41
Qeyd: Atmosferdə oksigen, hidrogen, karbon qazları və
digər qazlar, elementlər vardır. Bu elementlər atmosferdəki
sıx birləşmələrdən meydana gəlir. Biri digərini yaradır.
Atmosfer kimyəvi birləşmə mənbəyidir. Burada olan
elementlər həm də Yer üzündə, suda, kosmik fəzada və
Günəşdə var.
Atmosfer öz mənbəyini kosmik fəzadan da
götürür. Ona görə də çatışmayan atmosfer ola bilməz.
Deməli, atmosfer həm Günəşin bərk materiyaya
təsirindən, həm də Günəş şüalarının özünün bərk materiyada
dəyişməsindən, bərk materiya üzərində digər elementlərə-
oksigenə və s. keçməsi ilə yaranır. Bərk materiyanın cazibə
qüvvəsi Günəş enerji selini özünə çəkir və bərk materiya
üzərində təbəqə əmələ gəlir. Bu təbəqə bərk materiyada bir az
sıx, aralandıqda isə seyrək olur. Bu məntiqlə hesab etmək olar
ki, Yer kürəsinin atmosferi dünya okeanından, bərk
materiyanın özündən və Günəş enerjisindən, şüalarından
meydana gəlir. Bu prinsip etibarilə Yer kürəsinin və digər
planetlərin atmosferini tükənməz hesab etmək lazımdır.
Atmosferin yaranmasını kainat da təmin edir. Atmosfer
həm də kosmik fəzadan qidalanır. Çünki, onun tərkibidir. Yer
kürəsində insanlar tərəfindən ekoloji fəlakətlərin törədilməsi
heç də tam şəkildə Yer kürəsinə zərbələr vura bilməz. Bərk
maddələr,
havaya
tullanan
ağır maddələr, maddələr
birləşmələri atmosferdə parçalanır. Yüngülləşir, zərərsizləşir.
Çünki, atmosfer genişlənən formaya malik olur. Bu şişmə özü
elə bərk tərkibi parçalayır. Dünya okeanı və küləklər burada
mühüm zərərsizləşdirici, parçalayıcı rol oynayır. Küləklər
dünya okeanını hərəkətə gətirirlər, nəticədə okeanlarda
təmizlənmə gedir, ağır metallar birləşmələri, kimyəvi zəhərlər
parçalanır, çünki axar su parçalayıcı funksiyanı yerinə yetirir.
(Qeyd: Ağır birləşmələri elə yüngül qazlar yaradır). Eləcə
də küləklər də bu kimi funksiyanı yerinə yetirir. Dünya
okeanının hərəkətə gətirilməsi və dünya su dövranı, buxar
dövranı və hava axınları başlıca olaraq Yer kürəsinin öz oxu