46
olduğundan, bu proses özü ilə yeni vəziyyətləri və təsirləri
ortaya çıxara bilər. Məsələn, ulduzların və planetlərin törəmə
prosesləri mütləq onlardan əvvəl mövcud olan sistemə
söykənməlidir ki, dəyişiklik üçün hərəkətlər, çevrilmələr, fiziki
və kimyəvi xassəli təbiət hadisələri baş versin. Yəni, öz-özünə,
kənar təsir olmadan yaranış ola bilməz. Yaranış mütləq dayağa
söykənir. Yaranışın başlanğıcı və şərtləndirici elementi olur.
Dayaq elementlərində baş verən dəyişikliklər fonunda yaranış
baş verir. Yaranış da kainat mənbəsinin çevrilməsindən ortaya
çıxır. Məsələn, güman edək ki, Günəş sistemi nə vaxtsa
yaranıb. Lakin bu proses özbaşına baş verməyib. Günəş
qalaktika və kainat sisteminin tərkibində yaranıb. Deməli,
Günəşin yaranmasından qabaq hansısa bir ciddi dəyişiklik baş
verib ki, nəticə olaraq Günəş sistemi yaranıb. Yaranış
yarananın qonşu, sərhəd məkanında baş verən dəyişikliklər
fonunda meydana gələn nəticədir. Bu da özlüyündə makro
müstəviyə və makro təsirlərə söykənir. Belə güman edək ki,
Günəş sistemi qalaktikanın makro qüvvəsindən meydana gəlib.
Böyük güc, qüvvə kiçik qüvvəni yaradıb. Bu kiçik qüvvə də
makro qüvvənin tərkibinə çevrilib.
Nəticələr:
-kainat müxtəlif bərk, maye və qaz halında olan
elementlərdən öz müstəvisində nahamarlıqları
meydana gətirir;
-nahamarlıqlar hərəkətlərin əsaslarını yaradır;
-hərəkətlərdən elementlər kütləsi yaranır, sintez və analiz
meydana gəlir;
-hərəkətlər qüvvənin əsasını təşkil edir;
-nahamarlıqlar qüvvənin əmələ gəlməsini təmin edir;
-nahamarlıqlar “boşluqlar” rolunu oynayır ki, bu
boşluqların dolması sayəsində tarazlıqlar meydana gəlir və s.