayında  başlanılmışdır.  Türkiyədə  istehsal  olunmuş  avadan-
lığın  quraşdırıldığı  zavodda  istehsal  və  emal  prosesi  tam 
kompyuterləşdirilmiş müəssisədə 60 nəfər işlə təmin olunmuşdur. 
Prezident  İlham  Əliyev  müəssisənin  ayrı-ayrı  sexlərini 
gəzərək  müvafiq tapşırıqlarını verdi. 
 
 
 
 
 
 
ZAQATALADA DAXİLİ QOŞUNLARIN  


 244 
«N» SAYLI HƏRBİ HİSSƏSİNİN YENİ BİNASININ 
TİKİNTİSİ İLƏ TANIŞLIQ 
 
      19 sentyabr 2008-ci il   
 
Sentyabrın  19-da  Azərbaycan  prezidenti  İlham  Əliyev 
Balakən  rayonuna  səfərini  başa  çatdıraraq  Zaqatalaya    gəl-
mişdir. 
Dövlətimizin  başçısı,  Ali  Baş  Komandan  İlham  Əliyev 
əvvəlcə  Daxili  İşlər  Nazirliyi  Daxili  Qoşunlarının  Zaqatala 
rayonu  ərazisindəki  «N»  saylı  hərbi  hissəsinin  yeni  binasının 
tikintisi ilə tanış oldu.  
 
Heydər Əliyev parkı ilə tanışlıq 
 
Prezident  İlham  Əliyev  sentyabrın  19-da  Zaqatala 
şəhərinin  Qaladüzü  ərazisində  yerləşən  və  ulu  öndər  Heydər 
Əliyevin adını daşıyan park ilə tanış olmuşdur.  
Dövlətimizin  başçısı  parkın  baş  planına  və  fəvvarələrə 
baxdı. Məlumat verildi ki, 1947-ci ildə salınmış parkda Dövlət 
Neft  Şirkətinin  vəsaiti  ilə  və  daxili  imkanlar  hesabına 
yenidənqurma  və  abadlıq  işləri  aparılmışdır.  Parkın  mərkəzi 
hissəsində ulu öndər Heydər Əliyevin əzəmətli abidə kompleksi 
ucaldılmışdır. 
Ərazisi  13  hektar  olan  parkda  27  növdən  çox  ağac, 
dekorativ  gül  kolları  əkilmiş,  biri  musiqili  olan  iki  fəvvarə, 
karusellər  quraşdırılmışdır.  Parkın  ərazisində  Heydər  Əliyev 
Muzeyi,  müasir  üslubda  xidmət  obyektləri  yerləşir.  Girişdə 
geniş  alaqapı  tikilmişdir.  Parkda  və  xidmət  obyektlərində  50 
nəfər işlə təmin olunmuşdur.  
Prezident  İlham  Əliyev  və  xanımı  Mehriban  Əliyeva  ulu 
öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoydular.  
 
       Heydər Əliyev Muzeyinin açılışı  
 


 
245 
Prezident  İlham  Əliyev  sentyabrın  19-da  Zaqatalada 
Heydər Əliyev  Muzeyinin  açılışında iştirak etmişdir. 
Dövlətimizin  başçısı  rəmzi  açılışı  bildirən  lenti  kəsdi.  Ulu 
öndərin  adını  daşıyan  parkda  yerləşən  Heydər  Əliyev  Muze-
yinin  tikintisinə  2006-cı  ildə  başlanılmışdır.  Binanın  ümumi 
sahəsi 348,5 kvadratmetr, ekspozisiya salonunun sahəsi isə 294 
kvadratmetrdir. Salonda ümummilli liderin qranitdən yonulmuş 
büstü qoyulmuşdur.  
Prezident  İlham  Əliyev  muzeyin  18  bölmədən  ibarət 
ekspozisiyası  ilə  tanış  oldu.  «Görkəmli  şəxsiyyətlər  xalqımızın 
zəkasını,  elmini,  mədəniyyətini  dünyaya  nümayiş  etdirirlər», 
«Tarixi  olduğu  kimi  qəbul  etmək,  dərk  etmək  və 
qiymətləndirmək  lazımdır»,  «Biz  müstəqil  Azərbaycan  kimi 
əzəmətli  bir  abidənin  təməlini  qoyuruq,  onu  qururuq,  yaradı-
rıq»,  «Neft  Azərbaycan  xalqının  milli  sərvətidir»,  «Biz  tarixi 
köklərimizlə,  mənəvi  dəyərlərimizlə,  milli  ənənələrimizlə  fəxr 
edə  bilərik»  və  digər  mövzuda  bölmələrdə  ümummilli  lider 
Heydər  Əliyevin  həyat  və  fəaliyyətinin  müxtəlif  dövrlərinə  aid 
çoxsaylı fotoşəkillər, kitablar və sənədlər nümayiş etdirilir.  
Muzeyin  fond  otağında  DVD  avadanlığı,  7  ədəd  kompyuter 
və böyük monitor quraşdırılmışdır.  
Prezident  İlham  Əliyev  muzeyin  Xatirə  kitabına  ürək 
sözlərini yazdı. 
 
 Akademik Zərifə Əliyeva adına parkın açılışı  
 
Sentyabrın  19-da  Zaqatala  şəhərində  görkəmli  oftal-
moloq  alim,  akademik  Zərifə  Əliyevanın  adını  daşıyan  parkın 
açılışı olmuşdur.  
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva parkın 
açılışında iştirak etmişlər.  
İki  hektar  ərazisi  olan  parkda  tikinti  işlərinə  2006-cı  ildə 
başlanılmışdır.  Burada  çoxlu  dekorativ  ağac,  gül  və  kollar 
əkilmişdir.  İki  fəvvarə,  müasir  işıqlandırma  sistemi,  yaraşıqlı 


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə