Innovasiya menecmenti


İnnovasiyaya resurs nöqteyi nəzərindən baxış



Yüklə 1,46 Mb.
səhifə4/69
tarix13.01.2023
ölçüsü1,46 Mb.
#98536
1   2   3   4   5   6   7   8   9   ...   69
innovasiya-menecmenti-muhazire

İnnovasiyaya resurs nöqteyi nəzərindən baxış isə nəzərdə tutur ki, bazar oriyentasiyası dinamik və volantil ( dəyişkən) bazarlar üçün innovasiya strategiyası formalaşdırmaq üçün etibarlı əsas deyil, yalnız firmanın öz resursları, onun innovasiya fəaliyyətini yaratmaq və firmanın öz məqsədinə uyğun bazarlar formalaşdırmaq üçün daha stabil kontekst təmin edir (Penrose, 1959; Vernenfelt, 1984, 1995; Grant, 1996; Prahalad və Hamel , 1990; Corner və Prahalad, 1996; Eisenhardt və Martin, 2000). İnnovasiyaya resurs nöqteyi nəzərindən baxış firma və onun resursları, bacarıqları və qabiliyyətləri üzərində fokuslanır. O, irəli sürür ki, firmanın resursları qiymətli, nadirdirsə və asanlıqla yamsılanan deyilsə, o, davamlı reqabət üstünlüyünə nail ola bilər – adətən yeni məhsul innovasiyaları formasında.
Serendipity” – onu axtarmadığın və ya başqa bir şey axtardığın halda dəyərli bir şey kəşf etmək. İnnovasiyanın baş veridiyi tarixi hadisələrin öyrənilməsində gözlənilməz kəşflərin əhəmiyyəti işiqlandı. Bunun və ya uğurun rolu izah olaraq verildi və media tərəfindən qabardıldı.
Tarixi hadisələrin yaxından incələnməsi göstərdi ki, belə hallar nadir baş verir. Bundan başqa müvəffəqiyyətin əhəmiyyətini başa düşmək üçün bu sahədə ilkin biliyə malik olmaq lazımdır. Bir çox kəşflər elm və texnologiyanın müəyyən sahəsində əlaqəli şəxslər tərəfindən edilir və bu, ardıcıl genişlənmiş cəhdlərin nəticəsidir. Kəşflər gözlənilməz ola bilər, lakin Louis Pasteur-un sözləri ilə “ Uğur- hazırlıqlı ağıla xidmət edir” ( “Chance favours the prepared mind”)

Mövzu 2. İnnovasiya menecmentinin anlayışı və əhəmiyyəti.
İnnovasiya menecmenti kompaniyada rəhbərliyin ali səviyyəsində həyata keçirilən strateji idarəetmə istiqamətlərindən biridir.Onun məqsədi aşağıdakı sahələrdə firmaların elmi-texniki və istehsal fəaliyyətinin əsas istiqamətlərini müəyyən etməkdir: yeni məhsullar işlənib hazırlanması və tətbiq edilməsi (innovasiya fəaliy­yəti); buraxılan məhsulun modernləşdirilməsi və təkmilləşdi­rilməsi; ənənəvi məhsul növləri istehsalının daha da inkişaf etdirilməsi; köh­nəl­miş məhsulların istehsalatdan çıxarılması.
İnnovasiya menecmentində əsas diqqət strategiyanın işlənib ha­zır­lanmasına və onun reallaşdırılmasına istiqamətlənmiş tədbirlərə ve­­ri­lir. Yeni növ məhsullar işlənib hazırlanması və buraxılması firmanın strategiyasının daha üstün istiqamətləri olur.
Innovasiya- elmi- texniki şərtləri təmin etmək, keyfiyyəti artırmaq və digər yüksəldici və təkmilləşdirici mənanı ifadə edir.
Innovasiya haqqında müxtəlif təriflər var:

  • İnnovasiya ( yeniliklər) – istehsal orqanizminin ilkin strukturunda dəyişikliklərdir, yəni onun daxili strukturunun yeni vəziyyətə keçididir.

  • İnnovasiya- yeni praktiki vasitələrin yaradılması, yayılması və istifadə edilməsinin kompleks prosesidir.

  • İnnovasiya- yeni texnoloji ideyaların, təkliflərin, elmi- texniki qərarların praktiki tətbiq edilməsi və həyata keçirilməsidir.

Bu təriflərə diqqət yetirsək, burada 2 cəhəti qeyd edə bilərik: birinci, bu “ yeni ideya” , təhsil xidmətidir; ikinci isə, istehsala yeniliyin tətbiq edilməsidir ki, nəticədə istehsal sisteminin özü dəyişir, istehsal yeni keyfiyyətli vəziyyətə keçir.
Innovasiya prosesi müxtəlif yollarla həyata keçirilə bilər. Hər bir konkret halda ən səmərəli yolun seçilməsi texnologiyanın xarakterindən, son məhsul bazarından, firmanın potensialından, iqtisadi mühitdən, rəhbərin səriştəli olmasından və s. asılıdır.
Innovasiya prosesinin məqsədini aşağıdakılarla izah etmək olar:

  • məsələnin yeni texniki həllini tapmaq- ixtiranın yaradılması

  • elmi- tədqiqat və təcrübə, konstruktiv işlərinin aparılması

  • paralel qaydada satışın hazırlanması və təşkili

  • yeni əmtəələrin bazarda tətbiqi və s.

İngiliscə olan “ innovasiya menecmenti” – “ yeniliyin idarə olunması” mənasında işlənilir. Innovasiya menecmenti dar və geniş mənada başa düşülür. Sözün geniş mənasında innovasiya menecmenti yalnız yeni texnika, texnologiya və materialların yaradılmasının idarə edilməsi prosesi ilə bağlı funksional fəaliyyəti deyil, həm də innovasiya ilə bağlı infrastrukturanı, yeniliyin kommersiyalaşması məsələlərini və s. əhatə edir.
Innovasiya menecmenti məzmunca aşağıdakı məsələləri əhatə edir:

  • yeni məhsul bazarının tədqiqi, həmin məhsulların bazar tutumu, yeni məhsul istehsalı üzrə fəaliyyətin təşkili və proqnozlaşdırılması, yeni məhsul satışı formalarının təşkili ( vasitəçilərin, sifarişçilərin seçilməsi, firma ticarəti, topdansatış və s. )məhsul istehsalı üçün materiallar, resurslar, konyukturanın seçilməsi, yeni məhsul üzrə xərclərin, istehsal, həmçinin, satış qiymətlərinin kompleks təhlili baxımından yanaşılması.


Dünya miqyasında ” innovasiya” ifadəsinə eyni mənalı yanaşılmır. Məsələn,

  1. innovasiya bir proses kimi

  2. innovasiya bazara yeni avadanlığın çıxarılmasını təmin edən texniki, istehsal və kommersiya tədbirlərinin məcmuudur

  3. innovasiya yeni məlumat, texnologiya yaratmaq məqsədilə praktikada elmi ideyalardan istifadə edilən ictimai- texniki- iqtisadi prosesdir

  4. innovasiya- bu elə bir ictimai- texniki- iqtisadi prosesdir ki, onun vasitəsi ilə ideya və ixtiralardan öz xüsusiyyətlərinə görə daha yaxşı məmulatlar və texnologiya yaradılmasına gətirib çıxarır. Innovasiyanın iqtisadi fayda və ya mənfəətə istiqamətləndiyi halda, onun bazara çıxarılması əlavə məhsul əldə edilməsinə gətirib çıxara bilər və s.

Bundan başqa, innovasiyaya məzmun ( texniki, elmi, iqtisadi, təşkilati, istehsal idarəçiliyi) , miqyas ( lokal, qlobal) , parametrlər ( hazır məhsul), yenilik səviyyəsinə görə, innovasiya menecmenti ( təşkiletmə, planlaşdırma, proqnozlaşdırma və s. ) səmərəlilik səviyyəsi çox mənfəət gətirən baxımından da yanaşmaq olar.
Firma üzrə innovasiya siyasətinin həyata keçirilməsi bütövlükdə aşağıdakıları nəzərdə tutur:

  • innovasiya fəaliyyətinin plan və proqramının işlənib hazırlanması

  • yeni üzv məhsullar işlənib hazırlanması gedişinə və onun tətbiqinə nəzarət edilməsini

  • yeni üzv məhsullar yaradılmasının layihələrinə baxılmasını

  • innovasiya fəaliyyəti proqramının material və maliyyə resursları ilə təmin edilməsini

  • innovasiya fəaliyyətinin ixtisaslı heyətlə təmin edilməsini və s.

İnnovasiya menecmenti aşağıdakı fəaliyyət növləri ( mərhələləri) ilə bağlı olur:

  1. dünya miqyaslı və ölkə daxili yeni ideyaların öyrənilməsi və sistemləşdirilməsi. ( istehsalda və bazar sferalarında yeni texnologiya, yeniliklər haqqında informasiyaların toplanması, marketinq xidmətinin yaranması və s. )

  2. aşkara çıxarılmış yeni ideyaların seçilməsi ( həmin ideyaların imkanları və həyata keçirilməsi)

  3. yeni məhsula potensial bazar tələbatının öyrənilməsi ( istehsal və satış imkanlarının araşdırılması, uzun müddətli mal alan və verən partnyorların müəyyən edilməsi)

  4. yeni məhsulun yaradılması ( məhsulun nümunələrinin hazırlanması, istehsal və satış həcminin müəyyən edilməsi)

  5. bazarda testləşdirmə

  6. innovasiya menecmentinin təşkilati formalarının təkmilləşdirilməsi

  7. məhsul üzrə marketinq proqramı əsasında yeni məmulatın istehsalatda tətbiqi haqqında qərar qəbul edilməsi

elmi- texniki tərəqqinin və istehsalın inkişafı nöqteyi- nəzərdən innovasiya fəaliyyəti 5 cür olur:


  1. Yüklə 1,46 Mb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə