İNKİŞaf – MƏQSƏDİMİZDİr otuz iKİNCİ Kİtab



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə61/100
tarix19.07.2018
ölçüsü1,85 Mb.
#56767
1   ...   57   58   59   60   61   62   63   64   ...   100

 
229 
Siz  Üzeyir  bəyin  ocağına  xoş  gəlmisiniz.  Biz  bu  gün 
doğrudan da xoşbəxtik, ona görə ki, bu gün bizim üçün əziz bir 
gündür.  1995-ci  ildə  ulu  öndər  Heydər  Əliyev  xüsusi  fərman 
imzalayıb – 18 sentyabr həmişə Üzeyir musiqi günü kimi, bütün 
Azərbaycanda qeyd edilir. 
O ki qaldı bu binaya, bura bizim evimizdir. Təsəvvür edin, 
hamımız, burada oturanlar 5 yaşından bu binaya gəlirik, çünki 
Bülbül  adına  məktəb  vaxtilə  burada  yerləşirdi.  Ona  görə  bura 
bizim üçün çox əzizdir. 
Üzeyir bəyin ocağı yaşayır. İndi bu ocaqda Azərbaycanın ən 
görkəmli bəstəkarları, ifaçıları toplaşıblar, Siz onların hamısını 
tanıyırsınız.  Onlar  prezident  təqaüdçüləridir.  Bizdə  20  nəfər 
prezident təqaüdçüsü var. Mən bilmirəm, hansı təhsil ocağında 
bu  qədər  prezident  təqaüdçüsü  var?  Müəllimlərimiz  can-başla 
işləyirlər, son on ildə beynəlxalq müsabiqələrdə 1-ci, 2-ci, 3-cü 
yerləri  tutan,  laureat,  diplomant  adına  layiq  görülən  neçə-neçə 
tələbəmiz olmuşdur. 
Mən adları çəkmək istəmirəm, amma, cənab Prezident, çox 
istərdim  ki,  Sizin  sərəncamınızı  yerinə  yetirən  ən  yüksək 
vəzifəli  şəxslərdən  tutmuş,  fəhlələrə  qədər  hamıya  ürəkdən 
minnətdarlığımı  bildirəm.  Çünki  onlar  qışın  soyuğunda,  yayın  
istisində    gecə-gündüz    işləyiblər,  çalışıblar  ki,  məhz  18 
sentyabra qədər işi qurtarsınlar. Biz çox xoşbəxtik ki, buna nail 
ola bildik. 
Mən  sadəcə  onu  demək  istəyirəm  ki,    xoşbəxtik  ki,  Sizin 
yanınızda,  Sizinlə  çiyin-çiyinə  Mehriban  xanım  var.  Musiqi-
mizin  təbliği  sahəsində  Mehriban  xanımın  xüsusi  xidmətləri 
var.  Dünən  onun  son  layihələrinin  –  möhtəşəm  «Üzeyir  dün-
yası» və «Muğam ensiklopediyası» layihələrinin təqdimatı oldu. 
Uşaqların  və  gənclərin  simfonik  orkestri  Parisdə,  YUNESKO-
da çıxış etdi. Biz hamımız o məşhur konsertə baxırdıq. 
Ulu  öndərimizin  «Mən  fəxr  edirəm  ki,  azərbaycanlıyam» 
sözləri  hamımızın  yadındadır.  Bu  konserti  izləyərkən 
avropalıların bizim uşaqlarımızı ayaqüstə alqışladıqlarını görən-
də,  biz  həqiqətən  də  çox  xoşbəxt  idik.  Ona  görə  də  Mehriban 


 230 
xanım,  bu  layihələrə  görə  sizə  xüsusi  təşəkkürümü  bildirmək 
istəyirəm. YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri kimi, 
Azərbaycan Mədəniyyətinin Dostları Fondunun, Heydər Əliyev 
Fondunun  prezidenti  kimi,  siz  böyük  işlər  görmüsünüz.  Bu 
ancaq  musiqiyə  aiddir.  Mən  hələ  təhsili  demirəm,  o  qədər 
məktəblər  tikilir,  o  qədər  kompyuterlər  alınır.  Yəni  indi 
şagirdlər, tələbələr üçün, müəllimlər üçün hər cür şərait var.  
Cənab  Prezident,  həmişə  Siz  gələsiniz.  Ulu  öndərimiz  bu 
binaya bir neçə dəfə gəlmişdi. Məhz Heydər Əliyevin sayəsində 
Rostropoviç  yenidən  Bakıya  gəldi,  burada  müntəzəm  ustad 
dərsləri keçdi. 
Mən  Sizi  ürəkdən  salamlayıb  yenə  deyirəm:  Üzeyir  bəyin 
ocağına xoş gəlmisiniz! 
Çox sağ olun. 
 
 
 
 
 
 
 
 
* * * 
Sonda  akademiya  tələbələrinin,  Bülbül  adına  orta  ixtisas 
musiqi  məktəbi  şagirdlərinin  və  italiyalı  qonaq  Cüzeppe 
Talemoenin  ifasında  Azərbaycan  və  dünya  bəstəkarlarının 
əsərləri səsləndi. 
Prezident İlham Əliyev təhsil ocağının kollektivinə bir daha 
uğurlar arzuladı. 
 
 
 
 
 
 
 
 
 
ABŞ DÖVLƏT KATİBİNİN AVRASİYA 
MƏSƏLƏLƏRİ ÜZRƏ MÜŞAVİRİ, ATƏT-in  
MİNSK QRUPUNUN AMERİKALI HƏMSƏDRİ 
MƏTYU BRAYZƏ İLƏ GÖRÜŞ  


 
231 
 
Prezident sarayı 
 
18 sentyabr 2008-ci il    
 
Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 
sentyabrın 18-də ABŞ Dövlət katibinin Avrasiya məsələləri üzrə 
müşaviri, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Mətyu 
Brayzəni qəbul etmişdir. 
Görüşdə  Azərbaycanla  ABŞ  arasında  ikitərəfli  münasi-
bətlərin  inkişafından  məmnunluq  ifadə  olundu,  əlaqələrin 
hazırkı vəziyyəti və perspektivləri, regionda vəziyyət və qarşılıq-
lı  maraq  doğuran  digər  məsələlər  ətrafında  fikir  mübadiləsi 
aparıldı.  
 
 
 


 232 
 
 
 
PROFESSOR MURTUZ ƏLƏSGƏROVA 
 
Hörmətli Murtuz Ələsgərov!  
Sizi  –  Azərbaycanda  hüquq  elminin  inkişafında  mühüm 
xidmətləri  olan  alim  və  tanınmış  ictimai-siyasi  xadimi  80  illik 
yubileyiniz  münasibətilə  səmimi-qəlbdən  təbrik  edirəm,  Sizə 
möhkəm  cansağlığı  və  xoşbəxtlik  arzulayıram.  Siz  ölkəmizdə 
hüquq  elmləri  sahəsində  qiymətli  araşdırmaları  ilə  nüfuz 
qazanmış  alimlərimizdənsiniz.  Uzun  illər  ərzində  Bakı  Dövlət 
Universitetinin  professoru  və  rektoru  kimi  göstərdiyiniz 
fəaliyyət  səmərəli  olmuşdur.  Bu  gün  Azərbaycanın  inkişafı  və 
daha da çiçəklənməsi naminə çalışan yetirmələrinizlə Siz haqlı 
olaraq fəxr edə bilərsiniz.  
Sizin  Azərbaycan  Respublikası  Milli  Məclisinin  sədri 
seçilməyiniz  suveren  dövlətçiliyimizin  hüquqi  bazasının  möh-
kəm təməllər üzərində qurulması ilə bir vaxta düşür. Ölkəmizdə 
parlament  ənənələrinin  formalaşmasında  Siz  böyük  xidmətlər 
göstərmiş  və  hüquqi  dövlət  quruculuğu  işinə  layiqli  töhfələr 
vermisiniz.  Müstəqil  Azərbaycan  Respublikasının  ali  mükafatı 
–  «İstiqlal»  ordeni  ilə  təltif  edilməyiniz  Vətən  qarşısında 
xidmətlərinizin təsdiqidir.  
Ümidvaram  ki,  Siz  bundan  sonra  da  özünüzə  xas  olan 
müdrikliklə  respublikamızda  hüquq  elminin,  təhsilin  və 
parlamentarizmin  inkişafı  naminə  səy  və  bacarığınızı  sərf 
edəcəksiniz.  
 
Hörmətlə, 
       İLHAM ƏLİYEV 
Azərbaycan Respublikasının Prezidenti  
 
Bakı, 19 sentyabr 2008-ci il 
 


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə