İnsan cəmiyyətinin inkişafı təbiətlə qarşılıqlı təmasda olmadan mümkün deyil



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə26/58
tarix17.01.2018
ölçüsü5,01 Kb.
#20990
1   ...   22   23   24   25   26   27   28   29   ...   58

58 
 
(C) və ya kiloCoullarla (kC) ölçülür.1q quru üzvi maddə 18,7kC enerjiyə,zülal və 
yağlarla zəngin bitki toxumlarının 1q quru maddəsi  20,0kC,onurğalı heyvanların 
1q quru maddəsi (əti) 23,5kC enerjiyə ekvivalentdir. 
    Konsumentlər  produsentlərin  üzvi  maddəsi  ilə  qidalanaraq  onlardan  enerji  alır 
ki,bu  da  onların  öz  üzvi  maddələrini  yaratmasına,tənəffüsünə,istilik  mübadiləsi-
nə,hərəkətə və s. sərf olunur.     
    Beləliklə,ekosistemdə daimi enerji axını və onun bir qida səviyyəsindən digərinə 
ötürülməsi prosesi baş verir.Termodinamikanın ikinci qanununa görə,bu proses hər 
sonrakı hılqədə enerjinin səpələnməsi ilə,yəni,enerji itkisi və entropiyanın artması 
ilə müşayət olunur.Aydındır ki,bu itkilər fasiləsiz olaraq Günəşdən daxil olan ener-
ji hesabına kompensasiya olunur. 
    Ekosistemdə daim üzvi maddə yaranır və sərf olunur.Bu isə hər bir ekosistemin 
müəyyən  məhsuldarlığa  malik  olması  deməkdir.Bu  zaman  məhsuldarlıq 
dedikdə,biokütlənin yaranma sürəti,yəni vahid zaman kəsiyində yaranan maddənin 
kütləsi nəzərdə tutulur. 
    Ekosistemin  əsas  və  ya  ilkin  məhsuldarlığı  Günəşin  şüa  enerjisinin  produsent-
lər,yəni yaşıl bitkilər tərəfindən fotosintez prosesində mənimsənilməsinin sürəti ilə 
müəyyən  olunur.Məsələn,1ha  meşə  sahəsinin  yaşıl  bitkiləri  il  ərzində  fotosintez 
prosesində 10t üzvi maddə yaratmışdırsa,bu ümumi məhsuldarlıq adlanır.Lakin,öz 
həyat fəaliyyəti prosesi zamanı bitkilər yaranmış üzvi maddənin bir hissəsini özlə-
rinin tənəffüsünə sərf edirlər və buna görə də vahid zamanda vahid səthə yığılmış 
üzvi maddə (biokütlə) yaradılan üzvi maddədən az olur.Tənəffüsə sərf olunmuş üz-
vi maddə ilə yaradılan üzvi maddənin fərqinə ekosistemin faktiki və ya xalis məh-
suldarlığı  deyilir.Konsumentlər  isə  xalis  ilkin  məhsuldarlıq  hesabına  üzvi  maddə 
yaradır  və  özləri    qeyri-üzvi  maddədən  üzvi  maddə  sintez  edə  bilmədikləri  üçün 
onların məhsuldarlığı ikinci məhsuldarlıq adlanır. 
    Hesablamalara  görə,1ha  meşə  sahəsi  ildə  orta  hesabla  2,1x10
9
  Günəş  enerjisi 
qəbul  edir.Lakin,il  ərzində  yaranmış  bitki  maddəsini  yandırsaq,cəmi  1,1x10
6
  kC 
enerji alınır ki,bu da 0,5% təşkil edir.Bu isə fotosintetiklərin ilkin məhsuldarlığının 
0,5%-i  keçmədiyini  göstərir.İkinci  məhsuldarlıq  daha  az  olur.Trofik  zəncirin  bir 
həlqəsindən  digərinə  keçdikcə  90...99%  enerji  itirilir.Məsələn,gün  ərzində  1m
2
 
səthdəki  bitkilər  84kC  enerjiyə  ekvivalent  maddə  yaratmışlarsa,birinci 
konsumentlərin  məhsuldarlığı  8,4kC,ikinci  konsumentlərin  məhsuldarlığı  isə 
0,8kC-dan  az  olur.Hesablanmışdır  ki,1kq  mal  ətinin  yaranması  üçün  70...90kq 
yaşıl ot tələb olunur. 
    Ekosistemin  cari  və  ümumi  məhsuldarlığını  da  fərqləndirmək  lazımdır.Eko-
sistemin  bütün  mövcudluğu  dövründəki  məhsuldarlığı  ümumi  məhsuldarlıq-
dır.Ekosistemin bir ildəki məhsuldarlığı isə cari məhsuldarlıq adlanır.Ekosistemin 


59 
 
məhsuldarlığı  bir  sıra  amillərdən,ilk  növbədə  isə  iqlim  amillərindən  (tempera-
tur,nəmlik və s.) asılıdır (Cədvəl 6.1). 
 
Yerüstü ekosistemlərin ilkin illik məhsuldarlığı                          Cədvəl6.1. 
YERÜSTÜ 
EKOSİSTEMLƏR 
SAHƏ 
İL 
ƏRZİNDƏ 
ÜZVİ 
MADDƏ,t/ha 
ENERJİ 
EHTİYATI, 
kCx10

Mln.km


Meşələr 
40,6 
28 

36,8 
Becərilən torpaqlar 
14,5 
10 

14,6 
Çəmən və çöllər 
26,0 
17 

17,4 
Səhralar 
54,2 
36 

9,2 
Qütb zonaları 
12,7 



Cəmi 
148 
100 

78,0 
 
    Bəs ekoloji sistemin real məhsuldarlığı nə ilə müəyyən olunur və hansı prosesl-
ərdən asılıdır? 
    İstənilən  ekosistemdə  biokütlənin  yaranması  və  parçalanması  prosesi  baş  ve-
rir.Bu proseslər produsentlərin həyat fəaliyyəti ilə müəyyən olunur.Bütün digər or-
qanizmlər bitkilər tərəfindən yaradılmış üzvi maddəni istifadə etdiyi üçün,aydındır 
ki,ekosistemin ümumi məhsuldarlığı onlardan asılı deyil. 
    Yaşıl bitki yarpağının hüceyrələrində paralel olaraq iki bir-birinə əks proses-fo-
tosintez  və  tənəffüs-gedir.Fotosintez  prosesində  maddə  və  enerji  toplanır,tənəffüs 
zamanı    isə  toplanmış  enerjinin  bir  hissəsi  sərf  olunur.Əgər,ekosistemdə  toplama 
prosesi  tənəffüs  prosesindən  üstünlük  təşkil  edirsə,onda  biopkütlə  və  enerji  ar-
tır.Tənəffüs prosesində daha çox maddə sərf olunarsa biokütlə azalır. 
    Bitkilərin  biokütləni  artırmaq  imkanının  mövcud  olduğu  zonaya  evfotik 
(yun.”ev”-çox,artıq,”fotos”-işıq) zona deyilir. 
    Yaradılan  biokütlənin  (P)  tənəffüsə  sərf  olunan  maddə  miqdarına  (R)  olan  nis-
bəti  vahiddən  böyük  olan  (P/R>1)  ekosistemlərə  avtotrof  suksessiyalı  sistem 
deyilir.P/R<1  olan  ekosistemlərə  heterotrof  suksessiya,P/R=1  olan  ekosistemlərə 
isə klimaks sistem deyilir. 
    Deməli,biokütlənin artması ekosistemin məhsuldarlığıdır. 
 
 
 
 
 


60 
 
Ekosistemlərdə enerjinin hərəkəti bir-biri ilə bağlı olan iki növ qida zəncirinin 
iştirakı ilə baş verir:otlaq və detrit qida zənciri. 
Otlaq qida zəncirinin əsasını avtotrof orqanizmlər təşkil edir, sonra bitkiyeyən 
heyvanlar (məsələn,fitoplanktonla qidalanan zooplankton)-I sıra konsumentlər, 
daha sonra isə yırtıcılar(məsələn,zooplanktonla qidalanan balıqlar),yəni,II sıra 
konsumentlər,daha sonra III sıra konsumentlər (məsələn,digər balıqlarla qidalanan 
durnabalığı) və s. gəlir.Okeanlarda trofik zəncirlər daha uzun olur.Belə 
ki,okeanlarda bir çox növlər IV sıra konsument rolunu oynayır. 
Bitki,heyvan və göbələk və ya bakteriyaların ölü üzvi maddəsinin yırtıcıların 
qidasına çevrilə bilən detritofaqlar tərəfindən istehlak olunduğu qida zəncirinə 
detrit qida zənciri deyilir.Beləliklə,detritin tərkibində olan qida maddələrinin bir 
hissəsi bitkilərin mənimsəyə biləcəyi minerallara qədər parçalanma mərhələsini 
keçmədən maddələr dövranına qaytarılır.Detrit qida zənciri insan tərəfindən quş və 
baliqları yemləmək üçün üzvi qalıqlardan yağış soxulcanları və ya milçək 
sürfələrinin yetişdirilməsi zamanı istifadə olunur.  
Detrit-ekosistemdə qida elementlərinin bioloji dövranından müvəqqəti olaraq 
kənarlaşdırılmış ölü üzvi maddədir. Detritin saxlanma müddəti qısa (heyvanların 
cəsədi və ya fekalini(nəcisi) milçək sürfələri tərəfindən bir neçə həftəyə,meşədə 
tökülmüş yarpaqlar bir neçə aya,aöacların oduncağı bir neçə ilə  “emal” olunur) və 
ya çox uzun (humus,torf,neft, və s.) ola bilər. Detrit ekosistemdə qida maddələrinin 
ehtiyatı,onun normal fəaliyyəti üçün zəruri elementdir.Ölü üzvi maddə-detritlə 
qidalanan xüsusi orqanizmlər qrupu mövcuddur ki,bunlara da detritofaqlar deyilir. 
Detritofaqlar iki qrupa bölünür: 
1)üzvi qalıqları bitkilərin istifadə edə biləcəyi qeyri-üzvi maddələrə çevirən 
redusentlər və ya destruktorlar (əsasən bakteriya və göbələklər); 
2)bitki və heyvanların ölü toxumaları və ya ekskrementi ilə qidalanan heyvanlar- 
dar mənada detritofaqlar. 
 
Qida zəncirinin həlqəsi rolunda orqanizmlər qrupu,daha dəqiq desək ,bioloji növlər 
çıxış edir.Əgər bir orqanizm qrupu digər orqanizm qrupu üçün qida rolunu 
oynadığı zaman iki həlqə arasında əlaqə yaranır.Qida zəncirinin birinci həlqəsinin 
(produsentlərin) sələfi yoxdur,yəni onlar qida kimi digər orqanizmlərdən istifadə 
etmirlər.Bu həlqədə əsasən bitkilər,göbələklər və yosunlar yer tutur.Sonuncu 
həlqəni tutan orqanizmlər isə digər orqanizmlər üçün qidaya çevrilmir.  
Hər bir orqanizm müəyyən qədər enerji ehtiyatına malikdir.Bu isə odeməkdir 
ki,qida zəncirində hər bir həlqənin özünün potensial enerjisi var.Qidalanma 
prosesində qidanın potensial enerjisi onun istehlakçısına keçir.Potensial enerji bir 
həlqədən digərinə keçərkən onun 80-90%-i istilik şəklində itirilir.Trofik zəncir nə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə