İnsan cəmiyyətinin inkişafı təbiətlə qarşılıqlı təmasda olmadan mümkün deyil



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə34/58
tarix17.01.2018
ölçüsü5,01 Kb.
#20990
1   ...   30   31   32   33   34   35   36   37   ...   58

78 
 
ammonitlərin məhvi və nautilidlərin saxlanması faktı bunun bariz nümunəsidir.Öz 
quruluşuna,həyat tərzinə və artıb-törəmə üsuluna görə ammonitlər daha uyğunlaşan 
hesab olunsa da,məhz onlar məhv oldular.».Məhv olmuş və saxlanmış balıqıarı  
müqaisə etməklə də bu nəticəyə gəlmək olar. 
    J.B.Lamark da məhv olmanın təkamül nəzəriyyəsi ilə uyuşmadığını qəbul edirdi. 
O,hesab edirdi ki,əgər qazıntılar zamanı tapılan heyvanlar hazırda yaşayan 
heyvanlardan kəskin fərqlənirsə,deməli onlar məhv olmayıb,digərlərinə 
çeviriliblər.Lamarka görə,həqiqi məhvolma praktiki olaraq günahı insanın 
vicdanında olan çox nadir təzahürdür. 
    Məhvolmaya münasibətdə Lamarkın və Darvinin təlimləri mahiyyətcə bir o 
qədər də fərqlənmirlər.Lakin,belə görünür ki,hər iki təkamülçü həqiqətdən çox 
uzaqdırlar.Aydındır ki,bu cür izah hər kəsi qane edə bilməz.Ona görə də,bu gün 
belə izaha yalnız orta və ali məktəb dərsliklərində rast gəlmək olar.Müasir dövrdə 
növlərin məhv olmasına dair  darvinist olmayan iki nəzəriyyə daha populyardır:   
1.« Katastrofik» məhv olma.  
2.Növlərin «qocalması» 
    Belə bir fikir mövcuddur ki,növlərin məhv olması qlobal qəzalar nəticəsində baş 
vermişdir.Belə qəzalarin səbəbləri kimi,nəhəng meteoritlərin düşməsi,güclü 
vulkanik fəallıq,qlobal yanğınlar,zəlzələlər,Yer orbitinin dəyişməsini və s. 
göstərilir.Məhv olmuş orqanizmlər içərisində ən çox marağa səbəb olanı 
dinozavrlar olduğu üçün,əksər « katastrofik» hipotezlər məhz bu heyvanlara şamil 
edilir.Qeyd etmək lazımdır ki,həyatın kreasion (kreasionnoy) inkişaf modelinin 
hökmranlıq etdiyi dövrlərdə əksər növlərin məhvi məhz qəzalarla izah olunurdu 
(bu qəzalardan ən böyüyü qədim mətnlərdə rast gəlinən « Dünya subasması»-dır).   
Katostrofizm nəzəriyyəsinin qürubu 1830-cu ildə ingilis alimi Ç.Layelin 
uniformizm ideyalarının elmdə möhkəmlənməsi ilə başladı.Bu nəzəriyyəyə 
görə,Yerin bütün tarixi ərzində bütün həyati və geoloji proseslər bu gün olduğu 
kimi(yəni,heç bir qəzasız) baş vermişdir.Bəs, onda alimləri əvvəllər təkzib edilmiş 
qəza ideyalarına yenidən müraciət etməyə vadar edən nədir? Qəribə də olsa,bunun 
əsas səbəbkarı yenə də paleontologiyadır.Qazıntılar zamanı mütəxəssislər tez-tez 
təsadüfən saxlanmış ayrıca orqanizm qalıqları ilə deyil,daşlaşmış orqanizmlərin 
bütöv qəbirstanlıqları ilə rastlaşırdılar.Qobi səhrasında qazıntılardan sonra 
Q.Martinson(Мартинсон Г. Загадки пустыни Гоби. Л.: Наука, 1980.) yazırdı: 
«Sıx qumdaşı plitələrində toplanmış balıq qalıqlarının nəhəng yığını bizi heyrətə 
gətirdi. Bir layda ayıdöşəyi və digər bitkilərin izlərinə,digərində isə ,molyuskaların 
çanaqları,xərçəngkimilərin,balıqların, çoxsaylı həşəratların skletlərinin 
qalıqlarına,tısbağa qınlarına rast gəlinirdi.Bəzi yerlərdə bu tısbağa qınları elə sıx 
yığılmışdı ki,daş körpünü xatırladırdı.Dəfələrlə dinozavr sümüklərinə rast 
gəlinirdi.İstər-istəməz belə bir sual yaranır:Bu heyvanların belə kütləvi qırığınına 


79 
 
səbəb nədir? Monqolustan Xalq Respublikasının Elmlər Akademiyasının Ulan-
Batordakı geologiya institutunun paleontoloji laboratoriyasında döyüş zamanı biri-
birinə ilişmiş iki dinozavrın skleti saxlanılır.Çox da böyük olmayan yırtıcı dinozavr 
buynuzlu dinozavrı öz ağuşunda tutaraq onunla birlikdə sututarın lilli dibində 
basdırılmışdır.Bu cür eksponat yalnız o halda yarana bilərdi ki,ölüm onları qəflətən 
yaxalasın.Əgər,onlar hələ sağikən sututara düşsəydilər,onda bu skletlər bir-
birindən aralanardılar.»Belə təsvirləri saysız-hasabsız göstərmək olar. 
    Bütün bunlardan başqa,yerdə böyük sahələr tutan elə daşlaşmalar və çöküntülər 
kəşf edildi ki,onlar yalnız sürətli geoloji proseslər nəticəsində yarana 
bilərdi.Alimlər  geoloji layları daha dərindən tədqiq etdikcə, bu layların sürətli 
yaranışı bir daha sübüt olundu:Layel nəzəriyyəsinə görə,yaranmasına milyon illər 
tələb olunan bu laylaraylar,həftələr və hətta günlər ərzində də yarana bilər.Geoloji 
layların sürətlə yaranmasının sübutu üçün ən həlledici dəlil əh həhəng qəzalar və 
onların nəticələri üzərində aparılan müşahidələr oldu.1982-ci ildə baş vermiş 
zəlzələ və Sant-Helenz (ABŞ,Vaşinqton) vulkanının püskürməsi nəticəsində təkcə 
bir gün ərzində 8m qalınlığında və qədim çöküntü süxurlarından heç nə ilə 
fərqlənməyən geniş süxur layı yaranmışdır(Чащихин У. Вопросы хронологии. 
М.: МДЦО, 2001. 112 с).  
    Lakin,müasir katastrofizm (nekatastrofizm) qədim katastrofizmdən köklü 
şəkildə fərqlənir və növlərin kütləvi- seçmə məhvini izah etməyə qadir deyil. 
Çünki,məhvolmaya  ekoloji qruplar deyil,sistematik qruplar (məsələn,bütün 
dinozavrlar-uçan,suda və quruda yaşayan-məhv olur) məruz qalır.İ.Y.Popov yazır: 
«Heç bir qəza yüksək taksonomik səviyyənin müəyyən qruplarına aid olan 
orqanizmlərin seçmə məhvini izah edə bilməz:qəzadan sonra məhv olan və sağ 
qalanlar meteoritlərə,kometlərə,vulkanlara və s.müqavimət göstərmək baxımından 
bir-birlərindən fərqlənmirlər».Qeyd etmək lazımdır ki, катастрофизм yalnız 
keçmiş geoloji dövrlərdə növlərin kütləvi məhv olması faktlarını izah edir. 
Ancaq.bu nəzəriyyə qəzalararası dövrlərdə və indiki zamanda növlərin məhvinin 
səbəbini izah edə bilmir.Ona görə də,bir sıra təkamülşü alimləri,xüsusilə də 
ortogenez tərəfdarlarını  D.Brokkinin  unudulmuş «növlərin qocalması» 
nəzəriyyəsi cəlb etdi.Darvinəqədərki dövrdə brokkizm də katastrofizm qədər 
populyar idi.Bu nəzəriyyənin də mənbəyi kreasionizmdən başlayır: bir sıra bibliya 
mətnlərində dünyanın bütün canlılarının tədricən deqradasiyası qanunu birmənalı 
olaraq göstərilmişdir. A.Hayet (1895),Ş.Derper (1907),F.Le Dantek 
(1910),D.Sobolev (1924),A.Dekyuji (1941),J.Salet və L.Lafont (1943) kimi 
alimlərin işləri sayəsində XX əsrin birinci yarısında brokkizmn ikinci dəfə 
populyarlıq qazandı.Sonuncu müəlliflər tərəfindən «Canlı aləmin 
qocalması»(Dekyuji,1941), «Reqressiv təkamül» (Salet ,Lafont) və s. kimi 
səciyyəvi  adllarla kitablar seriyası buraxıldı.Bu kitablarda insanların 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə