Innovasiya menecmenti


Gec sənayeləşmiş ölkələrdə innovasiya şəraitinin yaradılması



Yüklə 1,46 Mb.
səhifə16/69
tarix13.01.2023
ölçüsü1,46 Mb.
#98536
1   ...   12   13   14   15   16   17   18   19   ...   69
innovasiya-menecmenti-muhazire

Gec sənayeləşmiş ölkələrdə innovasiya şəraitinin yaradılması.
Təhsil, informasiya mübadiləsi, idarəetmə və digər sosial fəaliyyətlər sayəsində- dövlət cəmiyyətin yeniliyi qavramasına və ona adaptasiyasına ciddi təsir edə bilər. Rəqabətin təşkil edilməsi- digər önəmli faktordur. Dövlət monopoliyaya qarşı mübarizə apararaq innovasiyaya töhfə verə bilər. Tarixdə bunun ən vacib nümunələrindən biri Microsoft korporasiyasına qarşı ABŞ höküməti tərəfindən verilən cəzalardır.
NATO-nun hal-hazırki üzvü və Avropa Birliyinin gələcək perspektiv üzvü kimi- Türkiyə gec sənayeləşən ölkələr üçün yaxşı nümunə ola bilər. Avropa və Asiyanın qovşağında yerləşməsi, əlverişli mövqeyi ilə Türkiyənin daha yaxşı nəticələrə nail olması gözlənilən idi. Türkiyə nümunəsində son illərə qədər innovasiya prosesi ilə biznes müəssisələri arasında önəmli boşluq olduğu nəzərə çarpırdı. Bu bölmədə biz tarixi aspektdən yanaşaraq məsələnin əsas səbəblərini üzə çıxarmağa çalışacağıq.
Sənaye inqilabı modernizasiya prosesini aparan dövlətlər ilə onların ardıcılları olan gec sənayeləşən ölkələr arasında ciddi boşluq yaratdı. Bu Osmanlı İmperiyasından da yan keçməmişdir. Türkiyə iqtisadiyyatı Qərb dünyasında yaradılan texnologiya, elm və məhsullardan asılı idi və bu asılılıq artan tempdə inkişaf edirdi. İqtisadiyyat, kapital və aralıq məhsulları, həmçinin bəzi istehlak mallarını idxal edirdi və iqtisadi sistem əsasən kommersiya və xarici investisiyadan asılı idi. Paralel olaraq, istehsal kənd təsərrüfatı ilə məhdudlaşırdı, kommersiya fəaliyyəti isə əsasən milli azlıqlar(yunanlar, yəhudilər, ermənilər) tərəfindən həyata keçirilirdi.
1840-cı illərdə İstanbulun bəzi bölgələrində artıq tekstil, metallurgiyanın sadə formaları, keramika, silan və barut istehsalı meydana gəlmişdi və təbii ki, əsas texnika qərbdən idxal olunurdu.
1908-ci ildə Konstitusiya rejiminin tətbiqindən başlayaraq, siyasi elita sənayeləşmə sayəsində, milli inkişafa nail olmaq məqsədini qarşıya qoymuşdu. Bu şərtlər altında Türkiyə öz milli iqtisadiyyatını qurmağı prioritet olaraq seçdi, xüsusilə Balkan müharibəsi və Birinci Dünya müharibəsində verilən itkilər də bu qərara əhəmiyyətli təsir etdi. Siyasi elita anlamağa başladı ki, “iqtisadi müstəqillik olmadan siyasi müstəqillikdən danışmaq yersizdir.” Bu dəyişikliklər 1908-ci il Tanzimatın (konstitusion rejimə giriş və siyasi reform) elan edilməsi və 1913-cü il sənayeninin inkişafının həvəsləndirilməsi haqqında qanunun qəbulu ilə başladı. Türkiyə höküməti, artıq istehsalı ciddi proses kimi nəzərdən keçirirdi. Amma Türkiyə 20-ci əsrə “gec sənayeləşən” ölkə kimi başlamışdı və demək olar ki, daxili texnoloji məhsul istehsal edə biləcək heç bir imkanı yox idi. Bu baxımdan Qərb dünyası ilə Türkiyə arasındakı məsafəni qapamaq heç də asan deyildi.
Siyasi elitanın düşüncəsindəki kəskin dəyişim siravi insanlara da siraət etmişdi. Müsəlman xalqı, əvvəllər, hərbi sistemdə və bürokratiyada işləməyə üstünlük verir və ticarətə, ticarətçilərə yuxarıdan aşağı baxırdı. Amma, insanların mentalitetində baş verən şiddətli dəyişim sayəsində, artıq dövlət məmurları və bürokratlar belə biznes münasibətlərində aktiv işirak edirdilər. Bununla da, Türkiyədə əsas biznes münasibətləri məhz kapitalizmin formalaşması dövrünə təsadüf edir.
20-ci əsr ərzində Türkiyə öz potensialı əsasında biznes sinfi yaratmağa nail oldu. Biznesin oriyentasiyası isə, əsasən, dövlət tərəfindən yaradılan fürsətlərdən istifadə etmək və qısa müddətdə yüksək gəlir əldə etmək idi. Bu fəaliyyət forması, pulun necə qazanıldığından çox qazanılmış olmasına önəm verir, qısa müddət-yüksək mənfəət dalınca qaçırdı. Rantçı (kənar yollarla öz manafeyini güdən şəxs) sahibkarlar dövlət tərəfindən də dəstəklənirdi. Əsas məsələ varlanmaq idi və bunu necə etməyin elə də əhəmiyyəti yox idi, heç kim bu davranışların sosial tərəfini düşünmürdü. Bütün bunlar innovasiya, biznes təşəbbüskarlığı, ixtisaslaşma, rəqabətdə ölkənin inkşafına mane olurdu.
Bu dövrdə artıq dövlətin “milli iqtisadiyyat” yaratmaq düşüncəsi - “varlılar sinfi” yaratmaqla səhv salınmışdı. Subsidiyalar, kreditlər, biznes fəaliyyətinin yeni istiqamətlərinin yaradılması adı altında bəzi şəxslər dövlətin pulunu mənimsəyirdi. Artıq “hər səmtdə bir sahibkar” - “hər səmtdə bir milyoner” ilə əvəzlənmişdi.
1950-ci illərdə iqtisadiyyatdaki korrupsiya və digər neqativ halların medya tərəfindən işıqlandırılmasından sonra baş nazir Adnan Menderes qeyd etmişdir ki: “Onlar oğurlayır, mən bilirəm onlar oğurlayır, amma mən nə edə bilərəm? Mən baş nazirəm, inspektor deyiləm.” Dövlətin bu qədər gücsüz olması yeni qanun layihəsinin hazırlanması ilə nəticələndi. Bu qanun layihəsinə görə, iqtisadi fəaliyyətdə ciddi pozuntulara yol verərək, dövlətə ziyan vuran şəxslər ölüm cəzası ilə cəzalandırılmalı idilər. Qızğın müzakirələrdən sonra layihə parlament tərəfindən qəbul olunmadı. Korrupsiya, hətta 2000-ci illərin əvvəllərinə qədər də Türkiyənin iqtisadiyyatının qarşısında duran əsas problem hesab olunurdu.
1960-1970-ci illərdə- Türkiyə “uydurma ticarət” termini ilə tanış oldu. Müəssisələr ixrac etdikləri əmtəənin dəyərini süni şəkildə şişirdir və bununla da subsidiya almağa çalışırdılar. İdxal olunan əmtəələrin dəyəri isə, əksinə azaldılır və vergidən yayınma baş verirdi. Turqut Özalın “konstitusiyanın bir dəfə pozulması, ölkəyə ziyan vurmaz” ifadəsi isə, cəmiyyətdə kökləşmiş fikirləri daha da dərinləşdirdi və qanunun çiynənməsi, belə demək olarsa, standarta çevrildi.
Ancaq, məsələ yalnız korrupsiya deyildi. Biznes perspektivlərinin istənilən səviyyədə olmaması rəqabətqabiliyyətli, geniş istehlakçı kütlələrinə istiqamətlənən, innovativ məhsul inkişafının qarşısını alırdı. Həmin dövrdə “İstanbul Sənayeçilər Birliyinin” açıqlaması göstərir ki, müəssisələrin gəlirlərinin 30-60%-i onların əsas biznes fəaliyyətindən kənardan, xüsusilə də portfel investisiyalardan gəlir. Bu vəsaitlər əsasən vergi güzəştli xəzinə bondlarına və yüksək faizli, şişirdilmiş daxili valyutaya yönəldilmişdi. Həmin dövrün ən spesifik nümunələrindən biri- Dünya Bankı tərəfindən birbaşa dəstəklənən ABŞ, Avropa ölkələri ilə yanaşı Türkiyədə də həyata keçirilən proqram olmuşdur. Belə ki, proqrama görə- fermerlər hər hektara üçün 5 dollar yardım almalı idilər. Nəticə isə, gözlənilən idi. 2000 nəfərin yaşadığı kənddən- 8000 adam yardım üçün müraciət etmişdi və onların əksəriyyəti iddia edirdi ki, əslində torpaqları qeydiyyatda olandan daha çoxdur və onlar daha artıq yardım almalıdırlar.

Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə