Innovasiya menecmenti


I mərhələ(1770-1830): İlkin mexanizmlər



Yüklə 1,46 Mb.
səhifə3/69
tarix13.01.2023
ölçüsü1,46 Mb.
#98536
1   2   3   4   5   6   7   8   9   ...   69
innovasiya-menecmenti-muhazire

I mərhələ(1770-1830): İlkin mexanizmlər
Bu mərhələnin liderləri Britaniya, Fransa və Belçikadır.
II mərhələ (1840-1880): Buxar gücü və dəmir yolu
Bu mərhələdə ABŞ və Almaniya əsas rol oynamışlar. III mərhələ(1890-1930): Elektrik və Ağır maşınqayırma
Bu mərhələdə ABŞ və Almaniya liderlik mövqelərini daha da möhkəmləndirir.
IV mərhələ(1940-1980): Fordizm
Bu mərhələdə Yaponiya və İsveç innovasiya yarışına qoşulur.
V mərhələ(1980- hələ də davam edir): İnformasiya və kommunikasiya
Bu mərhələdə Tayvan, Cənubi Koreya kimi dövlətlər innovasiya bazarının önəmli iştirakçısına çevrilirlər.
Hər yeni mərhələ məhsul, xidmət, təşkilati quruluşda əhəmiyyətli yeniliklərin olması ilə şərtlənir.
Kuhnun nəzəriyyəsinə görə, hər mərhələ önəmli bir çatışmazlığın yaranması nəticəsində sona çatır və yeni mərhələ həmin problemi aradan qaldırma yollarının axtarışı ilə başlayır. Hər yeni mərhələ yeni bir “ulduz” sənaye sahəsinin yaranması ilə müşayiət olunur ki, bu da ümumi iqtisadiyyatda əhəmiyyətli dəyişikliklərə səbəb olur. İnnovasiya nəticəsində yaradılan məhsulun geniş kütlələr üçün əlçatan vəziyyətə gəlməsi artıq yeni dövrə keçmək üçün atılmış vacib addımdır. Kondratyev dalğalarının sonuncusu olan informasiya və kommunikasiya mərhələsi hələ də davam edir və biz hər gün onu yeni bir nəticəsi ilə qarşılaşırıq, bu istər biznes münasibətlərində, istər kommunikasiyada, istərsə də bank əməliyyatlarının yerinə yetirilməsində özünü göstərir.Son mərhələnin ən böyük fərqi odur ki, o təkcə iqtisadi münasibətlərə deyil, insanların şəxsi həyatına və ictimai fəaliyyətinə də ciddi dərəcədə təsir edir.
N.D.Kondratyevin göstərdiyi kapitalist inkişafının əvvəlləri, yalnız tekstil sənayesində fabriklərin və mexanizmlərin inkişafı ilə müşayiət olunurdu. Amma, sonrakı dövrlərdə istehsal olunan məhsulu xarici bazarlara çıxarmaq üçün nəqliyyat və maliyyə imkanları artmışdır. Geniş yayılmış və ucuz xammalların (məsələn: pambıq), geniş əhatəli nəqliyyat infrastrukturunun, biznes təşəbbüskarlarının,böyük əmək bazarının, inkişaf edən təhsil sisteminin, akademik və elmi mühitin artan təsirinin və nəhayət dövlətlərin bu prosesə müsbət münasibətlərinin yaranması ilə kapitalizm tezliklə yüksək mərhələyə çatmışdır. Marksın dediyi kimi: “Kapitalizm həmişə istehsal faktorlarının təşkili formasını dəyişərək, təkrar istehsal üçün bir yol tapmışdır.” Məsələn 1-ci mərhələdən sonuncu mərhələyə qədər şəxsi sahibkarlar kiçik firmalarla, onlar monopolist, oliqopolist və kartellərlə, bu saydıqlarımız isə daha sonra Transmilli korporasiyalarla əvəzlənmişdir. 5-ci mərhələ isə, öz növbəsində informasiya erasının yeni növ “şəbəkə” tipli elastik təşkilatlarının yaranması və inkişafı ilə şərtlənir.
II-ci Dünya müharibəsindən sonra məhv olmuş iqtisadiyyatı bərpa etmək üçün iqtisadi inkişaf nəzəriyyəsinə böyük maraq oyandı. Sənayedə innovasiyanın mühüm təsiri hiss olunmağa başladı. Hərb sahəsində tədqiqat və inkişaf daha sürətlə inkişaf edirdi, belə ki, radar, aerokosmik və yeni silahlar istehsal olundu. Elə bu dövrdə ABŞ prezidenti Kennedi 1960-cı il çıxışında, 10 illiyin sonunadək Aya ilk insanın göndəriləcəyini qeyd etdi. 1950-ci illərdə innovasiyanın öyrənilməsi, innovasiyanın proses kimi daxili xarakteristikasında cəmləşmişdir. Bu proses aşaıdakılardan ibarətdir:

  1. Yeni biliyin yaranması,

  2. Bu biliyin məhsul və xidmətlər istehsalına tətbiq olunması,

  3. Bu məhsul və xidmətlərin kommersiya istismarı (reallaşdırılması).

İnnovasiya haqqında ənənəvi muzakirələr 2 fikir məktəbi üzərində cəmləşib.
Bunlardan birincisi – sosial deterministik məktəb irəli sürür ki, innovasiyalar demoqrafik dəyişikliklər, iqtisadi təsirlər və mədəni dəyişiklər kimi- xarici sosial faktor və təsirlərin kombinasiyasının nəticəsidir. Arqument odur ki, nə zaman şərtlər uyğundursa, innovasiyalar baş verir.
Digər tərəfdən isə İndividualistik məktəb irəli sürür ki, innovasiyalar özünəməxsus individual talantlar və innovatorların nəticəsidir. İndividualistik nəzəriyyəyə sıx bağlıdır.
Son 10 ildə innovasiya ilə bağlı ədəbiyyatlar 2 fikir məktəbi ayırırlar : bazar nöqteyi-nəzərindən və resurs nöqteyi-nəzərindən. Bazar nöqteyi –nəzərindən baxış iddia edir ki, bazar şərtləri firmanın innovasiya fəaliyyətinin genişlənməsinə kömək edən və ya məcbur edən kontekst təchiz edir ( Slater və Narver, 1994; Porter 1980,1985). Burada açar,əlbəttə ki, firmanın bazar şəraitində imkanları görmə qabiliyyətidir. Cohen, Levinthal (1990) və Trott (1998) irəli sürürlər ki, yalnız az sayda firmalar öz ətraf mühitini effektiv şəkildə baxışdan keçirə və öyrənə bilir.

Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə