49
İnsan orqanları da soyuqluqda bərkiyə bilirlər. Bu
baxımdan da dezaktivlik yarana bilir. İnsanların kökəlməsində
soyuqluq da mühüm rol oynayır. Belə nəticəyə gəlmək olar ki,
soyuqluq artıq enerjini piyə çevirir.
Nəticələr:
-buzlar bərkidicidir;
-passiv
enerji mənbələridir;
-tərkibində minerallar çoxdur;
-buzlaqların olduğu materiya minerallarla, elementlərlə
zəngindir;
-buzlaqlar Günəş şüasını çəkirlər, lakin Günəş şüası üfiqi
formada zəif düşdüyündən onları tam parçalaya bilmir. Udula
bilməyənlər geri qayıdır. Buzlaqlar Günəş şüasını sındırıcı
effekt göstərirlər;
-buzlaqlarla Günəş enerjisi arasında olan sürtünmə Yer
kürəsinin parıltısının yaranmasında əvəzsiz rol oynayır. Parıltı,
işıq
sürtünmədən yaranan nəticədir;
-buzun rəngi buzlağın Günəşlə təsirindən həmin rəng alır
(Ümumiyyətlə, rənglər Günəş işığı ilə olan reaksiyadan gözlə
görünür. Günəş və göz, eləcə də obyekt arasında olan əlaqə,
sürtünmə rəngi insanlarda ayırd edir. Gözün özü də sürtünmə
yaradır);
-buzlaqlar atmosferin çox yumşalmasının və buxarın
artmasının, yüngül qazlara çevrilməsinin qarşısını alır və s.
Dağlar və düzənliklər haqqında
Dağlar çox güman ki, enerji mənbələridir. Çünki
düzənliklərə nisbətən daha çox bərk materiyanı, böyük kütləni
özlərində cəmləşdirirlər. Dağ silsilələri düzənliklər və okeanlar
arasında olan tarazlığı tənzimləyir. Belə bir fikir bildirmək olar
50
ki, dağ silsilələri də Yer kürəsinin atmosferini yaradan
vasitələr rolunda çıxış edir. Günəşin dağlara olan təsirləri də
atmosferi meydana gətirir. Belə güman edək ki, dağlarda enerji
toplanıb, lakin bu enerji tam aktiv deyil, Günəşlə təmasdan,
Günəşin təsirindən atmosferi əmələ gətirir. Atmosferdəki hava
adətən təzyiq çox olan yerdən təzyiq az olan yerə doğru hərəkət
edir. Dağlarda yüksək təzyiq hava kütləsini düzənliklərə doğru
aparır. Dağlarda hava çatışmazlığı heç də enerji çatışmazlığı
ilə əlaqəli deyil. Dağlar enerjini toplayan “lal” mənbələrdir. Bu
mənbələrdən enerji ayrılır, hava axını, küləklər meydana gəlir.
Dağlara qalxdıqca havada bərkimə, sıxlaşma gedir. Bu
bərkimə sıxlıqdan yaranır. Deməli, dağlarda hava daha sıx olur
və cazibə qüvvəsi, maqnit sahəsi və bu baxımdan da enerji
güclü olur. Həm də dağlarda buzlaqlar və qar çox olduğundan
atmosfer sıx olur. Sıxlıqdan hava qıtlığı və çatışmazlığı yaranır.
Maqnit sahəsi dağların daxilində olan enerjinin aktivliyə
çevrilməsindən meydana gəlir. Günəş dağların enerjisini aktiv
edir, parçalayır yüngülləşdirir və düzənliklərə doğru yönəldir.
Günəş dağların minerallarını da havaya cəlb edir. Belə güman
edək ki, yuxarı qalxan hava dağlarda passivləşir, yığılır. Bu
baxımdan da dağlar enerji toplayan qüvvələrdir. Dağların
tərkibi ətraf mühiti özünə çəkir və dağlar buna görə də
minerallaşır, sulanır. Hava minerallarını özünə çəkir. Dağlar
həm hava minerallarından qidalanır, həm də Günəş enerjisi ilə
təmasdan daxilindəki minerallardan havaya ötürür. Bu
proseslər sayəsində dağlar ətrafında maqnitləşmə gedir, enerji
sferası meydana gəlir. Belə təxmin edə bilərik ki,
gecə dağlarda
(dağlardakı atmosferdə) daha çox enerji toplanır, aktiv enerji
passiv xarakter alır və sıxlaşma əmələ gəlir. Buna görə də
soyuma güclü olur. Dağlar
Yer kürəsinin sərinləşdiriciləri
kimi əhəmiyyət kəsb edir. Yer kürəsini dağlar, buzlaqlar və
dünya suları sərin edir. Çünki, buralarda daha passiv enerji
toplanır. Günəşin Yer kürəsini yandırmasına, qaza çevirməsinə
dağlar, buzlaqlar və su ehtiyatı (dünya okeanı, dənizlər, çaylar,