Innovasiya menecmenti


Təşkilati struktur və innovasiya



Yüklə 1,46 Mb.
səhifə11/69
tarix13.01.2023
ölçüsü1,46 Mb.
#98536
1   ...   7   8   9   10   11   12   13   14   ...   69
innovasiya-menecmenti-muhazire

Təşkilati struktur və innovasiya
Təşkilati struktur anlayışı Mintzberg tərəfindən müəyyənləşdirilmişdir. O, təşkilati strukturu, təşkilatın işini fərqli tapşırıqlara bölən, daha sonra isə onlarla bağlı koordinasiyanı həyata keçirən müxtəlif üsulların cəmi kimi xarakterizə edirdi.Təşkilati strukturu araşdırarkən rast gəlinən problemlərdən biri müəssisə daxilində müxtəlif qrupların müxtəlif cür davranması, eləcə də ətraf mühit dəyişikliklərinə müxtəlif cür reaksiya verməsidir. Məhz bu baxımdan təşkilati strukturla innovasiya fəaliyyəti arasında bağlılıq yaranır.
Rəsmiləşdirmə
Burns və Stalker-ə görə rəsmiləşdirmə ilə innovasiya arasında əlaqə mövcuddur və bir çox sübutlar onlar arasındakı bu aslılığı əks etdirir. İlk növbədə prosedurlarda rəsmiləşdirmənin artırılması innovasiya fəaliyyətində aktivliyin azalmasına səbəb olacaq.Amma bununla belə, deyilənlərin əksinə olaraq təşkilati planlaşdırma və rəsmiləşdirmə istehsaltda effektivliyin əldə olunması üçün vacib amildir.
Mərkəzləşdirmə
Bu anlayış təşkilatda qərar qəbulu, eləcə də səlahiyyətlərin bölgüsünü xarakterizə edir. Təşkilatda qeyri-mərkəzləşdirmənin çox olması, yəni iyerarxiya səviyyələrinin az olması daha qəbulediləndir, nəinki əksi.
Təşkilati ölçü
Ölçü anlayışı müxtəlif mənalarda işlədilir, lakin daha çox işçilərin sayı və müəssisədə həyata keçirilən əməliyyatların miqyası ilə xarakterizə olunur.
İnnovasiya prosesində şəxslərin rolu:


Şəxslər

Rolu

Texniki innovator

Bir və ya iki sahədə ekspertdir. Yeni ideyaları, həmçinin onları həyata keçirməyin yeni və müxtəlif yollarını müəyyənləşdirir




Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə