93
informasiyalardan ibarət olduğundan, orqanizm bütünlükdə
informasiyalardan ibarətdir.
Hüceyrələr kainat haqqında məlumatlar daşıdığından hər
dəfə dünyaya gələn şəxs kainat barədə məlumatlı olur.
Heyvanlar və bitkilər də hüceyrələrə malikdirlər. Onlar da
məlumat daşıyırlar. Mayenin (burada suyun, qanın) içərisində
olan hüceyrələr onu deməyə əsas verir ki, insanlar kainat və
təbiət haqqında passiv və aktiv məlumatlara malikdirlər. Çünki,
insanlar onlardan tərkibdirlər, onlar üçün tamdırlar. İnsanlar
canlı aləmlə qıdalanırlar və ətraf mühitlə enerji mübadiləsində
olurlar. İnsanlar kainata xarakterik olan bərk halı, maye halı,
bərk və maye arasında olan halı, qaz halını özlərində
cəmləşdirirlər. Bu baxımdan da bütün hallar haqqında məlumat
daşıyıcısıdırlar. Yəni, burada məlumat forma, element
birləşməsinin necəliyini əks etdirir. İnsanlar öz daxillərində
kainatda və təbiətdə olan dadları, iyiləri, rəngləri əks etdirirlər.
İnsan daxilində qazlar, hava mövcuddur. İnsanlarda qan
qırmızı rəngdədir. Bu rəng aktivlikdən və enerji bolluğundan
yaranır. Passivlik qanı tünd, aktivlik isə bir qədər açıq edər.
Qan ona görə qırmızı rəngdədir ki, burada su təbiətin (ana
bətnində olan elementlərin) elementləri ilə qarışır.
Qeyd: insan hüceyrələri aktiv olduğundan qırmızı
rəngdədirlər. Ana bətnində kişi və qadın hüceyrələrinin
sintezi insanın əmələ gəlməsini təmin edir. Ardıcıl şəkildə
enerji lazım olur. Hamilə qadınların istəkdən irəli gələrək
çox yemək yemələri və çoxlu su içməkləri normaldır.
Müxtəlif temperaturda yaşamaq istəkləri və yemək istəkləri
normaldır. Hamilə qadınlar arıqlaya və kökələ bilərlər.
Qan təzyiqləri dəyişə bilər. Çox su içməklə qanda tərkibi
qaldıra, enerjini artıra bilərlər. Qlükozanın da qalxması
təbiidir.
Hüceyrələr birləşmələri toxumaları yaradır. Toxumalardan
da əzələlər meydana gəlir. Buna görə də orqanizmin çox
hissəsini maye təşkil edir. Temperatur və maye hüceyrə