Innovasiya menecmenti



Yüklə 1,46 Mb.
səhifə7/69
tarix13.01.2023
ölçüsü1,46 Mb.
#98536
1   2   3   4   5   6   7   8   9   10   ...   69
innovasiya-menecmenti-muhazire

Tarix:

Model:

Xarakteristikaları:

1950/60-cı illər

Texnologiyanın hərəkətə gətirdiyi

Sadə xətti ardıcıl proses. R&D-in xüsusi əhəmiyyəti. Bazara R&D-in məhsullarının qəbuledicisi kimi baxılır.

1970-ci illər

Bazarın hərəkətə gətirdiyi

Sadə xətti ardıcıl proses. Marketinqin xüsusi əhəmiyyəti. Bazara R&D-yə istiqamət verən mənbə kimi baxılır. R&D-in reaktiv rolu.

1980-ci illər

Birləşmə modeli

R&D və marketinqin qarşılıqlı əlaqəsinin xüsusi əhəmiyyəti.

1980/90-cı illər

İnteraktiv model

1-ci və 2-ci modellərin kombinasiyası.

2000-ci illər

Şəbəkə modeli

Biliyin toplanması və xarici əlaqələrin xüsusi əhəmiyyəti.

Cədvəl 1.5. İnnovasiya modellərinin inkişafının xronoloji ardıcıllığı. Mənbə : Rosvell (1992) “ Uğurlu sənaye innovasiyası : 1990-ci illər üçün vacib amiilər”

Mövzu 3. İnnovasiya- idarəetmə prosesi kimi.
Təşkilatlar nəzəriyyəsi müxtəlif elm sahələrindən götürülmüş ideyalar toplusundan ibarətdir. O, sosial və davranış elmləri ilə müəssisə səviyyəsində menecment praktikasını əlaqələndirir. Tətbiqi elm sahəsi kimi təşkilatlar nəzəriyyəsi müəssisənin davranışını müəyyənləşdirir, həmçinin müəssisəni digər müəssisələrin müxtəlif menecment texnikaları və təcrübələrinə necə qarşılıq verdikləri haqqında faydalı informasiya ilə təmin edir. Buna görə də, o innovasiya prosesinin necə idarə edildiyini başa düşmək baxımından vacibdir. Müxtəlif ədəbiyyatlarda verilənlərə görə, təşkilatların innovasiya prosesini uğurla idarəetməsi üçün nələrin tələb olunduğu haqqında bir neçə aydın təlimat mövcuddur. Verilənlər 4 əsas istiqamətdə təsnifləşdirilə bilər:



Klassik və ya elmi menecment yanaşması:
Təşkilatlara klassik baxış 20-ci əsrin əvvəllərində Sənaye İnqilabından və dünya ticarətindəki böyük artımdan sonra formalaşdı. O, ənənəvi menecment konsepsiyalarına əsaslanır: Bürokratiya nəzəriyyəsi( Veber, 1964) və Elmi Menecment nəzəriyyəsi(Teylor, 1947). Bu fikir məktəbi, təşkilatın qarşısına qoyulmuş məqsədlərə çatmaq üçün alət kimi nəzərdən keçirilirdi. Motivasiya və mükafatlandırmadan istifadə etməklə, təşkilatın üzvləri müəyyənləşdirilmiş məqsədlərə xidmət etməyə təhrik edilirdi. Bu baxış istiqaməti qəbul edir ki, sistemli istehsala nail olmaq üçün insanlarla avadanlıqlar uyğunlaşdırılmalıdır və bu çərçivədə innovasiya rasional qərarlar çoxluğundan ibarətdir.
İnsan münasibətləri yanaşması:
Bu yeni yanaşma təkilat daxilindəki qeyri-formal və qeyri-legitim qrup münasibətləri ilə əlaqədar idi. Qeyri-formal kommunikasiyalar və fəaliyyətlər bir çox sosioloqlar tərəfindən araşdırılmış və təşkilati davranışa təsiri müəyyənləşdirilmişdir. Bu fikir məktəbi həmçinin ehtimal nəzəriyyəsi yanaşmasının inkişafına da zəmin yaratmışdır. Bu yanaşma təşkilatdaxili qruplar arasındakı konfliktlərin həlli ilə bağlı rutin və innovativ həll yolları təqdim edirdi. Rutin həll yoluna -" əvvəllər istifadə olunmuş", innovativ həll yoluna isə -"əvvəllər istifadə olunmamış və bununla bağlı təşkilatda heç bir nümunə olmayan " həll yolu kimi təriflər verilirdi. Harvey və Mills iddia edirdi ki, təşkilati quruluşla bağlı təzyiq olmayana kimi, müəssisələr rutin həll yolundan istifadə edəcəklər,onlar yalnız stresli və təhlükəli situasiyalarda innovativ həll yoluna müraciət edirlər. Bu model(yanaşma) Burns və Stalker-in apardığı- mexaniki-rutin, orqanik-innovativ kimi həll yollarını müəyyənləşdirən tədqiqat işi üzərində qurulmuşdur.
Ehtimal nəzəriyyəsi yanaşması:
Bu 3-cü əsas istiqamət göstərirdi ki, "ən yaxşı təşkilati struktur" deyilən məhfum yoxdur və müəssisənin strukturu onu fəaliyyətinə və göstərdiyi performansa uyğunlaşdırılmalıdır.
Bu sahədə aparılan araşdırmalar, təşkilatların nümayiş etdirdiyi müxtəlif xarakteristikaları müəyyənləşdirdi:

Ümumilikdə, ehtimal nəzəriyyəsi yanaşmasının tərəfdarları iddia edir ki, müəyyənlik, stabillik, bircinslik, müəyyən istisnalar və daha çox sayda təkrarlanmalar adətən bürokratik təşkilatlar üçün xasdır, qeyri-müəyyənlik, qeyri-stabillik, qeyri-bircinslik, daha çox sayda istisnalar və müəyyən təkrarlanmalar isə əksinə, çevik təşkilatlar üçün xarakterikdir.
Sistem nəzəriyyəsi yanaşması:
4-cü istiqamət isə 1960-1970- ci illərdə ehtimal nəzəriyyəsi yanaşması ilə eyni vaxtda inkişaf etdi. Sistem nəzəriyyəsi yanaşması, prosses və dinamik analizə xarakteristika və struktur analizindən daha çox önəm verirdi. Sistem nəzəriyyəsi termininin meydana gəlməsi Lüdviq von Bertalanfinin adı ilə bağlı idi. Bu yanaşma təşkilatı məqsədə yönəlmiş sistem kimi nəzərdən keçirirdi və qeyd edirdilər ki, bütün sistemlər proseslərdən ibarətdir və struktura malikdir. Struktur sistemin daha çox stabil, proseslər isə dinamik elementləri kimi xarakterizə olunurdu. Bu fikir məktəbi təşkilati fəaliyyəti daha yaxşı başa düşməyə şərait yaratdı.
Qeyd olunan məsələlər aşağıdakı cədvəldə öz əksini tapmışdır.



Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə