Innovasiya menecmenti


Mövzu1. Innovasiya menecmentinin məzmunu, anlayışı və əhəmiyyəti



Yüklə 1,46 Mb.
səhifə2/69
tarix13.01.2023
ölçüsü1,46 Mb.
#98536
1   2   3   4   5   6   7   8   9   ...   69
innovasiya-menecmenti-muhazire

Mövzu1. Innovasiya menecmentinin məzmunu, anlayışı və əhəmiyyəti.

Innovasiya uzun müddət inkişafın hərəkət verici qüvvəsi olaraq nəzərdən keçirilib, 100 illər boyu müzakirə və debatların mövzusu olub. 19-cu əsr iqtisadçıları şahidi oldular ki, iqtisadi artımın sürətlənməsi texnoloji inkişafın nəticəsi idi.Gozef Şumpeter yeni məhsulların iqtisadi artımının stimullaşdırdığını vurğulayan ilk iqtisadçılardan biri idi. O qeyd edirdi ki, bazarda yeni məhsulun ortaya çıxması rəqabətə daha şox təsir edir, nəinki mövcud məhsulların qiymətindəki marjinal dəyişiklər. Məsələn, iqtisadiyyat yeni computer proqramlarının və ya, yeni tərkibdə dərmanların inkişafı nəticəsində daha çox irəlilədi, nəinki mövcud televizor və ya, avtomobillərin qiymətinin azaldılması dövründə. Həqiqətən də, ilkin müşahidələr göstərir ki, iqtisadi artım müntəzəm,stabil fəaliyyət dövründə yox, məhz “partlayışlar” və dalğalar dövründə baş verir. Lakin, bu fikir daha keçmişə, 19-cu əsrin ortalarına gedib çıxır. Belə ki, innovasiya ilə iqtisadi inkişaf arasında əlaqəni ilk dəfə təqdim edən Karl Marks olmuşdur. Marksdan sonra Şumpeter, Kondratyev, Abernesi və Utterbek kimi alimlər bu fikri irəli sürüblər. N.D.Kondratyev öz iqtisadi fikirlərinə görə İosif Stalinin əmrilə həbs olunmuşdu, çünki onun fikirləri Marksın fikirləri ilə bir qədər ziddiyət təşkil edirdi. Belə ki, Marks kapitalizmin tədricən tənəzzülə uğrayacağını yazırdı, N.D.Kondratyev isə kapitalizmin zaman-zaman həm inkişafı,həm də tənəzzülü təcrübədən keçirəcəyi fikrini irəli sürürdü. Ubernesi və Utterbekə gəldikdə isə, sənayenin hər hansı yeni sahəsinin əmələ gəlməsini köklü,əsaslı məhsul innovasiya ilə əlaqələndirmişdir. Bu fikir ilk öncə bir çox sənaye sahələrinin həyat dövranını əks etdirdiyi üçün məşhurluq qazandı. Lakin, sonradan innovativ uğura necə nail olmağı təklif etmədiyi üçün qəbul olunmadı. Cozef Şumpeter müasir artım nəzəriyyəsinin banisi və dünyanın böyük iqtisadçılarından biridir. 1930-cu illərdə o ilk dəfə dərk etdi ki, mənfəət əldə etməyə çalışan sahibkarlar tərəfindən yeni texnologiyaların istehsala tətbiqi iqtisadi inkişafın mənbəyini formalaşdırır. Robert Solou, Şumpeterin şagirdi, 1950-ci illərdə onun nəzəriyyəsini təkmilləşdirdi və iqtisadi elmlər sahəsində Nobel mükafatına layiq görüldü. Paul Romer onların nəzəriyyələrini daha da inkişaf etdirərək, müasir iqtisadi artım nəzəriyyəsini yaratdı. Bu alimlərə bəzən Neo-Şumpeterianlar da deyilir. İqtisadi inkişaf nəzəriyyəsi təklif edir ki,davamlı iqtisadi inkişaf firmalar arasında rəqabətdən yaranır. Yəni, firmalar öz mənfəətlərini artırmağa çalışarkən, yeni məhsulların yaradılmasına və mövcud məhsulların istehsalının yeni üsullarının inkişafına resurslar sərf edir. Bu iqtisadi nəzəriyyə “İnnovasiya menecmenti” və yeni məhsul inkişafı nəzəriyyəsinə təkan vermişdir. Mənbə: Parkinin “Economics” əsəri.


Kapitalist inkişafının tarixinə diqqət yetirsək görərik ki, Kondratyev və Şumpeter inkişafın mərhələlərini müəyyənləşdirməkdə vacib rol oynamışlar.

Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə