Innovasiya menecmenti



Yüklə 1,46 Mb.
səhifə37/69
tarix13.01.2023
ölçüsü1,46 Mb.
#98536
1   ...   33   34   35   36   37   38   39   40   ...   69
innovasiya-menecmenti-muhazire

ISO 9000 yanaşması
1994-cü ildə bir çox ölkələr özlərinin keyfiyyət standartlarını müəyyən etdilər və yaradılan Beynəlxal Standartlar Təşkilatı – İSO 9000 adı ilə keyfiyyət proqramı sənədlərinin idarə olunması standartlarını özündə birləşdirdi. Kənardan gələn (İSO-dan) yüksək ixtisaslı müfəttiş təşkilatın bütün tələblərə cavab verib-vermədiyini yoxlayır. Əgər cavab verdiyi təsdiq olunarsa, həmin təşkilata sertifikat verilir. Bir çox firmalar təchizatçılardan İSO sertifikatının olub-olmamasını tələb etdiyinə görə, təsdiq olunmuş standartları saxlamaq üçün proseslərə nəzarət və inkişafın yeni, innovativ yollarının tapılmasına çoxlu cəhdlər və vaxt sərf edirlər.
İSO 9000 4 əlavə prinsipi əhatə edir:

  1. Keyfiyytin idarə olunması istehlakçıya yönəlik olmalıdır.

  2. Keyfiyyət performansı ölçülməlidir.

  3. Keyfiyyətin idarə olunması inkişafa təşviq etməlidir.

  4. Top menecment idarəetmə sistemlərinin davamlı inkişafını öz öhdəsinə götürməlidir.

Bütün bunlara baxmayaraq, İSO heç də hamı tərəfindən faydalı hesab olunmur.
EFQM mükəmməllik modeli
1988-ci ildə Q.Avropanın 14 aparıcı şirkəti Keyfiyyətin İdarəedilməsi üçün Avropa Fondunu yaratdı və Avropada TQM-i ən uğurlu şəkildə tətbiq edən şirkətə mükafat verdi. 1999-cu ildə bu ideya və model inkişaf etdirildi və EFQM mükəmməllik modeli yaradıldı, hansı ki, bu modeldə istehlakçılara daha çox önəm verilirdi və nəticə orientasiyalı idi. Əsas ideya ondan ibarətdir ki, ilk məhsulun son məhsula çevrilmə prosesinin nəzarəti və idarə edilməsində iştirak edən bir sıra köməkçilərin (liderlik, insanlar, siyasət və strategiya, partnyorluq və resurslar, proses) vasitəsilə nəticələrə (insan nəticələri, istehlakçı nəticələri, cəmiyyət nəticələri və əsas performans nəticələri) nail olunur.
Təşkilatın dizaynı və onun əsas təchizatçıları
Material və ya informasiya br sıra ardıcıl proseslər nəticəsində son istifadəçiyə (istehlakçıya) çatır. Təchizat, zənciri idarəetməsi termini istehlakçı məmnuniyyətinin təmin edilməsi məqsədilə, təşkilatın hüdudlarından kənarda şəbəkənin idarə edilməsi sistemini əhatə edir. İstehlakçı məmnuniyyətinin təmin edilməsi məqsədi bütün şirkətlərin strateji planının əsas hissəsidir (cəld çatdırılma, münasib qiymətə keyfiyyətli məhsul və xidmət) və təchizat zəncirinin idarəedilməsi konsepsiyası çərçivəsində bütün yanaşmalar uğurlu şəbəkə koordinasiyası mexanizmlərini tələb edir. Öz keyfiyyət məqsədlərinə nail olmaq üçün şirkət həm də istehlakçıların və təchizatçıların da keyfiyyət tələblərini nəzərə almalıdır. TQM qrup əsaslı yanaşmalar, effektiv olmaq üçün cəlb edilən bütün tərəflər arasında etibarın olmasını tələb edir. Həmçinin etibar, uğurlu təchizat zənciri idarəetməsinin də əsas meyarıdır. Və yalnız təşkilatın təchizat zənciri çərçivəsində innovasiyaların tətbiqi təşkilatın mövcudluğunun qorumasına kömək edə bilər.

Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə