37
eynidirsə, onda cazibə qüvvəsi də eyni olar. Bu eynilik isə
kainat fərqliliyinə ziddir. Digər tərəfdən, işıq sürəti kainatda
eynidirsə, onda Günəşdən planetlərə fərqli zamanda çatar.
Ancaq belə təxmin etmək olar ki, Günəşdən uzaq planetlərə də
yaxın planetlərdə olduğu kimi işıq həmin an çatır. Uzaq
planetlərin kütləsi işığı yaxın planetlərdə olduğu
kimi tez özünə
çəkir. Bu, böyük ehtimallı bir fərziyədir. Bu fərziyyə düzdürsə,
onda artan sürət hesabına zaman amili eyniləşər. Bu halda
düşüncələrdə ziddiyyətlər çoxalar.
Qaz dumanları, qaz buludları iki nəticənin məhsulu ola
bilər: ulduz yaranmasına qədərki olan prosesin nəticəsi və
ulduzdakı “yanmalardan” əmələ gələn prosesin nəticəsi. Hər
ikisində dalğalanma mövcud olmalıdır. İkinci variantda nəticə
etibarilə daha çox planet əmələ gələ bilər. Çünki elementlərin
forma dəyişməsi daha çox olur. Bərkləşmə daha çox ola bilir.
Ulduza daxil olmayan qazlar (ulduza qədərki qazlar) ulduza
daxil ola bilər. Bu daxilolmadan da çevrilmə yarana bilər.
Çevrilmədən maye və qaz halları ortaya çıxa bilər.
Yerin atmosferində də buludlar qazların sıxlığıdır.
Sıxlaşma bərkləşəndə yağış, qar və dolu yağır. Buludlar
dağıldıqda seyrəkləşmə olur. Qazlar atmosferdə dağılır.
Seyrəklik olur və nəticədə yağış yağmır.
Kainat tozları
Kainat tozları kainat qazlarının, maye halının,
zərrəciklərinin bərkləşmiş formasıdır. Kainatda olan “buxar”,
“su” enerji mənbəyindən uzaqlaşdıqca bərkləşmə, toza
çevrilmə meydana gəlir. Bərkləşmə də enerjinin təsirindən
olur. Bu tozlar kainatı təşkil edən fəzanın özündən və fəzanın
ulduzlarda (həm də ulduzlardan biri olan Günəşdə)
çevrilməsindən meydana gəlir. Bu tozlar başlıca olaraq yana
bilməyən, kül halını alan Günəş (ulduzlar) qazlarıdır. (Qeyd: