103
Orqanizm bir sistem kimi
Kainat (bütöv) və təbiət (bütöv və tərkib) özü sistemdən
ibarətdir. Bu sistemdə müxtəlif ölçülü və çəkili elementlər
sürət, hərəkət vəziyyətindədirlər. Sürət kainatın tərkibində
olan
nahamarlıqların
yaranmasından
meydana
gəlir.
Elementlərin yerdəyişməsi və kütlə axını sürəti, qüvvəni
yaradır. Nahamarlıqların yerini doldurmaq üçün zərrəciklər
axın edir. Nəticədə həmin yer dolur və tarazlıq yaranır.
Kainatın daxili qeyri-tarazlıqların tarazlıqlara keçməsindən və
əksinə dönməsindən yaranan tarazlıqlardan ibarətdir. Bütün bu
proseslər sistemli xarakter kəsb edir. Nahamarlıqlar müəyyən
bir müstəvidə
azlığın və
çoxluğun nisbətində, mübarizəsində
meydana gəlir.
Qeyd: belə bir fikirdən də çıxış etmək olar ki,
nahamarlıqların
yerində
formalaşan
ulduzlar
qalaktikaların tarazlıqlarını yaradan “dağlar” rolunda
çıxış edirlər. Kainatın tarazlığı və qüvvəsi onun daxili
elementlərinin yerdəyişməsindən meydana gəlir. Ulduzlar
və planetlər, digər bərk kainat cisimləri hərəkət edərkən
kainatın müstəvisini də hərəkət vəziyyətində saxlayırlar. Bu
hal tarazlığı yaradır.
Kainatın makro strukturu və tərkibində sonsuz sayda
strukturları (ulduz sistemləri) mövcud olur. Nahamarlıqları,
nisbət fərqlərini aradan qaldırmaq və yenidən fərqləri üzərə
çıxarmaq üçün hərəkət mövcud olur. Bu hərəkət sayəsində
qüvvə və enerji yaranır. Enerji kütlədən və kütlənin sürətinin
zamanla ölçüsündən meydana gəlir. Bu anda qüvvə amili
ortaya çıxır. Kütlənin qüvvəsi də sürəti yaradır, sürət enerjini
meydana gətirir. Beləcə qarşılıqlı proseslər həyata keçirilir.
Kainatın varlığı onda olan vahid qüvvənin mövcudluğunu əks
etdirir. Bu vahid qüvvə də tərkibində olan qüvvələrdən yaranır.
Yəni, ulduzlar və planetlər olmasa kainatın müstəvisi də olmaz.
Bu halda isə yoxluğa gedib çıxılar ki, o da qeyri-mümkündür.