Innovasiya menecmenti


Mövzu 7. Tədqiqatlar və inkişafın idarə edilməsi



Yüklə 1,46 Mb.
səhifə17/69
tarix13.01.2023
ölçüsü1,46 Mb.
#98536
1   ...   13   14   15   16   17   18   19   20   ...   69
innovasiya-menecmenti-muhazire

Mövzu 7. Tədqiqatlar və inkişafın idarə edilməsi.
Müəyyən xronoloji ardıcıllıqla baş vermiş 3 elmi-texniki inqilab fərqləndirilir:
1. Birinci elmi-texniki inqilab (sənaye inqilabı) (XVIII əsrin sonu-XIXəsr).
2. İkinci elmi-texniki inqilab (XIX əsrin sonu-XX əsrin əvvələri).
3. Üçüncü elmi-texniki inqilab (Elmi-informasiya inqilabı).
Birinci elmi-texniki inqilab (XVIII əsrin sonu – XIX əsr) yeni ictimai hadisə olmaqla baş verdiyi andan, etibarən, dünya iqtisadiyyatının əsas hərəkətverici qüvvəsinə çevrilmişdi. İnqilabın əsas xarakterik cəhətlərinə aşağıdakıları aid etmək olar:
- İstehsal vasitələrinin mexanikləşdirilməsi, buxar maşınlarından
istifadə, dəyişikliklərə gətirib çıxardı;
- Dünya iqtisadiyyatının sahə və sferaları arasında mürəkkəb qarşılıqlı əlaqələrin formalaşması, yeni sahələrin yaranması;
- Elmi-texniki inqilabın hərəkətverici qüvvəsi kimi kapitalın təmərküzləşməsi prosesinin başlanması;
- Elmi nəticələrin real sektora tətbiqinin sürətlənməsi;
- Elm və istehsalat arasında sürətli yaxınlaşma;
- İstehsalın təmərküzləşməsi və mərkəzləşməsi;
-Nəticədə sənaye məmulatlarının maya dəyərinin azalması və onların daha geniş əhali kütləsinin tələbatlarının ödənilməsinə yönəldilməsi;
- Son istehlakçıya istiqamətlənmə; Yalnız tələb olan məhsulların istehsalına üstünlük verilməsi;
- İdarəetmə sisteminin rolunun yüksəlməsi, elmin sürətli inkişafı və s.
Birnci elmi-texniki inqilab sənayeləşmənin həyata keçirilməsində əsas çıxış nöqtəsi rolunu oynayırdı.
XIX əsrin sonu XX əsrin əvvəllərində baş verən ikinci ETİ dünya iqtisadiyyatının strukturunda əhəmiyyətli dəyişikliklərə gətirib çıxardı.
İkinci elmi-texniki inqilab, hər şeydən əvvəl, axın şərtlərinin və konveyerin istifadəyə verilməsi ilə xarakterizə olunur. Standartlaşdırılmış məhsul istehsalına keçid, axın xəttləri sisteminin meydana gəlməsini şərtləndirmişdir. Kütləvi axın istehsalı sistemi, təbii olaraq, əməyin rasional təşkilinə, vahid, fasiləsiz texnoloji
prosesin yaranmasına gətirib çıxardı. Artıq, 1914-cü ildə Q.Fordun zavodlarında bir avtomobilin yiğilması tezliyi 1.5 saata çatmışdır. İnqilab- sənaye istehsalının müxtəlif sferalarını əhatə edirdi. Birinci elmi-texniki inqilabla müqayisədə, texniki tərəqqinin həm sürəti və yayılma tezliyi, həm də tətbiq edilən yeniliklərin sayı əhəmiyyətli dərəcədə yüksək olmuşdu.
İkinci elmi-texniki inqilabın mahiyyət özəlliklərinə aşağıdakıları aid etmək olar:
1. Öz xarakterinə görə, sənaye çevrilişindən fərqli məzmun daşıyırdı.
Belə ki, sənaye çevrilişi maşınlı sənayenin yaranması və cəmiyyətin sosial strukturunun dəyişməsinə (kapitalizmə keçid) səbəb olmuşdursa, ikinci elmi-texniki inqilab nə istehsalın tipinə, nə sosial struktura, nə də sosial-iqtisadi münasibətlərin xarakterinə heç bir təsir göstərməmişdir. Onun nəticələri yalnız istehsalın texnikası və texnologiyasında, maşınlı sənayenin yenidən qurulmasında, elmin rolunun yüksəlməsində təzahür edirdi. Buna görə də, ikinci elmi-texniki inqilabı sənaye deyil, elmi-texniki inqilab adlandırırlar.
2. Bu inqilab- sənaye istehsalı sferasında tamamilə yeni sahələrin meydana çıxmasına səbəb olmuşdu: elektrotexniki, kimyəvi, avtomobil, neft-kimya, təyyarəqayırma və s.
3. Nəinki sahələrin, eləcə də sahədaxili sferaların diversifikasiyası həyata keçirilirdi.
4. Kütləvi standrtlaşdırılmış istehsalın tam şəkildə qərarlaşması başa çatdı.
5. İstehsal prosesinin mürəkkəbləşməsi start götürdü.
6. Təsərrüfat fəaliyyəti formalarının transformasiyası baş verirdi. Mülkiyyətin və təsərrüfat fəaliyyətinin yeni formaları (səhmdar cəmiyyət, fermer təsərrüfatı və s.) sürətlə inkişaf etməkdə idi.
7. Əhalinin sayının kəskin şəkildə artıma istiqamətlənməsi;
8. XIX əsrin sonu XX əsrin əvvəllərində texniki dəyişikliklər və yeni sahələrin üstün artımı dünya sənaye istehsalının strukturunda əhəmiyyətli dəyişikliklərə gətirib çıxarardı. Əgər ikinci elmi-texniki inqilaba qədər “B” qrupu sahələri (istehlak şeyləri istehsalı) üstünlük təşkil edirdisə, inqilab nəticəsində “A”
qrupunun (istehsal vasitələri istehsalı) xüsusi çəkisi əhəmiyyətli dərəcədə artmış və ön plana keçmişdi.
9. İnqilabın əsas nəticələri sırasında həyat səviyyəsinin yüksəlməsi xüsusi yer tutur. Beləliklə, ikinci elmi-texniki inqilab dünya iqtisadiyyatının bir sistem kimi inkişafında önəmli rol oynamışdı.
XX əsrin ikinci yarısından start götürən üçüncü elmi-texniki inqilab dünya iqtisadiyyatının, eləcə də ayrı-ayrı ölkələrin iqtisadi inkişafında və yekun olaraq postindustrial cəmiyyətin formalaşmasında müstəsna əhəmiyyət kəsb edirdi.
Üçüncü elmi-texniki inqilabın əsas xarakterik cəhəti onun universal xarakter daşımasında, yəni ictimai həyatın bütün sferalarına – siyasətə, ideologiyaya, mədəniyyətə, psixologiyaya və s. təsir göstərməsində, eləcə də elmin əsas məhsuldar qüvvəyə çevrilməsində təzahür edir.
Üçüncü elmi-texniki inqilabı xronoloji prizmadan iki mərhələyə bölmək olar:

  1. 1940-1960-cı illər;

2. 1970-ci ildən sonrakı dövr.
Bölgünün bu aspektdə aparılması dünyanı dəyişmiş, qlobal hadisənin daha dərindən öyrənilməsi ilə əlaqədardır. Üçüncü elmi-texniki inqilabın baş verməsi, bir tərəfdən geoiqtisadi məkana çıxan korporasiyaların sabit mənfəət əldə etmək istəkləri ilə bağlıdırsa, digər tərəfdən ABŞ – SSRİ qarşıdurmasının doğurduğu hadisədir. Qeyd etmək lazımdır ki, Qərb ölkələrindən fərqli olaraq SSRİ-də elmi yeniliklər yalnız hərbi sferaya tətbiq olunurdu. Qərb ölkələrində, ələlxüsus ABŞ-da isə, elmi-texniki potensialın inkişafında əsas rol oynayan amil - xarici siyasət sferası deyil, bazarın konyuktur dəyişiklikləri olmuşdu.
Üçüncü elmi-texniki inqilabın təsiri altında sosial strukturda əsaslı dəyişikliklər baş verirdi. Şəhərlərin sürətli inkişafı ilə yanaşı xidmət sferasında çalışanların xüsusi çəkisi sıçrayışla artırdı. Belə ki, əgər 1950-ci ildə (inkişaf etmiş ölkələrdə) xidmət sferasında çalışanların xüsusi çəkisi 33% təşkil edirdisə, 1970-ci ildə bu rəqəm 44%-ə çatmış, sənaye və nəqliyyatda analoji göstəricini ötüb keçmişdir. Təhsilin inkişafı,ixtisaslı işçi qüvvəsinin hazırlanması geniş vüsət almışdı, əməkhaqqı səviyyəsi yüksəlmiş, bununla əlaqədar həyat şəraitinin əsaslı sürətdə
yaxşılaşdırılmasına nail olunmuşdu. İqtisadiyyatda baş verən struktur dəyişiklikləri fəhlə sinfinin sahəvi bölgüsünü də dəyişmişdir. Ağır fiziki əmək tələb edən sahələrdə çalışanların xüsusi çəkisi əhəmiyyətli dərəcədə azalmış, yeni sahələrdə
(elektronika və s.) isə artmışdır.1970-ci illərin əvvəllərində orta təbəqə əhalinin 1/3 hissəsini əhatə edirdi. Kiçik və orta biznesin sürətli inkişafı başlanmışdı.
Üçüncü elmi-texniki inqilabın ikinci mərhələsində (1970-ci ildən sonrakı dövr) sadalananların yüksəliş traektoriyası daha da sürətlənməyə başladı. Qərb ölkələrində iqtisadiyyatın sosial yönümlüyü prioritet mövqelərə keçdi. Elmi-texniki proqramların sosial ehtiyaclara daha da sıx əlaqələndirilməsi həyata keçirilməyə başladı.
Hər bir ölkənin ETT onun elmi-texniki potensialı ilə şərt­lənir. El­­­­mi-texniki potensiala aşağıdakılar aid edilir:
1. Kadr potensialı-alimlər, mühəndislər, elmi-pedoqoji kadr ha­zır­lığı ilə məşğul olan işçilər, fəhlələr və s. daxildir. El­mi Təd­­qi­qat İns­titutları, ali məktəblər və digər elmi müəssisə­lərdə çalı­şan­­lar da bu­raya aid edilir.
2. Maddi-texniki resurslar–elmi tədqiqat və bu tipli digər iş­lə­rin həyata keçirilməsi, təkmilləşdirilmiş texnika və texnolo­gi­ya­la­rın nümunələrinin hazırlanması məqsədilə mövcud, nə­zərdə tu­­tulan əsas və dövriyyə fondları daxildir.
3. İnformasiya potensialı-elmi tədqiqat fəaliyyətinin və onun nailiyyətlərinin istehsalda istifadəsinə hazırlıq prosesinin infor­ma­siya təminatı üçün zəruri olan müxtəlif informasiya daşıyıcılarında yı­ğıl­mış məlumatların məcmusunu xarakterizə edir.
4. Təşkilati, iqtisadi və idarəetmə potensialı-elm və texnika­nın birgə fəaliyyətini ümumiləşdirən üsul və vasitələrin məcmu­sun­­dan iba­rətdir.
Elmi-texniki potensialın hər bir elementi ETT üçün stimul və əsas olmaqla bütövlükdə iqtisadiyyatın, o cümlədən kənd təsər­rü­fa­­tı­nın inkişafının təkanverici amilidir. Kənd təsərrüfatında resurs­la­rın məh­dudluğu, məhsul istehsalında elmi cəhətdən əsaslandırıl­mış for­mada resursların qənaətinə şərait yarada bilə­cək texnologi­ya­la­rın tət­biqini tələb edir. Bu həm də ona görə vacibdir ki, yeni tex­nika və tex­nologiyanın yaradılması və onun istehsalata tətbiqi tə­bii ki, kənd təsərrüfatı məhsulları isteh­salına çəkilən məsariflərin ar­tımı ilə nəti­cə­lənir. Deməli, ETT-nin tətbiqində onun səmərəliliyi əsas şərt­dir.
ETT-nin səmərəliliyi 3 istiqamətdə hesablanır: iqtisadi, tex­no­lo­ji və sosial.
1. İqtisadi səmərəlilik – müxtəlif elmi-texniki yeniliklərin is­teh­­salın nəticəsinə təsirini müəyyənləşdirməyə imkan verir. Yəni, el­mi-texniki yeniliklərin tətbiqi və əvvəlki şəraitdə çəki­lən xərc mü­qabi­lində əldə olunan məhsul, müqayisə edilməklə iqtisadi səmərə­li­lik müəy­yənləşdirilir (bu zaman iqtisadi səmə­rəliliyi xarak­terizə edən di­gər göstəricilər də – mənfəət, ren­ta­bellik, əmək məh­sul­dar­lı­ğı və s. hesablanır).
Elmi-texniki yeniliklərin mühüm istiqamətlərindən olan yeni tex­nikanın istehsalata tətbiqinin iqtisadi səmərəliliyinin qiymət­lən­di­­ril­məsi, konkret olaraq əmək sərfinin azaldılması, ümumi xərc­lə­rin tər­­kibində texnikanın istismar xərclərinin azaldılması, işə sərf olu­nan vaxtın azaldılması və əmək şəraitinin yaxşılaşdırılması ki­mi gös­tə­rici­lərdən ibarətdir.
2. Texnoloji səmərəlilik – yeni texnika və texnologiyanın tex­­ni­ki-iqtisadi göstəricilərinin yaxşılaşdırılması və təkmilləş­diril­mə­­sini xarakterizə edir.
3. Sosioloji səmərəlilik – elmi-texniki yeniliklərin işçilə­rin hə­­yat və əmək şəraitinə təsirini müəyyənləşdirməkdə isti­fadə olu­nur. Ümu­miyyətlə, kənd təsərrüfatında ETT-nin iqtisa­di səmərəli­li­yi, iş­çilərin əmək və həyat fəaliyyətinin yaxşılaşdı­rılması şərti ilə ye­ni texnika və texnologiyanın tətbiqi nəticəsində əmək məhsul­dar­lığının yüksəldilməsini, məhsul istehsalının ma­ya dəyərinin aşa­ğı salın­ma­sını, xalis gəlirin, mənfəətin artırıl­masını və s. özündə birləş­dirir.
Kənd təsərrüfatında ETT-nin səmərəliliyi daha konkret mahiy­yət kəsb etməklə aşağıdakı kimi müəyyən edilir:

Burada:
- konkret məhsul istehsalı prosesində yeni texnika və tex­­nologiya tətbiqindən əvvəl və sonra əmək məhsuldarlığı, adam-saat, sen.


- yeni texnika və texnologiya tətbiqindən əvvəl və son­ra fond­tutumu, man.
Səmərəliliyin hesablanması zamanı 3 varianta rast gəlinir:
elmi-texniki yeniliklərin tətbiqi nəticəsində səmə­rəli­li­yin yüksəlməsini xarakterizə edir.
səmərəliliyin dəyişməz qaldığını göstərir.
yeni texnika və texnologiyaların tətbiqinin gözlənilən sə­­mərə vermədiyini əks etdirir.
ETT-nin kənd təsərrüfatında tətbiqinin əsas şərtləri və is­ti­qa­mət­ləri aşağıdakılardır:
-kənd təsərrüfatının xüsusiyyətləri, o cümlədən re­surs­ların məh­­dudluğu nəzərə alınmaqla qənaətli texnika və texno­logiyanın ha­zır­lanması;
- müasir suvarma sistemləri kompleksinin, həmçinin mineral güb­rələrdən səmərəli istifadə sisteminin hazırlanması;
- bitkilərin mühafizəsi və heyvanların xəstəliklərinə qarşı yeni üsul və tədbirlərin hazırlanması;
- biotənzimləyici texnologiyalar istehsalı;
- yeni bitki növləri və heyvan cinslərinin yaradılması is­tiqa­mə­t­in­də tədbirlərin hazırlanması;
- kənd təsərrüfatı istehsalının mexanikləşdirilməsi, elek­trik­ləş­­­di­­rilməsi və ekoloji təmiz texnologiyalar üçün yeni tex­nika və tex­­­no­logiyaların hazırlanması və tətbiqi;
- keyfiyyətli və ekoloji təmiz məhsul istehsalının təmin edil­mə­si tədbirlərinin hazırlanması və tətbiqi;
- elmi-texniki işlərlə (elmi-texniki tədqiqatlar) yanaşı isteh­sa­lat­da çalışan mütəxəssislərin ha­zırlanması;- texnika və texnologiyalar üzrə idxal və ixrac arasındakı nis­bə­­tin qiy­mətləndirilməsi və tənzimlənməsi;
- idxal olunan texnika və texnologiyaların istehsalata cəlb edil­mə­­si ilə ya­naşı elmi-texniki yeniliklərin ölkə daxilində stimul­laş­dı­­rıl­ması.
Yeni texnika və texnologiyaların istehsalata tətbiqi nəti­cə­sin­də az məsarif müqabilində daha çox və keyfiyyətli məhsul istehsal et­­mək­lə, yüksək gəlir əldə etmək- hər bir kənd təsər­rüfatı isteh­sal­çı­sı­nın marağında olan mühüm məsələdir. Həmin texnika və tex­no­lo­gi­yaların (əmtəələrin) yaradılması ETT-nin, onların mübadiləsi pro­sesi isə, elmi-texniki məhsullar bazarının üzərinə düşür.
Elmi-texniki məhsullar bazarının fəaliyyəti özünü aqrar ba­za­rda əhəmiyyətli şəkildə göstərir. Belə ki, aqrar bazar sis­te­minin tər­­kib his­səsi olan maddi-texniki resurslar bazarında tək­lif olunan əmtəə­lər məhz elmi-texniki nailiyyətlərin məhsu­lu­dur. Kənd tə­sər­rüfatı ba­za­­rı­nın zəruri əmtəələrlə səmərəli şəkildə təmin olun­ma­sı isə, el­mi-tex­ni­ki yeniliklərdən asılı olaraq reallaşır.
Elmi-texniki məhsullar bazarını maddi-texniki resurslar baza­rından fərqləndirən əsas xüsusiyyət, məhz yeni texnika və texno­lo­giyaların, material vasitələrinin, konkret olaraq əsas və dövriyyə və­sait­lərinin satışının həyata keçirilməsi ilə bağlıdır. Deməli, bu ba­zar növünün fəaliyyəti, daim elmi-texniki yeniliklər axtarışı ilə bağ­­lıdır. Kənd təsərrüfatı əmtəə istehsalçısı, məhz bu baxımdan yük­­sək rəqabət qabiliyyətinə malik ola bi­ləcək, əmtəə istehsalına nail ol­maq üçün əsasən elmi-texniki məhsullar bazarının təklifinə üz tutur. Daha doğrusu, bu məh­sullara tələb daha çoxdur.
İqtisadiyyatda elmi-texniki məhsullar bazarı formalaşma xüsu­siy­­­yətinə və təklif olunan əmtəələrin xarakterinə görə makro­tex­no­lo­ji və mikrotexnoloji strukturlar baxımından fərqləndirilir. Mak­ro­tex­­no­loji məhsullar bazarında dünya bazarı səviyyəsində rəqa­bət apa­ra bi­ləcək elmi imkanların, biliklərin və əmtəələrin real­laşdı­rıl­ması nə­zərdə tutulur: təyyarələr, kompüterlər, kompüter proq­ram­ları və s. Beynəlxalq təcrübədə elmi tutumlu ixrac aşağıdakı şəkildə qiy­­­mət­ləndirilir:
- ixrac olunan texnoloji məhsullar baxımından ölkənin xüsusi çə­­kisinin müəyyənləşdirilməsi;
- konkret sahə və ya texnoloji məhsul üzrə müqayisəli qiymət­lən­­dirmə.
Makrotexnoloji məhsul istehsalı və ixracını həyata keçirən öl­kə­lər bu yolla kifayət səviyyədə maliyyə vəsaiti əldə etməyi qarşı­sı­na məqsəd qoymaqla həmin vəsaitin az bir qismini digər sahə­lə­rin in­kişafına yönəltmək imkanı qazanır. Yəni, daha ucuz mikro­tex­no­loji məhsullar bazarında təklif olunan əmtəələrə ödəniləcək ma­liyyə və­saiti və güclü maliyyə imkanları ilə iqtisadi inkişafa nail olunur.
Elmi-texniki məhsullar bazarının fəaliyyəti inno­vasiya ilə bi­la­­va­­sitə bağlıdır. Belə ki, bu bazar növü elmi-texniki nailiy­yətləri və ye­­nilikləri təklif edir. Həmin məhsulların tətbiqi prosesi ilə in­­no­va­siya məşğuldur.
İnnovasiya - hazırlanmış yeni texnika və texnologiyalar, digər məh­­sullar və proseslərin tətbiqinə yönəldilmiş fəaliyyət növüdür. De­­məli, innovasiya ETT-nin nailiyyətləri nəticəsində istehsal olu­nan (yaradılan, ixtira olunan və s.) əmtəələrin və onların yeni nəs­li­nin is­tehsalata tətbiqini əks etdirir. Bu isə, innovasiyanı texniki (ma­terial) – iq­tisadi dəyişikliklər amili kimi səciyyələndirməyə əsas verir.
İnnovasiyanın nəzərdə tutulan məqsədlər baxımından, aşa­ğı­da­kı növləri fərqləndirilir:
1. İqtisadi - ixrac yönümlü məhsul istehsalı sayəsində resurs­la­­ra qənaət etməklə mənfəət əldə olunmasına yönəldilir.
2. Sosial - təbiəti mühafizə və təhsilin inkişafı istiqamətin­də­ki tədbirləri əhatə edir.
İnnovasiyanın tətbiqi təkcə istehsalı nəzərdə tutmur, bu proses ey­­ni zamanda təşkilati, maliyyə, tədris, elmi-tədqiqat və digər sfe­ra­­larda tətbiq və təkmilləşdirmə tədbirlərini əhatə edir.
İqtisadi ədəbiyyatda innovasiya - (innovasiyanın mahiyyəti haq­da qeyd edildi), innovasiya potensialı və innovasiya prosesi müx­tə­lif formalarda xarakterizə olunur.
İnnovasiya potensialı iqtisadiyyatın müxtəlif sferalarının bey­nəl­­xalq standartlara cavab verən və dünya bazarının tələblərinə uy­ğun el­mi tutumlu məhsul istehsal etmə qabiliyyətini xarakterizə edir. İn­novasiya potensialı özündə elmi, layihə, elmi təcrübə, tex­no­loji və s. kimi vasitə və tədbirləri birləşdirir.
İnnovasiya prosesi elmi-texniki yeniliklərin əldə olun­ma­sın­dan reallaşdırılmasınadək olan dövrü əhatə edir. İnnovasiya pro­se­si üç mər­hələ ilə xarakterizə olunur:
- ilkin olaraq innovasiyanın ilk texnikanın, texnologiyanın və ya məhsulun istehsalınadək olan mərhələsi nəzərdə tutulur;
- ikinci mərhələ, qeyd olunan əmtəələrin istehlakçıların konkret tə­­ləblərinin kifayət səviyyədə ödənilməsi baxımından istehsalını əks et­dirir;
- üçüncü mərhələ yeniliklərin geniş miqyasda istehsalı və tət­bi­qi­­ni əhatə edir.
Konkret əmtəə istehsalı üçün nəzərdə tutulan innovasiyalar tex­­­niki, sosial-iqtisadi, xidmət və kompleks tərkib hissələrini bir­ləş­dirir. İnnovasiyalar bazar mövqeyi baxı­mın­dan da qiymət­lən­di­ri­­lir.
Texniki əlamətlərə görə innovasiyalar əmtəə və texniki-tex­no­­­lo­ji formalara bölünür.
Əmtəə və texniki-texnoloji innovasiyalar özlüyündə əmtəə, tex­­­ni­ki, tex­no­loji, material resurslarına yönəldilmiş yeniliklər və mo­­dern­ləşdirmə formalarını xarakterizə edən tərkib hissələrindən iba­­rət­­dir.
Sosial-iqtisadi innovasiyalara ümumi iqtisadi mexanizmdə ma­­liyyə, qiymət, marketinq və təşkilati-idarəetmə yenilikləri, mü­tə­­xəs­sis hazırlığı, əmək və sosial vəziyyətin qorunması, həyata ke­çi­ri­lən sosial-iqtisadi islahatlar kimi tədbirləri daxildir.
Xidmətlə bağlı innovasiyalar, istehsal və sosial sferalar üçün nə­­zərdə tutulan yeniliklərlə xarakterizə olunur. Kompleks innovasiyalar texniki-iqtisadi və təşkilati-tex­no­loji struk­turlara malikdir.Bazar mövqeyinə görə, innovasiyalar- müəssisələr, region, ölkə və dün­ya miqyasında əhəmiyyəti baxımından fərqləndirilir. Bu, ey­ni za­manda elmi-texniki məhsullar bazarı üçün xarakterikdir.Maddi-texniki resurslar iş və xidmətlər bazarında olduğu ki­mi, elmi-texniki məhsullar, bazarının fəaliyyəti də bütövlükdə is­teh­sal pro­sesinə, o cümlədən kənd tə­sərrüfatı istehsalına xidmət et­məklə də əlavə vəsait qoyuluşu tələb edir. Yəni, kənd təsərrüfatı is­teh­salçısının bu bazar növ­lərinin xidmətindən is­tifadə etməsi, is­teh­sal xərclərinin ar­tımı ilə nəticələnir. Lakin, bir mə­sələni qeyd etmək la­zımdır ki, tə­ləb və təklifdən asılı olaraq qiy­mətlərin dəyişmə tempi hər bir ba­zar növündə fərqlidir. Eyni za­man­da bu müxtəliflik on­la­rın tətbiq olun­du­ğu kənd təsərrüfatına da şamil edilir. Belə ki, kənd tə­sərrüfatı məhsullarının satışı pro­sesində qiy­mətlərin elə sə­viyyəsi yarana bilir ki, bu sahə istehsalçısı mənfəət əl­də et­mə­dən, bəzən də zə­rərlə bazarı tərk etməli olur. Xüsusilə tez xa­rab olan məhsullar üçün bu daha xa­rak­terik məsələdir. Qeyd olunan digər bazarlarda be­lə məhsullara, de­mək olar ki, rast gəlinmir. Bun­dan baş­qa, kənd tə­sərrüfatı məhsulları ba­zarında qiymət bilavasitə tələb və təklif əsasında formalaşır və dəyişir (müəy­yən inhi­sarçılıq halları istisna olmaqla). Digər bazar növlərində bu pro­ses nisbətən fərqlidir. Belə ki, maddi-texniki re­surs­lar bazarında təklif olunan əsas və dövriyyə fondlarının, xüsu­si­lə texniki vasitələrin qiyməti tələbə o qədər də həssas deyil. İş və xid­mət­lərin təklif olunan qiymət həd­di nisbətən tələbə həssasdır. Yə­ni tələb, qiymətlərin səviyyəsinə müəy­yən qədər təsir göstərir.Elmi-texniki məhsullar bazarı əmtəələrinin qiymətlərinə- tə­ləbin dəyişməsi çox cüzi təsir edir. Çünki, bu və ya digər elmi-tex­niki yenilik külli miqdarda vəsait qoyuluşu tələb edir. Əs­lində, elmi-texniki məhsullar bazarı məhsullarına tələbat, daim möv­cuddur və durmadan artır. Lakin, istehsalçının həmin məh­sul­ları istehsalata tət­biq etmək imkanı,maliyyə vəsaiti heç də həmişə tə­ləb olunan sə­viyyədə olmur.
Göründüyü kimi, elmi-texniki məhsullar bazarında təklif olu­nan məhsula görə sərf olunan vəsaitin ödənilməsi bəzən uzun dövr-za­man tələb edir, hətta daim tələbat olsa belə. Ona görə, bu ba­zar növü­nün fəaliyyətinə, beləliklə, elmi-texniki ye­niliklərin sti­mul­­laşdı­rılma­sını təmin edəcək tədbirlər dövlətin daim diqqət mər­kəzində ol­ma­lıdır.
Elmi-texniki məhsullar bazarının fəaliyyəti əsasən aşağı­dakı is­­tiqamətləri əhatə edir:
- iqtisadi mənfəət əldə edilməsi üçün qənaət rejimi hesa­bına kənd təsərrüfatında istehsalın iqtisadi səmərəliliyinin yüksəldilmə­si­nə nail olun­ması;
- yüksək rəqabət qabiliyyətli və ixrac yönümlü məhsul is­tehsalı nə­­­ticəsində iqtisadi mənfəətin artırılması;
-sosial istiqamətdə-təhsil, təbiətin mühafizəsi və s. səmə­rəli nə­ti­cələr əldə olunması.
Qeyd olunan məqsədlərin həyata keçirilməsində innova­siya pro­­sesi xüsusi əhəmiyyət daşıyır.

Tələbə görə qiymətlərin dəyişməsi.
P-qiymət, Q- əmtəənin miqdarı:
a-kənd təsərrüfatı məhsulları üzrə,
b-iş və xidmətlər üzrə,
c–maddi-texniki resurslar üzrə,
d–elmi-texniki məhsullar üzrə
tələbin dəyişməsi
Belə ki, innovasiya potensialı he­sa­bına, əlavə vəsaitlərin əldə olunması hesabına müx­təlif is­teh­sal sahə­lərin­də dünya və daxili bazarın tələblərinə uyğun elmi tu­tum­lu məhsul is­tehsal etmək mümkündür. İnno­vasiya potensialı el­mi-tex­niki işlər və ax­tarışlarla məşğul olan elmi-tədqiqat müəs­si­sələrinin, infor­masiya sistemlərinin fəaliy­yətini xarakterizə edir (bu barədə əvvəldə geniş mə­lumat verilir).
İnnovasiya aşağıdakı ardıcıl prosesləri əhatə edir:
- tədqiqatların, elmi axtarışların başlandığı dövrdən- ilk məhsul əl­də edilənədək olan dövrdəki tədbirlər;
- ilk məhsulla istehsalçıların tələbatının tam ödənilməsi sə­viy­yə­­­sində məhsul istehsalına nail olunması üçün tələb olunan təd­bi­r­lər;
- elmi-texniki yeniliyin istehlakçılar tərəfindən istifadə­sinin baş­­­lanması.
Qeyd olunan mərhələlərin həyata keçirilməsi öz nəticəsini in­novasiya fəaliyyətinin səmərəliliyində büruzə verir. Deməli, elmi-tex­­niki məhsullar bazarının inkişafı, bilavasitə, innovasiya pro­se­sinin sə­mərəliliyindən (sərf olunan vəsait qoyuluşu ilə alınmış nə­ti­cənin mü­qayisəsi) asılıdır.
Marketinq tədqiqatları bazarın öyrənilməsi vasitəsidir.
Marketinq tədqiqatlarının aparılmasının zəruriliyi müasir dövrdə ba­zarda rəqabət mübarizəsinin kəskinləşməsi, istehlakçıların alış motivlərinin və davranışının daima dəyişməsi, məhsul çeşidinin genişlənməsi tezliyinin yüksəlməsi, digər bazar subyektlərinin iqtisadi və sosial davranışının sabit olmaması və s. nəticəsində, müəssisələrin bazar fəaliyyətində qeyri-müəy­yən­lik və risk ami­linin səviyyəsinin artması ilə müəyyən edilir.
Marketinq tədqiqatları dedikdə, marketinq fəaliyyətinin həyata keçi­rilməsində qərarların qəbul edilməsi məqsədilə onun ətraf mühitinə dair informasiya toplanması, onların işlənməsi, təhlil edilməsi, ümumi­ləş­diril­məsi və marketinq fəaliyyəti üzrə tövsiyələrin hazırlanması başa düşülür.
Bazar- marketinq tədqiqatlarının obyektidir və onun tədqiqi mar­ke­tinq tədqiqatlarının əsasını təşkil edir. Marketinq baxımından, bazar de­dikdə, “hər hansı bir məhsula təlabatı, onu ödəmək imkanı olan istehlak­çıların və bu tələ­batın ödənilməsi üçün məhsullar təklif edən istehsalçıların, satıcıların məc­mu­su”, yaxud “istehsal edilmiş və ya istehsal ediləcək məh­sulların xüsusiyyətlərinin ona olan ictimai tələbata uyğun gəlməsi səviy­yə­si­nin müəyyən edildiyi, müəs­sisənin məhsulunun rəqabət qabi­liy­yət­liliyinin rəqib məhsulun rəqabət qabiliy­yətliliyi ilə müqayisə edildiyi yer” başa düşülür.Bazarlar tələblə təklifin arasındakı nisbətə, istehlakçıların tiplərinə, isteh­lak­çıların məhsul almaq imkanlarına və s. əlamətlərə görə bir-birindən xeyli dərəcədə fərqlənirlər. Bu əlamətlərə görə bazarın müxtəlif formaları vardır.Tələblə təklif arasındakı nisbətin səviyyəsinə görə bazarın formaları. Bu baxımdan, bazarlar- satıcılar və istehlakçılar bazarına bölünür.Satıcılar bazarı dedikdə, mövcud qiymətlər şəraitində konkret məh­sula tələbatın həcminin həmin məhsulun satıcılarının təkliflərinin həcmin­dən çox olduğu bazarlar başa düşülür. Bu bazar üçün istehlakçıların, alıcı­ların rəqabəti xarakterikdir. Alıcılar bazarı dedikdə, mövcud qiymətlər şəraitində istehsalçıların və satıcıların təklifinin həcminin tələbatın həcmindən çox olduğu bazarlar başa düşülür. Bu bazarlarda istehlakçılar, alıcılar hakim mövqeyə malikdirlər və onun üçün satıcıların rəqabəti xarakterikdir.

Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə