|
Mövzu 10. Dövlətin investisiya-innovasiya və struktur siyasəti XülasəDövlətin struktur siyasəti və onun mahiyyəti
|
səhifə | 4/5 | tarix | 18.05.2022 | ölçüsü | 45,17 Kb. | | #87250 | növü | Xülasə |
| Mövzu 103. Dövlətin struktur siyasəti və onun mahiyyəti
Ictimai əmək bölgüsünə mütabiq olan, ixtiyari ölkənin iqtisadiyyatını sahələrin, bölmələrin, müəssisələrin, təşkilatların qarşılıqlı əlaqələrinin məcmusu kimi başa düşmək olar. Bütün bu sahələrin iqtisadiyyatını sadə qarşılıqlı əlaqədə qəbul etmək olmaz. Onların hər biri üst və alt sistemdə olub, iearxik asılılıqdadırlar. Bu iqtisadiyyatın strukturuna çoxsəviyyəli olan sistem kimi baxmağa imkan verir. Bu sistemin aşağı qatında müəssisələrin iqtisadiyyatı, sonrakı səviyyəsində təsərrüfat korporasiyaları, orta pillədə regionların iqtisadiyyatı, üst qatında isə makrosəviyyə durur. Bütün bu çoxsəviyyəli sistem, müxtəlif infrastrukturlarla vahid, bütöv, real iqtisadiyyatda təşəkkülləşir. Iqtisadiyyatın belə çox səviyyəliliyi və sahəliliyi onun müxtəlif növ strukturunun metodoloji əsasını müəyyən etməyə imkan verir. Həmin strukturların müəyyənliyi iqtisadiyyat elmində belə təsnifləşdirilmişdir.
Iqtisadiyyatın siyasi iqtisadi strukturu. Iqtisadiyyatın bu strukturu mülkiyyət növləri ilə birlikdə müxtəlif məhsuldar qüvvələrin sahələr və ərazilər üzrə mütənasib bölüşdürülməsinin vahid məcmuyu kimi ifadə olunur. Siyasi-iqtisadi struktur, istehsal amillərinin region subyektləri üzrə yerləşdirilməsinin strategiyası və taktikasının əsasında durur.
Iqtisadiyyatın təşkilatı-funksional strukturu. Bu struktur milli iqtisadiyyatı təşkilatlar, idarələr və habelə maraqlar səviyyəsində ifadə edir. Təşkilatı funksional struktur iyerarxiya əsasında iqtisadi fəaliyyətin strukturunun əsasını qurmağa imkan verir.
Iqtisadiyyatın təkrar istehsal strukturu. Iqtisadiyyatın strukturuna belə yanaşma iqtisadiyyatın struktur elementlərini müəyyən etməyə imkan verir. Belə struktur özündə istehsal və bazar, şəxsi və ictimai istehlak, elmi və mühəndis hazırlığı, sahibkarlıq və marketinq, investisiya və intellektual hazırlığı və s. birləşdirir.
Iqtisadiyyatın texnoloji strukturu. Texnoloji struktur istehsalın əsasını təşkil edən texnoloji zəncirin vahid sistemini əks etdirir.
Dostları ilə paylaş: |
|
|