Mövzu 10. Dövlətin investisiya-innovasiya və struktur siyasəti Xülasə



Yüklə 45,17 Kb.
səhifə1/5
tarix18.05.2022
ölçüsü45,17 Kb.
#87250
növüXülasə
  1   2   3   4   5
Mövzu 10


Mövzu 10. Dövlətin investisiya-innovasiya və struktur siyasəti
Xülasə:
İctimai təkrar istehsal prosesində investisiyanın yeri. İnvestisiyalar makroiqtisadi tənzimləmə obyekti kimi. İnvestisiya fəaliyyətinin əsas göstəriciləri. İnvestisiya resurslarının tələb və təklifinin formalaşdırılması mexanizmi. İnvestisiya fəaliyyətinin tənzimlənməsi metodları. İnvestisiya mühiti, əlverişli investisiya mühitinin formalaşdırılması vasitələri. İnvestisiya layihələrinin ekspertizası. Xarici investisiyaların tənzimlənməsinin metodları və xüsusi məqsədləri. Инвестисийа фяалиййятинин инновасион истигамятлянмяси.İqtisadiyyatın strukturu anlayışı. İqtisadiyyatın təşkilati-funksional, təkrar istehsal, texnoloji və resurs strukturu. Struktur siyasətinin məqsədləri. Dövlətin struktur siyasəti və onun iqtisadi dinamikaya təsiri. Struktur siyasətinin reallaşdırma metodları. Dövlətin struktur siyasətinin makroiqtisadi, regional və institutsional blokları. Struktur siyasətdə istifadə olunan balans metodu. İqtisadiyyatın sahə strukturunun əsaslandırılması və makroiqtisadi proqnozlaşdırılmasında istifadə olunan sahələrarası balans alət kimi.


Plan:
1. Dövlətin investisiya siyasəti, onun məqsəd və vəzifələri
2. Konservativ uyğunlaşma, innovasiya siyasəti və ölkənin innovasiya potensialı və ondan istifadənin tənzimlənməsi
3. Dövlətin struktur siyasəti və onun mahiyyəti
1. Dövlətin investisiya siyasəti, onun məqsəd və vəzifələri
Investisiyanın iqtisadi inkişafdakı rolu və mahiyyətini müəyyən etmək üçün aşağıdakı anlayışlara diqqət yetirmək vacibdir.
Investisiya-iqtisadiyyatın inkişafına istiqamətlənmiş ehtiyat kapital qoyuluşudur.
Kapital – sahibkarlıq fəaliyyəti üçün istifadə oluna bilən iqtisadi resursdur (maddi, dəyər, intellektual).
Kapital qoyuluşu – əsas kapitalın təkrar istehsalına yönəldilmiş investisiyadır.
Ümumən kapital qoyuluşu mövcud fondların rekonstruk­siyasına, modernləşdirilməsinə və yeni fondların yaradılmasına yönəldilmiş vəsaitdir – investisiyadır. Investisiya fəaliyyəti haqqında Azərbaycan Respublikası Qanununda investisiya fəaliyyəti ilə aşağıdakı subyektlərin məşğul ola bilməsi göstərilmişdir.

  1. Azərbaycan Respublikası vətəndaşları, qeyri-dövlət müəssisələri, idarə və təşkilatları.

  2. Xarici vətəndaşlar.

Həmin qanunda dövlətin investisiya siyasətinin strateji məqsədi şərh edilərək, onun həyata keçirilməsi üçün aşağıdakı istiqamtələr tövsiyə edilmişdir.

  1. Istehsalın texniki səviyyəsinin yüksəldilməsi.

  2. Iqtisadi artıma nail olunması.

  3. Yeni struktur dəyişikliklərinin aparılması.

  4. Rəqabət qabiliyyətli məhsul istehsalı.

  5. Yüksək keyfiyyətli investisiya komplekslərinin yaradılması.

Investisiya siyasəti- əsaslı vəsait qoyuluşunun əsas istiqamət­lərinin həlledici sahələrdə cəmləşdirilməsi üzrə tədbirləri müəyyən edən qərarların məcmusudur. Investisiya vasitəsilə ictimai istehsalın dinamik inkişaf sürətinə nail olunur, iqtisadiyyatın tarazlığı və səmərəliliyi təmin olunur, məsrəfin hər manatına görə daha çox məhsul və milli gəlir artımına şərait yaradılır.
Investisiya siyasətinin birinci dərəcəli vəzifəsi resurs hasil edən emal və istehlak edən sahələrlə əsaslı vəsait qoyuluşları arasındakı nisbəti yaxşılaşdırmaqdan, vəsaiti elmi-texniki tərəqqinin sürətlən­dirilməsini təmin edən sahələrin xeyrinə yenidən bölüşdürməkdən ibarətdir.
Müasir mərhələdə investisiya siyasətinin səciyyəvi xüsusiyyəti, ağırlıq mərkəzini yeni tikintilərdən mövcud müəssisələrin texnika ilə təchizinə və yenidən qurulmasına keçirməkdən, istehsal məqsədli əsaslı vəsait qoyuluşunun ümumi həcmində bu məqsədlərə yönəldilən vəsaitin payını artırmaqdan, avadanlıq və maşınlar üçün məsrəfin xüsusi çəkisini yüksəltməkdən ibarətdir.
Istehsal təyinatlı tikintiyə yönəldilən bütün əsaslı vəsait qoyuluşlarında mövcud istehsalın texnika ilə təchizinə və qurulmasına çəkilən xərclərin artırılması, istehsal əsas fondlarını yeniləşdirir, fiziki və mənəvi köhnəlməsini aradan qaldırır.
Əvvəldə qeyd edildiyi kimi dövlətin investisiya siyasətinin strateji məqsədlərindən biri investisiya komplekslərinin yaradılmasıdır.
Investisiya kompleksi qarşılıqlı əlaqədə olan sahələrdir ki, iqtisadiyyatda əsas istehsal fondlarının təkrar istehsalına şərait yaradır. Ictimai əmək bölgüsü sistemində investisiya kompleksi fondlardan səmərəli istifadə funksiyasını həyata keçirir və iqtisadi sistemin fəaliyyətinə şərait yaradaraq onların maddi texniki bazasını təmin edir.
Respublikanın makrosəviyyəli investisiya kompleksləri əhatə edir:

  1. Maddi istehsal sahələri üçün əsas fondların yaradılması.

  2. Əsas istehsal fondlarının əsaslı təmirinin həyata keçirilməsi.

Elmi-texniki hesablamalar göstərir ki, investisiya kompleksinin payına ümumi məhsulun 40 faizi, işçi qüvvəsinin 38 faizi, əsas istehsal fondlarının 29 faizi düşür.
Yerinə yetirildiyi funksiyalardan asılı olaraq investsiya kompleksləri aşağıdakı sahələr üzrə birləşdirilir:

  1. Iqtisadiyyatın sahələrarası kompleksləri

  2. Tikinti kompleksləri

  3. Konstruksiya materialları kompleksləri.

  4. Maşınqayırma kompleksləri.

Dövlət investisiya siyasətini həyata keçirmək üçün vəsaitə malik olmalıdır. Bu vəsait müəyyən mənbələrdən formalaşır ki, bu mənbələrə də aiddir:

  1. Vergilər

  2. Amortizasiya fondları.

Vergilər – müəssisə və təşkilatlardan, əhalinin gəlir və mənfəətindən büdcəyə ödənilən vəsaitin məcmusudur. Vergilər iki funksiyanı yerinə yetirir:

  1. Dövlətin, müəssisə və təşkilatlar, əhali və xarici subyektlərlə qarşılıqlı əlaqələrini tənzimləyən iqtisadi rıçaq rolunu;

  2. Büdcənin gəlir hissəsinin formalaşdırılması üçün əsas mənbə rolunu.

Vergilər dövlətin qanunçuluq aktları əsasında müəyyən edilərək tənzimlənir və onun aşağıdakı formaları vardır:

    1. mənfəətə görə vergi. Bu vergi sərbəst balansı olan təsərrüfat hesablı bütün müəssisə, təş­kilat və kooperativlərə aiddir. Bazar iqtisadiyyatı şəraitində vergiyə cəlb olunan müəssisələrə fərq qo­yulmur. Lakin müəssisələrin fəaliyyətini stimullaşdırmaq üçün müəyyən vergi güzəştləri tətbiq edilir.

    2. gəlirlərin tənzimlənməsi üçün vergilər. Bu vergi müəssisələrdə mənfəətin artırılması və yeni texnikanın tətbiqini stimullaşdırmaq üçün tətbiq olunur.

    3. müəssisələrin malik olduğu istiqraz, qiymətli kağız, müştərək iştirak hissəsinə görə tutulan vergilər.

    4. gəlir verigisi – əhali gəlirindən tutulur.

Yuxarıda göstərilən vergi formalarından yaranmış büdcə vəsaitinin bir hissəsi investisiya siyasətini həyata keçirmək üçün istifadə olunur. Deməli, vergi prosesinin qanunauyğun təşkili, onun vəsaitinin investisiya siyasətini təmin etmək üçün yönəldilməsinə zəmanət verir.
Dövlət investisiya siyasətini həyata keçirmək üçün amortizasiya fondundan da istifadə edir. Bu məqsədlə amortizasiya ayırmaları dəqiq real əsaslara malik olaraq hesablanmalıdır. Belə ki, amortizasiya ayırmaları, amortizasiya normaları elə olmalıdır ki, onun həcmi əsas fondun vaxtında yeniləşdirilməsinə və təmirinə imkan versin.
Yeni iqtisadi şəraitlə əlaqədar olaraq öz dəyərini məhsulun üzərinə tam keçirən və normativ vaxtını başa vuran fondlardan amortizasiya ayırmaları tutulmur.
Bununla əlaqədar olaraq 1 yanvar 1991-ci ildən başlayaraq normativ üzrə xidmət müddətini başa vurmuş maşın, avadanlıq və nəqliyyat vasitələri üzrə amortizasiya ayırmalarının hesablanması dayandırılmışdır. (əvvəllər maşın və avadanlıqlar fəaliyyətləri dayandırıldıqdan sonra da amortizasiya hesablanırdı).
Amortizasiya ayırmaları dayandırılmış maşın, avadanlıq və nəqliyyat vasitələri, qoyulmuş qaydada silinənə qədər müəssisənin balansında ilk balans dəyəri ilə saxlanır.
Icarə müəssisələri amortizasiya ayırmalarını istehsal və tədavül xərcləri tərkibində tam bərpa dəyər üzrə əks etdirirlər. Maşın, avadanlıq və nəqliyyat vasitələrindən başqa qalan əsas fondlar üzrə amortizasiya ayırmalarının hesablanması qaydası dəyişilməmiş qalır.
Məhsulun maya dəyərinə, iş və xidmətlərə görə mənfəət müəyyən edilərkən amortizasiya ayırmaları tam bərpa ilə, xərclərə isə ancaq əsas fondların təmiri daxil edilir.
Qeyri istehsal fondları üzrə amortizasiya hesablanmır, onların alınması və təmiri müəssisənin öz vəsaiti hesabına aparılır.
Son dövrlərdə maşın, avadanlıq və nəqliyyat vasitələri üzrə amortizasiya ayırmaları 1,4 və 1,5 dəfə artırılmışdır ki, bu da fondların dövr etmə sürətinin artmasına səbəb olmuşdur.
Əsas istehsal fondlarının təmirinə vəsaitlər xərclənərkən müəssisə aşağıdakılardan birini, maya dəyərinə faktiki xərcləri daxil etmək və ya bu məqsəd üçün sərbəst formada normativ üzrə fond yaratmaq hüquqlarını seçə bilər.
Birinci halda faktiki xərclərin aşağı düşməsi stimullaşdırılmalıdır. Lakin nəzərə almaq lazımdır ki, fondların qeyri bərabər təmiri üçün maya dəyərinə daxil edilən xərclər maya dəyərindən ayırmalar qədər olmalıdır.
Təmir fondu yaradılarkən maya dəyərinə həmin fondun vəsaiti bərabər daxil edilir. Bu əvvəlki qaydadan fərqli olaraq maya dəyərinin il ərzində orta göstəricidən kənarlaşmasını azaldır.



Yüklə 45,17 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə