İNKİŞaf – MƏQSƏDİMİZDİr otuz iKİNCİ Kİtab



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə69/100
tarix19.07.2018
ölçüsü1,85 Mb.
#56767
1   ...   65   66   67   68   69   70   71   72   ...   100

 256 
sürətli lift quraşdırılmışdır. Mərkəzin həyətində generator, 130 
tonluq su hovuzu, nasosxana, qazanxana, çamaşırxana və digər 
tikililər yerləşir. Artezian quyusu da qazılmışdır. 
Prezident  İlham  Əliyev  ayrı-ayrı  mərtəbələrdə  yerləşən 
şöbələri,  otaqları  gəzdi,  quraşdırılan  avadanlıqlara  baxdı, 
yaradılan şəraiti yüksək qiymətləndirdi.  
Dövlətimizin başçısı mərkəzin kollektivini təbrik etdi, burada 
müalicə və müayinə üçün hər bir şəraitin yaradıldığını bildirdi. 
Binanın  xarici  görünüşünün  də  müasir  olduğunu  və  şəhərə 
yaraşıq verdiyini vurğuladı. 
Prezident  İlham  Əliyev  mərkəzin  kollektivi  ilə  xatirə  şəkli 
çəkdirdi. 
 
«Qafqaz»  mehmanxanası istifadəyə verildi  
 
Sentyabrın  19-da  Zaqatala  şəhərinin  mərkəzində  «Qaf-
qaz» mehmanxanası istifadəyə verilmişdir. 
Prezident İlham Əliyev bu münasibətlə keçirilən mərasimdə 
iştirak etmişdir.  
Dövlətimizin  başçısı  açılışı  bildirən  lenti  kəsdi  və  meh-
manxana ilə yaxından tanış oldu. 
İnşası  2007-ci  ildə  başlanmış  mehmanxana  mansardla 
birlikdə  beş  mərtəbədən  ibarətdir.  Birinci  mərtəbədə  müxtəlif 
ticarət  obyektləri  fəaliyyət  göstərir.  Rayonda  turizmin  inkişafı 
nəzərə  alınaraq,  burada  bank  xidməti  üçün  geniş  sahə 
ayrılmışdır.  80  yerlik  mehmanxananın  bir  və  ikinəfərlik  43 
otağının  hamısı  eyvanlıdır.  Müasir  standartlara  cavab  verən 
otaqlarda  bütün  lazımi  şərait  yaradılmışdır.  Peyk  antenası 
vasitəsilə  200-dək  televiziya  kanalını  izləmək,  habelə  inter-
netdən istifadə etmək mümkündür. 
Binada  mərkəzləşdirilmiş  istilik  və  havalandırma  sistemi 
quraşdırılmışdır,  gecə-gündüz  isti  və  soyuq  su  verilir.  Ehtiyat 
elektrik generatoru da vardır.  
Mansardda  yerləşən  restoranda  qonaqlara  həm  milli 
yeməklər, həm də Avropa mətbəxinin nümunələri təklif olunur.  


 
257 
Gələcəkdə  həyətdə  istirahət  guşəsinin  yaradılması,  fəvva-
rələrin  quraşdırılması,  yay  mehmanxanası,  sauna  tikmək  də 
nəzərdə tutulur.  
Prezident  İlham  Əliyev  ayrı-ayrı  otaqlara  baxdı,  yaradılan 
şəraiti yüksək qiymətləndirdi. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 258 
 
 
 
QARABAĞ MÜHARİBƏSİ ƏLİLLƏRİNƏ VƏ 
ŞƏHİD AİLƏLƏRİNƏ YENİ MƏNZİLLƏRİN 
VERİLMƏSİ 
 
19 sentyabr 2008-ci il 
 
Sentyabrın  19-da  Zaqatala  şəhərində  Qarabağ  müha-
ribəsi  əlilləri  və  şəhid  ailələri  üçün  36  mənzilli  dördmərtəbəli 
yaşayış binası istifadəyə verilmişdir.  
Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir.  
Dövlət  vəsaiti  hesabına  inşa  edilən  binanın  ümumi  yaşayış 
sahəsi  2668  kvadratmetrdir.  Mənzillərin  hamısı  ikiotaqlıdır. 
Dövlətimizin  başçısının  adından  bütün  mənzillərə  qonaq  və 
yataq  otaqları,  habelə  mətbəx  üçün  mebel  dəstləri,  soyuducu, 
televizor  hədiyyə  olunmuşdur.  Birinci  mərtəbədəki  mənzillər 
əlillərin rahatlığı üçün xüsusi avadanlıqlarla, qurğularla təchiz 
edilmişdir.  
Prezident  İlham  Əliyev  mənzillərin  orderlərini  sahiblərinə 
təqdim etdi.  
A q i l   Ə h m ə d o v (Birinci qrup Qarabağ müharibəsi 
əlili): Hörmətli cənab Prezident! 
Sizə  bütün  şəhid  ailələri,  müharibə  veteranları  və  Qarabağ 
müharibəsi əlilləri adından dərin təşəkkürümüzü bildirirəm. Biz 
indiyə  qədər  tam  şəraitsiz  bir  evdə  yaşamışıq.  İndi  isə  Sizin 
sayənizdə belə gözəl mənzilə sahib olmuşuq. Mən birinci qrup 
Qarabağ  müharibəsi  əliliyəm.  Düşmən  arxasında  xüsusi  döyüş 
tapşırığını yerinə yetirərkən ağır yaralanaraq, əsir düşmüşdüm. 
Əsirlik  zamanı  bütün  məşəqqətə  tablaşmağımın  səbəbi  isə 
Vətənimə,  atama,  anama,  yaxınlarıma  olan  sevgim  və 
dövlətimizin,  xüsusən  ulu  öndərimiz,  dahi  insan,  ümummilli 
liderimiz Heydər Əliyevin məni darda qoymayacağına ürəkdən 
inamım  idi.  Doğrudan  da  belə  oldu.  O  dahi  insan,  müdrik 


 
259 
şəxsiyyət  məni  erməni  əsirliyindən  Vətənimə,  doğmalarımın 
yanına qaytardı. Mən bu gün buna görə çox xoşbəxtəm. Mənim 
kimi insanları həyata qaytaran ulu öndərin ruhu qarşısında baş 
əyirəm.  O  insan  bizim  ürəyimizdə,  qəlbimizdə  daim 
yaşayacaqdır. Mən xoşbəxtəm ki, Azərbaycan kimi bir dövlətin 
vətəndaşıyam.  
Cənab  Prezident,  icazə  verin,  bizə  göstərdiyiniz  diqqət  və 
qayğıya görə, rayonumuzun Qarabağ müharibəsi əlilləri, müha-
ribə veteranları və şəhid ailələri adından Sizə bir daha öz dərin 
minnətdarlığımı bildirim və ailəmizin ən xoş arzu- diləklərini və 
istəklərini çatdıraraq Sizə «Çox sağ olun!» deyim.  
Möhtərəm cənab Prezident! 
Ailəmizin  bir  istəyi  də  ondan  ibarətdir  ki,  mənə  hədiyyə 
etdiyiniz bu gözəl mənzilə ilk xoş qədəminizi Siz qoyasınız və 
xeyir-dua verəsiniz.  
Cənab Prezident, çox sağ olun. 
İ l h a m   Ə l i y e v: Sağ olun. Mən də bu gözəl binanın 
açılışı  və  istismara  verilməsi  münasibətilə  sizi  ürəkdən  təbrik 
edirəm.  Siz  buna  layiqsiniz.  Qarabağ  əlilləri,  müharibə  vete-
ranları,  şəhid  ailələri  böyük  diqqətə  layiqdirlər.  Azərbaycan 
dövləti  əlindən  gələni  edir  və  edəcəkdir  ki,  sizin  həyat 
səviyyənizı  yaxşılaşdırsıın.  Sizin  bütün  məişət  problemləriniz 
həll  edilməlidir,  bütün  işlər  yüksək  səviyyədə  olmalıdır,  gözəl 
evlər  olmalıdır.  Belə  evlərin  tikintisi  Azərbaycanda  çox  geniş 
vüsət  almışdır.  Demək  olar  ki,  ölkəmizin  bütün  bölgələrində 
belə  gözəl  binalar  tikilir,  onların  keyfiyyəti  də  yaxşıdır. 
Əminəm  ki,  siz  burada  yaxşı  yaşayacaqsınız,  xoşbəxt  yaşaya-
caqsınız.  Bir  də  demək  istəyirəm  ki,  siz  buna  layiqsiniz,  siz 
vətən uğrunda döyüşmüsünüz, yaralanmısınız, şəhid vermisiniz. 
Sizin  qəhrəmanlığınız  Azərbaycan  dövləti  tərəfindən  layiqincə 
qiymətləndirilir və qiymətləndiriləcəkdir.  
Mən şübhə etmirəm ki, Azərbaycan öz dövlət müstəqilliyini 
daha da möhkəmləndirəcək, ərazi bütövlüyünü bərpa edəcəkdir. 
Bildiyiniz  kimi,  biz  danışıqlarda  iştirak  edirik,  amma  bununla 
bərabər,  öz  hərbi  hazırlığımızı  da  möhkəmləndiririk.  Son  illər 


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə