İNKİŞaf – MƏQSƏDİMİZDİr otuz iKİNCİ Kİtab



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə62/100
tarix19.07.2018
ölçüsü1,85 Mb.
#56767
1   ...   58   59   60   61   62   63   64   65   ...   100

 
233 
 
 
 
 
 
ATƏT-in MİNSK QRUPUNUN FRANSALI 
HƏMSƏDRİ BERNAR FASYE İLƏ GÖRÜŞ  
 
Prezident sarayı 
 
19 sentyabr 2008-ci il  
 
Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 
sentyabrın  19-da  ATƏT-in  Minsk  qrupunun  fransalı  həmsədri 
Bernar Fasyeni qəbul etmişdir. 
Görüşdə  Ermənistan–Azərbaycan,  Dağlıq  Qarabağ  müna-
qişəsinin  nizamlanması  və  regionda  vəziyyətlə  bağlı  fikir 
mübadiləsi aparıldı. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 234 
 
 
 
 
 
 
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ 
İLHAM ƏLİYEVİN  
BALAKƏN, ZAQATALA, QAX, ŞƏKİ,  
OĞUZ, QƏBƏLƏ BÖLGƏLƏRİNƏ SƏFƏRİ 
 
Balakən rayonu 
 
   19 sentyabr 2008-ci il    
 
Azərbaycan  prezidenti  İlham  Əliyev  sentyabrın  19-da 
Şəki–Zaqatala bölgəsinə səfərə getmişdir. 
Əvvəlcə Balakən rayonuna gələn dövlətimizin başçısı rayon 
mərkəzindəki  Heydər  Əliyev  parkında  ulu  öndərin  abidəsini 
ziyarət etdi. Postamentlə birlikdə hündürlüyü 14 metr olan tunc 
heykəlin müəllifləri Akif Əsgərov və Cəlil Hüseynovdur. 
Prezident  İlham  Əliyev  və  xanımı  Mehriban  Əliyeva 
abidənin önünə gül dəstələri qoydular, parkı seyr etdilər. 
Heydər  Əliyev  adına  mədəniyyət  və  istirahət  parkı  şəhərin 
ən səfalı guşəsində – Balakən çayının sahilində yerləşir. 24 hek-
tar  sahəsi  olan  parkda  geniş  yaşıllıq  işləri  aparılmış, 4  mindən 
çox ağac, 5 minə yaxın dekorativ gül və kol əkilmişdir. Parkın ən 
hündür  yerində  ulu  öndərin  əzəmətli  abidəsi  ucaldılmışdır. 
Parkın ərazisində Heydər Əliyev Muzeyi, veteranlar evi, nikah 
evi, xidmət obyektləri tikilmiş, fəvvarə, yelləncəklər, karusellər 
quraşdırılmışdır.  Ərazidə  respublikada  oxşarı  olmayan  1200 
metrlik kanat yolu inşa edilmişdir. Altı kabinəli buraz yolundan 
saatda  216  nəfər  istifadə  edə  bilər.  Yolun  texniki  avadanlığı 
Avstriyadan  alınıb,  qurğuya  xidmət  tam  kompyuterləş-
dirilmişdir. 


 
235 
Parkda tikilmiş beşmərtəbəli mehmanxana binasında isə son 
tamamlanma işləri aparılır. 
Parkın  qarşısındakı  meydanda  72  metr  hündürlükdə  Azər-
baycanın Dövlət bayrağı dalğalanır. 
Prezident  İlham  Əliyev  və  xanımı  Mehriban  Əliyeva  abidə 
kompleksinin  yanından  kanat  yolu  ilə  parkın  aşağı  hissəsinə 
düşdülər. 
 
      Heydər Əliyev Muzeyinin açılışı  
 
Prezident  İlham  Əliyev  sentyabrın  19-da  Balakən  şəhə-
rində Heydər Əliyev Muzeyinin açılışında iştirak etmişdir.  
Dövlətimizin  başçısı  rəmzi  açılışı  bildirən  lenti  kəsdi  və 
muzeylə tanış oldu.  
Muzeyin  binası  yaraşıqlı  görünüşü,  memarlıq  üslubu  ilə 
parka  xüsusi  gözəllik  verir.  Beş  bölmədən  ibarət  muzeyin 
ümumi  sahəsi  493,  ekspozisiya  salonunun  sahəsi  330  kvad-
ratmetrdir. Ekspozisiyada ulu öndərin həyat və fəaliyyətini əks 
etdirən  fotoşəkillər,  kitablar,  müxtəlif  sənədlər  toplanmışdır. 
Muzeydə ümummilli liderin büstü də qoyulmuşdur.  
Prezident  İlham  Əliyev  muzeylə  tanışlıqdan  sonra  Xatirə 
kitabına ürək sözlərini yazdı. 
 
Balakən şəhərində yeni su xəttinin açılışı  
 
Azərbaycan  prezidenti  İlham  Əliyev  sentyabrın  19-da 
Balakən rayon mərkəzinə çəkilmiş su xəttinin açılışında iştirak 
etmişdir. 
Dövlətimizin  başçısı  su  xəttinin  açılışını  bildirən  düyməni 
basaraq xətti işə saldı.  
Tikintisinə  2006-cı  ilin  mayında  başlanmış  su  xəttinin 
uzunluğu  13,6  kilometrdir.  Siltik  çayından  319  millimetrlik 
polad  borularla  çəkilən  su  xəttinin  üstündə  təmizləyici  qurğu, 
hər birinin tutumu 1000 kubmetr olan 12 su anbarı tikilmişdir. 
Dövlət Neft Şirkətinin vəsaiti ilə çəkilmiş su xətti yeni tikilməkdə 


 236 
olan  xəstəxana  kompleksini,  şəhərin  yeni  yaşayış  massivini 
içməli  su  ilə  təchiz  edəcəkdir.  Tikintiyə  4  milyon  manat  vəsait 
xərclənmişdir.  
Prezident  İlham  Əliyev  burada  rayon  ictimaiyyətinin 
nümayəndələri ilə görüşdü, xatirə şəkli çəkdirdi. 
Prezident  İlham  Əliyev  bu  əlamətdar  hadisə  münasibətilə 
balakənliləri təbrik etdi. 
X  ə  l  i f  ə     M  i  r ə  l i  y  e  v  (rayon  ağsaqqalı):  Hörmətli 
cənab Prezident!  
Balakən rayonunun ağsaqqalları, ziyalıları, camaatı adından 
Sizə  «Xoş  gəlmisiniz!»  deyirik.  Qədəmləriniz  mübarək  olsun, 
uğurlu,  düşərli  olsun.  Cənab  Prezident,  Siz  bu  gəlişinizlə 
Balakən  camaatına  su  verdiniz.  Su  aydınlıq  rəmzidir.  Yüzlərlə 
ailə, bütün camaatımız buna sevinir.  
Bu Sizin rayonumuza ikinci gəlişinizdır. Hər gəlişiniz bizim 
üçün  bayram  olmuşdur.  Birinci  gəlişiniz  zamanı  Balakən 
rayonunun  girişində  çox  möhtəşəm  bir  xəstəxananın  təməlini 
qoydunuz  və  o  tezliklə  istifadəyə  veriləcəkdir.  Camaatımız 
xəstələrini  yüz  kilometrlərlə  uzaq  məsafəyə  –  Şəkiyə,  Bakıya 
aparmalı  olurdu.  Gözəl  bir  diaqnostika  mərkəzi  –  xəstəxana 
istifadəyə veriləcəkdir. Bu Sizin təşəbbüsünüzlə olmuşdur, buna 
görə Balakən camaatı Sizə minnətdardır.  
O  səfərinizdən  az  vaxt  keçməsinə  baxmayaraq,  rayonumuz 
görkəmini  dəyişmişdir.  Hər  yer  gül-çiçəyə  bürünmüşdür. 
Kəndlərimiz də dəyişmiş, yenidənqurma işləri görülmüşdür.  
Bu  gün  burada  ulu  öndərimizin  adını  daşıyan  parkdayıq. 
Gələcəkdə  bura  yeni  ailə  quran  gənclərimizin  andiçmə  yerinə 
çevriləcəkdir.  Bütün  bunlara  görə  Sizə  təşəkkür  edirik, 
minnətdarıq.  
Demək istədiyim başqa sözlər də var. 
Əgər  tarixə  nəzər  salsaq  görərik  ki,  vaxtilə  ulu  öndər 
Balakən  rayonunu  heç  vaxt  yaddan  çıxarmamışdır.  Yevlax–
Balakən  dəmir  yolu  xəttinin  və  şose  yolunun çəkilməsi  də ulu 
öndərin  Balakənə  böyük  diqqətinin  nəticəsi  idi.  Rayonun  
girəcəyindəki  böyük  konserv  zavodunun  təməlinin  də 


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə