Innovasiya menecmenti



Yüklə 1,46 Mb.
səhifə40/69
tarix13.01.2023
ölçüsü1,46 Mb.
#98536
1   ...   36   37   38   39   40   41   42   43   ...   69
innovasiya-menecmenti-muhazire

Investisiya potensialı
Hazırda ölkə iqtisadiyyatına investisiyaların cəlb olunması məqsədilə dövlət tərəfindən “açıq qapı” siyasəti həyata keçirilir. Ölkədə iqtisadi islahatların davam etdirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması, neft sektoru ilə bərabər, qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı tədbirlər həyata keçirilir. Dövlətin 2011-2014-cü illər üçün innovasiya yönümlü investisiya siyasətinin əsas istiqamətləri aşağıdakılardır: - investisiya axınının innovasiya yönümlü qeyri-neft sektorunun və regionların inkişafına yönəldilməsinin stimullaşdırılması; 37 - regionlar arasında innovasiya yeniliklərinin təchizi və tətbiqi ilə bağlı fərqlərin aradan qaldırılması üçün investisiyaların bölüşdürülməsinin optimallaşdırılması; - ölkədə investisiya fəaliyyətinin sosial istiqamətinin gücləndirilməsi, insan kapitalına, infrastruktura qoyulan investisiyaların prioritetliyi; - müəssisələrin texnoloji yenidən qurulması məqsədilə müasir texnoloji avadanlıqların, innovasiyaların Azərbaycana gətirilməsi üçün xarici ticarət rejiminin təkmilləşdirilməsi; - daxili investisiyalarla yanaşı birbaşa xarici investisiyaların innovasiya yönümlü və əlavə dəyərin xüsusi çəkisi yüksək olan sahələrə yönəldilməsi; Dövlət Statistika Komitəsinin məlumatına görə, 2012- ci ildə ölkə iqtisadiyyatına 25,6 milyard ABŞ dolları həcmində investisiya cəlb olunmuşdur. 2013-cü ildə isə bu göstərici 28 milyard dollara bərabər olmuşdur. Bunun 17,5 milyardı daxili investisiyalardır, 10,5 milyardı isə xarici investisiyalar təşkil edir. Azərbaycanda innovasiyaya əsaslanan iqtisadi sistemin qurulması, ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılması məqsədilə bir sıra kompleks tədbirlər həyata keçirilmişdir. “2002-2005-ci illərdə Azərbaycan Respublikasında kiçik və orta biznesin inkişafı Dövlət Proqramı”nda ölkə iqtisadiyyatında özəl bölmənin inkişafını sürətləndirmək, bu sahəyə investisiyaların cəlb olunmasını həvəsləndirmək məqsədilə kiçik və orta biznes subyektlərinin innovasiya layihələrinin maliyyələşdirilməsinə kömək göstərilməsi, Vençur fondundan istifadə mexanizminin yaradılması, Bakı şəhərində texnoloji biznes inkubatorun yaradılması istiqamətində innovasiya yönümlü sahibkarlığın inkişafına əlverişli şərait yaradılması üzrə dövlət orqanları, nazirliklərə konkret tapşırıqlar verilmiş, nəticədə İsrailin müxtəlif növlü texnoloji inkubatorların yaradılması, ikitərəfli fondların təşkili, biznes və investisiya üzrə məsləhət xidmətlərinin göstərilməsi sahələrində fəaliyyət göstərən “Wazana Group Ltd” şirkətinin İqtisadi İnkişaf Nazirliyinə müraciət edərək Azərbaycanda texnoloji inkubatorun yaradılmasında marağını ifadə etmişdir. Şirkət texnoloji inkubatorun fəaliyyəti ilə əlaqədar qarşılıqlı razılıq əsasında innovativ texnologiyaların tətbiqi əsasında inkubatorun tam fəaliyyət göstərməsi üçün mexanizmin yaradılması, inkubatorun fəaliyyəti ilə bağlı hər hansı layihə və ya ideya üzrə hüquqi şəxsin təsis olunması (səhmdarların strukturu da daxil olmaqla) təkliflərini irəli sürmüşlər. 2007-ci ildə qəbul edilmiş “Azərbaycan Respublikasında nanotexnologiyanın inkişaf proqramı” 3 mərhələdə (І mərhələ - 2010-cu ilə qədərki dövr, ІІ mərhələ - 2010 - 2012-ci illər, ІІІ mərhələ - 2012 - 2015-ci illər) Azərbaycanda nanomaterialların və nanotexnologiyanın elmi, təhsil və texnoloji bazasının əsaslarını hazırlamağı, nanotexnologiya sahəsində işlərin inkişafı üçün elmi tədqiqat, innovasiya infrastrukturlarının yaradılması və təkmilləşdirilməsini qarşıya məqsəd qoymuşdur. Bunlarla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 15.09.2008-ci il tarixli 3043 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nda Sənaye və Energetika Nazirliyinə, İqtisadi İnkişaf Nazirliyinə və Azərbaycan Milli Elmlər Akademiyasına sahibkarlığın, xüsusilə regionlar üzrə inkişaf etdirilməsində “Mövcud və yaradılacaq sənaye müəssisələrində innovasiya yönümlü texnologiyaların tətbiqinin stimullaşdırılması” tapşırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 11 avqust 2010- cu il tarixli 1056 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010 - 2012-ci illər üçün Dövlət Proqramı”nda isə “Elektron Azərbaycan” informasiya cəmiyyətinin qurulması istiqamətində vahid elmi-texniki və innovasiya siyasətinin həyata keçirilməsi əsas məqsəd kimi qoyulmuşdur. Dövlətin innovasiya siyasətinin müəyyənləşdirilməsində Azərbaycan Respublikası Prezidentinin 04.05.2009-ci il tarixli 255 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya” xüsusi əhəmiyyət kəsb edir. Belə ki, Milli strategiyada innovasiya fəaliyyəti infrastrukturunun inkişaf etdirilməsi, o cümlədən texnoparklar, texnoloji inkubatorlar şəbəkəsinin genişləndirilməsi nəzərdə tutulmuşdur. Qeyd olunanlardan əlavə dünyanın qabaqcıl ölkələrinin də innovasiya sahəsində təcrübəsi mühüm əhəmiyyət daşıyır.

Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə