İnsan cəmiyyətinin inkişafı təbiətlə qarşılıqlı təmasda olmadan mümkün deyil



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə29/58
tarix17.01.2018
ölçüsü5,01 Kb.
#20990
1   ...   25   26   27   28   29   30   31   32   ...   58

65 
 
vasitəsilə  deyil,  “vasitəçiliklə”  ,yəni  azotobakter  (azotmənimsəyən)  mənşəli 
bakteriyaların köməyi ilə baş verir. 
Azotun  ehtiyatı  təbiətdə  demək  olar  ki,  tükənməzdir.  Yer  səthinin  1  ha  səthi 
üzərindəki  hava sütununda 80 min  ton sərbəst azot var. Lakin, azot elementi inert 
olduğuna  görə  canlıların  əksər  hissəsi  molekulyar  azotdan    istifadə  edə  bilmir. 
Biosferdə əsas etibarilə azot dövranı  təkhüceyrəli canlıların fəaliyyəti  ilə bağlıdır.  
     Azot dövranının ümumi vaxtı 110 ildən artıq hesab olunur.  
     Fosforun  dövranı.Fosfor  bitkilərin  (eyni  zamanda  da  bütün  digər  canlıların) 
əvəzolunaz  qida  elementidir.Fosfor  ən  vacib  biogen  elementlərdən  biri  olmaqla, 
nuklein  turşuları,  hüceyrə  membranı,  enerji    ötürücü    sistemin    (  adenazindifos-
fat,adenazin-  trifosfat  ),  ilik  toxumasının, dentinin  tərkibinə  daxildlr.  Fosforun  da 
dövranı böyük və kiçik tsikllərlə bas verməklə, orqanizimlərin həyat fəaliyyəti ilə 
bağlıdır. Fosfor  “hərəkətli” bir  element olduğu üçün onun dövranı bir çox  ətraf 
mühit amillərindən, ilk növbədə isə antronogen amillərdən ( məs. fosforlu yuyucu  
maddələr və gübrələrin istifadəsi) asılıdır. 
    Yerin artan əhalisini ərzaqla təmin etmək üçün zəruri olan kənd təsərrüfatı bitki-
lərinin yüksək məhsuldarlığını təmin etmək vacibdir ki,bu da yalnız mineral gübrə-
lərin kütləvi şəkildə tətbiqi ilə mümkündür.Fosfor gübrələri bir sıra yerlərdəki fos-
fatlarla zəngin süxur yataqlarının işlənməsi ilə əldə olunur.Bitkilər tərəfindən “bağ-
lanmış”  (fiksasiya  olunmuş)  fosfor  sonra  qida  zəncirləri  vasitəsilə(heyvanlara,o 
cümlədən də insanlara çatır) ötürülür,mübadilə məhsullari ilə ayrılır.Daha sonra bu 
fosfor çirkab suları ilə çaylara axıdılaraq okeanlara ötürülür və nəhayətdə çox səpə-
lənmiş şəkildə dəniz çöküntülərində qalır.Beləliklə,demək olar ki,Yerdə olan fosfat 
ehtiyatları  faktiki  olaraq  bərpa  olunmayan,tükənən  ehtiyatlardır.Bu  ehtiyatlar 
insanların ehtiyaclarını təmin etmək üçün nə qədər vaxt ərzində kifayət edəcəkdir? 
Bu sahədə  ekspertlərin proqnozları  bir o qədər də optimist  deyil:fosfor  ehtiyatları 
insanlara 50...125 il kifayət edə bilər. 
    Populyar  nəşr  və  elmi  jurnalların  səhifələrində  təbii  yanacaq  ehtiyatlarının 
(neft,qaz,daş kömür) tükənməsi ilə bağlı narahatlıqlara tez-tez rast gəlinir.Doğru-
dur  bu  ehtiyatlar  müəyyən  vaxtdan  sonra  tükənəcəkdir.Lakin,bu  ehtiyatları  digər-
ləri (günəş və külək enerjisi,qabarma-çəkilmə enerjisi və s.) ilə əvəz etmək olar. 
Bəşəriyyət  üçün  enerji  çatışmazlığı  qədər  təhlükəli  olan  və  nədənsə  diqqətdən 
kənarda qalan problemlərdən biri də bitkilərin əvəzolunmaz qida elementləri- azot 
və  fosforun  qıtlığıdır.Bu  elementlərin  azot  və  fosfor  gübrələri  şəklində  torpağa 
əlavə  edilməsi  kənd  təsərrüfatı  bitkilərinin  məhsuldarlığının  saxlanmasının  zəruri 
şərtidir.Lakin, azot və fosforun çatışmazlıqları arasında əsaslı fərqlər mövcuddur. 
    Bitki  və  heyvanlar  üçün  əlçatmaz,molekulyar  formada  olsa  da  atmosfer 
havasında  azotun  nəhəng  ehtiyatları  var.Müəyyən  bakteriyalar  (paxlalı  bitkilərin 
köklərində  yaşayan)  belə  azotu  “bağlaya”  və  onu  bitkilərin  mənimsəyə  biləcəyi 


66 
 
hala sala bilir.Bundan başqa,XX əsrin əvvəllərindəatmosfer azotunun sənaye üsulu 
ilə fiksasiya edilməsi(“bağlanması”) və onun amonyak formasına salınması prosesi 
(Haber-Boş prosesi) işlənib hazırlanmışdır.Hazırda belə süni yolla sintez olunmuş 
və torpağa verilən azotun miqdarı,quruda təbii yolla bakteriyalar tərəfindən fiksa-
siya olunan azotun miqdarından çoxdur. 
    Fosforla  olan  vəziyyət  isə  prinsipcə  tamamilə  başqadır.Bu  element  qazşəkilli 
birləşmələr  əmələ  gətirmir  və  onun  Yer  səthində  yerdəyişməsi  əsasən  su  axınları 
ilə həyata keçir.Fosfor tədricən qurudan okeanlara keçir.Onunquruya qayıtması isə 
okean  dibinin  qalxmasının  uzunmüddətli  geoloji  prosesləri  ilə  bağlıdır.Ümumiy-
yətlə,insan tərəfindən pozulmamış təbii ekosistemlərdə fosforun dövrü demək olar 
ki,tam qapalıdır.Fosforun əksər hissəsi bitkilərin böyüməsinə istifadə olunur,sonra 
üzvi  qalıqların  mikroorqanizmlər  tərəfindən  parçalanması  zamanı  və  həm  də 
heyvanlarınmaddələr mübadiləsi məhsulu  şəklində yenidən mühitə qaytarılır. 
    Bu sahədə əsas problemlər kənd təsərrüfatı bitkilərinin yetişdirilməsi zamanı ya-
ranır.Belə ki,bitkilərin məhsulunun əsas hissəsi insanlar tərəfindən götürülür və bu 
zaman  bu  məhsulla  bərabər  mineral  qidalanma  elementləri  də  sahələrdən  götürü-
lür.Bundan başqa,insan maksimal yüksək məhsuldarlıq almağa cəhd edir və bunun 
üçün də torpağa əlavə gübrələrin verilməsi tələb olunur.Sahələrdə istifadə olunmuş 
fosforu  geri  qaytarmaq  və  onu  yenidən  dövrana  qoşmaq  mümkün  olmur.Fosfor 
gübrələri  tərkibində  böyük  miqdarda  fosfatlar  olan  bəzi  dağ  süxurlarının  (məsə-
lən,apatit) hasilatından alınır.Lakin,bütövlükdə fosfor tərkibli süxurlar Yer səthinin 
quru hissəsində qeyri-bərabər paylanmışdıır.Mövcud qiymətləndirmələrə əsasən bu 
süxurların 70%-dən artıq hissəsi bir neçə dövlətin (Mərakeş,Çin,ABŞ,Rusiya) əra-
zisində  yerləşir (Şəkil......). 
     Digər  dağ-mədən  fəaliyyəti  kimi,fosforitlərin  də  hasilatı  ekoloji  cəhətdən  çox 
zərərlidir (nəhəng mədənlər və zəhərli tullantıları yerləşdirmək üçün geniş ərazilər 
tələb olunur,ətraf mühiti tozlandırır və s.). 
    ABŞ-ın Geoloji xidmətinin (US Geologikal Survey) məlumatına görə insan tərə-
findən mənimsənilə biləcək fosfatların ümumi miqdarı 62mlrd.t təşkil edir.Bu gös-
təriciyə hazirda istifadə olunan 15mlrd.t və habelə işlənməsi hələlik qeyri-rentabel-
li hesab edilən ehtiyatlar da daxildir.Bu ehtiyatların bir hissəsi ya dənizlərdə yerlə-
şir,ya  da  tərkibində  əhəmiyyətli  miqdarda  zəhərli  elementlər  (məsələn,kadmium) 
var.2008-ci ildə hasil edilmiş fosfatların ümumi miqdarı 161mln.t olmuşdur.ABŞ 
    Geologiya xidmətinin qiymətləndirməsinə görə fosfor gübrələrinə təlabat yaxın 
5 ildə hər il 2,5...3%  artacaqdır.Əgər,fosfatların istifadəsinin bu ənənəsi saxlanılar-
sa,125il  ərzində  dünya  fosfat  ehtiyatlarının  hamısı  sərf  olunacaqdır.Beynəlxalq 
Gübrə  İstehsalçıları  Assosasiyası  (İnternational  Fertilixer  Association)  da  buna 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə