31
təbiət elementlərinin daşıyıcısıdır. Ümumən kainat bir-birini
tamamlayan, bir-birinin əlamətlərini şərtləndirən varlıqlardan
ibarətdir.
Yoxluq yalnız forma və məzmun baxımından dəyişəndən
əvvəlki vəziyyətdir. Başlanğıc elementdir, enerjidir. Kainatın
nədən başlaması elə kainatın özündəndir. Ən birinci, ilk
başlanğıc yoxdur; çünki yoxluq yoxdur ki, ondan başlanğıc
əmələ gəlsin. (makro formada izah). Buna görə də kainatın
tarixi olmaya bilər.
Qeyd etdik ki, hər şeyin başlanğıcı varlıqla başlayır.
Məsələn, evin başlanğıcı (tikilməsi)onun tərkib elementlərinin
bir məkanda sintezi ilə, yəni birləşdirilməsi ilə başlayır. Burada
başqa məkanlarda olan varlıqlardan müəyyən bir məkanda
çevrilmələr meydana gəlir. "1" ədədi öz başlanğıcını elə "1"-
dən götürür. "O" (sıfır) yoxdur, bu, yalnız olmayan bir
formanın öz məkanında olmamasının ifadəsidir. Məsələn, “1”
yoxdursa, həmin məkanda 1 -ə nəzərən "O" var. Lakin bu o
demək deyil ki, 1 öz başlanğıcını sıfırdan, yəni heçlikdən
götürür. Bir vahidi heçliyi doldurur. Su öz mənbəyini
məkandakı sudan və suyu əmələ gətirən proseslərdən götürür.
Bu, o demək deyil ki, suyun başlanğıcı “0” (sıfır)dır. Bu
baxımdan da başlanğıc mütləq və nisbidir. Dəyişir ona görə ki,
müxtəlif maddələrin birləşməsindən və ayrılmasından bir
forma ortaya çıxır. Su su kimi öz başlanğıcını
elementsizliklərdən yox, məhz su kimi olmayan (su halında
olmayan qaz zərrəciklərindən) yoxluqdan götürür. Həmin
başlanğıc da varlıqdır. Bir forma başqa formadan, bir məzmun
başqa məzmundan yaranır. Deməli, yoxluqlar - elə formasını
dəyişən varlıqlardır.Yəni, bir varlığın əvvəli yenə də varlıqdır.
Sonrakı varlıq əvvəlki yoxluqdur.
Digər bir məsələ: "1" və "-1" arasındakı "0" (sıfır) da
düzgün deyil. Çünki, "-1" enerjisizlik deyil, azalan enerjidir.
Onun öz enerji kəmiyyəti və məkanı var. "0" o mənanı verir
ki, enerji məsələn, "1"- dən sonra heçliyə gedir. Bu düzgün
32
deyil. Azalan temperatur 1-dən elə tərkiblə müəyyən xətt üzrə
azala-azala getməlidir. "0" ortada olmamalıdır. “0”-ın yeri
varlıqdır. Bu baxımdan riyaziyyatda -1+1=0 yox, var olan şeyin
ədədlə ifadəsinə görə -1+1=1 olmalıdır. Məsələn, 1 1ədəd qələm
bir məkanda çatmirsa, bu həm də -1 deməkdir. Həmin qələm
məkana gələndə bu zaman "0" yox 1 ədəd qələm olur.
"1"-dən "-1"-ə keçid ola bilər. Bu, o demək olar ki, 1-1=1.
"0" çox şərtidir.
Bir də ki, 1 tərkib etibarilə digər kiçik 1-lərə bölünür. 1-in
forması və məkanı kiçilir. İkidə bir, üçdə bir, beşdə bir daha
düzgündür. Buna paralel mənfiliklər aparmaq, yəni, -1,-2,-3 və
s. düzgün deyil.
İnsan və digər canlılar onların formasından qabaq olanlardan
yaranıblar. Bu elementlərdir, element birləşmələridir. İnsan Allah
tərəfindən təbiətdəki elementlərdən, yəni varlığın özündən ondan
böyük olan Varlıq tərəfindən yaradılıb! Burada artıq zaman
kriteriyasını biz təsdiqləmiş oluruq. Zaman aktiv canlılar üçündür.
Ümumi kaniata bu zamanı aid etmək çətindir.
İnsan bir varlığı başqa bir varlığa çevirən məxluqdur.
İnsanın istedadı və qabiliyyəti, yaradıcılığı, quruculuğu
nəticələr əmələ gətirmək üçündür. İnsanın hərəkət məqsədi var
və bu, dəyişkənliyin əsasını təşkil edir. İnsan əməyi varlıqdan
varlığın əmələ gətirilməsinə xidmətlərə yönəlir. Varlıqlar
yoxluqlara da çevrilir. Məsələn, bir məkanda olan ev söküləndə
yerində başqa bir məkan, forma yaranır. Sökülən materiallar da
formalarını dəyişir.
İnsanın düşüncəsi varlıq olaraq, varlıqları ayrıd etmək
funksiyasını yerinə yetirir. Deməli, düşüncələr mənbəyə
söykənir. Düşüncələrin artması elə mütləq varlıqların artmasını
şərtləndirir.
33
Paylanma
Günəş və onun planetlərində ardıcıl dövriyyə ilə
zərrəciklərin paylanması prosesləri gedir. Günəş elementləri
(enerji axını ilə) planetlərə ötürür, bu anda gün düşən hissədə
planetlərin çəkisi (kütləsi) artır. (Qeyd: Planetlər kürə
şəkilində olmasa, Günəşdən gizlənən hissələri olmasa, yanıb
külə dönərlər). Çünki bərk materiyaya enerji gəlir,
aktivləşdirici və quruluşu dəyişdirici rol oynayır. Sanki, səthdə
planetlərin özlərininki ilə Günəş enerjisi axını ilə daxil olan
elementlər arasında məkan uğrunda mübarizə gedir. Günəş
planetlərin kütləsinə təsir edir. Planetləri “dağıdır”, materiallar
(elementlər) qoparır, onlardan fəzaya ötürür. Bu baxımdan da
demək olar ki, bərk materiyanın kütləsini azaldır. Özündən də
onlara yüngül zərrəciklər verir. Deməli, Günəş tərkib çəkisi
baxımından artan və azalan nisbətdə tarazlığını, mövcud
çəkisini saxlayır.
Qeyd: Okean dalğaları da, onlardan ayrılan enerji də
Yer kürəsinin tarazlı fırlanmasına təsir edə bilir. Bu
baxımdan da okeanlarda makro dəyişiklik baş verərsə, Yer
kürəsinin fırlanmasında da dəyişiklik ola bilər. Bu prinsip
də Yer kürəsinin təkamülünü bir qədər təsdiqləyir. Fərz
edək ki, okeanlar çox olanda Yer kürəsi vaxtilə indiki kimi
dövr etmirdi. Öz oxu ətrafında daha sürətlə fırlanırdı.
Okeanlar azaldı, quru hissə artdı, hərəkət sürəti azaldı.
Quru hissə də özbaşına arta bilməzdi. Hardasa Günəşin
təsiri olub, Yer kürəsi Günəşə bir vaxt indikinə nisbətən
yaxın olub. Bu yaxınlıq texnogen proseslərin baş verməsini
şərtləndirib. Yer kürəsində dəyişiklik Günəşlə əlaqəli olub.
Bu versiya da Yer kürəsinin Günəşdən yaranmasını və
tədricən uzaqlaşmasını təsdiq edir. Əgər zaman amili
varsa, bu fikir düzdür. Əks halda, Yer kürəsinin tarixi
yoxdur. Geoloji və texnogen tarix yoxdur.
Dostları ilə paylaş: |