Innovasiya menecmenti


Sistem nəzəriyyəsi tərəfindən müəyyənləşdirilən problemlər



Yüklə 1,46 Mb.
səhifə8/69
tarix13.01.2023
ölçüsü1,46 Mb.
#98536
1   ...   4   5   6   7   8   9   10   11   ...   69
innovasiya-menecmenti-muhazire

Sistem nəzəriyyəsi tərəfindən müəyyənləşdirilən problemlər

Problemlər:




Xarakteristikalar:

Adaptasiya




Ətraf mühit dəyişikliklərini görmək üçün iş üsullarını dəyişmək

Koordinasiya




Vahid kimi fəaliyyət göstərmək üçün təşkilatın müxtəlif bölmələrini əlaqələndirmək

İnteqrasiya




İnsanları və fəaliyyətlərin müxtəlif formalarını biri-biri ilə uyğunlaşdırmaq

Gərginlik




Təşkilati bölmələr arasında yaranan anlaşılmazlıqlarla mübarizə aparmaq

Nəticə




Məqsəd və hədəflərə nail olmaq

Sadiqlik




Sistemin fəaliyyəti ilə əlaqədar elementləri qoruyub saxlamaq

Bundan əlavə, sistem nəzəriyyəsi təşkilatın xarici mühitlə qarşılıqlı təsirinin vacibliyi məsələsini də qabardırdı. Həqiqətən də, qarşılıqlı təsir innovasiya prosesinin mühüm elementlərindən biridir.



Böyümə istiqaməti:
Heç də bütün şirkətlərin ilk və başlıca məqsədlərinin böyümək olmadığını öyrənmək bəzən təəccüb doğurur.Bəzi şirkətlər sadəcə qısamüddətli imkanlardan faydalanmaq məqsədilə yaradılır. Digər şirkətlər, xüsusilə də ailə şirkətləri, şirkətin mövcud olduğu həcmdə qalmağına çalışırlar, çünki belə olan halda, heç bir xarici kömək olmadan, onlar şirkəti asanlıqla idarə edə bilirlər. İnnovativ şirkətlərin isə, əsas məqsədi biznesi böyütməkdir və onlar uzunmüddətli plan əsasında fəaliyyət göstərirlər. Nokia, Siemens, BMW və Microsoft kimi şirkətlər öz fəaliyyətlərində bu istiqaməti seçirlər.
Ehtiyatlılıq:
Ehtiyatlılıq yalnız rəhbərlər tərəfindən deyil, eləcə də təşkilatın bütün üzvləri tərəfindən davamlı daxili tədqiqatın aparılmasını tələb edir. Bu fəaliyyət müəssisə daxilində rəsmiləşdirilə bilər. Məs: Araşdırma və inkişaf departamentinin əməkdaşları öz sahələrində mövcud olan yeniliklərdən xəbərdar olmaq üçün vaxtlarının böyük hissəsini müxtəlif ədəbiyytları oxumağa sərf edirlər. Əhəmiyyətli informasiyanın toplanması bir vacib məsələdirsə, onun müvafiq şəxslərə çatdırılması və həmin informasiyaya uyğun olaraq hərəkət edilməsi vacib olan digər məsələlərdir. Müəssisədə açıq kommunkasiya sisteminin yaradılması bunu asanlaşdırmağa kömək edə bilər.
Texnologiya öhdəliyi:
Əksər innovativ şirkətlər, zaman keçdikcə müxtəlif ideyaları həyata keçirməyə çalışırlar. Bu ideyalara, şirkətin gələcək investisiyaları kimi baxılır. Bu cür uznmüddətli məqsədlər olmadan, peşəkar mütəxəssislərin şirkətə cəlb olunmasında kifayət qədər böyük çətinliklər yaşanardı.Texnologiyalara qoyulan investisiyalar da eyni xarakter daşıyır. Əgər şirkət texnologiyalara bir il investisiya qoyub, növbəti ildə bu prosesi davam etdirmirsə, şirkətdə yaranan mühit mütəxəssislər üçün cəlbedici görünməyəcək və nəticədə onlar texnologiya öhdəliyi daha yaxşı olan şirkətlərə üz tutmağa çalışacaqlar.
Hərəkətdə olan innovasiyanın fərziyyələrindən biri də odur ki, kim şirkətin biznes modelini başa düşüb. Cox güman ki, kiçik şirkətlərdə hər kəs şirkətin necə işlədiyini və xüsusi hissələrinin biznes modeldə qiymətin müştəriyə necə uyğunlaşdığını başa düşür. Daha böyük təşkilatlarda bütün heyət hər şeyi anlaya bilmir və onlar nisbətən cox məğlubiyyətə uğrayırlar.Bu kontekstdə innovasiya effekti bütün təşkilatı gərgin edir, şirkətin hər müxtəlif görünüşlərini başa salır və səfərbərlik ətrafında qurur.İnnovasiya, çox güman ki, biznesdə yaxud məhsul xətti səviyyəsindən sonra isə bütün şirkət səviyyəsindədir.
İkinci fərziyyə odur ki, biznes modeli kimi idarə edir. Böyük təşkilatlarda, insanlar yalniz öz hissəsinə,sahəsinə, və nəzarətinə məsuliyyətli olur. Bu nəzarət özünü təsirli qərar verməkdə, büdcədə və yaxud biznesin məzmunu çərçivəsində mənasını müəyyənlaşdirməkdə özünü büruzə verir. Yalniz bir neçə insan var ki, bütün təşkilata nəzarət edir, belə ki, bütün şirkətin innovasiyası yüksək idarəçilər tərəfindən idarə olunmalıdır. Qərarın, büdcənin əsas sahələri üzərində daha çox nəzarət, hərəkətdə olan innovasiyada çox çətindir.
Açıq innovasiyada kiçik şirkətlər böyük şirkətlərlə əlaqəyə girərkən Michaelin hər iki xalı məyusluğa apara bilər.Kiçik şirkətlər təşkilatın işçiləri arasında kimin biznes modeli anlamadığını hiss edir və təşkilatda nəzarətin təbəqələri daha ləng qərar qəbul etməyə şərait yaradır.

  • Prosesslər və onların əskikliyi: çoxlu kiçik şirkətlər, hələ hərəkətli innovasiyadakı irəliliyi müəyyənləşdirməyiblər. Daha böyük şirkətlərlə ortaq olan sahələrdən biri həqiqətən onlara fayda verə bilər . Kinayəli, lakin blogumda diqqət çəkən bir şərh: “Nəzəriyyədə bu ölçü sistemli proseslərdə vaxdı sona qədər götürməyə səy göstərən adama getməlidir” Bu,həmişə ilk göründüyü kimi üstünlük deyil.Mən inanıram ki, innovasiya prosesdən,alətlərdən, idarəetmədən fayda verə bilər. Onlar əlavə innovasiyada yaxşıdırlar (kiçik miqyaslı məhsul təkmilləşdirmələri yaxud artırılmaları) ona görə ki` (1) bu onların çörəyi ,yağıdır beləliklə radikal innovasiya diqqətini ona cəmləyib və (2) radikal innovasiya vəsaitdən ,kapitaldan və menecment perspektivindən təşkilatlara yüksək risk və yüksək dağıdıcııdır.

  • Qaydaları pozmağa qarşı qaydaları izləmək: Mark Palmer, komunikasiya məsləhətçisi, əlavə etdi ki”Böyük şirkətlər özlərini yarışmalarla,marketlə və qaydalarla qoruyurlar. Kiçik şirkətlər daha çox yeni qaydalar yaratmağa meyillidirlər” Bu` əvvəl qeyd olunduğu kimi, kiçik şirkətlərlə işləməyin faydalılığı ilə əlaqələndirilir. Əlbəttə`qaydalara əməl olunmalıdır,lakin bəzən onlardan çıxılmağa ehtiyac duyulur,yaxud onlardan həqiqi tərəqqi etmək üçün çıxılır.

Bu böyük firmalar(Google,Apple,P&G,3M və s.) bürokratik strukturun çətin sərhədlərini təkmilləşdirərkən həm də böyük innovasiya mədəniyyətini davam etdirən istisnalar sayılırlar.
Qatıldığım bir açıq innovasiya konfransında,Cisco dedi ki,bu rəqabət mədəniyyətindən bölüşülən hədəflər mədəniyyətinə keçiddir,o keçid ki,əsasən,xarici tərəfdaşlarla yenilik etmə həvəsindən ortaya çıxır.Açıq innovasiyanın çox köhnəlmiş korporativ fikirləri,“not-invented-here(Burada- uydurma- yoxdur)” mədəniyətinə daşımaq potensialı vardır.(not-invented-here(NİH) mədəniyyəti deyəndə, yəni ancaq özün istehsal etdiyin malları istifadə etməli olduğunu nəzərdə tutur).
Xarici tərəfdaşlarla işləyərkən,işlərinizin görülməsini başqa yollarla yerinə yetirilməsinə məruz qalırsınız.Təşkilata müxtəlif düşünmə yolları gətirirsiniz.Bu sizə,hazırki məşğələlərinizin yetərli olduğunu, ya da təşkilatınıza yeni məşğələlər tətbiq etməli olduğunu nəzərə almanıza kömək edir.Məsələn: Siz işbirliyində yeni perspektivlər əldə etdiniz.Bu biznes vahidləri arasında daha yaxşı işbirliyi və əlaqəyə səbəb ola bilər.n
Böyük şirkətlər həmişə işləri yoluna qoymaq üçün öz böyüklüklərini və güclərini istifadə edirlər.Əslində bu açıq innovasiyadan fərqli deyil.Beləliklə, mən xırda şirkətlərdən insanların böyük şirkətlərlə işləyərkən onların davranışlarından şikayət etdiyini eşidəndə təəccüblənmədim.
Bir neçə vaxt bundan əvvəl iştirak etdiyim “Açıq İnnovasiya Sammiti”ndə bu davranışlardan bəziləri böyük şirkətlər tərəfindən qəbul edildi.Orada, böyük şirkətlərin icraçıları şirkətin gücünü və böyüklüyünü öz xeyirlərinə necə istifadə etdikləri haqda hekayələr danışdılar və hətta onların bəzi birtərəfli bazarlıqlarının xırda şirkətləri onlarla işləməkdən qorxutduğunu dedilər.Onlar zarafatyana, onların xeyir-xeyir anlayışlarının(yəni hər iki tərəf də qazanır) belə olduğunu dedilər;”Biz çox qazanırıq.Siz az qazanırsınız.”
Ən azından,bəzi böyük şirkətlər bu işdən narahat olduğunu bildirdi.Zənn edirəm ki,böyük və kiçik şirkətlər daha çox birlikdə innovasiya etdikcə, böyük şirkətlər belə tərəfdaşlıqlarda etibarlarına zədə gətirəcək, bu kimi hərəkətlərin davam edə bilməyəcəyini başa düşəcəklər.Onlar bizneslərində seçilmiş tərəfdaşları başa düşməyin necə əhəmiyyətli olduğunu anlamağa başlayacaqlar.

  • İnnovasiyanın fərqli açıqlamaları;Bir blog yazısına cavab olaraq mən böyük və kiçik şirkətlər arasındaki fərqləri yazmışdım.Evgentech şirkətində(hansı ki bu şirkət batareya dolma sürətini artıracaq texnologiyanın patentini gözləyir) CEO və İP stragetisti Jack Hutter,öz təcrübələrinə uyğun olaraq aşağıdaki anlayışlı şərhi yazdı:

Mən fikir vermişəm ki,böyük və kiçik şirkətlərin “innovasiya” anlayışı arasında əlaqəsizlik var.Bəzi(bəlkə də bir çox) böyük şirkətlər innovasiyanı “super məhsul istehsal edən komanda” kimi görürlər.Bunlar “sıçrayış” axtaran insalardır,lakin bu “sıçrayış” şirkətdə mövcud olan məhsulun və ya, layihənin yerinə qoyulur.Sözdə, innovasiya onların bütün biznesini təşkil edir,və tam müstəqil şəkildə inkişaf etdirilib.
“Fortune 500” şirkəti açıq innovasiya portalı kimi bizi seçəndə biz bu hadisənin şahidi olduq.Şirkət çox güman ki, bizimkinə bənzər texnologiya axtarışında idi,lakin onlar çox dəyişiklik etmədən bunu öz infrastrukturlarına uyğunlaşdırmaq istəyirdilər.Onlar bizim texnologiyamızın onların oyununu dəyişdirəbiləcəyini görmürdülər, çünki onlar fərqli oyun oynayırdılar(oyun burda strategiya mənasında işlədilib).Amma onlar bizim oyunumuzun fərqli olduğunu görsə belə, maraqlanmadılar, çünki oynadıqları oyunu daha çox sevirdilər.
Yaxşı ki,biz onların bizə yaxşı tərəfdaş ola bilməyəcəyini gördük və onlarla çox vaxt itirmədik.(onlara “biz sizlə maraqlanmırıq” deyəndə biraz təəccüblənmiş görünürdülər.)Bu hadisədən çox şey öyrəndik,və tərəfdar seçimimizi “güclü innovasiya” anlayışı olanlarla qurmağa yönəltdik,çünki əgər bir şirkət bizim texnologiyamızın onlara nə imkanlar qazandıracağını anlamağa qadir deyilsə bu texnologiya ilə bazarda müvəffəqiyətli olması az ehtimaldır.Və əgər müvəffəqiyyətli olmasalar biz pul qazanmayacağıq.

Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə