İnsan cəmiyyətinin inkişafı təbiətlə qarşılıqlı təmasda olmadan mümkün deyil



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə37/58
tarix17.01.2018
ölçüsü5,01 Kb.
#20990
1   ...   33   34   35   36   37   38   39   40   ...   58

84 
 
(V.L.Voeykov,2002).Deməli,ölüm təkamül nöqtüyi-nəzərindən izah oluna 
bilməyən və  çox da sadə olmayan bir təzahürdür.  
     Ölüm nədir? 
    Orqanizmlərin qocalması və ölümünü aydınlaşdırmaq üçün ilk öncə,ölüm 
təzahürünün özü-özlüyündə nə olduğunu və onu şərtləndirən əlamətləri tapmaq 
lazımdır.Bu gün əksəriyyətin qəbul etdiyi versiya ondan ibarətdir ki, istənilən 
dağılmalar kimi,ölüm də A.Eynşteynin fizikanın əsas qanunu adlandırdığı 
termodinamikanın II qanunu ilə bağlıdır.Başqa sözlə,materiya üçün «ölü» 
vəziyyəti «həyat» vəziyyətindən daha sərfəlidir və ona görə də həmişə,materiya 
onun üçün ənənəvi olan termodinamik tarazlığa cəhd edəcəkdir.Nəzərə almaq 
lazımdır ki,bu qanun ətraf mühitlə  maddə və enerji mübadiləsi olmayan,təcrid 
olunmuş sistemlər üçün formalaşdırılmışdır.Bu isə o deməkdir ki,əgər,sınaq 
borusunda zülal məhlulu götürərək,onu bütün təsirlərdən maksimum təcrid 
etsək,onda termodinamikanın II-qanununa əsasən zülal nə qədər dayanıqlı olsa da, 
parçalanmalıdır.Bizim Yer açıq sistem olduğu üçün sınaq borusu işıqlı yerə 
qoyulmalıdır.Aydındır ki,bu halda da,zülal parçalanacaqdır.Ancaq,bu zaman zülal 
yüz və min dəfələrlə sürətli parçalanmaya məruz qalır.Canlı sistemlərdə də  
belədir:kənar təsirlərdən təcrid olunsa belə,hüceyrə zülalı (fermentlər) gec-tez 
parçalanır.Bu səbəbdən də,hüceyrələrdə DNT (RNT) matrisalarında daim yeni 
zülalların biosintezi və köhnələrin məhvi prosesi baş verir.Biosintez sistemi 
zədələndikdə nasazlığı tezliklə aradan qaldıran reperasiya mexanizmi fəaliyyətə 
başlayır .Bundan başqa,hüceyrələr daim bölünür və əgər,onların hansındasa aradan 
qaldırılması mümkün olmayan zədələnmə yaranarsa,orqanizm «xəstə» hüceyrəni 
məhv etməli (apoptoz və ya nekroz yolu ilə) və yeni,sağlam hüceyrələrlə 
əvəzləməlidir.Əgər,bütün hüceyrələr eyni vaxtda zədələnib.tez də yeniləri ilə 
əvəzlənsəydi,canlı orqanizm (hər halda ,çoxhüceyrəlilər) ölümsüz olardı.Lakin,bu 
baş vermir.Orqanizmlərdə bioloji saatlar mövcuddur ki,bu saatlarda nəinki,bərpa 
prosesləri dayanır (orqanizm zədələnmələri bərpa etməkdən imtina edir).hətta 
mahiyyətcə əks prosesi-qocalmanı işə salır.Əgər,bioloji saatlar öz rejimindən 
saparsa,orqanizm açıq-aşkar qocalmağa başlayır. Qocalma və ölüm  
termodinamikanın II qanununun ali səviyyədə - canlı sistemlər səviyyəsində 
reallaşması kimi baxıldıqda daha anlaşılan olur.Bu qanuna görə,canlı və cansız 
materiya arasında fərq ondan ibarətdir ki,cansız materiya daxili səbəblərdən özü-
özünə dağılır,canlı materiya isə müəyyən proqramların vasitəsilə dağılır.Çox 
böyük ehtimalla söyləmək olar ki,ölüm (qocalma) proqramı təkcə fərd 
səviyyəsində deyil,həm də növlər,əcdadlar səviyyəsində təsir göstərir.Rusiya 
herontoloqları A.Akifyev və A.Potapenko hesab edirlər ki,hər bir npv müəyyən 
nəsil sayına proqramlaşdırılmışdır (A.P.Akifyev,1997).Növün həyatı haqqında 
məlumatlar cinsi hüceyrələr vasitəsilə saxlanıla,ötürülüə və realla bilər. 


85 
 
Eksperimentlərlə sübut olunmuşdur ki,somatik (bədən) hüceyrələrdə keçmiş və 
gələcək həyat kəsikləri haqqında «yaddaş» saxlanılır.Növün həyatı hansı zaman 
kəsiyinə hesablandığını biz bilmirik.Lakin bu vaxt keçdikdə növ sürətlə 
«qocalmağa» başlayır və tezliklə məhv olur.Bizim dünyanın reallığı belədir: 
təbiətdə istər canlı,istərsə də cansız hər şey dağılır və məhv olur.Bu onun 
təkamülünün əsas istiqamətidir.   
    Məlumdur ki,Aristotelin dövründən bu günə qədər təbiətdə yeni növün (hibrid 
genli növ müxtəlifliyi istisna olmaqla)yaranmasına dair heç bir dəqiq  məlumat 
yoxdur,məhvolma halları isə kifayət qədərdir. (V.İ.Nazarov,2007,T.Yunker,2007). 
Təəssüf ki,antik dövrlərdə növlərin hansı sayda və necə məhv olmaları barədəbiz 
bilmirik.Ancaq,tarixdən qabaqkı dövrlərdə növlərin məhv olması barədə 
paleontolojo məlumatlara əsasən mühakimə yürütmək olar.Nəzərə almaq lazımdır 
ki,canlı məxluqatın qalıqları tapılmış geoloji laylar növlərin doğulması,yaranması 
haqqında deyil, yalnız məhv olması haqqında xəbər verir(nədənsə,təkamülçülər 
bunu unudurlar).Heç bir obyektiv səbəb olmadan növlərin məhvi canlı aləmin 
ümumi deqradasiyasını göstərir ki,bunu da yalnış kreatsizm mövqeyindən izah 
etmək olar. Bu isə,hazırdafərdlərin və növlərin qocalması proqramlarının 
mövcudluğu sualını aydınlaşdıra biləcək həyatın yeganə inlişaf  modelidir.Yalnız 
bu nəzəriyyə aydınlaşdıra bilər:nə üçün növlərdən bəziləri sürətlə qocalır, ancaq, 
digərləri faktiki olaraq heç qocalmırlar;bəziləri çox uzunömürlü,digərləri isə 
qısaömürlü olurlar.Həqiqətən də,əgər növlərin genində məhvolmanın kodlaşmış 
daxili mənbəyinin reallığını sübut etmək bizə müyəssər olarsa,onda növün 
yaranmasını целопологания ideyasından kənarda heç cür izah etmək mümkün 
olmayacaq.Məhz,bu nöqteyi-nəzərdənAkifyev yazırdı:«Səthi biliklər bizi dindən 
ayırır,əsaslı biliklər isə bizi yenidən ona qaytarır» A.P.Akifyev,1997). 
    Bütün qeyd olunanlardan belə qənaətə gəlmək olar ki,biz istəsək də,bəşəriyyət 
termodinamikanın II qanununu ləğv edə bilmədiyi kimi,növlərin məhv olmasını da 
dayandıra bilməz.Lakin,bu insanların bu proseslərə təsir edə bilməməsi anlama 
gəlmir. Digər genetik determinasiya olunmuş əlamətlər kimi,qocalmaya da xarici 
amillər böyük təsir göstərir.Deməli,şüurlu məxluq olan insan bu prosesi ya 
sürətləndirə,ya da,ləngidə bilər.Ona görə də,etiraf etməliyik ki,növlərin taleyi 
bizdən də çox asılıdır və onları gələcək nəsillər üçün qoruyub saxlamaq insanın 
borcudur. 
    Mövzunu  belə bir rezyume ilə sonuclamaq olar: Biomüxtəliflik-birmənalı 
müəyyənləşdirilməsi çətin olan bir konsepsiyadır.Adətə,bu anlayışdan bizim canlı 
ətrafımıza və təbii resurslardan dayanıqlı istifadəyə diqqət zərurəti kontekstində 
istifadə olunur. 
                     Azərbaycanda bioloji müxtəliflik 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə