34
Fəzadan da özü qəbul edir. Bu aspektdə planetlərin bütün
elementləri Günəşdə və bir-birilərində yarana bilir. Planetlərin
payından fəzaya, fəzadan Günəşə, təkrar fəzaya və planetlərə
ötürülmələr gedir. Bu ötürülmələr sürət, qüvvə və enerji
yaradır. Kosmik fəzanın enerji müstəvisi meydana gəlir.
Ümumiyyətlə, cazibə qüvvəsi obyektlər arasında enerji ötürmə
qüvvəsidir. Enerji də siqnallardan ibarət olur. Siqnal axınları
kosmik obyektləri müəyyən məsafədə bir-birindən tarazlı
saxlayır.
Qaranlıqlaşma zamanı dəyişmə baş verir. Soyumada
qismən pay geri qayıdır. Bərkləşmə prosesləri gedir və
enerjinin yığımı, passivləşməsi baş verir. Qaranlıq kainat
məkanı ilə işıqlı məkan arasında enerji fərqi yaranır, güc, sürət,
qüvvə dəyişir. Gecə gündüzə, gündüz də gecəyə element verir.
Bu baxımdan da Yer kürəsinin tarazlığı qoruna bilir. Günəş
tərkib etibarilə udma və buraxma ilə öz tarazlığını saxlayır.
Təsəvvür edək ki, Günəşdən yeni planetlər yaranır. Bu anda
pay olaraq Günəşdən gedir. Həm də kainatın tərkibindən gedir.
Əgər bu proses baş verirsə (Günəş sisteminin tarixi varsa),
onda bütün sistem həmin nəticəyə pay verir. Bu payı fəza,
digər planetlər, Günəş formalaşdırır. Fəzadan Günəşə pay
getməsə, planetlər və digər bərk cisimlər yarana bilməz.
Qeyd: Günəşdə dəyişiklik olarsa, Yer kürəsi və digər
planetlər hiss edər. Deməli, dəyişiklik yoxdur. Sistem
pozulmur.
Ümumiyyətlə, təbii kosmik obyektin yaranması prosesi baş
verərsə,
onda sistemdə bir azalma, yeni tarazlaşma yarana bilər.
Belə hesab etmək olar ki, Günəş sistemində yeni planetin
yaranması Günəşdə artıq olan elementlərdən ola bilər. Günəş
sistemindən kənarda olan digər ulduz sistemində problem
yaranarsa, tarazlıq kəskin pozularsa, Günəşin və fəzanın payı
artar. Bu anda yeni planetlər və ulduzlar yaranar. Sistem böyük
təhlükə ilə üzləşər. Ümumiyyətlə, sadalanan fikirlərin məntiqi