Innovasiya menecmenti


Bacarıqların müxtəlif formaları



Yüklə 1,46 Mb.
səhifə10/69
tarix13.01.2023
ölçüsü1,46 Mb.
#98536
1   ...   6   7   8   9   10   11   12   13   ...   69
innovasiya-menecmenti-muhazire

Bacarıqların müxtəlif formaları:
Adətən, müəssisələr işçilərədən xüsusi bilik və bacarıqların kombinasiyasını tələb edirlər.Bunlara elmi, təcrübi biliklər, hesabatlılıq qabiliyyəti və s. kimi bacarıqlar aid edilir.
İnnovasiyanın idarəolunması dilemması:
Müəssisə daxilində əsas təzad onun stabillik və kreativlik ehtiyacları arasında yaranır. Bir tərəfdən, müəssisələr gündəlik tapşırıqları effektiv və sürətlə yerinə yetirmək üçün müəssisə daxilində stabillik yaratmağa çalışırlar. Məsələn: banklar tərəfindən, gün ərzində milyonlarla əməlliyatların aparılması və yaxud da, ölkə ərazisində müxtəlif satış məntəqələrinə yükdaşımalarının həyata keçirilməsi yüksək qabiliyyət və nəzarət tələb edir. Digər tərəfdən, müəssisələrin gələcəkdə öz rəqabətqabiliyyətliliklərini qoruyub saxlamaq üçün yeni ideyalar həyata keçirmək və yeni məhsul yaratmağa ehtiyacları var. Buna görə də, onlar öz ətraflarında müxtəlif ideyaları test edə biləcək, eləcə də o ideyaları inkişaf etdirə biləcək kreativ mühit yaratmalıdırlar. Məhz bu məsələnin bu gün idarə edilməsi- vacib olan fundamental problemlərdən biridir. İstənilən orta və böyük ölçülü şirkət götürək və onun fəaliyyət və həyata keçirdiyi əməliyyatlara nəzər salaq. Məsələn: Ford, P&G, Sony və s. Bu şirkətlər, ilk növbədə əmin olmalıdırlar ki, onların məhsulları dəqiq müəyyənləşdirilmiş, spesifikasiyalara uyğun istehsal edilib və istehlakçılara vaxtında çatdırılır. Müəssisəni rəqabətqabiliyyətli edən amillərdən biri də onun məhsullarının qiymətinin rəqiblərinin istehsal etdiyi məhsulların qiymətindən aşağı olmasıdır. Yüksək səviyyədə təşkil olunmuş mühitin də başlıca tələbi bundan ibarətdir.
Beləliklə, müəssənin innovasiya fəaliyyəti ilə bağlı dillema meydana gəlir: müəssisələr öz rəqabətqabiliyyətliliklərini qorumaq üçün, bir tərəfdən məhsulun qiymətini azaltmağa çalışır, digər tərəfədən isə innovasiya prosesini sürətləndirmək üçün əksinə fəaliyyət göstərirlər.
Mövzu .4. Kreativlik və effektivlik tələblərinin idarə olunması




Müəssisə daxilində gündəlik əməliyyatların effektivliyi stabil rejim tələb edir.



Y eni məhsulların və yeni xidmətlərin yaradılması kreativlik və yeni ideayalar tələb edir.






Qeyri-müəyyənliyin idarəolunması:
Məlumdur ki, məhsul innovasiyası kifayət qədər kompleks prosesdir. İnnovasiya prosesi ayrı ayrılıqda fəaliyyət göstərən müxtəlif faktorları öz tərkibində birləşdirir, amma bəzən bu faktorlar biri birinə təsir də göstərə bilir. Ümumiyyətlə, müəssisə öz daxilində və xaricində baş verən bütün hadisə və proseslərə reaksiya göstərməlidir. Amma bir çox hallarda bu proseslər müəssisələrin nəzarətindən kənarda qalır və nəticədə qeyri-müəyyənliklər meydana gəlir. Buna görə də, qeyri-müəyyənliklərin idarə olunması innovasiya prosesinin ən mühüm tələblərindən biridir.
Piersonun qeyri-müəyyənlik xəritəsi:
Piersonun qeyri müəyyənlik xəritəsi qeyri-müəyyənlikləri, eləcə də innovasiya prosesini başa düşməyə və analiz etməyə imkan verir.
Piersonun xəritəsi qeyri müəyyənlikləri 2 müxtəlif qrupa bölür :
1. Nəticə ilə bağlı qeyri müəyyənliklər
2. Proseslə bağlı qeyri müəyyənliklər
Bölmə 1
Bölmə1 vasitə və nəticələrlə bağlı qeyri-müəyyənliyi yüksək olan fəaliyyətləri özündə birləşdirir. Son hədəf, eləcə də bu hədəfə necə çatılacağı məlum deyil. Ona görə də, bu bölməni "Mavi səma" araşdırması adlandırırlar, çünki bu bölmədə bəzən işlər reallıqdan o qədər uzaq olur ki, insanlar onu buludlar üstündə işləməyə bənzədirlər. Bu bölmədəki fəaliyyətlər çox vaxt başa düşülməyən texnologiyalarla, eləcə də müəyyənləşdirilməmiş bazar və məhsullarla işləməyi nəzərdə tutur. Bu cür fəaliyyətlər daha çox universitetlərin maliyyə və vaxt kimi təzyiqlərdən azad olan tədqiqat laboratoriyaları üçün xarakterikdir. Bəzi elmyönümlü təşkilatlar da bu cür fəaliyyəti dəstəkləyir, amma təbii ki, təşkilat bu cür tədqiqatları maliyyələşdirmək imkanına malik olmalıdır. Məsələn: Microsoft öz tədqiqatlarını Birləşmiş Ştatlarda-Seattleda yerləşən və kampus adlandırdığı yerdə həyata keçirir.
Bölmə 2
Bu hissədə nəticə, yaxud hədəf məlumdur. Məsələn: bazar imkanları artıq müəyyənləşdirilib, amma icra mexanizmləri hələ müəyyənləşdirilməlidir. Arzuolunan məhsulu əldə etmək üçün, şirkət müxtəlif texnologiya və ya yanaşmalardan istifadə etməklə bir neçə müxtəlif layihəyə başlaya bilər. Beləliklə, bu proseslərdə şirkətin qarşılaşacağı əsas qeyri-müəyyənlik öz hədəfinə necə çatacağıdır.Bu cür fəaliyyətlər daha çox, davamlı olaraq öz istehsal prosesini tədqiq edərək, istehsal xərclərini azaltmaq yollarını axtaran şirkətlər üçün xarakterikdir.
Bölmə 3
Bu bölmədə qeyri-müəyyənlik nəticə ilə əlaqədardır. Bu əsasən, texnolgiyalardan necə daha effektiv istifadə oluna bilər, deyə, tədqiqat aparmaq cəhdləri ilə bağlıdır. Bu cəhdlərin çoxunun effektiv olmaması ilk növbədə xərclər və performansla əlaqədardır, lakin yeni və inkişaf etmiş məhsullar da məhz belə cəhdlərin sayəsində meydana gəlir.
Bölmə 4
Bu bölmədəki fəaliyyətlər digərlərinə nisbətən dah çox dəqiq və müəyyəndilər. Bura mövcud məhsulları inkişaf etdirmək, yaxud bazar imkanları və texniki imkanların kombinasiyasından istifadə etməklə yeni məhsul yaratmaq kimi fəaliyyətlər daxil edilir. Ümumiyyətlə, bu bölmədə inkişafın sürəti uğur üçün başlıca amildir. Bu cür fəaliyyətləri həyata keçirən şirkətlərə, misal olaraq Nokianı göstərə bilərik. Nokia mövcud məhsulunu inkişaf etdirərək, müxtəlif dizaynlarda telefonları bazara çıxarmaqla qısa müddətdə bazarda liderliyi ələ keçirdi.

Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə